1
F.Köçərli adına Respublika
Uşaq Kitabxanası
Uşaq ədəbiyyatımızın “xanım anası”
Xanımana Əlibəylinin 95 illik yubileyi münasibəti ilə
respublika uşaq kitabxanaları üçün hazırlanmış
metodik vəsait
Bakı-2015
2
Tərtibçi:
Nərgiz Məcidova
Redaktor və
buraxılışa məsul:
Şəhla Qəmbərova
Uşaq ədəbiyyatımızın “xanım anası”: Xanımana Əlibəylinin 95
illik yubileyi münasibəti ilə respublika uşaq kitabxanaları üçün
hazırlanmış metodiki vəsait /tərt. ed. N.Məcidova; red. və bur. məs.
Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası.-
Bakı, 2015.- 37s.
©F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2015
3
Tərtibçidən
Əziz uşaqlar! Bu il sizin üçün “Ulduzların nəğməsi”,
“Mərcanqulu
əfsanəsi”,
“Sənubərin
gözləri”
kitablarında maraqlı şeirlər, nəğmələr qoyub getmiş
sevimli şairimiz Xanımana Əlibəylinin 95 illik
yubileyidir. O, həmçinin “Təzə il”, “Günəş olaram
məndə”, “Pişik” və bir çox uşaq manılarının da
sözlərinin müəllifidir. Uşaq yazıçısının bu il 95 illik
yubileyi keçirilir. Bu münasibətlə keçirilən tədbirlərə
kitabxanamız da qoşulacaq.
Ədəbi fəaliyyətə erkən yaşlarından başlayan Xanımana
Əlibəylinin şeirlərinin dili sadə, qafiyələri musiqili
olduğundan bu şeirlər yaddaşlara asan həkk olunur.
Şeirlərinə yazılmış mahnıları uşaqlar həvəslə
oxuyurlar. Bu onu göstərir ki, şair bu gün də
unudulmayıb.
Əsərləri müxtəlif xalqların dillərinə tərcümə edilib.
Şairin yubileyi münasibətilə hazırladığımız bu vəsaitdə
məqsədimiz Xanımana Əlibəylini sizə daha yaxından
tanıtmaq, sevdirməkdir. Vəsait iki hissədən ibarətdir.
Giriş hissə və keçiriləcək tədbirlər bölümündən.
Girişdə şairin həyat və yaradıcılığı haqqında məlumat
verilir, əsərlərindən söhbət açılır. İkinci hissədə isə
şairənin yubileyi ilə bağlı kitabxanada keçirilməsi
nəzərdə tutulan tədbirlər-təşkil olunacaq sərgilər,
uşaqlara maraqlı olan viktorinalar, sözlərinə yazılmış
musiqilər haqqında, kitablarının elektron təbliği üçün
retro bazasından danışılır. Şairin xatirəsinə həsr edilmiş
4
ədəbi-bədii gecənin ssenarissində isə Xanımana Əlibəyli
haqqında sitatlar, qızı Gülər Abdullayevanın anası
haqqında xatirələri, “Gözəllər gözəli” pyesi əsasında
hazırlanmış səhnəcik, bədii kompozisiyalar verilmişdir.
5
Həyat və yaradıcılığı
Bakı kəndələrindən olan Keşlədə ziyalı
ailəsində 1920-ci ildə anadan olan
Xanımana Əlibəyli orta təhsilini Bakıda
almışdır. Hələ məktəbdə oxuyarkən
həkim olmaq arzusu ürəyində baş
qaldırmışdır. 16 yaşında ikən Xanımana Bakı Dövlət
Tibb İnstitutuna daxil olmuşdur. 1942-ci ildə institutu
bitirən gənc həkim təyinatla Masallı rayonuna gedir.
Qızılavar kənd tibb məntəqəsində fəaliyyətə başlayır.
Sonrabaycan uşaq poliklinkalarının birində çalışır.
Ədəbiyyata, xüsusən də uşaqlara olan sevgisi onu
Azərbaycan
Dövlət Universitetinin filologiya
fakultəsinə gətirib çıxarır. Orada oxuduğu illərdə
“Ana” şerini yazır. Sonra digər uşaq şeirləri yazır.
“Balaca həkim ” adlı ilk şeir kitabını 1955-ci ildə çap
etdirir. Sonra digər kitabları nəşr olunur. Bunlardan
“Çoxbilmiş çəpişlər”, “ Dovşanın ad günü”, “Ləpələrin
nağılı”, “Sənubərin gözləri”, “Məni günəşə at” və b.
göstərmək olar.
Xanımana Əlibəyli yüzlərlə uşaq şeirinin, onlarla
poema və səhnə əsərinin, 30-dan artıq kitabın
müəllifidir. Müəllifin “Cunquş”, “Dovşanın ad günü”,
“Aycan”, “Gözəllər gözəli” pyesləri uzun müddət gənc
tamaşaçılar teatrının səhnəsini bəzəyib.
Əsərlərində vətənə məhəbbət, insan əməyinə və
istedadına ehtiram, təbiət gözəlliklərinə vurğunluq, ata-
anaya,
müəllimə,
qardaş-bacıya,
ümumiyyətlə,
6
böyüklərə hörmət və ehtiram, cəmiyyətdəki eybəcər
hallara nifrət, gücün birlikdə olması kimi insani
keyfiyyətləri tərənnüm edən X.Əlibəylinin bəzi əsərləri
keçmiş SSRİ xalqlarının, eləcə də çex və slovak
dillərinə tərcümə edilmişdir.
Xanımana ömrünün ixtiyar çağında 7 may 2007-ci
ildə dünyasını dəyişmiş, Bakı şəhərində dəfn edilmişdir.
Filologiya elmləri doktoru, şair Rafiq Yusiflinin yazdığı
kimi, Xanımana "mələklərin qanadında Tanrı dərgahına
uçmuşdur" ("Ədəbiyyat qəzeti", 11 may 2007-ci il).
“Dovşanın ad günü” “ Gözəllər gözəli ” poemaları
onun ən populyar poemalarındandır.Bu poemalar
məktəb yaşına çatmamış uşaqlar üçün nəzərdə tutulub.
“Dovşanın ad günü” poemasında müəllif çəpişin,
quzunun, tülkünün, xoruzun, kirpinin, meymunun
əlamət və cizgilərini çox ustalıqla qələmə alıb.
Heyvanlarin simasında dəyanət, bir-birinə kömək
etmək,
əl tutmaq kimi keyfiyyətlərlə yanaşı,
tamahkarlıq, oğurluq, xəyanətin də mövcud oduğunu
göstərmişdir. Mənfi xüsusiyyətləri tülkünün simasında
vermişdir.
Dovşana bax, dovşana.
Bu gün nə tez oyandı?
O hoppana-hoppana
Pəncərədə dayandı.
Bax atlana-atlana
Əl- qol açıb qurbağa,
Dərhal girib meydana
Başladı oynamağa.......
7
Xanımana Əlibəyli Bakıdakı 13 nömrəli orta
məktəbdə təhsil alıb. Yaxşı oxuyub, müəllimlərinin
sevimlisi olub. Müəllimi, sonralar görkəmli yazıçı kimi
tanınan Məhərrəm Əlizadə Xanımananın istedadını
görmüş, onunla məşğul olmuş, ilk şeirlərinin kütləvi
informasiya vasitələrinə yol açmasına, balaca şairin
Azərbaycan radiosu ilə çıxış etməsinə kömək etmişdir.
Şairin şeirləri 1938-ci ildən dövri mətbuatda dərc
olunmağa başlamışdır. "Balaca həkim" adlı ilk kitabı
1955-ci ildə “Uşaqgəncnəşr” tərəfindən 30.000 nüsxə
ilə çap olunmuşdur.
Bədii yaradıcılıq sahəsində yeni, ciddi uğurlar
qazanan şair 1953-cü ildə uşaq ədəbiyyatımızın parlaq
simalarından olan Mirvarid Dilbazi və Mikayıl
Rzaquluzadənin
zəmanətləri
ilə
SSRİ Yazıçılar
İttifaqına üzv qəbul edilmişdir.
Keçiriləcək tədbirlər
Öz maraqlı şeirləri ilə körpə balalarımızın sevimlisi
olan şairimizin 95 illk yubileyi şəhərimizin orta
məktəblərində və kitabxanalarda yüksək səviyyədə qeyd
olunması nəzərdə tutulub. F. Köçərli adına Respublika
Uşaq kitabxanası da yubilyarın kitablarının təbliği,
əsərlərinin oxuculara çatdırılması üçün sərgilər, ucadan
oxular keçirəcəkdir. Şeirlərindən, ələlxüsus da
tapmacalarından istifadə edərək viktorinalar, ədəbi-
bədii gecələrin də keçirilməsi və səhərciklərin
8
göstərilməsi nəzərdə tutulmuşdur. Aşağı sinis şagirdləri
də yaddan çıxarılmayıb.Onların Xanımana Əlibəylinin
kitabları ilə tanış olmaları üçün kitab guşələri təşkil
olunacaqdır. Uşaqları yazıçının əsərləri ilə daha
yaxından tanış etmək üçün onun yazdığı
tapmacalardan ibarət viktorinalar təşkil ediləcək, şeir
səhərcikləri keçiriləcək, sozlərinə yazılmış mahnılar
səsləndiriləcəkdir.
Viktorinada kitabxanaçının söylədiyi
tapmacaların cavabını uşaqlar deyəcəklər. Sonda fəal
iştirakçılar mükafatlandırılacaqdır.
Kimdir gəzir bu otağı?
Saqqalı al rəng olur,
Nə əli var, nə ayağı,
Tükləri qəşəng olur.
Mürəkkəbi töküb mizə,
Oxuyur neçə dəfə,
Görünməyir dəcəl gözə.
Səs düşür hər tərəfə.
Saçlarımı tutub yoldu,
Əlbəttə, artist deyil,
Heç bilmədim necə oldu?
Ancaq səsi pis deyil.
Külək Xoruz
Hoppandı navalçaya,
O, çayın üstə yatır,
Axdı tuta, alçaya.
Nə islanır, nə batır.
9
Yağış Körpü
O, hansı canlıdır heç səsi yoxdur,
Başında var budağı
Quruya çıxmağa həvəsi yoxdur.
Gəzir meşəni, dağı
Balıq Maral
Öz evciyini almış
Günəş kimi girdədir,
Gecə-gündüz dalına;
Göydə deyil, yerdədir.
İstəyir yağsın yağış -
Rəngi qızılı-sarı,
Kar etməyir halına
Baxır günəşə sarı.
İlbiz Günəbaxan
O, ağacda yaşayır,
Bostanda şar kimidir,
Çoxlu fındıq daşıyır.
Ağappaq qar kimidir.
Qoy qonaq gəlsin hər qış
Üst-üstə geyib donu -
Ona dostu, yoldaşı.
Şaxta kəsməsin onu.
Bilir hara nə yığmış -
Kələm
Çox yaxşıdır yaddaşı.
Dələ
10
Bəstəkarlar Xanımana Əlibəylinin sözlərinə biçox
mahnılar yazıblar. Bunlardan
“Əks-səda” (Söz: Xanımana Əlibəyli, musiqi: Hökümə
Nəcəfova),
“Armud” (Söz: Xanımana Əlibəyli, musiqi: Şəfiqə
Axundova),
“Günəş olaram mən də” (Söz: Xanımana Əlibəyli,
mus: Hökümə Nəcəfova),
“Qonaqlıq” (Söz: Xanımana Əlibəyli, mus: Oqtay
Zülfüqarov) və başqalarını göstərmək olar.
Günəş olaram mən də
Söz.:Xanımana Əlibəyli
Mus.:Hökümə Nəcəfova
Qışda şaxtada, buzda,
Günəş çimir hovuzda.
Qoy gətirim ləyəni,
Su tök, yuyundur məni.
Ay ana, böyüyəndə
Günəş olaram mən də.
Qışda şaxtada, buzda,
Günəş çimir hovuzda.
Lap istisində yayın
Qoy gətirim ləyəni,
Su tök, yuyundur məni.
Ay ana, böyüyəndə
Günəş olaram mən də.
11
Təzə il
Söz.: Xanımana Əlibəyl
Mus: Hökümə Nəcəfova
Döşündə ağ qərənfil,
Sən gələndə, təzə il,
Xoş gəlmisən, təzə il.
Ağ gül açır elə bil;
Yolkamıza qar ələ,
Yolkamıza qar ələ,
Gəl, oynayaq əl-ələ.
Gəl, oynayaq əl-ələ.
Çöllərdə fırfıra tək
Hərlədir qarı külək.
Yolkamıza qar ələ,
Gəl, oynayaq əl-ələ.
Xanımana Əlibəylinin kitablarını təbliğ etmək üçün
aşağıdakı sərgi formalarını təqdim edirik. Birinci sərgi
forması yalnız Xanımana Əlibəylinin kitablarının
sərgisindən ibarət ola bilər.
14
Görkəmli şəxsiyyətlər Xanımana Əlibəyli haqqında
“Xanımana Əlibəyli Azərbaycan uşaq ədəbiyyatının
klassiki və uşaq dramaturgiyasının banisidir. ”
Anar,
xalq yazıçısı
“Xanımna Əlibəyli uşaq ədəbiyyatımızın “ xanım anası
” və Azərbaycan uşaq poeziyasının banisidir.”
Bəkir Nəbiyev,
akademik
“Fəхr edirəm ki, anamın şeirlərini bu gün də uşaqlar
sevə-sevə oхuyurlar ”, “ O, hər gələn uşaqlarla yenidən
doğulacaq, müstəqil Azərbaycanın yeni-yeni körpə
nəsilləri onun “Dovşanın ad günü”ndə iştirak edəcək”.
Gülər Abdullabəyova,
f. e. d., professor
Yazıçının kitablarının bir neçə nüsxəsi kitabxananın
Qızıl fondu tərəfindən mühafizə edilir. Qızıl fondda
saxlanılan bu kitablardan, istifadəçilər kitabxananın
www.clb.az
saytında elektron variantda istifadə edə
bilərlər.
Bu şeirlər vasitəsilə uşaqlarda vətənə, xalqa
məhəbbət, əməyə hörmət, xəyanətə nifrət kimi
xüsusiyyətləri tərbiyə etmək olar. Kiçikyaşlı məktəblilər
15
rəngarəng,
maraqlı
tədbirləri
sevirlər.
Şairin
yaradıcılığından seçilən şeir nümunələri onlara maraqlı
görünəcək, tədbirə həvəslə qoşulacaqlar.Təbii ki,
oyunlar, viktorinalar vasitəsi ilə.
“Dovşanın ad günü” poemasının ifadəli oxusunu
keçirmək faydalı olar. Ə Mu maraqlı poemada
heyvanlar aləminin tipik nümayəndələri- çəpiş, quzu,
xoruz, çaqqal, meymun təsvi edilmişdir. Şairin
məharətlə yaratdığı bu obrazlar insana xas olan bir çox
xüsusiyyətləri özündə cəm edir. Belə ki, siçanın
timsalında xeyirxaliq, yoldaşa kömək, tülkünün
timsalında biclik, canavarin timsalında isə acgözlük və s
təsvir olunur.
Kiçikyaşlı məktəblilər üçün hazırlanan proqramlar
yorucu olmamalıdır. Bu, hökmən nəzərə alınmalıdır.
Ona görə də Xanımana Əlibəylinin yaradıcılığını
tanıtmaq
üçün
proqrama
şairənin
şeirlərindən
hazırlanmış oyunlar, viktorinalar, kiçik şeir müsabiqəsi
daxil edirik. Belə ki, “Davamını sən de” oyunu zamanı
onun yazdığı şeirlərdən bir neçəsini kitabxanaçı
oxuyur. Davamını isə oxucular söyləyirlər.
Ana dedi: - Oğlum Vüsal,
Bu gün nənənlə evdə qal,
Dərslərini hazırla sən,
Teatra gedirəm mən.
Anasına dedi Vüsal:
- Məni orda yadına sal
16
Qurdun evdə bir özü,
Bir də qoca atası var.
Düz çölə baxır gözü,
Yəqin bir xatası var.
Aya baxın uzaqdan,
Elə bil ki, yemişdi.
Qoy dərim onu tağdan,
İriləşib dəymişdir.
Xanımana Əlibəylinin yaradıcılığını uşaqlara
yaxından tanıtmaq üçün“Uşaqların sevimlisi ” başlığı
altinda şeir gecəsi keçirə bilərik. Kitabxanaçı uşaqlara
şairin həyat və yaradıcılığı haqqında məlumat verdikdən
sonra, şeirlərindən nümunələr oxunur, sözlərinə
yazılmış mahnılar səsləndirilir.
Şifahi ədəbiyyatımızın təbliğinin təsirli formalarından
biri də, sual-cavab gecələridir. Sual-cavab gecələrinin
keçiriləcəyi yerdə müəllifin kitablarından ibarət sərgi
təşkil edilir. Kitabxanaçı orada uşaqlara müəllif
haqqında məlumat verir, ən çox oxunan əsərlərindən
parçalar oxuyub təhlil edir. Sual-cavab gecələrində
uşaqlar sualların cavabını kitabxanaçı ilə birgə tapırlar.
Uşaqların şairi yaradıcılığına nə dərəcədə bələd
olduğunu öyrənmək məqsədi ilə onlara bir sıra suallar
verilir. Məsələn:
1.Uşaq yazıçısı kimi tanıdığımız Xanımana Əlibəyli
ixtisasca kim olub?
a) müəllim
17
b) həkim
2. Yazıçının ilk şeirlər kitabı hansı olub?
a) “Balaca həkim”
b) “Cunquş”
c) “Dovşanın ad günü”
3. Xanımana Əlibəyli hansı uşaq jurnalının baş
redaktoru olmuşdur.?
a) “Pioner”
b) “Bala dili”
c) “Göyərçin”
4. “ Dovşanın ad günü ” hansı motivlər üzərində
qurulmuşdur?
a) heyvanlar və onların oyuncaq variantı
b) dovşanın heyvanları başına yiğıb ad günü
etməsindən
c) Ağaclar və bitkilər
5. Xanımana Əlibəyli hansı əsərinə görə
Respublikanın Dövlət mükafatına layiq görülmüşdür?
a) “Nişanlı quş”
b) “Gözəllər gözəli”
c) “Cunquş “
6.Yazıçının hansı əsəri Azərbaycan Dövlət teatrı
tərəfindən tamaşaya qoyulmuşdur?
a) “Cunquş”
b) “Gözəllər gözəli”
c) “Kənd həkimi”
18
7. Yazıçının “ Cunquş ” əsərində hansı insani
keyfiyyətlər təcəssüm
edilir?
a) düzlük
b) yaxşılıq və pislik
c) oğurluq
8.Yaziçinin “ Nişanlı quş ” pyesində hansı
obrazlar verilib?
a) palıd, külək, çay
b) bayquş, ağacdələn, sərçə
c) palıd, cüyür, pişik
9. “Nişanlı quş” pyesində Qoca palıdı xəstəlikdən
xilas edən ağacdələnə meşədə hansı ad verilir?
a) meşə həkimi
b) tıq-tıq
c) ağacdələn
10. Xanımana Əlibəylinin sözlərinə yazılmış
hansı mahnıları tanıyırsız?
Kitab müzakirəsi
Kitabxanada
təşkil
edilən kitab müzakirələri
oxucuların fəallığının artmasında xüsusi rol oynayır.
Kitab müzakirələri zamanı bədii əsərlərin düzgün
seçilməsinə diqqət edilməlidir. Belə ki, düzgün seçilən
əsərlər
oxucuların
sərbəst
fikir
yürütmək
qabiliyyətlərinin inkişafına, dünyagörüşün artmasına
kömək edir və müzakirə iştirakçıları tərəfindən
19
maraqla qarşılanır. Xanımana Əlibəyli yaradıcılığnda
dostluğa sədaqət, vətənpərvərlik, mərdlik kimi insana
xas olan müsbət keyfiyyətlər əsas götürülür və maraqlı
nümunələrlə zəngindir. İki pərdəli “ Nişanlı quş ”
pyesinə nəzər salaq.
Əsərin süjet xətti çox sadədir: Meşənin qüdrətli Qoca
Palıdının yarpaqları qurumağa başlayıb. Ona kim
kömək edə bilər?
Pyesdə meşə üçün xarakterik olan Külək, Çay,
Bayquş, Ağacdələn, Cüyür, Sərçə kimi obrazlar iştirak
edirlər.
Axşam oldu, yuxusu var çiçəklərin,
Alabəzək böcəklərin.
Axşam oldu, mürgüləyir ağaclar da,
Meşələr də, yamaclar da.
Bir Palıddır səhərəcən oyaq qalan,
Dərin-dərin fikrə dalan.
Buradakı fikirlər metaforik bir mənaya malikdir:
“Bir Palıddır səhərəcən oyaq qalan”. Yəni,ailənin
başçısı daim oyaqdır, oyaq qalmalıdır. Amma onun
quruması əsil fəlakətdir və meşədə bu çətin işin qarşısı
alınmalıdır. Burada Bayquş “gecələrin hakimi”
adlandırılır. Ağacdələn isə “meşə həkimi”dir. O, Palıdı
“müalicə edir” və Palıd yarpağından hazırlanmış
“nişan” alır ki, bu da ən böyük “meşə təltifi”dir.
Əsərdəki maraqlı obrazlardan biri də, Külək və Çay
obrazlarıdır. Pyesdə hər obrazın özünəməxsus vəzifəsi
var.
Külək: “Gedirəm, işləsin yel dəyirmanı”.
20
Çay: “Mən axıram göy tarlalar boyunca, Əkinçilər
sudan içsin doyunca”.
Kitabxanada
vətənpərvərlik
mövzusu vaxtaşırı
müzakirə edilir. Şairənin “Sevimli şəhid babam”
poemasında uzun illər boyu çörəyini yeyib suyunu
içdikləri Azərbaycanda ermənilərin azərbaycanlılara
nifrətindən bəhs edən epizodlar çox təsirlidir. Bu əsərin
də, uşaqlarla müzakirəsi maraq doğurar.
Xanımana Əlibəyli ixtisasca həkim olsa da, uşaqlara
olan sevgisi onu şair etmişdir:
Sanki Allah bir qarlı qış
Mənə şeir verdi bəxşiş.
O, qışımı yaz eylədi,
Bəxtimi bəyaz eylədi.
“Balaca həkim” adlı ilk kitabı
X.Əlibəylinin şeirləri 1938-ci ildən dövri mətbuatda
dərc olunmağa başlamış, “ Balaca həkim ” adlı birinci
kitabı 1955-ci ildə “ Uşaqgəncnəşr ” tərəfindən 30 min
nüsxə tirajla çap olunmuşdur. Xanımana Əlibəyli bütün
həyatını uşaq ədəbiyyatına həsr etmişdir. İndiyə qədər
onun 30-dan çox kitabı, 10-a yaxın uşaq pyesi nəşr
edilib. “Cunquş”, “Aycan”, “Dovşanın ad günü”,
“Ləpələrin nağılı”, “Gözəllər gözəli” və başqa əsərləri
kiçik oxucular tərəfindən rəğbətlə qarşılanıb.
X.Əlibəyli
1953-cü
ildə
o
zamankı
uşaq
ədəbiyyatımızın görkəmli nümayəndələri Mirvarid
Dilbazi və Mikayıl Rzaquluzadənin zəmanətləri ilə
SSRİ Yazıçılar Ittifaqına da üzv qəbul edilmişdir.
21
Xanımana Əlibəylinin yaradıcılığı daim diqqət
mərkəzində
olmuş, yüksək qiymətləndirilmişdir.
“Aycan” pyesinin uğurlu tamaşası münasibətilə yaradıcı
heyətin üzvləri- rejissor Ulduz Rəfili, bəstəkar Şəfiqə
Axundova və baletmeyster Nailə Nəzirova ilə birlikdə
Xanımana Əlibəyli də Azərbaycan SSR-in Dövlət
mükafatına layiq görülmüşdür. 1991-ci ildə şairəyə
əməkdar incəsənət xadimi adı verilmişdir. 1998-ci ildə
o, “Ilin qadını” adına layiq görülmüşdür.
X.Əlibəyli “Aman ovçu”, “Ağ çəmən”, “Ulduzların
qucağında”, “Bir yay səhəri”, “Çoxbilmiş çəpişlər”,
“Məni günəşə at!”, “Meşə həkimi”, “Sevimli şəhid
babam” və digər poemaların da müəllifidir.
Şair öz yaradıcılığında XX əsrin sonlarından
davam
edən
Qarabağ
dərdindən
də
yan
keçməmişdir. “Sevimli şəhid babam” poemasında
uzun
illər
çörəyini yeyib, suyunu içdikləri
Azərbaycana “dost” deyən ermənilərin xalqımıza
etdikləri xəyanətdən söhbət açılır.
Uşaqlar, şairin “Cunquş” əsərini oxumusuz?
Bilirsinizmi ki, bu əsər də ona uğur gətirib.
Teatrlarımızda müvəfəqiyyətlə tamaşaya qoyulan
“Çunquş” də Dövlət mükafatına layiq görülmüşdür.
Əsərlərinin bir çoxunda olduğu kimi, burada da
yaxşılıqla pislik arasında gedən mübarizə təsvir edilir.
Hadisələr Cunquşla Yeltay arasında gedən mübarizə
ətrafında cərəyan edir. Cunquş müsbət qəhrəmandır,
heç bir şəxsi mənfəət güdmədən ehtiyacı olan insanlara
kömək edir. Vəli babanın bağını alaqdan təmizləyir,
22
suvarır, qıçı sınrmış keçisinin qıçını sarıyır. Heç vaxt da
xeyirxah əməlindən bezib usanmır. Maraqlı orasıdır ki,
gördüyü işləri indiki adamların bir çoxları kim, gözə
soxmur, gizli saxlayır. Vəli baba ona kömək eləyənin
adını belə bilmir...
Yeltay isə xaraktercə onun əksinədir. Gözü həmişə
onun-bunun əlində, cibindədir. Ondan kömək istəyənə
birinci sözü bu olur ki, əvəzində nə verəcəksən?
Əsəri oxuduqdan sonra belə nəticəyə gəlirik ki,
Cunquş kimi xeyirxah insanları qorumaq, onlarla dost
olmaq, onların əməllərindən dərs almaq lazımdır.
Xanımananın Yeltay adı verdiyi mənfi qəhrəman
adına uyğun olaraq yelbeyin olur. Belələri yaddaşlarda
pis insan kimi qalırlar...
Yazıçının “ Balaca həkim ” adlı poeması da sevə-
sevə oxuduğumuz əsərlərdəndir. Həkimlik sənətini
uşaqlara sevdirməkdə bu əsərin böyük rolu olmuşdur.
Balaca qızcığaz xəstəliyə tutulan kuklaların həkimidir.
O, həkimailəsində böyüyüb. Anasının xəstələrə necə
qayğı göstərməsinin, şəfa verməsinin şahidi olub. İndi
də növbə onundur. Balaca qızcığaz “xəstələnən”
kuklaların qayğısına qalır, onlara həkim yardımı
göstərir...
Maraqlı
bir
faktı
diqqətinizə
çatdırmaq
istəyirəm.Xanımana Əlibəyli ömrünün qürub elədiyi
çağlarda bir şeir yazıb və onu “Yalvardım Allaha”
adlandırıb. Daha doğrusu, öz poetik irsinin taleyi ilə
ilgili Allaha müraciət edib. Şairlik istedadını ona
verdiyii üçün Yaradana şükür və minnətdarlıq edib.
23
Sonra əsərlərinin uzunömürlü olması, gələcəkdə
millətimizin balalarının işinə yarıması üçün Allahın
dərğahına üz tutub, ondan kömək itəəyib...
Bir qarlı qış
Mənə şeir verdi baxşış.
O qışımı yaz eylədi,
Bəxtimi bəyaz eylədi.
Allah onu etdi ətir, ?
Səpdi aylara, illərə.
Yalvardım: Allahım, yetir
Şerimi nəsillərə.
Digər bir maraqlı faktı diqqətinizə çatdırım. Bu
“Cunquş” pyesi ilə əlaqədardır. Belə ki, Abdulla Şaiq
adına Azərbaycan Dövlət Kukla Teatrının kolllektivi
1980-ci ildə Hindistanda qastrol səfərinə yollanır. Dehli
və Bombey şəhərlərində iki əsərin tamaşası ilə çıxış
edir. Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun
“ Məşədi Ibad ” komediyası və Xanımana Əlibəylinin “
Cunquş ” pyesi ilə. Hər iki tamaşa böyük rəğbətlə
qarşılanır. Bu barədə Bakı qəzetlərindən birində belə
yazılıb:
“
Xeyirxahlıq
mücəssəməsi
Cunquşu
Hindistanda da sevdilər! ”
Uşaq kitabxanalarında yubilyar şair və yazıçılar
haqqında keçirilən tədbirlərdə onların şeirləri ucadan
oxunur. Bu üsul uşaqların yaddaşını möhkəmləndirir,
hiss
etmək,
duymaq
qabiliyyətinin,
məntiqi
təfəkkürünun inkişafına kömək edir.
Kitabxananın nağıl otağında Xanımana Əlibəylinin “
Bir bina ”, “ Nənəyə hədiyyə ”, “ Qurbağa ” şeirlərinin
24
ucadan oxusunu təşkil etmək maraqlı olar. Sadə , səlis
bir dildə yazılmış bu şeirləri dinləyən özləri üçün
məntiqi nəticə çıxaracaqlar.
Bir bina
Qurbağa
Məktəblə yan-yanadır,
Bir qurbağa tir-tir əsdi
O xoş gəlir hər kəsə.
Bədənini soyuq kəsdi
İndi kitabxanadır,
İndi gölün dibindədir,
Keçmişdəsə mədrəsə...
Bax əlləri cibindədir.
Günbəzinə nur saçıb
Parıldayır o bina
Ulduzlara yol açıb
Orada İbn Sina.
2010-cu ildə Xanımana Əlibəylinin anadan olmasının
90 illik yubileyi keçiriləcəkdi.Bu münasibətlə hazırlıq
işlərinə başlanldı . Respublika Mədəniyyət və Turizm
Nazirliyi 2008-ci ildə onun əsərlərinin ikicildliyini nəşr
etdi. Kitabın tərtibçisi şairin qızı, professor Gülər
Abdullabəyovadır. Akademik Bəkir Nəbiyev nəşrə
“Uşaq ədəbiyyatımızın Xanım anası” adlı ön söz yazdı.
Ikicildliyin birinci cildində şairin poema və şeirləri daxil
edildi. Şair sonralar bu poemalardan bəzilərini pyesə
çevirib. Məsələn, “Dovşanın ad günü” əsəri kimi. Ikinci
25
cilddə ədibin yeddi pyesi toplanıb. Əsərlərin adları da
uşaq təfəkkürünə uyğundur: “Dovşanın ad günü”,
“Aycan”, “Gözəllər gözəli”, “Kənd həkimi”, “Cunquş”,
“Ləpələrin nağılı”, “Nişanlı quş”.
Xanımana Əlibəyli 7 may 2007-ci ildə dünyasını
dəyişmiş, Bakıda dəfn edilmişdir.
Ədəbi-bədii gecə
1-ci aparıcı: Əziz uşaqlar, hörmətli qonaqlar. Bu gün
bura Azərbaycan uşaq ədəbiyyatının görkəmli
nümayəndəsi, uşaqların sevimli şairi, nəğmələri dillər
əzbəri olan Xanımana Əlibəylini xatırlamaq üçün
yığışmışıq. Axı, onun bu il 95 illik yubileyi qeyd
olunur.
2-ci aparıcı: Xanımana Əlibəyli bədii yaradıcılığa
həkim işlədiyi vaxtlarda başlamışdır. Ədəbiyyata
sonsuz sevgisi olduğundan yaradıcılıqdan
ayrılmamışdır.Uşaqlarımızın sağlamlığı, bugünkü və
sabahkı taleyi bir həkim, bir şair kimi daim onu
düşündürmüşdür:
Sanki Allah bir qarlı qış
Mənə şeir verdi bəxşiş
O qışımı yaz eylədi,
Bəxtimi bəyaz eylədi.
Allah onu etdi ətir,
Səpdi aylara illərə.
Yalvardım Allahım yetir,
Şeirimi nəsillərə.
26
1-ci aparıcı: Kuklaları xəstələnən qızcığazın həvəslə
onları müalicə etməsi Qızcığazın həkim anasının
xəstələnəndə ona göstərdiyi qayğı və şəfqətin
nəticəsidir.
Sağ qoluma bağladım
Tez aypara nişanı.
Yavaşca qucaqladım
Atı, fili, dovşanı –
Qoydum divanın üstə.
Uzandı çoxlu xəstə:
Keçi, dəvə, qaz, toyuq...
Çoxuna dəyib soyuq.
2-ci aparıcı: Xanımana Əlibəyli uşaq ədəbiyyatımızın
ləyaqətli damçılarındandır.
Mirzə Ələkbər Sabir, Abbas Səhhət...Xanımana
Əlibəyli.. Şairin qızı, f.e.d. Gülər xanım Abdullabəyova
anasının Yaradıcılığı haqqında belə məlumat verir:
“Anam tək uşaq şeirləri yox, sevgi şeirləri də yazırdı.
Onun atama həsr etdiyi məhəbbət şeirləri olduqca
maraqlı və gözəl idi. Düşünürəm ki, anam lirik şeirlər
yazan şairə ola bilərdi. Amma o məhz uşaq ədəbiyyatını
seçdi. Uşaq ədəbiyyatında olan boşluq onu çox narahat
edirdi. İstəmirdi ki, o, təkcə uşaq şairəsi kimi tanınsın.
Şeirlər yaza-yaza həm də uşaq həkimi vəzifəsində
çalışırdı. Çünki uşaqlara olan sevgisi sonsuz idi. Lakin
45-50 yaşlarında təqaüdə çıxaraq sırf poeziya ilə
27
məşğul olmağa başladı. Daha həkim işləmədi. Bəlkə də
sənətini həddindən artıq sevdiyindən irəli gəlirdi ki, o,
səhhətində problem olsa da, yaradıcılığına fasilə
vermirdi. Anam 85 yaşında dünyasını dəyişdi. Bu gün
anam həyatda olmasa da unudulmur, xalqının, onu
sevən azyaşlıların, sənət yoldaşlarının qəlbində əbədi
yaşayır ”. Bu, həqiqətən də belədir.
“Gözəllər gözəli” pyesindən bir parçada...
Günəş çıxıb. Alma günəşin şəfəqlərində yuyuna-yuyuna
şən bir nəğmə oxuyur
Meyvəqurdu Alma, nədir tutmusan
Birdəfəlik kəsərəm
Günəşin qabağını?
Bu bağdan ayağını.
Alma: Meyvəqurdu, məni
Gətirmə zara,
Günəş mənimkidir
Çəkil kənara.
Günəşdən mən
Almalıyam işığı,
Bil ki, mənəm
Bağların yaraşığı
Bu dünyaya ən ləzzətli,
Payam mən,
Özüdə günəşə,
Aya tayam mən
(Meyvəqurdu öz –özünə deyinərək gözdən itir)
Yerlərin ayına bax...
28
Günəşin tayına bax...
Alça almanın özünü tərifləməsini eşidib deyir:
Meyvəqurdu düz deyir.
Mən lap məətəl qaldım
Eşidəndə sözünü.
Ay alma, boş yerə sən
Təriflədin özünü.
Atan “Al” yox
Alma qoyub adını.
Almasınlar,
Bilməsinlər dadını.
Heç alma dünyada
Alçaya çatmaz.
( bunu eşidən heyva budaqdan başını qaldırır)
Alça, tərifnamən
Həddini aşdı.
Səndəki turşudan
Dişim qamaşdı.
Mən Heyvayam,
Xoşlayırlar ətrimi.
İnsanlar hamıdan çox
İstəyirlər xətrimi.
( Bu tərifnaməni eşidən əncir:)
Heyva, danışdığın
Boş qalmaqaldır.
Mən Əncirəm
Dadım elə bil baldır.
Əncirin çox xeyri var
Oxşayıram o,
29
Saralan armuda.
Armud: Bir buna bax, özünü
Mənə tay etdi bu da.
Məclislərdə hamının
Ürəyinə yatıram
Mən bütün xəstələrin
İmdadına çatıram.
(Bu an meyvəqurdu kənardan durub acı-acı baxır. Al
rəngli nar gəlir)
Armud,söylə sənə
Nə ehtiyac var?
O mənəm, xəstəyə
Məndə əlac var.
(Meyvəqurdu yenə öz-özünə kənardan baxıb deyinir:
Heç onu yoxdur dərən, Danışır çərən-pərən )
Nəhayət bu söhbətdən sonra meyvələr belə qərara
gəlirlər ki, sabah müsabiqə
təşkil olunsun, bilinsin ki, hansı meyvə daha yeməlidir)
Bunu eşidən
meyvəqurdu sevinərək aranı qarışdırmağa hazırlaşır.
Meyvəqurdu: Meyvələr lovğadır çox,
Heç birində dostluq yox.
Danışdı hamı boş-boş,
Heç kəsə gəlmədi xoş.
Burda nə ki meyvə var,
Bir günə qırmaq olar.
(Meyvəqurdu sağa-sola boylanır, alma olan budağa
yaxınlaşır)
Salam, ay qızıl alma salam
30
Sənə vardır vacib sözüm.
Dünən axşam Narın özü,
Sənə yaman tələ qurdu
Nar möhkəm tapşırdı mənə,
Bir bərk ziyan vurum sənə.
Alma: Sən ziyan vurasan mənə?
M.q: İnan, əl vurmaram sənə.
Meyvəqurdu aranı çaxnaşdırmaq üçün sevincək narın
yanına gəlir:
Salam sənə Gülövşə nar,
Qarşında bir, təhlükə var.
Almadır sənin qəddar düşmənin.
Nar: Sağ ol, xəbər verdin mənə.
Meyvəqurdu öz-özünə:
Saldıq sizi rəqabətə
Düşəcəksiz fəlakətə
Meyvəqurdu həşəratları çağırıb tapşırıq verir:
Xəbər tutdum olacaq
Sabah meyvə bayramı
Meyvələr yarışacaq
O saat bağa aşın
Meyvələrə daraşın
Alça və Heyva göylərdə Meyvəqurdunun kölgəsini
görüb:
Göylərə bax ay Alça,
Uçur mavi bir xalça.
Heyva: Yox dağlara çöküb duman.
Düşmənlərdir o çox güman
31
(Meyvəqurdunun kələyindən xəbəri olan əncir Nara
yaxınlaşıb qulağına)
Əncir: Ey Nar, bir qulaq as mənə,
Bir pis xəbər verim sənə.
Həşərat istəyir Cuma
Üstümüzə hücuma.
Nar: Qorxma, kəsib yollarını,
Bağlayarıq qollarını.
(Meyvəqurdu gözdən itir. Alma sabahkı bayramda
üstünlük qazanmaq üçün çalışır., əynindəki zərli
donuna sığal vurub hərlənir.)
Alma: Eh, narın başında
Sınıq bir tac var.
Mənimsə suyumda
Min bir əlac var.
Ay göndərib mənə
Bu gözəl donu.
Sabahki bayramda
Geyinim onu.
Hamıdan qiymətli
Bir inci olum.
Meyvələr içində
Birinci olum.
Məclisə saat onda
Yola düşüm faytonda.
Heyva Almaya tənə ilə:
Heyva: Tərifə tutmusan yenə özünü,
Alma, saxla sabah söylə sözünü
Telləri töküb belə,
32
Çox da lovğalanma elə.
O gün, mənə sən demisən daş Heyva.
Sabah isə deyəcəksən baş Heyva.
Səhnədən hamı gedir. Yenidən Almanın nəğməsi
esidilir. Nəğmə oxuya-oxuya yarışmaya tələsir.
Almanin nəğməsi: Uzanır yol boyu alma ağacı
Almalardır hər azarın əlacı
O, göylərdə sovqat gedir hər yana,
Bir nemətdir, həyat verir insana.
Almanın nəğməsindən qəzəblənən meyvəqurdu:
Qoy oxusun şirin sözlər
Bir-birinə calansın
Fayton aşsın, qızıl Alma
Xəndəyə yumbalansın
Almanın getdiyi fayton meyvəqurdunun diyirlədiyi daşa
çırpılıb yerə dağılır. Alma yenidən durub yoluna
davam edir.Uzaqdan narın gözəl nəğməsi eşidilir.
Nar nəğməsi:
Gözəl meyvə var- var
Onun adı nar-nar
Səhnədə narın nəğməsinə hamı heyran qalır.
Mənim adım Nar-Nar,
Dadlı barım var-var
Mənim adım Nar-Nar,
Meyxoş meyvəm var-var
Payız fəsli gələndə,
Mən verirəm bar-bar.
Bunu eşidən Meyvəqurdu Nara söz atır.
Meyvəqurdu toxunsa,
Ağlayarsan zar- zar.
33
Bu sözdən sonra münsiflər heyəti olan Şaftalı Ərik Narı
qovub Almanı çağırırlar səhnəyə. Alma nəğməsini
söyləyir, rəqs edir:
Mən durna kimi süzüm,
Düşmən ürəyini üzüm.
Şaftalı və Ərik Almaya yüksək qiymət verirlər. Bunu
görən Nar deyinir:
(Nar , Heyva paxıllıqla Almanın rəqsinə tamaşa edirlər.
Meyvəqurduların tələsindən xəbəri olan Əncir tövşiyə-
tövşiyə məclisə girərək yoldaşlarını xəbərdar etməyə
tələsir.)
Əncir: Ay meyvələr,
Gəldim xəbər verim mən,
Aldatdı sizi düşmən.
Yaramaz Meyvəqurdu
Sizə bir tələ qurdu.
Meyvələr,qalmayın tək
Gəlin, gəlin birləşək!
Qoruyaq bir-birimizi.
Düşmən məhv etməsin bizi!
1-ci aparıcı: Xanımana Əlibəylinin poemaları uşaqlara
ibrət dərsi verən nümunələrdir. Onun “Məni günəşə at ”
kitabında toplanmış “Məni günəşə at”, “Çoxbilmiş
çəpişlər”,“ Anamın nəğməsi ”, “Aman ovçu”,
“Mərcanqulu qalası”, “Ulduzların qucağı”, “ Bir yaz
səhəri ” poemaları müasir baxış bucağından qələmə
alınmışdır.
34
2-ci aparıcı: Bu əsərlərin hər birində müəllif ağıllı
tədbirli olmağı uşaqlara təlqin edir. Belə ki, ağıllı
çəpişlərin vaxtında tədbir görməsi nəticəsində Qurd
ocaqda yanır. Əziz uşaqlar, Xanımana Əlibəyli bununla
demək istəyir ki, düşmən nə qədər güclü olsa da, ağlın
gücü ilə onu məğlub etmək olar.
1-ci aparıcı: Şairin “Anamın nəğməsi” şeirində “
Çəpişlər ”in əksi olaraq düşünülməmiş atılan addımın
heç bir nəticə verməyəcəyi diqqətə çatdırılır. Yaxşı ki,
toyuqların düşünülməmiş addımına “düzəliş” edilir.
Ovçunun atdığı sərrast bir güllə tülkünün arzularını
ürıyində qoyur. Balaları yoxa cıxarkən kədərli mahnı
oxuyan ana toyuq, şən nəğmələr oxumağa başlayır:
Gəlin həmin nəğməni dinləyək.
(Oxucu şeiri demək üçün səhnəyə gəlir )
Toyuqlarım gözəl-göyçək,
Hərəsi bir cürə çiçək.
Biri çil-çil, biri sarı,
İpək kimi qanadları,
Gəzin çöldə, gəzin düzdə,
Səpilmişdir önünüzdə.
Hər cürə dən, toyuqlarım,
A mənim şən toyuqlarım.
2-ci aparıcı: 87 yaşında dünyasını dəyişən Xanımana
Əlibəyli bu gün də unudulmur, xalqının, onu sevən
azyaşlıların, sənət yoldaşlarının qəlbində əbədi yaşayır.
35
İstifadə edilmiş ədəbiyyat:
1. Əlibəyli X. (1920-2007). Aman ovçu; Yuxuda; Qızıl
şar: şeirlər// Azərbaycan uşaq ədəbiyyatı antologiyası. 3
cilddə. C.2. - B.: Öndər, 2004. - S. 178-184.
2. Uşaqların sevimli şairi : Xanımana Əlibəyli haqqında
// Göy qurşağı. - 2007. - №3(8). - S.14-15.
3. . Namazov Q. 1945-1960-cı illərdə uşaq ədəbiyyatı
//Azərbaycan
uşaq ədəbiyyatı. – Bakı Dövlət
Universiteti nəşriyyatı, 2007. - III hissə: Sovet dövrü
uşaq ədəbiyyatı, VI fəsil. - S. 272-284.
4. Namazov Q. Xanımana Əlibəyli (1923-2007)//
Azərbaycan uşaq ədəbiyyatı. - B: Bakı Universiteti
nəşriyyatı, 2007. - III hissə: Sovet dövrü uşaq
ədəbiyyatı, VII fəsil. - S. 332-336.
5. Nəbiyev B. Uşaq ədəbiyyatımızın xanım anası:
Xanımana Əlibəyli // Ədəbiyyat qəzeti. - 2008. - 11
yanvar. - S. 3-4.
6. Eyvazov S. Uşaq məhəbbətini qazanmağın çətin yolu:
Xanımana Əlibəylinin dramaturgiyası haqqında //
Mədəniyyət. - 2011. - 20 aprel. - N 27. - S. 13.
7. Fərəcov S. Uşaqların şəfqətli ədibi: Xanımana
Əlibəyli // Mədəniyyət. - 2013. - 19 aprel. - № 28. - S.
36
Xanımana Əlibəylinin 95 illik yubileyi münasibəti ilə
respublika uşaq kitabxanaları üçün hazırlanmış
metodik vəsait
Kompyuter yığımı
və dizayn: Nərgiz Məcidova
Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;
E-mail: childlibbaku@yahoo.com
URL:www.clb.az
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasında
çap olunmuşdur.
Sifariş:
Çapa imzalanmışdır: 25.07.2015
Tirajı:100
Pulsuz
Dostları ilə paylaş: |