Xromatik aberrasiya.
Dispersiya (sındırma əmsalının dalğa uzunluğundan asılılığı)
nəticəsində hətta paraksial şüalar üçün müxtəlif rəngli şüalar müxtəlif nöqtələrdə toplanır və
nəticədə xəyal rənglənmiş alınır. Müxtəlif növ şüşələr eyni dispersiyaya malik deyillər. Buna
görə də müxtəlif növ şüşələrdən hazırlanmış toplayıcı və səpici linzaları kombinə etməklə
axromatik optik sistem almaq olar.
Astiqmatizm.
Çəp şüalarda nöqtəvi cismin xəyalı bir-birinə nəzərən sürüşmüş, qarşılıqlı
perpendikulyar olan iki düz xətt parçası şəklində olur, yəni astiqmatik olur. Bu xəta uyğun
əyrilik radiuslarını və sındıran səthlərin optik qüvvələrini seçməklə aradan qaldırırlr.
Adları yuxarıda çəkilən xətaları aradan qaldırılmış sistem anastiqmat sistem adlanır.
Distorsiya.
Görmə sahəsi sərhədlərində eninə böyütmənin qeyri-bərabərliyi ilə şərtlənmiş
xəyalın təhrifi distorsiya adlanır. Şəkil 25.26- da distorsiya ilə
əlaqədar kvadratın təhrif olunmuş xəyalları verilmişdir.
Eyni vaxtda bütün xətaları aradan qaldırmaq üçün olduqca
mürəkkəb optik sistemlər yaratmaq lazımdır. Lakin praktikada
daha sadə yol seçirlər: verilmiş məqsədin optik sistemdə həyata
keçirilməsinə mane olan xətaları aradan qaldırırlar.
Dostları ilə paylaş: |