49
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
gələn fellər az deyil. Onları tat dilinin müstəqil mənalı fellərin
əsasında aşağıdakı kimi qruplaşdırmaq olar.
1. Kəndən «çıxar/t/maq» feli ilə düzələnlər: qəral kəndən
«qərar çıxar/t/maq», hüküm kəndən «hökm çıxar/t/maq».
2. Girorundən «keçir/t/mək» feli ilə düzələnlər: yoşəyiş
girorundən «yaşayış keçir/t/mək», döüran girorundən «dövran
keçir/t/mək», vəxt girorundən «vaxt keçir/t/mək».
3. Dirən «görmək» feli ilə düzələnlər: həzurluğ dirən
«hazırlıq görmək», məsləhət dirən «məsləhət görmək».
4. Narən «qoymaq» feli ilə düzələnlər: məzəndə narən
«məzəndə qoymaq», nirx narən «nırx qoymaq», münnet narən
«minnət qoymaq», vəxt narən «vaxt qoymaq».
5. Amorən «gəlmək» feli ilə düzələnlər: güc amorən «güc
gəlmək», hərbə amorən «hərbə-zorba gəlmək», hədə-qurxu
amorən «hədə-qorxu gəlmək».
6. Kəşirən «çəkmək» feli ilə düzələnlər: k e f kəşirən «kef
çəkmək», ziyan keşrən «ziyan çəkmək», misal keşirən «misal
çəkmək», qul kəşrən «qol çəkmək», xərc keşirən «xərc çək-
mək».
7. Əngəstən «salmaq» feli ilə düzələnlər: bağ əngəstən
«bağ salmaq», dəvo əngəstən «dava salmaq», düşmoni əngəs-
tən «düşmənçilik salmaq».
8. Avardən «gətirmək» feli ilə düzələnlər: misal avardən
«misal gətirmək», xəbər avardən «xəbər gətirmək».
9. Giriftan «tutmaq» feli ilə düzələnlər: üstün güftən
«üstün tutmaq», hürmet güftən «hörmətini tutmaq», pulan
güftən «plan tutmaq» və s.
10. Dirmorən «çıxmaq» feli ilə düzələnlər: şərik dirmo-
rən «şərik çıxmaq», xoyin dirmorən «xain çıxmaq», düşman
dirmorən «düşmən çıxmaq» və s.
11. Dərən «vermək» feli ilə düzələnlər: təhvil dərən «təh-
50
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
vil vermək», salam dərən «salam vermək», cob dərən «cavab
vermək», icazə dərən «icazə vermək», ses dərən «səs vermək»,
xəbər dərən «xəbər vermək», fik ir dərən «fikir vermək» və s.
12. Zərən «vurmaq, çalmaq» feli il ə düzələnlər: güllə zə-
rən «güllə vurmaq», zırna zərən «zurna çalmaq», təhnə zərən
«tənə vurmaq», zəng zərən «zəng vurmaq/çalmaq», qanat
zərən «qanad çalmaq» və s.
13. Vəgüftən «götürmək» feli ilə düzələnlər: sügüş vəgüf-
tən «söyüş götürmək», məhsul vəgüftən «məhsul götürmək»,
mənfəət vəgüftən «mənfəət götürmək».
14. Ustarən «almaq» feli ilə düzələnlər: xəbər ustarən
«xəbər almaq», qimet ustarən «qiymət almaq».
15. Vokardən «açmaq» feli ilə düzələnlər: qul-qanat vo-
kardən «qol-qanad açmaq», məclis vokardən «məclis açmaq»,
ustul vokardən «stol açmaq». Ustul vokardən mürəkkəb felinin
formalaşmasında
olduqca
maraqlı
linq vistik
hadisə
ilə
qarşılaşırıq. Məlum olduğu kimi, rus dilindən Azərbaycan dili
nə iki söz keçmişdir: stol və stul. Stol sözünün ifadə etdiyi
əşya yemək-içmək üçün nəzərdə tutulmuş və istifadə edilən
mebel növüdür (hərçənd yazı stolu deyilən əşya da məlumdur).
Stul isə oturmaq üçün istifadə edilən əşyanın adıdır.
Azərbaycan dilində bu sözlər öz ilkin orfoqrafiyasını saxlasa
da, danışıqda vəziyyət bir qədər başqa cürdür: stol sözü istol
şəklində tələffüz olunur və çox vaxt bu forma hər iki əşyaya
(stola və stula) aid edilir.
Tat dilində ustul vokardən mürəkkəb feli elə tərtib edil
mişdir ki, ustul sözü stol sözündən çox stul sözünə yaxındır,
amma bu, «stol» təsəvvürünün nəzərdə tutulduğunu başa düş
məyə mane olmur.
16. M undən «qalmaq» feli ilə düzələnlər: məhtəl mundən
«məəttəl qallmaq», ağlər mundən «ağlar qalmaq».
51
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
17.
Bəstən «bağlamaq» feli il ə düzələnlər: dogovor bəs-
tən//müqavilə bəstən «müqavilə bağlamaq», şərt bəstən «şərt
bağlamaq».
Burada da yenə də maraqlı bir dil hadis əsi ilə qarşılaşırıq:
bəstən feli biri ərəb, o birisi isə rus mənşəli sözlərlə mürəkkəb
fel əmələ gətirmişdir. Amma bu formaların hər ikisinin
əsasında Azərbaycan ədəbi dili (müqavilə) və loru danışıq
dilinə (doqovor) mənsub olan ifadə formaları dayanır.
İki və daha artıq sadə sözün birləşməsi ilə əmələ gələn
mürəkkəb sözlərin də tərkib hissələrinin mənşəcə müxtəlif dil
lərə aid olması nəticəsində hibridləşmə baş verir. Tat dilində
hər iki tərkib hissəsi isim olan mürəkkəb isimlərdən zanəmi
«əmiarvadı» (tat. zən «arvad» və az. əmi), küxala «xalaoğlu»
(tat. kü «oğul» və az. xala), küəmi «əmioğlu», isimlə feli
sifətdən əmələ
gəlmiş
atributiv
isiml ərdən
qeytanbof
«qaytantoxuyan» (az. qaftan, tat. bof «toxuyan), taxtavəy
«yunu tell edən alət» (toxuculuq termini - az. taxta və tat.
vəy), gülləbur «gülləkəsən alət» (az. güllə, tat. bur «kəsən»),
sifətlə ismin birləşməsindən yaranan mürəkkəb isimlərdən
alagünə «alyanaq» (az. ala, tat. günə «yanaq»), çöyrəçim
«göygöz» (az. göy, tat. çim «göz»), kələmi «böyük əmi» (az.
əmi, tat. kəl «böyük»), siyətum «qara toxum» (az. tum, tat. siyə
«qara»), yaxınmənalı sözlərdən yaranan mürəkkəb isimlərdən
çül-biyaban «çöl-biyaban», xori-hava «yer-göy», iki isim və
«bə» önqoşması ilə yaranan mürəkkəb sifətdən çumoq bə dəst
«əliçomaqlı», kamun bə düş «çiyni kamanlı» hibrid sözlərdir.
Burada belə bir məsələyə aydınlıq gətirmək lazımdır. Tat
dilində analitik fellərin birinci tərəfinin Azərbaycan dilindən
alınma sözlərlə ifadə olunmasından danışarkən belə bir fakta
göz yümmaq lazım deyil ki, Azərbaycan dilinin özündə bu
sözlərin bir çoxu alınmadır. Amma həmin sözlərin tat dilində
Dostları ilə paylaş: |