23
Qiymətlərin iri artımı zamanı nominal deyil, inflyasiyadan
təmizlənmiş real qiymətlər proqnozlaşdırılır. Bunu hesablamaq üçün
nominal dəyər, (1+p)-ə bölünür ki, burada (p) onluq kəsrlə ifadə
olunmuş uyğun qiymət artımıdır.
Təcrübədə rast gəlinən sadələşdirmə kimi bir qayda olaraq
qiymətin dəyişməməsi kimi hesablamaların aparılması qəbul olunur.
Əgər qiymətlərin spesifik tendensiyası barədə məlumat yoxdursa,
onda bazis dövrün güman edilən qiyməti layihənin bütün fəaliyyət
dövrü üçün dəyişməz kimi istifadə olunur.
Beynəlxalq biznesdə malların idxalı zamanı digər bir problem
ondan ibarətdir ki, yerli pulun qiymətdən düşməsi zamanı, xaricdə
qiymətin sabit qalması şəritində belə, yerli pulla bahalanmaya səbəb
olur. Ona görə də idxal zamanı yerli qiymətlərin proqnozlaşdırılması
zamanı müvafiq mübadilə məzənnələri haqqında məlumat
olmalıdır.Real sferadan daxilolmalar(satış bazarı) öyrənilərkən ilkin
nöqsanlar təhlil edilməlidir.Daxilolmalarda malların satışından əldə
olunan daxilolmalar üstünlük təşkil edir. Bu zaman istehlakçının
aldığı güzəştlər potensial daxiolma axınını azaldır, buraxılış qiyməti
daxil olmaqla ƏDV isə dafekto daxilolmalara gətirib çıxartmır,
çünki o, birbaşa büdcəyə yönəldilmişdir(ehtiyatların alınması
zamanı artıq ödənmiş ƏDV əvəzləşəndən sonra). Planlaşdırmanın
məqsədləri üçün daxilolmaların brutto məbləğinin yaxud netto
məbləğinin göstərildiyi əsas deyil. Netto daxilolmaların məbləği
daha tez-tez istifadə olunur, çünki o, planlaşdırmanı daha aydın
edir.
Əmlakın ümumən bütövlükdə satılmasından da daxilolmalar
mövcuddur. Planlaşdırmada söhbət plan dövrünə qalıq dəyərindən
gedir.Bazar tədqiqatlarının tərkibi, əsasən bazarın təhlili, layihənin
hazırlanması zamanı qarşıda duran ən vacib məsələrdən biridir. Bu
təhlil çox zaman xarici ekspertizalarla aparılır və bu zaman həm
satış, həm də tədarük bazarı araşdırılır.Bazarın təhlili tələb və
mövcud təklifin qeydiyyatından başlanır(statik təhlil). Tələbi və
onun tərkib hissələrini seqmentlərə ayırmaq və real təkliflə
qarşılaşdırmaq lazmdır. Tələb və təklifin qarşılaşdırılmasının dəqiq
təhlili bazara çıxmaq məqsədilə istifadə oluna biləcək, bu vaxta
qədər nəzərdən qaçmış seqmentləri aşkara çıxartmağa imkan verir.
Təklifin təhlili aşağıdakı suallara cavab verməlidir: tələbin yerli
istehsalçılarla ödənib ödənmədiyi, idxala kvotanın olub olmaması,
24
nə qədər firma və ya şirkət bu məhsulu istehsal edir və onların
istehsal həcmi nə qədərdir.
Nəhayət maya dəyəri ilə qiymət arasındakı nisbət və ya bazarda
rəqabət və gəlir haqqında informasiya olmalıdır. Bu informasiya
bazara çıxış zamanı rəqiblərin davranışını qiymətləndirməyə imkan
verir. Bazarın qarışıqlığı çox olduqca və layihə bazara nisbətən nə
qədər böyük olarsa, rəqiblərin mümkün ehtiyyatlarını nəzərə almaq
bir o qədər vacibdir.
Informasiya ticarət palatalarından, iqtisadi birliklərdən, idxal
və ixracın statistikasından və digər ikinci dərəcəli qurumlardan alına
bilər. Bəzi hallarda özünün birinci mərhələdə təhlilini keçirmək olar.
Növbəti addım bazarın inkişafının öyrənilməsidir(dinamik
təhlil). Bu təhlilin nəticəsində layihənin məhsuluna olan potensial
tələb və vacib ehtiyyatlar bazarında qiymətləri müəyyən etməyə
imkan verir. Müxtəlif bazar seqmentləri arasında müxtəlif dövrlərdə
istehlak haqqında məlumat, artım sürəti və bazarın genişlənməsi
imkanları haqqında informasiya tələb olunur.
Beynəlxalq biznesdə bazar araşdırmaları zamanı aşağıdakı
məsələləri aydınlaşdırmaq lazımdır.
1.
bazar seqmentlərinə bölməklə müvafiq məhsullara tələb və
onun həcminin müəyyən olunması;
2.
daxili və xarici istehsalçılara və müvafiq seqmentlərə bölünmüş
olaraq öyrənilən təklif, bazarın qarışıqlığı və rəqiblər haqqında
məlumat;
3.
bazarın inkişaf tendensiyası;
ümumi artım sürəti;
seqmentlər üzrə artım sürəti;
lahiyyənin fəaliyyət dövrü üçün böyümə proqnozları;
istehsalat güclərinin rəqiblərdə artma tendensiyası;
4.
ayrı-ayrı seqmentlər üzrə tutulacaq bazar payı;
5.
marketinq strategiyası ” 4p;
istehsalat proqramı ”p (product);
qiymət siyasəti ”p (proce);
satış və distribusiya yolları ”p (place);
reklam strategiyası ”p (promotion).
Beynəlxalq
biznesdə
proqnozlaşdırma
metodlarının
öyrənilməsi əsasən inkişafı müəyyən edən iqtisadi dəyişənlər
məlumdursa keçmişə əsaslanan proqnozlaşdırma metodlarından
25
istifadə etmək olar. Bu zaman gələcəyin indiki vəziyyətin davamı
olduğu və gələcək inkişaf tendensiyasının keçmişin inkişafına uyğun
olmasından irəli gələrək fəaliyyət göstəriləcək. Əgər bu doğrudursa
keçmiş
göstəricilərin
əsasında
etibarlı
proqnozlaşdırma
mümkündür.Proqnozlar üçün çox zaman aşağıdakı proqnozlaşdırma
metodlarından istifadə olunur.
Trendlərin ekstrapolyasiyası;
Sadə reqressiv hesablamalar;
Multireqressiv hesablamalar;
Aparıcı indiqatorlar üzrə hesablamalar;
Istehlak əmsalları metodu üzrə hesablamalar.
Trendlərin ekstrapolyasiyası zamanı keçmiş dövrlərdə olan
tendensiyaların qalacağından irəli gələrək hərəkət edilir. Dövrlər
üzrə müşahidə olunan artım və ya azalmanın eyni formada davam
etdiyini qəbul etsək, onda xətti trenddən danışılır.
Tutaq ki, x proqnozlaşdırıln dəyişəndir, b tam illik dəyişmə, t isə
qiymətləndirmə dövrü:
Xt = A+Bt
A parametri qrafikdə absis oxunun kəsiyi kimi göstərilən bazis
iriliyidir. B parametrini funksiyanın artımı kimi izah etmək olar.
Aşağıdakı qrafikdə B müsbətdir və trendin böyümə xəttini müəyyən
edir.
Keçmiş dövrün təhlili zamanı əksər hallarda müəyyən olunur
ki, kəskin dəyişikliklər deyil, nisbi dəyişikliklər xarakterikdir. Artım
tempi daimidir. Belə hallarda eksponent funksiyalardan söhbət
gedir.
Xt= A*B üstü t
Logxt(index)= logA+t logB
logXt-Y nin yerinə logA-A, logb-nin yerinə B qoysaq onda
aşağıdakı kimi yazmaq olar:
Y= A+Bt
X
X=A+Bt
A
Dostları ilə paylaş: |