mənimsəmiş, gələcəkdə əldə edəcəyi mükəmməl elmi biliklərin
ilkin təməlini yaratmışdı. Ancaq atasının və atasının əmisi oğlu Xanı
bəy kimi yaxın qohumlarının tövsiyyələrinə baxmayaraq, 16 yaşlı
Səməd mülki təhsil ardınca getmək, sonra quberniya idarələrindən
birində hansısa vəzifə tutmaq fikrində deyildi. Bəlkə də məhz bu
yolu seçmiş atasının yolunu davam etdirməsi ona daha sakit və
uzaqmənzilli bir həyat bəxş edə bilərdi. O isə bunu istəmirdi, ona
görə də bu sayaq təkliflərə eyni konkret cavabı verirdi, yox.
Damarlarında qanı qaynayan bu coşğun gəncin məqsədi tamam
başqa idi. O, hərbçi olmaq, millətini əsgəri xidmətə belə layiq
görməyən bir dövlətdə rütbələr almaq, çiyinlərində fərqləndirici
zabit ulduzu gəzdinnək istəyirdi. Yalnız şöhrət xatirinəmi, yaxud
hərbçi geyiminin Qafqazın bir parçası olan Azərbayean kimi “milli
ucqar” sayılan bir məmləkətdə xarici görünüşcə cəlbedici olmaq
üçünmü? Bəlkə bu sənətin ai'xasınca düşməsində yaşma uyğun bir
macəraçıhq həvəsi vardı, yoxsa, gənclik romantikası idimi onu
çəkən? Bütün bu sualların da bir cavabı vardı: xeyr. Tək özünə
məlum idi ki, bu yolu təsadüfi seçməyib, hələlik axıradək izah edə
bilməyəcəyi hisslər, onu istiqamətləndirən güclü daxili istək məhz
bu addımı atacağma qəti inam yaratmışdı. Özü də bu qəti fikrindən
onu kimsə döndərə bilməzdi, çünki bu yol tanrı qisməti ilə
cızılmışdı, hərbçi ömrü yaşamaq onun alın yazısı idi.
Seçimində qəti israr edən Səməd 16 yaşında ikən Peterburqda
yerləşən ikinci Konstantinovka artilleriya məktəbinə daxil olur və
1875-ci ildə təhslini uğurla başa vurur. Qarşıda isə onu uzun və ağır
hərbi xidmət illəri gözləyirdi. Bu illərin çox böyük bir hissəsini o
qanlı müharibələrdə, ölüm-dirim savaşlarında keçirəcək, Vətəndən
xeyli uzaqlarda olacaq və ən başlıcası təmsil etdiyi millətin adını
həmişə ucaldacaqdı. Hələlik isə 1875-ci il idi və Peterburqda
yunkerlər məktəbini yenicə bitirmiş Səməd bəy ilk təyinat yerinə
göndərilirdi. Aneaq ilk addımdan özünü nizam-intizamlı və
bacarıqlı kadr kimi göstərən Səməd bəyin podporuçik mtbəsi alması
üçün o qədər də müddət lazım gəlmir. Elə həmin ilin dekahr ayında
ona bu rütbəni verirlər. Bir neçə
35
müddətdən sonra isə xidmətdə xüsusi fərqləndiyinə görə, o, üçüncü
dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif edilir.
“Odlar yurdu” qəzetinin 13 iyul 1989-cu il tarixli 13-cü
sayında böyük sərkərdənin həyatının bundan bir qədər sonrakı
dövrü, daha kokret desək 15 il keçəndən sonrakı xidmət illəri
haqqında yazan M.Əliyev aşağıdakı məlumatları çatdırırdı: “Səməd
bəy 1890-cı ildə kapitan rütbəsi almış, 1891-ci ildə isə ikinci
dərəcəli “Müqəddəs Stanislav” ordeninə layiq görülmüşdür.
1894-cü ildə Səməd bəy hərbi komandanlığın əmri ilə Varşava hərbi
dairəsinin sərancamma göndərilmşdir. 1896-cı ildə o, ikinci dərəcəli
“Müqədds Anna” ordeni ilə təltif edilmişdir. 1898-ci ildə
podpolkovnik rütbəsi alan Səməd bəy Mehmandarov Zabaykalye
artilleriya diviziyasının komandiri təyin edilmişdir. O illərdə
diviziya Mancuriyada yerləşirdi. 1900-1901-ci illərdə Çində
antiimperialist hərəkatının yatırılmasında Səməd bəy Mehmanda-
rovun komandir olduğu diviziya da iştirak etmişdir. Lakin Səməd
bəy Mehmandarov silahsız Çin əsgərlərinə atəş açmağa razı
olmamışdır. 1901-ci ildə S.Mehmandarov polkovnik rütbəsi və
üçüncü dərəcəli “Müqəddəs Vladimir” ordeni, habelə üstündə
“Qəhrəmancasına dərqlənməyə görə” sözləri yazılmış qızıl qılınc
almışdır. Rus-yapon müharibəsi zamanı Port-Artur şəhərini
qəhrəmancasına müdafiə edən Səməd bəy Mehmandarov 1904- cü il
oktyabr ayının 22-də general-mayor rütbəsinə və dördüncü dərəcəli
“Müqəddəs Georgi” ordeninə layiq görülmüşdür. 1907- 1910-cu
illərdə Səməd bəy Mehmandarov 3-cü Sibir ordusunda artilleriya
rəisi işləmişdir. 1908-ci il iyulun 13-də hərbi xidmətlərinə görə ona
general-leytenant rütbəsi verilmişdir.
Birinci dünya müharibəsində Səməd bəy Mehmandarov
Varşava əməliyyatı istiqamətində olmuş və payızda burada rus
qoşunları almanlar üzərində tam qələbə çalmışdılar. Bu və başqa
cəbhələrdə göstərdiyi sərkərdəlik məharətinə görə Səməd bəy
Mehmandarova 1915-ci il martın 22-də artilleriya üzrə tam general
rütbəsi verilmişdir, (bu müasir Silahlı Qüvvələrdə orduda ordu
generalı rütbəsinə bərabərdir - L.Ş). 1917-ci ilin aprel ayında o,
istehfaya çıxmışdır. Bu zaman o, Rusiyanın “Stanislav”, “Anna”,
“Vladimir” və “Georgi” ordenlərinin bütün dərəcələrinə layiq
görülmüş, İngiltərə, Fransa, Rumıniya və İranın ordenlərini
36
almışdı. İstefaya çıxdıqdan sonra Vladiqafqaz şəhərindəki öz sakit
mənzilində yaşayan Səməd bəy Mehmandarov 1918-ci ilin
sentyabrında Bakıya gəlmiş, 1918-ci ilin oktyabrından hərbi
nazirlikdə işləməyə başlamış və həmin il noyabrın 7-də hərbi nazirin
müavini, dekabrın 15-də isə hərbi nazir təyin edilmişdir.
Birinci dünya müharibəsindən qayıdan 15 minə yaxın
azərbaycanlı Səməd bəy Mehmandarovun ətrafına toplaşmış,
döyüşkən Azərbaycan generaliteti yaranmışdır. Ordu üçün 1918- ci
ilin iyul ayında Gəncədə açılmış praporşik məktəbi 1919-cu ilin
əvvəllərində Bakıya köçürülmüş, onun əsasında Azərbaycan hərbi
məktəbi təşkil edilmişdir. Bakıda istehkamçı və hərbi feldşer
məktəbləri də təşkil edilmişdir. Gəncədə isə hərbiləşdirilmiş
dəmiryolu məktəbi fəaliyyətə başlamışdır. 1920-ci ilin yanvannda
bu məktəblərə müdavim hazırlayan xüsusi hərbi təmayüllü kadet
korpusu təşkil olunmuşdur”.
Əlbəttə, Səməd bəyin Azərbaycanın sovetləşməsinə qədərki
həyatının çox böyük və hərbi xidməti ilə bağlı ən başlıca dövrünü
əhatə bu tarixlərin arasında onun 1903-cü ilin əvvəllərində Jitomirli
Yelizaveta Nikolayevna Teslavla ailə qurması, elə həmin il yeddi
aylıq topçu zabitləri məktəbində təhsil alması, Fort-Arturda qalanın
xəyanətkarcasına
təslim
edilməsindən
sonra
rus-yapon
müharibəsində əsir düşərək 1904-1906-cı illərdə Yaponiyaya
aparılıb və buradan Portsmut müqaviləsi bağlandıqdan sonra
qayıtması və bir sıra digər mühüm faktlar öz əksinf tapmayıb. Ancaq
bu da həqiqətdir ki, mərhum tədqiqatçı Mövsüm Əliyev bu barədə
düz 11 il qabaq yazmışdı və onda da bir çox dövlət və ictimai
xadimlərimiz kimi Səməd bəy haqqında da hərtərfli tədqiqatlar
apaniması, həqiqətlərin sonadək açıqlanması mümkün deyildi. Milli
hökumətin süqutuna bais olmuş bolşeviklərin qurduğu şər və yalan
imperiyasının hələ sonu çatmamışdı, hələ qarşıda 20-ci illərdə
kütləvi repressiyaların başlanğıcında daha çox istifadə olunmuş və
70 il keçdikdən sonra yeni fonnada davam etdirilən - 90-cı il 20
yanvar faciəsi gəlirdi. Təkcə elə buna görə neçə illər keçdikdən
sonra Azərbaycanın tarixi taleyində əbədi izlər qoymuş bu fədailəri
ilk yada salan, onlar barəsində öz doğma xalqına ilk məlumatlar
çatdıran həmin insanları biz daim minnətdarlıq hissi ilə
xatırlamalıyıq.
37
Dostları ilə paylaş: |