2
D.V.Mustafayev Bildirçinçilik üzrə mütəxəssis
Bioloq –ekoloq, biznesmen
ÖN SÖZ
“Qurani Kərimin” Əl-Bəqərə surəsinin 57-ci
ayəsində yazılmışdır: “Yadınıza salın: səhrada yaşadığınız
zaman üstünüzə buludla kölgə saldıq və Ruzi olaraq
Redaktor
Z.M.Məmmədov
«Faydalı cücülərin
introduksiyası
və bioloji
mübarizənin elmi əsasları»
laboratoriyasının müdiri, b.e.d.
Müəlliflər:
G.Ə.Mustafayeva
Faydalı cücülərin
introduksiyası və bioloji
mübarizənin elmi əsasları»
laboratoriyasının böyük elmi
işçisi, b.e.n.
3
verdiyimiz hər şeylərdən yeyin” deyərək “Sizə qudrət
halvası və bildirçin göndərdik”. Ətraf mühitin çox
çirkləndiyi bir vaxtda insanı təhlükədən qoruyan bir
nemətin - bildirçin əti və yumurtasının qida rasionuna daxil
olması bəşəriyyətin min bir təhlükədən xilası demək olardı.
10-12 qramlıq bildirçin yumurtalarının ecazkar müalicəvi
təsiri hələ çox qədimlərdən məlumdur. Belə ki Yaponiyada
bildirçinçiliklə XI əsrdən etibarən məşğul olmuşlar.
Xirosimo və Naqasakiyə atom bombası atılandan sonra isə
bu sahə Yaponiyada böyük vüsət tapmış və inkişaf etməyə
başlamışdır. Hal-hazırda orada belə bir dövlət qanunu da
mövcuddur; “Bütün uşaqlar, əgər mümkünsə həm də
böyüklər gündə 2-3 ədəd bildirçin yumurtası içməlidirlər”.
Bu təşəbbüs millətin sağlamlaşdırılması proqramının əsas
tərkib hissəsidir. Rus alimləri yaponların güclü intellektə
malik olmasını da bildirçinçilik məhsullarından çox istifadə
etməklə əlaqələndirirlər. Bu yumurtalar qiymətli qida
mənbəyi olmaqla yanaşı müxtəlif xəstəlikləri müalicə edən
çox kiçik, amma böyük təsirə malik təbii mikroaptekdir.
Cavanlıq və gümrahlıq eleksiri (cövhəri) adlandırılan bu
yumurtaları səhər tezdən (2-3 ədəd) ilıq su ilə qarışdırıb
içmək insanı bütün gün ərzində çox gümrah edir.
Müasir dövrdə ətraf mühitin çirklənməsi nəticəsində
ekologiyanın zərərli təsirlərini aradan qaldıra bilən bu
“qızıl quşların” - bildirçinlərin verdiyi “qızıl yumurtalara”
böyük ehtiyac vardır. Əgər özümüzü və yaxınlarımızı
sağlam və gümrah görmək istəyiriksə gəlin hamılıqla bu
“qızıl” quşları sevək və onların məhsullarından daha çox
istifadə edək.
Bu kitabça bildirçin məhsullarının müalicəvi təsirə
malik olması ilə maraqlanan bütün bildirçin sevərlər üçün
nəzərdə tutulmuşdur.
Bildirçinçiliyin inkişafı