Gülsüm Hüseynova. Tat dilinin leksikası
52
52
alınması ehtimalı, eləcə də, həmin sözlərin mənşəcə İran
dillərinə aidliyi də öyrənilməlidir.
İkinci məsələ fars dilindən alınmalarla bağlıdır. Burada
sözün Azərbaycan dili vasitəsi ilə tat dilinə keçməsi şübhə
doğurmur.
Tat dilinin Quba ləhcəsinə keçən alınma sözlərin, əsasən,
Azərbaycan dili vasitəsi ilə keçməsi danılmazdır. Eyni
zamanda dil əlaqələri zəminində başqa dillərdən birbaşa
alınmaların olması ehtimalı da var. Şübhəsiz, bu cür alınmalar
cüzidir və onların təyin edilməsi mürəkkəb məsələdir.
Tat dilinin Quba ləhcəsində yeni sözlər, əsasən, iki yolla
leksik və morfoloji üsullarla yaranır. Leksik üsulla söz
yaradıcılığına misal olaraq bu ləhcədə sözlərin heç bir
qrammatik forma qəbul etmədən bir-birinə yanaşması ilə yeni
sözlərin əmələ gəlməsini qeyd edə bilərik. Məsələn: daspoçə
«əl-ayaq» (das «əl», poçə «ayaq»); sərdig «qazan qapağı» (sər
«baş», dig «qazan»); xunə-cukə «ev-eşik» (xunə «ev», cukə
«eşik») və s. Bu yolla yaranan yeni sözlərin həm bitişik, həm
də qoşa söz formalarına rast gəlinir. Məsələn: sər-mux «üst-
baş», sibdar «alma ağacı» (sib «alma», dar «ağac»).
Fikrimizcə, bu sözlərin bir qismi Azərbaycan dilində işlənən
müvafiq qarşılığın təsiri ilə əmələ gəlir: sər-mux «üst-baş»,
daspoçə «əl-ayaq». Azərbaycan dilində olan sözlərin tərkib
hissələri tat dilinə tərcümə edilir və yeni söz formalaşır. Bu,
sözalmanın kalka üsuluna uyğun gəlir.
Söz yaradıcılığında qoşa sözlər də müəyyən yer tutur.
Bunların bir qismi eyni sözün təkrarı yolu ilə formalaşmışdır.
Məsələn: koval-koval «çuval-çuval», zu-zu «tez-tez», seto-seto
«üç-üç» və s. Onu da qeyd etmək lazımdır ki, bu sözlər
ləhcənin müasir dövrünə aid sözlər deyil. Yəni, onlar elə ümu-
mişlək sözlərdir ki, dilin tarixi inkişafının daha əvvəlki
dövrlərində istifadə edilmişdir.
Gülsüm Hüseynova. Tat dilinin leksikası
53
53
Leksik yolla əmələ gələn sözlərin bir qismində
qrammatik vasitələrdən istifadə olunur. Qrammatik vasitə iki
sözü bir-birinə bağlamaq vəzifəsini yerinə yetirir. Məsələn:
sərəpoçə. Müvafiq misallarda belə bir məqamda -ə şəkilçisini
görürük: O, birinci tərkib hissəsinə artırılır: xubəxub «yaxşı-
yaxşı»; turşəsib «turş alma». Başqa nümunələrdə iki tərkib
hissəsindən ibarət olan sözə -i şəkilçisinin artırılmasını
görürük: düsəri «ikibaşlı» (dü «iki», sər «baş»). Burada -i
morfemi Azərbaycan dilində isimdən sifət düzəldən -lı, -li, -lu,
-lü şəkilçisinin funksiyasını yerinə yetirir.
T.Əhmədov qeyd olunmuş üç model əsasında söz
yaradıcılığı ilə yanaşı, daha üç formanı göstərir. Lakin bu
formalar əvvəlki üç üsulu, demək olar ki, təkrar edir.
Tədqiqatçı bu dəfə quruluşca mürəkkəb söz kimi formalaşma-
dan istifadə edərək, tərkib hissələrinin hansı nitq hissəsinə aid
olmasına görə təsnifat aparır. Məsələn: sifətlə ismin
birləşməsindən düzələnlər (xubaciz «yaxşı şey»; şirnə sib
«şirin alma»); sayla ismin birləşməsindən düzələnlər (səpoyi
«üçayaq»; düsərə «ikibaşlı») (44, 41). Göründüyü kimi, bu
sözlər iki sözün şəkilçili və ya şəkilçisiz birləşməsi yolu ilə
əmələ gəlmişdir. Həmin modellər barəsində yuxarıda məlumat
vermişik.
Azərbaycan dilində mürəkkəb söz kimi formalaşan və
ikinci tərkib hissəsi feli sifətlə ifadə olunan konstruksiyalar tat
dilinin
Quba
ləhcəsində
də
müşahidə edilir: sibçın
«almadərən»; kiyouvəçin «otyığan» və s.
Tat dilinin Quba ləhcəsində fellərin düzəlməsində saxtən
«etmək», birən «olmaq», zərən «vurmaq», dərən «vermək»,
küftən «vurmaq, tutmaq» kimi köməkçi fellərdən istifadə
edilir.
Morfoloji
yolla
söz
yaradıcılığında
sözdüzəldici
şəkilçilərdən istifadə olunur. Digər İran dillərində olduğu
Gülsüm Hüseynova. Tat dilinin leksikası
54
54
kimi, tat dilində də söz yaradıcılığında həm ön, həm də son
şəkilçilər iştirak edir. Tat dilinin Quba ləhcəsində bi-//biy-,
na//nə- ön şəkilçiləri qeydə alınmışdır. Məs: bihürmət «hör-
mətsiz»; bidin «dinsiz»; bixəbər «xəbərsiz»; naxuş «xəstə»,
nadürüst «nadürüst» və s.
Son şəkilçilər sırasında -i//-yi, -in//-yin, -ic//-yic, -lə
məhsuldardır. Məsələn: həmrayi «yoldaşlıq»; sərin «üstdəki»;
bokuyic «bakılı» əv s.
Tat dilinin Quba ləhcəsində sadə fellərdən düzəltmə
fellərin yaradılması üçün və-/va-/vo-, -da/də-, fi-/fu-/fü- ön
şəkilçilərindən istifadə edilir. Məs.: vəkərdən «tikmək»
(kərdən «etmək»); vədərən «itələmək» (dərən «vermək»);
darəftən «girmək», «süpürmək» (rəftən «getmək»); fübərdən
«udmaq» (bərdən «aparmaq»).
Təbii ki, tat dilinin bu və ya digər ləhcəsində müşahidə
olunan söz yaradıcılığı yolları, sözdüzəldici şəkilçilər
bütövlükdə tat dilinin söz yaradıcılığını tam əhatə edə bilməz.
Ona görə də tat dilinin müxtəlif ləhcələrində söz yaradıcılığı
xüsusiyyətləri həm ayrı-ayrılıqda, həm də müqayisəli şəkildə
tədqiq edilməlidir. Tat-Azərbaycan dil əlaqələrinin intensivliyi
fonunda tat dilinin Quba ləhcəsində Azərbaycan dilinə məxsus
sözdüzəltmə vasitələrindən istifadə imkanları artır. Dillərarası
əlaqələr ən çox leksik səviyyədə özünü göstərir. Doğrudur, bu
səviyyədə ilk növbədə bir dildən o birisinə sözlərin keçməsi
hadisəsi baş verir. İlk dövrdə sözalma prosesi sözün hazır şə-
kildə alınması, yəni sözün sözdüzəldici şəkilçi ilə birlikdə
alınması daha geniş yayılır. Tədricən dominant dilin məhsuldar
sözdüzəldici şəkilçiləri qarşılıqlı əlaqədə olan dildə də özünə
yer alır. Bununla belə, çox zaman alınma şəkilçi dildə
məhsuldarlıq
qazana bilmir. Məsələn, Azərbaycan-rus
ikidilliyi prosesində Azərbaycan dilinə tərkibində rus dilinə
məxsus sözdüzəldici şəkilçilər olan xeyli miqdarda söz daxil
Dostları ilə paylaş: |