27
Quran, 3.)
“Bir nəfər halal qazancından - Allah halal mal-
dan verilən sədəqədən baĢqa heç bir sədəqəni qəbul
etməz – bir xurma qədər sədəqə versə, Allah o sədə-
qəni qəbul edər. Sonra onu, sizin atın balasını (day-
çasını) böyütdüyünüz kimi, sədəqə sahibi üçün bö-
yüdür. Belə ki, o sədəqə dağ boyda olur” (Buhari,
Zekat, 7; Müslim, Zekat, 1.).
Bu ayəti-kərimə və hədisi-şəriflər müsəlman üçün,
inanmış insan üçün halal tikənin və halal qazancın nə
qədər əhəmiyyətli olduğunu göstərir. Qazancı halal ol-
mayan insanın duası Allah tərəfindən qəbul edilməyə-
cəyi kimi, halal olmayan qazancı ilə elədiyi xeyirli işin
də bir qiyməti yoxdur.
Ancaq zəruriyyət haramı mübah (dinə görə edil-
məsi normal olan, nə günah, nə də savab olan işlər) ha-
la gətirir. Dinimizdə məcburiyyət yoxdur. Çünki Isla-
miyyət insana əziyyət verməyən bir dindir. Bir insan
özündən asılı olmayan səbəblərlə haram olan bir şey
yeməyə və yaxud haram olan bir şeyi eləməyə məcbur
qalarsa, halal sayılmasa da, öz ehtiyacını yerinə
yetirəcək qədər haram şeylərdən istifadə edə bilər. Bu,
günah olmaz. Çünki ayəti-kərimədə haram olan şeylər
sayıldıqdan sonra belə deyə buyurulmuşdur: “O
(Allah) sizə ölmüĢ heyvanı, (axar) qanı, donuz ətini
və Allahdan baĢqasının adı ilə (bütlərin və s. adı ilə)
kəsilənləri (yeməyi) qəti haram etmiĢdir. Lakin
naəlac qaldıqda (baçqasının malını) zorla mənimsə-
mədən və həddini aĢmadan (zəruri ehtiyacı ödəyənə
qədər) bunlardan yeməyə məcbur olan kimsənin
heç bir günahı yoxdur. Allah bağıĢlayandır, mərhə-
mətlidir!” (əl-Bəqərə, 2/173).
28
Haramın növləri
Haram iki növ olur. Biri donuz əti və şərab kimi
özü haram olan şeylərdir. Bunlara “haram liaynihi”
deyilir. Digəri isə əslində haram olmayıb, vəziyyətdən
asılı olaraq haram olan şeylərdir. Bunlara “haram
liğayrihi” deyilir.
Oğurluq bir mal, məsələn, qoyun və ya pul ma-
hiyyətcə halaldır. Ancaq başqasının malı olduğu üçün
və sahibindən izinsiz alındığı üçün haram olmuşdur.
Halal və haram haqqında bu qısa izahatdan sonra
nəyin haram olduğuna baxaq.
Haram olan məhsullar
1. Donuz əti. Donuz məməli heyvandır. Vəhşi və
əhilləşdirilmiş olmaq üzrə iki cinsi vardır.
Yuxarıda qeyd etdiyimiz kimi, Allah-Təala kirli və
sağlamlığa zərərli olan şeyləri haram buyurmuşdur.
Donuz da bunlardan biridir.
Donuz hər cür kirli şeyi, siçan və heyvan leşlərini
belə yeyən bir heyvandır. Buna görə də heyvanların ən
murdarı kimi tanınmışdır.
Donuz çirkli qidaları sevdiyi üçün, vücudunda
həddindən artıq mikrob olur. Bu mikrobların başında
trixin və solitor gəlir. Bunlar insan orqanizmi üçün çox
təhlükəlidir. Müasir tibb də donuz ətinin hər iqlimdə,
xüsusilə isti yerlərdə insan sağlığı üçün çox zərərli
olduğunu müəyyənləşdirmişdir. Trixindən başqa, do-
nuz streptokokku, donuz qripi, donuz vəbası, qarayara,
dabaq və vərəm də donuzdan insana yoluxan xəstə-
liklərdəndir. Bütün bu xəstəliklərdən qorunmaq üçün
donuza toxunmamaq və ətini yeməmək lazımdır.
29
Donuz ətinin haram buyurulmasının səbəbləri
yalnız bizim bu gün bildiklərimizdən ibarət deyildir.
Bəlkə, zaman keçdikcə yeni-yeni səbəbləri də öyrə-
nəcəyik. Hətta öyrənə bilməyəcəyimiz səbəblər də ola
bilər. Ancaq qəti olaraq bildiyimiz və inandığımız bir
şey vardır ki, o da Allah Təbarəkə Təalanın haram
buyurduğu hər şeyin bizə zərərli olduğudur.
2. Allahdan baĢqasının adına kəsilən heyvan. Əti
yeyilən heyvan kəsilirkən Allahın adı ilə – “Bismillah,
Allahü Əkbər” deyilərək kəsilir. Bu, bir növ heyvanı
yaradan və bizim istifadə və xidmətimizə verən ulu
Yaradandan icazə almaq deməkdir. Bu icazə alınmadan
heyvan kəsilə bilməz. Ancaq yaddan çıxdığı üçün,
Allahın adı deyilmədən kəsilmişsə, zərəri yoxdur.
Allahdan başqasının adı deyilərək və xatırlanaraq
kəsilən heyvan əti yeyilməz.
3. LeĢ, qaydalara uyğun olaraq kəsilmədən ölən
heyvan. Boğulmuş, daş, dəyənək və bu kimi şeylərlə
vurularaq, başqa heyvanlar tərəfindən buynuzlanaraq
öldürülmüş, canavarların yarısını yeyib atdığı hey-
vanlar da özü ölmüş heyvanlar kimi qiymətləndirilir və
yeyilə bilməz. Ancaq bunlar ölməmişdən qabaq kə-
silsə, yeyilə bilər.
4. Qan. Kəsilmiş heyvanın vücudundan axan qan
yeyilməz. Ancaq dalaq və ciyər kimi orqanlarda qalan
qan axmış sayılmaz, dalaq və ciyərlə yeyilə bilər.
Bu haqda “Qurani-Kərim”-də belə buyurulur:
“Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan,
donuz əti, Allahdan baĢqasının adı ilə (bismillah de-
mədən) kəsilmiĢ, boğulmuĢ (küt alət və ya silahla) vu-
rulmuĢ, (bir yerdən) yıxılaraq ölmüĢ, (başqa bir
heyvanın buynuzu ilə) vurulub gəbərmiĢ, vəhĢi hey-
30
vanlar tərəyindən parçalanıb yeyilmiĢ – canı çıxma-
mıĢ heyvanlar müstəsnadır – dikinə qoyulmuĢ daĢ-
lar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurban-
gahlar) üzərində kəsilmiĢ heyvanlar və fal oxları ilə
pay bölmək sizə haram edildi. Bunlar günahdır...
Kim aclıq üzündən naçar qalarsa, (çətinliyə düşər-
sə), günaha meyl etmək niyyətində olmayaraq (zə-
rurı ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə
bilər). Həqiqətən, Allah bağıĢlayandır, rəhm edən-
dir!”. (əl-Maidə, 5/3).
Burada əti yeyilən və yeyilməyən heyvanlar haq-
qında məlumat vermək faydalı olar.
Əti yeyilən və yeyilməyən heyvanlar
Əti yeyilən və yeyilməyən heyvanlar: suda yaşa-
yanlar, quruda yaşayanlar və suda-quruda yaşayanlar
olmaq üzrə üç yerə bölünür.
1. Yalnız suda yaĢayan heyvanlar. Balıq da daxil
olmaqla suda yaşayan bütün heyvanların əti yeyilir.
Hənəfi məzhəbində balıqdan başqa suda yaşayan digər
heyvanların əti yeyilməz. Ancaq suda öz-özünə ölüb su
üstündə tərsinə yatan heyvan, balıq belə olsa, yeyilməz.
2. Yalnız quruda yaĢayan heyvanlar. Quruda
yaşayan heyvanlar üç yerə bölünür:
Birincilər: çəyirtkə, milçək, qarışqa, hörümçək, arı,
əqrəb və başqa zəhərli həşəratlar kimi heç qanı olmayan-
lardır. Bunlardan sadəcə çəyirtkə yeyilə bilər, digərləri
yeyilə bilməz. Çünki bunlar insanın iyrəndiyi varlıqlardır.
Ikincilər: ilan, kərtənkələ, gənə, bit və siçan kimi
yer həşəratları, kirpi, yabanı siçan və bunun kimi qanı
axmayan heyvanlardan ibarətdir. Bunlar zəhərli ol-
duğu, insanların iyrəndiyi və Peyğəmbərimiz tərəfin-
Dostları ilə paylaş: |