Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   2   3   4   5   6   7   8   9   ...   32

 
Hərgah gəlib desə: sevirəm səni,  
İnanma, ağılla götür-qoy elə:  
Dura biləcəkmi sözünün üstdə,  
Məşhur əyanları Danimarkanın  
Razı olacaqmı bir gör onunla.  
Düşün, hansı bəla gözləyir səni?!  
Əgər onun sevgi nəğmələrinə  
İnanıb ləkəsiz qəlbini versən,  
O boş, zəhlətökən uydurmalara  
Açsan saf eşqini xəzinə kimi,  
Bil ki, şərəfini itirəcəksən.  
Ondan, Ofeliya, qorx, əziz bacım.  
Hissini qəlbində boğmağı bacar,  
Bu qorxunc sevgidən uzaq ol, uzaq.  
Aya göstərirsə gözəlliyini,  
Qız üçün bu özü ədəbsizlikdir.  
Saflığa həmişə ləkə tez düşür.  
Hələ qönçədəykən yaz çiçəkləri,  
Onları qurd yeyir hey için-için.  
Gəncliyin sübh şehi şəfəq saçanda  
Xəstəliyə düşmək dəhşətdir, dəhşət. 
 Heç vaxt ehtiyatı buraxma əldən,  
Ehtiyat insana gözəl sipərdir. 
 Bir səbəb olmadan qan dalğalanır,  
Gənclik ehtirası od tutub yanır. 
Of  e l i y   a. 
Bu gözəl öyüdün gözəl mənası 
 Gözətçi olacaq könlümə hər vaxt.  
Ancaq, əziz qardaş, göyə ucalan  
Sıldırımlı yolu mənə göstərib,  
Özü gül-çiçəkli cığırla gedən,  
Verdiyi öyüddən utanmaz, məlun,  
Günahlar törədən bir keşiş olma. 
L a e r t. 
Qardaşına inan. Mən çox dayandım.  
Aha, atamız da gəlir, odur, bax.  


 
(Poloni daxil olur). 
İki dəfə almaq xeyir-duam  
Özü də ikiqat bir səadətdir.  
Təzədən ayrılmaq qismətmiş bizə. 
Poloni. 
Hələ də burdasan? Laert, bu nədir!  
Yola düş, yola düş, tez ol, ayıbdır!  
Yelkənin çiyninə qonubdur külək,  
Sənin gəlməyinə mətəldir hamı.  
Apar özün ilə xeyir-duamı,  
Oğlum, bu sözlərim qalsın yadında:  
Sirrini heç kimə açıb söyləmə,  
Heç vaxt düşünmədən görmə bir işi.  
Sadə, mehriban ol, ancaq heç vədə  
İnanıb hamıyla yaxınlıq etmə.  
Sınanmış, vəfalı dostlarmı sən  
Polad tellər ilə qəlbinə bağla  
Hər nadan tanışla, dönük yoldaşla  
Görüşüb əlini qabar eyləmə.  
Dalaşmaqdan çəkin, dalaşsan əgər 
Möhkəm dur, rəqibin səndən çəkinsin. 
 Çox eşit, çox dinlə, fəqət az danış.  
Hamının birbəbir öyrən fikrini,  
Lakin öz fikrini gizlə hamıdan. 
 Pul kisənə görə sən geyin-kecin,  
Fəqət təmtərağa, dəblərə uyma. 
 Çox vaxt paltarıyla tanınır insan.  
Fransada isə nəcib kübarlar  
Bu işdə olduqca tələbkardılar.  
Nə borc al, nə borc ver; çünki borc versək,  
Həm pulu, həm dostu itirərik biz. 
 Borc alsaq, heç olar qənaətimiz.  
Özünə sadiq ol hər şeydən əvvəl, 
 -Gecənin dalınca gələn gündüztək 
 O zaman hamıya sadiq olarsan.  


Yaxşı yol, unutma nəsiyyətimi. 
L a e r t. Sizdən aynhram istəməsəm də. 
 
Poloni. 
Vaxt tələb eləyir, dayanma, oğlum, 
Xidmətçilər səni gözləyir çoxdan.  
Laert. 
Sağ ol, Ofeliya, qulaqlarında 
Sözümü sırğa et.  
O f e 1 i y a. 
Qəlbimdə ləltək 
Gizləyib, qəlbimi qıfıllamışam. 
Onun açarını özünlə apar.  
L a e r t. Sağ-salamat qalın. 
Gedir. 
Poloni. 
Hə, Ofeliya, 
Danış, nə deyirdi qardaşın sənə? 
O f e 1 i y a. Prins Hamlet haqda bir para şeylər... 
Poloni. 
Mərhaba, ağıllı hərəkət edib!  
Deyirlər ki, güya, axır zamanlar  
Hamlet tez-tez gəlir sənin yanına,  
Sən də ona qarşı çox mehribansan.  
Əgər doğrudursa eşitdiklərim,  
Xəbərdarlıq üçün deməliyəm ki,  
Sen mənim qızıma, öz namusuna  
Yaraşan hərəkət etmirsən, bala.  
 
Aranızda nə var? Düzünü söylə. 
O f e l i y   a. 
Ata, o son vaxtlar çox incəliklə  
Mənə öz eşqini izhar eyləyir. 
Poloni. 
Eşqini! Nə! Tfu! Təcrübəsiz qız!  


Sen bu qorxunc işi bilirsən hardan?!  
Onun o dediyin incəliyinə,  
Söylə, söylə görüm inanırsanmı? 
O f e 1 i y a. Ata, heç bilmirəm nə söyləyim mən? 
P o l  on i. 
Səni öyrədərəm, uşaqsan hələ,  
Hər parlaq dəmiri qızıl sanırsan.  
Mənasız sözlərə fikir vermə gəl, 
Özünün qədrini-qiymətini bil.  
Yoxsa el içində gülünc olarsan. 
O f e l   iy  a. 
Ata, mənə o öz məhəbbətini  
Hörmətlə, ədəblə bəyan eylədi. 
P o 1 o n i. Bəli də, son dəblə; di qurtar, qurtar. 
O f e l  i y a. 
Dünyadakı bütün müqəddəslərə  
And içdi ki, sözü düzdür, doğrudur. 
Po 1 oni. 
Cüllüt tutmaq üçün bir tələdir bu.  
Bilirəm, gənclikdə qan alovlanır,  
Bolluca and içir dil yana-yana.  
Bu göz qamaşdıran parıltıların  
İşığı çox olur, istiliyi az,  
Bir azdan da sönüb qaralır tamam.  
Sən bu şəfəqləri od sayma, qızım.  
Bu gündən bir qədər ağıryana ol,  
Çalış, həsrətini çəksinlər sənin.  
Çağırılan kimi görüşə qaçma.  
Hamletə qalanda təkcə inan ki
 Prinsdir, cavandır, hərəkətində  
O səndən sərbəstdir, səndən azaddır.  
Sözün müxtəsəri, Ofeliya, sən  
Onun andlarına inanma heç vaxt.  
Andlar fırıldaqçı dəllal kimidir, 
 Zahiri yalandır, batini saxta.  


Yaxşı aldatmaqçün başqalarını  
Mehriban, müqəddəs övliyaların  
Paltarını geymiş oğraşa bənzər.  
Dediyim bu qədər. Elə bu gündən 
 Prins Hamlet ilə söhbəti qurtar. 
Qoy sənin adına ləkə gəlməsin.  
Tapşırığım budur: öz yolunla get. 
 O f e 1 i y a. Sizə tabe olmaq borcumdur, ata. 
Gedirlər. 
DÖRDÜNCÜ SƏHNƏ 
Qəsrin önündə həmin 
meydan. Hamlet, Horatsio və 
Marsel daxil olurlar. 
H a m 1 e t. Hava kəsib-tökür, yaman soyuqdur. 
H o r a t s i o. İliyə işləyir şaxta qılınctək. 
H a m 1 e t. Saat neçə olar? 
H o r a t s i o. On ikiyə var. 
M a r s e 1. Xeyr, kilsə zəngi vuruldu artıq. 
Horatsio. 
Doğrudan? Mən onu eşitməmişəm. 
Əgər elədirsə, həmin o ruhun 
Həmişə gəldiyi vaxt yaxınlaşır. 
(Səhnə arxasından qısa şən musiqi və top gurultusu 
eşidilir). 
Milord, agah edin, bu nə deməkdir?  
H a m 1 e t. 
Hökmdar kef çəkir səhərə qədər, 
Sərxoşluq eləyir, atılıb düşür. 
Reyn şərabının hər badəsini 
İçib qurtarantək təbil, gərənay 
Guruldayıb bunu qələbə kimi 
Aləmə bildirir.  
H o r a t s i o. Bu bir adətdir?  
H a m 1 e t. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə