Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili
46
rən «vidalaşmaq», bağırmiş birən «bağırmaq», çərənləmiş bi-
rən «çərənləmək», sızıldamiş birən «sızıldamaq», pıçıldəmiş
birən «pıçıldamaq», xəbər ustarən «xəbər almaq», sual dərən
«sual vermək», təhnə zərən «tənə vurmaq», qinəmiş saxtən
«qınamaq».
4. Hissiyyat bildirən fellər: utanmiş birən «utanmaq»,
qızarmiş birən «qızarmaq», çəkinmiş birən «çəkinmək», se-
vinmiş birən «sevinmək», qəzəblənmiş birən «qəzəblənmək».
5. Hal-vəziyyət bildirən fellər: üzülmüş birən «üzülmək»,
cırələşmiş birən «cırlaşmaş», sinixmiş birən «sınıxmaq».
6. Təfəkkürlə bağlı olan fellər: anləmiş birən «anlamaq»,
qammiş birən «qanmaq», düşimiş birən «düşünmək».
7. Səstəqlidi sözlərdən düzələn fellər: anqirmiş birən
«anqırmaq», guruldəmiş birən «guruldamaq», mələmiş birən
«mələmək», uləmiş birən «ulamaq», xırıldəmiş birən «xırılda-
maq».
Azərbaycan dili tat dilinin hər sahəsinə təsir etsə də, dilin
fel hissəsi, demək olar ki, sabit qalmışdır. Belə ki, tat dilinin
Azərbaycan
dilindən
çoxlu alınmalar qəbul etməsinə
baxmayaraq, onların arasında alınma fellərə rast gəlmək
olmur. Lakin Azərbaycan dilindən feli sifət formasında və
kökü, ya da əsası substantivləşməklə keçən sözlər çoxdur.
Bunlar dilin özünəməxsus felləri ilə işlənərək, analitik üsulla
fellərin yaradılmasında mühüm rol oynayır.
Bunlardan başqa, dildə alınma adlardan da analitik yolla
fellərin yaradılmasında geniş istifadə olunur. Onların da fel
kimi formalaşmasında tat dilinin həm köməkçi, həm də
müstəqil mənalı felləri həlledici rol oynayır. Onlar ancaq ad
formasında keçərək, mürəkkəb fellərin yaranmasında iştirak
edir.
Saxtən «etmək, eləmək» köməkçi feli ilə işlənən alınma-
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili
47
lar: asmiş saxtən «asmaq», bəxişdəmiş saxtən «bağışlamaq»,
buyurmiş saxtən «buyurmaq», küçürtmiş saxtən «köçürtmək»,
ütürmüş saxtən «ötürmək», sınəmiş saxtən «sınamaq» və s.
Birən «olmaq» köməkçi feli ilə işlənən fellər: quşulmiş
birən «qoşulmaq», daralmiş birən «daralmaq», darixmiş birən
«darıxmaq».
Dərən «vermək» feli ilə işlənən fel: bürmiş/burmiş dərən
«burmaq», fırlatmiş dərən «fırlatmaq», əşələmiş dərən «eşələ-
mək».
Qeyd edilən fellər alınma fel kökləri ilə də işlənərək, yeni
fellər yaradır. Bəzi hallarda analitik felin birinci tərkib hissəsi
həm fel kökü, həm də keçmiş zaman feli sifət forması ilə ifadə
olunur.
Məsələn:
dürt
saxtən,
dulaş/dulaşmış
birən
«dolaşmaq», dəgiş/dəgişmiş saxtən «dəyişmək».
Amma Azərbaycan dilində bu şəkilçi çoxfunksiyalıdır:
onun köməyi ilə həm feli isim (feldən əmələ gəlmiş isim), həm
də felin qarşılıq-müştərək məna növü yaranır.
Bəs belə bir vəziyyət tat dilində necə əks olunur? Söz yox
ki, Azərbaycan dilindən alınma adlar və fellərin iştirakı ilə
yaranan fellərin tat dilində müqabilləri olmuşdur, yaxud var.
Bunu ondan bilmək olur ki, həmin mənalar və onların ifadə
formaları başqa İran dillərində Azərbaycan dilinin müdaxiləsi
olmadan mövcuddur. Belə olan halda, analitik formalarının,
özü də birinci tərkib hissəsi başqa dilə mənsub olan formalara
nə ehtiyac var? Bizə belə gəlir ki, burada dilin işarəvilik yox,
kommunikativlik funksiyası mühüm rol oynamışdır. Yəni, tat
dilinə məxsus olan sadə fellərdə məna daha mücərrəd olub,
analitik formadakı ifadəlilikdən xali olmuşdur. Bu boşluğu
analitik forma belə aradan qaldırır.
S.Cəfərovun fikrincə, hərəkətin subyekt və obyektə mü-
nasibəti mənasını əmələ gətirən bu şəkilçi qrammatiklikdən
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili
48
çox leksikliyə doğru meyl göstərir və onunla işlənən söz
substantivləşməyə məruz qalır (18, 125).
Bu qrupa aid leksik vahidlərə dildə çox az təsadüf etmək
olur. Bunlardan aşağıdakıları qeyd edə bilərik: qəriş saxtən
«qarışdırmaq», qəriş birən «qarışmaq», guzət saxtən
«gözləmək», sataş birən «sataşmaq», təp dərən «təpmək», tuş
saxtən «tuşlamaq», bocər saxtən «bacarmaq», vuruş birən «vu-
ruşmaq», quş birən «qoşulmaq», quş saxtən «qulaq asmaq» və
s.
Alınma adlar və başqa nitq hissələrinə mənsub sözlərin
hesabına olur. Alınma adlar birinci qrup leksemlər kimi, dilin
özünə məxsus köməkçi və müstəqil mənalı fellərinə yanaşaraq,
mürəkkəb quruluşlu fellər yaratmağa xidmət edir. Felin ad
hissəsi effektivliyi təmin edir, köməkçi felsə buna prosesuallıq
mənasını əlavə edir.
Alınma adlar və başqa nitq hissələrinə mənsub olan söz-
lərdən dilin özünə məxsus saxtən «etmək» köməkçi feli ilə
hibrid mürəkkəb fel əmələ gətirir: rəhbəri saxtən «rəhbərlik
etmək», sakit saxtən «sakit etmək», yovoş saxtən «yavaşımaq».
Alınma adlar və başqa nitq hissələrinə mənsub sözlərdən
dilin özünə məxsus birən «olmaq» köməkçi feli ilə düzələn
hibrid mürəkkəb fellər: şahad birən «şahid olmaq», qohum
birən «qohum olmaq», səhəb birən «sahib olmaq», alt-üst
birən «alt-üst olmaq», ağ birən «ağ olmaq» və s.
Analitik üsulla düzələn fellərin müəyyən hissəsi isə alın-
ma sözlərlə tat dilinə məxsus müstəqil mənalı fellər hesabına
düzəlir. Cümlə daxilində müstəqil məna ifadə edən bir sıra
fellər müxtəlif nitq hissələrinə mənsub alınma sözlərlə
işlənərək, mürəkkəb fellər əmələ gətirir. Bu zaman həmin
fellər öz həqiqi mənasını itirərək, məcazi mənada işlənir. Tat
dilinə məxsus müxtəlif müstəqil fellərin iştirakı ilə əmələ
Dostları ilə paylaş: |