Fənn: Həyat bilgisi
Sinif: V
Dərsin adı: Təbiətdəki cisim və maddələr
Dərsin metodu: İnteraktiv (Əqli hücum, BİBÖ)
İş forması: Kollektiv, kiçik qruplar
İş üsulu: Beyin həmləsi, sxemlərlə iş
Resurslar: Dərslik, iş vərəqləri, foto-şəkillər,marker
Standart: 1.1.1 Cisim, maddə və təbiət hadisələrinin sadə təsnifatını verir.
Məqsəd: 1. Cisim və maddələri sadalayır.
2. Cisim və maddələrin sadə təsnifatını verir.
Dərsin gedişi:
Motivasiya:
Müəllim şagirdlərin diqqətini lövhədəki şəkillərə yönəldir.Şagirdlərə aşağıdakı suallarla müraciət edir:
-
Şəkillərdə nə görürsünüz?
-
Onları necə qruplaşdırmaq olar?
Tədqiqat sualı:
Təbiətdə hansı cisim və maddələr var? Onlar bir-birindən necə fərqlənir?
Şagirdlərin fərziyyələri lövhədə qeyd olunur.
Tədqiqatın aparılması:
Şagirdlər 4 kiçik qrupa bölünür. Onlara iş vərəqləri paylanır.
Məlumatın mübadiləsi və müzakirəsi:
Hər bir qrupun işi müzakirə olunur.
Nətisənin çıxarılması və ümumiləşdirmə:
Müəllim şagirdlərlə birlikdə tədqiqat sualına və fərziyyələrə qayıdır.Canlı və cansız təbiətə aid olan bütün əşyalara cisim deyilir.Ətrafımızda gördüyümüz qaşıq, kitab, dəftər, dağ, ağac və s müxtəlif cisimlərdir.Bütün tanıdığımız cisimlər maddələrdən təşkil olunmuşdur. Maddənin təbiətdə 4 halı mövcuddur. Onlardan biri digərinə çevrilə bilər.
Yaradıcı tətbiqetmə:
Dərslikdə verilmiş tapşırıqlar şagirdlərin dəftərində yerinə yetirilərək müəllim tərəfindən yoxlanılır.
Ev tapşırığı:
Mətbəxdə istifadə olunan müxtəlif maddələrdən hazırlanmış cisimlərin adlarını yazın.
Refleksiya və qiymətləndirmə:
Qrup işlərini qiymətləndirmək üçün metodik vəsaitin giriş hissəsində verilən nümunələrdən istifadə oluna bilər.
Dostları ilə paylaş: |