41
cümlədən din ilə və qeyri-elmi şüur və ideologiyanın digər növləri ilə
bağlı olan -
konseptual-nəzəri növ;
müəyyən ictimai və şəxsiyyətlərarası münasibətlərin dərk edilmə-
sini və bu münasibətləri tənzimləyən mənəvi və hüquqi normaların ha-
zırlanmasını nəzərdə tutan -
etik növ;
gerçəkliyin konkret-hissi (obrazlı) dərk edilməsi və əks etdirilmə-
sini ifadə edən -
bədii-estetik növ;
fərdlərin adətləri, vərdişləri və şüurunu formalaşdıran, insanların
gündəlik praktik həyat təcrübəsinin toplanması ilə bağlı olan
- praktik
növ.
Ruhi dəyərlərin qorunması sistemi - mənəvi dəyərlərin qorunması, top-
lanması və ötürülməsini iki tip saxlanma vasitəsi ilə təmin edir:
bəşəriyyətin yaratdığı biliklər, təsəvvürlər, vərdişlərin qorunduğu,
xüsusi işarə sistemlərində möhkəmləndirilən, insanların canlı hafizəsini
ifadə edən -
bioloji saxlanma;
kitabxanalar, arxivlər, muzeylər, qalereyalar, kino-, foto-, video-,
fonotekalar, elektron internet-fayllar və işarə sistemlərini toplayan və
sistemləşdirən digər
strukturlar - süni saxlanma;
Ruhi dəyərlərin yayılması, istifadəsi və mənimsənilməsi sistemi, ger-
çəkliyin mədəni dəyərlərdə təcəssüm olunan ruhi mənimsənilmə nəticələri-
nin insanlara ötürülməsini iki səviyyədə təmin edir:
dəyərlərin bilavasitə, qeyri-institusional, mikromühit səviyyəsində -
ailə, əmək kollektivi və digər mikrososiumlar
vasitəsi ilə ötürülməsi;
institusional təhsil və tərbiyənin məktəbəqədər uşaq müəssisələri,
bütün növ və səviyyələrdən olan məktəblər, maarif müəssisələri və təşkilat-
lar, kütləvi kommunikasiya sistemləri – nəşriyyat, kino, radio, televiziya,
video-audio
vasitələri, internet
vasitəsi ilə ötürülməsi.
Mədəni dəyərlər
Mədəni dəyərlər insanın həyat fəaliyyətini tənzimləyən və dövlət siyasə-
tinin ideoloji əsasını təşkil edən sabit mədəni oriyentirləri ifadə edir. Ruhi
həyatın müxtəlif hadisələri, amilləri və proseslərinə insanın münasibətini
ifadə edən mədəni dəyərlər,
həm fərdi həyat yolunu, həm də insanların qrup-
lar halında fəaliyyətinin istiqamətini müəyyən edir.
Mədəniyyətə toxunan dəyişikliklər, hər şeydən əvvəl, dəyərlər, - ideallar,
etika, təhsil sistemi, sosial, istehsal və məişət normativləri, hüquq, incəsənət sa-
həsində, həmçinin ruhi mədəniyyətin maddi təcəssümündə baş verir.
Müxtəlif insanlar eyni mədəni dəyərlərə müxtəlif dərəcədə üstünlük ve-
42
rirlər. İnsanın mədəni potensialının inkişafında intellektual və humanist də-
yərlər mühüm rol oynayır. Cəmiyyətin nailiyyətlərinin qiymətləndirmə me-
yarı - hər şeydən əvvəl, ölkənin intellektual potensialı ilə müəyyən olunan
həyat səviyyəsi və insana humanist münasibətdir. Avisennə (İbn-Sina) görə,
cəmiyyətin rifahı - elmi biliklərə əsaslanan düzgün, xeyirxah siyasətlə əldə
edilir.
Mədəni dəyərlər təfəkkürə, psixologiyaya, dünyagörüşünə, intellektə,
motivlərə, davranışa, əxlaqa, xarakterə, taleyə
təsir göstərir.
Mədəni dəyərlər sisteminə intellektual, mənəvi, estetik, siyasi, etno-milli,
dini, bədii, hüquqi, ideoloji, maddi və digər dəyərlər
aiddir.
Mədəni dəyərlər mədəni norma və qaydalardan onunla fərqlənir ki, birin-
cilər üstün tutmalar xarakteri daşıdığı halda, ikincilər - sosial göstəriş gücü-
nə malikdir və normativ sənədlərlə tənzimlənən sosial zəruri fəaliyyətlər tə-
ləb edir.
Həyat fəaliyyəti prosesində, xüsusilə, sosial-mədəni mühitin dəyişməsi
şəraitində, çox zaman
dəyərlərin dialektik
yenidən qiymətləndirilməsi baş
verir. İnsanın biliklərinin və təcrübəsinin inkişafı ilə, onun mədəniyyətinin
artması ilə dünyanı yeni görmə imkanı, özünün və ətraf mühitin dərk edil-
məsi və təkmilləşdirilməsində yeni imkanlar yaranır.
Mədəni dəyərlərin formalaşdırılması üç səviyyədə baş verir: fərdi, sosial
və dövlət:
1.
Dəyərli oriyentasiyalar və
ideyalar, predmetlər, həyat tərzi və fəaliy-
yət növlərinin seçim üstünlüyü əsasında şəxsiyyətin
fərdi mədəni mühitinin
formalaşdırılması;
2.
İnsanların tələbatları və qabiliyyətləri ilə şərtlənən ruhi və maddi də-
yər və normalar halında ideyaların və predmetlərin yaradılması yolu ilə
cə-
miyyətin mədəni mühitinin formalaşdırılması. Bu - elmi əsərlər, fəlsəfi sis-
temlər, etik baxışlar, hüquqi normalar, bədii əsərlər, istehsal avadanlığı, mə-
işət əşyaları və mədəniyyət və sivilizasiyanın
digər komponentləridir;
3.
Dövlətin strateji cəhətdən mühüm, sosial-mədəni tərəqqi və cəmiyyə-
tin təhlükəsizliyini təmin edən, millətin və bəşəriyyətin ən əhəmiyyətli elmi,
mənəvi və texnoloji nailiyyətlərini özündə toplayan
mədəni dəyərlərinin ya-
radılması.
Mədəni dəyərlərin iyerarxiyası: çox zaman ümumbəşəri ilə üst-üstə düşən
ümumsosial (ümuməhəmiyyətli); müəyyən siniflərin maraqları ilə üst-üstə dü-
şən və sinfi ideologiyanın əsasını təşkil edən
sinfi; mədəniyyət sahəsində bəzi
sosial-tipik üstünlükləri əks etdirən
lokal-qrup (ailə daxil olmaqla); ayrı-ayrı
şəxsiyyətlərin ətraf sosial mühitdən seçdikləri və ya onlar tərəfindən yaradılan
fərdi ideya və predmetləri əks etdirən
fərdi-şəxsi dəyərləri əhatə edir.