2
Firidun bəy Köçərli
Balalara hədiyyə. B.:--------, 2012.- 75səh.
Azərbaycan xalqının böyük maarifpərvər oğlu F.Köçərli geniş xalq kütlələrinin
savadlanması yolunda çox iş görmüşdür. 1912-ci ildə çap olunan “Balalara hədiyyə” kitabı da
belə ali məqsəd daşıyırdı.
“Balalara hədiyyə” kitabında müəllif ən çox şifahi xalq ədəbiyyatı nümunələrinə diqqət
yetirir.
Kitabda uşaqların çox sevdiyi “Göyçək Fatmanın nağılı”, “Pıspısa xanım və Siçan bəy”
kimi məşhur xalq nağılları, sayaçı sözlər və duzgülər
vardır.
Gənclik 1985
Gənclik 1987
-------- 2012
3
MÜHƏRRĠRĠN, ĠFADEYĠ-MƏRAMI
Kiçik ixtisarla
Keçmişdə şan və qüvvət sahibi olan türk (azərbaycanlı-red.) milləti öz
məişətinə, ayin və adətinə dair yaratdığı qısım-qısım nağıl və hekayələr gözəl
mənzumə və əbyatlar, hikmətamiz məsəllər, atalar sözləri, nazik mənalı müəmma
və tapmacalar, balalar qəlbi açan düzgülər və yanıltmaclar, heyvanat qisminə
məxsus sayaça sözləri mürur ilə xatirələrdən çıxıbdır və bu halda unudulmaqdadır.
O millət ki, öz tarixini, dolanacağını, Vətənini və dilini sevir – bu qism əsərləri
kəmali şövq və diqqətlə cəm edib ziqiymət sərmayə kimi saxlayır və balalarının ilk
təlim və tərbiyəsi onları öyrətməklə başlayır.
Balalara hədiyyə olaraq millətimizin yaratdığı nağıl və hekayələrdən, məsəl
və tapmacalardan və bir çox mənzumələrdən bu məcmuəni tərtib qıldıq ki, onlar
unudulub xatirələrdən çıxmasın.
Məcmuəyə daxil olan ancaq “Tülkü və üzüm” təmsili ruscadan tərcümə
olunubdur. Mütərcim Eynəlibəy Sultanov öz dilimizin şivəsini itirməyibdir.
Möhtərəm şairimiz Abbasağa Nazirin və mərhum Mustafa ağa Arifin və
Mehdiqulu xan Vəfanın bir neçə əsərləri dəxi məcmuədə dərc olunubdur ki,
onların məna cəhətcə balaların ruhuna gözəl təsiri ola bilər. Qasım bəy Zakirin
təmsilat mənzuməsi millətimizin məişətindən götürülmüş və onun dili ilə
söylənmiş əsərlərdir...
Zənnimizcə bu məcmuəni hər kəs oxusa – böyük, ya kiçik – onun qəlbi
açılıb xəndan olacaqdır. Balalar şad olacaq bu səbəbə ki, onda dərc olunan
əsərlərin cümləsi onların dünyasındadır. Böyük adamların ürəklərinin açılmağına
səbəb bu olacaqdır ki, onlar mütaliə əsanasında öz uşaqlıq vaxtlarını ixtiyarsız
xatırlarına götürəcəklər. Bu isə, yəni qəlbi şad etmək, özlüyündə bir xidmətdir.
F.Köçərli
4
ĠT VƏ PĠġĠK
Ġt
dedi:
-
Mən heç qocalmazdım, amma məni pişiyin dərdi qocaltdı.
Dedilər:
-
Niyə bəs?
Dedi:
-
Çöllərdə qalıb, dalını ayaza verən mən oluram, gecələr sabaha kimi
yatmayan, evi-eşiyi qoruyan mən oluram, amma elə ki, istəyirəm başımı
qapıdan içəri uzadam, bu pişikciyəz əlini uzadıb üzümü-gözümü
cırmaqlayır.
M ə s ə l l ə r:
İt it ilə dalaşdı yolçunun işi avanda düşdü.
İtin axmağı qaysabadan
1
pay umar.
İtin ayağını köçdən kim əsirgər.
İt hürər, karvan keçər.
T a p m a c a l a r:
1.Atdan uca, itdən alçaq.
2. Bizdə bir kişi var,
Xor-xor yatışı var.
ÜZLÜ QONAQ VƏ EV YĠYƏSĠ
E v y i y ə s i:
-
Pişiyim, pişiyim muyuna,
Çıxma dovşan ovuna.
Qonaq bu gün burdadır,
Sabah gedir evinə.
Q o n a q:
-
Pişiyim, pişiyim sərasər,
Eşiyə çıxma yel əsər.
Qonaq bu il burdadır
Gələn il də sərasər.
M ə s ə l l ə r:
Qonaq güclü olsa, ev yiyəsini evdən qovar. Qonağa get deməzlər, altından
palazını çəkərlər. Qonağın ruzusu özündən qabaq gələr. Qonaq qonağı sevməz,
ev yiyəsi heç birini.
______________
1.
Q a y s a b a – xörək növü