38
Acılı-şirinli tələbəlik illəri
“Çox təəssüf edirəm ki, gözəl, şirin tələbəlik illərini
başqaları kimi yaşaya bilmədim.”
H. Kərimova
Orta məktəbi əla qiymətlərlə başa vuran Həqiqət Kərimovanın
qarşısında indi onun elmi biliklərə daha da dərindən yiyələnməsi
üçün
ali
məktəbə
daxil
olmaq
məsələsi
dururdu.Əlbəttə,valideynsiz, maddi imkanı olmayan bir qız üçün
bəlkə də bu əlçatmaz arzu idi. Amma Həqiqət özlüyündə hər şeyi
ölçüb, biçmişdi. O öz gücünə, biliyinə arxayın idi. Ona görə də
gündüzlər işləyib, axşam təhsil almaq üçün sənədlərini ADU-nun
tarix fakültəsinin axşam şöbəsinə verdi. Bəlkə də o zaman yeganə
abituriyent idi ki, qəbula gələndə minə yaxın şeir, qəzəl, rübai
bilirdi. Elə buna görə idi ki, ondan imtahan götürən tanınmış
filoloq alimlər Kamil Vəliyev və Famil Mehdi ədəbiyyat şifahidən
onun biliyinin ən yüksək balla qiymətləndirdilər.Qalan
imtahanları da müvəffəqiyyətlə verən Həqiqət ADU-nun tarix
fakültəsinin axşam şöbəsinə qəbul oldu. Çoxlarımız üçün tələbəlik
illəri acılı-şirinli xatirələrlə doludur. Bu sualı Həqiqət xanıma
verdikdə indi o belə deyir: “Tələbəlik illərindən mənim yadda
qalası heç bir şirin xatirəm olmayıb. Ən acı xatirələr tələbəlik
dövründə yazıldı mənim ömür kitabımın səhifələrinə.”
Həqiqətən də o nə qədər gizlətsə də, bizə məlum oldu ki,
Həqiqət həmin illərdə ömrünün ən ağır, məşəqqətli, narahat
günlərini yaşayıb. Doğrudan da, onun ömür kitabına tələbəlik
illəri ən acı xatirə kimi daxil olub. Tələbəliyin ilk ayında onun
39
bacarığını, təşkilatçılıq qabiliyyətini, bütün fənləri əla oxumasını
nəzər alıb qrup nümayəndəsi seçirlər. Bundan sonra onun
məsuliyyəti daha da artır. Gündüzlər dağlarda elmi işlə əlaqədar
ekspedisiya qrupunda işləyir, hər gün azı 150 kilometrlik məsafə
qət edirdi. Sonra yorğun halda evə qayıdır, yır-yığış edir,
dərslərini hazırlayıb axşam Universitetə tələsirdi. Gün ərzində o,
cəmisi 2-3 saat yatardı. Bütün bunlara baxmayaraq, hər şeyi- işi,
dərsi də, bacısı evində səliqə-səhman yaratmağı da, onların ev
işlərini görməyi də çatdırırdı. Bəlkə də bu üzüntülü, gərgin
işləməyin nəticəsi idi ki, o tələbələr arasında qaşqabaqlı olması,
tünd xasiyyəti ilə hamıdan seçilirdi. Həmişə ciddi görkəmdə
olduğu üçün kimsə bu qıza cürət edib başqa bir söz deyə bilmirdi.
Əgər desəydi də, yaxşıca cavabını alırdı.Ona görə də qrup
yoldaşları zarafata salıb “Həqiqət oğlan olmalıydı, amma nədənsə
bu seçimdə Allah-Təala bəlkə “səhv” edib” deyirdilər.Həqiqətin
zəhmətini də müəllimləri düzgün qiymətləndirirdilər, bu cəfakeş
qızın qiymətini heç vaxt kəsməzdilər.Onun Tələbə Elmi
Konfranslardakı
maraqlı
çıxışları
müəllimlərinin
nəzər-
diqqətindən yayınmırdı.Buna görə Həqiqət 4-cü kursda
Universitet tələbələri arasında artıq arxeologiya üzrə elmi işçi
oldu. O, Universitetdə həm də ən fəal təbliğatçı və təşviqatçı idi.
Bu cür fəallığına görə dəfələrlə rəhbərliyin əmək kitabçasına
yazılmaqla təşəkkürünü və pul mükafatlarını almışdı.O, yorulmaq
bilmədən gecə-gündüz oxuyurdu.Həqiqətin kiminsə tapşırığı və
dayısı hesabına oxumadan imtahanlarda qiymət alan tələbələri
görən gözü yoxuydu.Onun fikrincə əsl tələbə imtahanqabağı
yuxusuz gecələr keçirməlidir.
İmtahan sessiyası zamanı bacısıgili narahat etməmək üçün
qonşuları Aydın dayıdan icazə alıb dərslərini benzin qoxuyan
qarajda oxuyardı. Doyunca yuxu üzünə həsrət qalan Həqiqətin
axşamlar dərs zamanı kipriklərindən daş asılırdı, gözləri istər-
stəməz yumulurdu. Haqsızlıq görəndə təcavüzkar mövqedə
40
dayanırdı, həmişə zəifləri müdafiə edirdi. Amma elə məqamlar
olurdu ki, onun da kim tərəfindənsə müdafiə olunmasına ehtiyac
yaranırdı. Buna baxmayaraq, Həqiqət heç vaxt zəif, nədənsə aciz
qaldığını büruzə verməzdi. Belə çətin məqamlarda o, ancaq öz
gücünə, prinsipiallığına və əzmkarlığına güvənib, öz iç dünyasının
daim onu bədxah məxluqlardan qoruyan ecazkar, vücudu titrədən
səsinə qulaq asardı. Həqiqətin daxili dünyasından amiranə tərzdə
gələn bu səs bənzərsiz bir səs idi. Bu səsin özündə qeyri-adi bir
güc vardı. Hamı kimi tələbə qız haradan biləydi ki, bu səsdə ilahi
bir qüvvə var. Hər dəfə bu səs gələndə Həqiqətin beynində
qaranlıq qalan, müəmmalı fikirlər sanki nura boyanır, ən çətin
başa düşülməsi mümkün olmayan elmi problemlərin həlli yolları
onun gözləri önündə kitab səhifələritək açılırdı. Bu möcüzə idi,
amma Həqiqət hələlik bunun möcüzə olduğunu bilmirdi. O, elə
başa düşürdü ki, bu cür hissləri hamı keçirir. Bu barədə biz
sonralar söhbət açacağıq.
O, həmişə dalğın, fikirli görünərdi, sanki nəyisə axtarır, amma
cavab tapa bilmirdi. Gələcəkdə tarixçi ixtisasına yiyələnəcəyini
bilsə də, təbiəti seyr etməkdən doymazdı. Həqiqəti təbiətdə baş
verənlər, səmadakı göy cisimlərinin düzümü və hərəkəti barədə
düşüncələr bir anlıq da olsa, rahat buraxmırdı. Bu sirli həyat qızı
özünə böyük cazibə qüvvəsilə cəzb edirdi. Onun gördüyü
duyğuların hamısı səma ilə bağlı olardı. Buna görə də Həqiqət
bəzi xüsusiyyətlərinə görə başqa tələbələrdən fərqlənirdi. Bunu
ancaq müəllimləri görə bilirdi. Qrup yoldaşları isə Həqiqətə yaxşı
oxuduğuna görə 4-cü kursdan elmi işçi kimi çalışmasını onun
Universistetdə “day-dayısı” olması ilə yozurdular. Amma
yoldaşları, eləcə də onun oxuduğu müddətdə tanıyanların heç
birisi bilmirdi ki, bu qızın Universitetdə heç kəsi yoxdur, onun
yetim olduğundan da xəbərsizdirlər. Həqiqət bütün həyatının
mənasını və gələcək xoşbəxtliyini yalnız elmdə tapa biləcəyinə
əmin idi. Ona görə də yuxusuna haram qataraq gecə-gündüz
Dostları ilə paylaş: |