30
Bişirilmiş gil məmulatları müəyyən temperaturda bişirilmiş və üyüdülüb toz
halına gətirilmiş aktiv əlavələrdir.
Bu əlavələrdən ən sadəsi kərpic sınıqları və ümumiyyətlə gil məmulatı
istehsalından alınan qırıqlardır. Üyüdülmüş kərpic sınıqlarından çox qədim
zamanlardan bəri istifadə olunur, lakin aktivliyi az olduğundan çox tətbiq edilmir.
Təcrübələrlə müəyyən edilmişdir ki, gili müəyyən temperaturda bişirdikdə
aktivliyi daha yüksək olur. Adətən bu məqsədlə gili 650-800
0
C-də bişirirlər.
Optimal temperaturda bişirilib toz halına gətirilmiş gilə qlinit deyilir.
Putsolanlı sementlər
Bu qrup hidravlik yapışdırıcı maddələrə portlandsement klinkerinin, yaxud
əhəngin aktiv mineral əlavələrlə birlikdə üyüdülməsindən və ya onların hər birini
ayrıca üyüdüb sonra mükəmməl surətdə qarışdırılması yolu ilə alınan sementlərə
aiddir. Həmin sementlər ucuz və yaxşı keyfiyyətli olduqları üçün onların
istehsalına çox diqqət verilir və ildən-ilə artırılır.
Putsolanlı portlandsement.
Sement klinkeri ilə aktiv mineral əlavənin bir yerdə üyüdülməsindən və ya
həmin materialları qabaqcadan narın üyütdükdən sonra mükəmməl surətdə bir-
birinə qarışdırılmasından alınan hidravlik yapışdırıcı maddəyə putsolanlı
portlandsement deyilir. Sementin tutma sürəti tənzimləmək üçün həmin qarışığa
3%-ə qədər iki sulu gips əlavə olunur. Çox zaman aktiv əlavə olaraq trepel,
diatomit, süngər, tras, tuf və s. işlədilir.
Putsolanlı portlandsement adi portlandsementdən daha açıq rəngli olur.
Aktiv əlavə yumşaq olduqda sementin həcm çəkisi nisbətən az – 850-1150 kq/m
3
,
xüsusi çəkisi 2,8-2,9 q/sm
3
olur.
Eyni
miqdar
sement
götürdükdə
putsolanlı
portlandsement
adi
portlandsementə nisbətən daha çox sıx xəmir əmələ gətirir və buna görə belə
sementdən hazırlanan məhlul və betonlar özündən az su ukeçirir. Normal xəmir
31
almaq üçün putsolanlı portlandsementə 30-40%, yəni portlandsementdən daha çox
su qatmaq lazım gəlir.
Putsolanlı portlandsementin narınlığı, tutma sürəti, həcmini bərabər surətdə
dəyişdirməsi adi portlandsementinki kimi olmalıdır, lakin bu sementin tutması
daha tədricən olur.
Putsolanlı portlandsementin markaları: 200, 300, 400 və 500-dür.
Putsolanlı portlandsementin birinci gün və həftələrdə möhkəmliyinin artması
adi portlandsementinkinə nisbətən tədricən gedir. Lakin zaman keçdikcə
möhkəmliklər arasındakı fərq yavaş-yavaş azalır və 6 ay keçdikdən sonra
putsolanlı portlandsement əlavə qatılmamış sement kimi möhkəmliyə malik olur.
Bərkimə zamanı putsolanlı portlandsement adi sementə nisbətən daha az
istilik ayırır. Bu hal kütləvi tikintiləri betonladıqda çox əlverişlidir, lakin qış
zamanı beton işləri apardıqda onu süni surətdə qızdırmaq lazım gəlir.
Aşağı temperaturun putsolanlı portlandsementə təsiri, adi portlandsementə
olan təsirindən daha güclüdür. Müsbət 10
0
C-dən aşağı temperaturda həmin
sementin tutması və bərkiməsi mühüm dərəcədə yavaşıyır. Buna görə həmin
sementi soyuq vaxtlarda işlətmək məsləhət deyildir.
Putsolanlı portlandsementə yüksək temperaturun təsiri portlandsementdən
daha güclüdür. Bu xassəsinə görə putsolanlı portlandsementdən hazırlanan
məmulatı avtoklavlarda buxarlandırmaq məsləhət görülür.
Putsolanlı
portlandsementin
özündən
su
keçirməsi
adi
portlandsementinkindən azdır. Götürülən əlavə aktiv olduqca, bu xassə daha
yüksək olur.
Putsolanlı portlandsementin şaxtaya davamlılığı adi portlandsementinkindən
azdır. Buna görə də belə sementi su hopan və suyun səviyyəsi dəyişilən şəraitdə
işlətmək olmaz.
Putsolanlı portlandsementi beton və dəmir-beton konstruksiyalar düzəltdikdə
və yığma inşaat məmulatı hazırladıqda işlədirlər. Ümumiyyətlə, putsolanlı
32
portlandsementi yüksək fiziki-kimyəvi davamlılıq tələb olunan və bərkiməsi üçün
nəm şərait yaradılan yerlərdə işlətmək məsləhətdir.
Sulfatlara davamlı putsolanlı portlandsement.
Bu adi putsolanlı portlandsementdən sulfatlara daha davamlı olması ilə
fərqlənir. Həmin sementi hazırlamaq üçün klinkerdə üçkalsiumlu aluminatın
miqdarı 8%-dən çox olmamalıdır.
Sulfatlara davamlı putsolanlı portlandsementdə püskürülmüş suxurlardan
olan əlavələrin və ya qliyejin miqdarı 25%-dən az və 40%-dən çox, çöküntü
suxurlardan olan əlavələrin miqdarı 20%-dən az, 30%-dən çox olmamalıdır. Həmin
sementin markaları 200, 300 və 400-dür. Bu sementi, sulfat aqressiv mühiti
şəraitində, su altında və ya yer altında olan beton və dəmir-beton konstruksiyaları
hazırlamaq üçün işlədirlər.
Əhəng putsolan sementi.
Əhənglə aktiv mineral əlavənin birlikdə üyüdülməsindən və ya həmin
materialların qabaqcadan üyüdülərək mükəmməl surətdə qarışdırılmasından alınan
hidravlik yapışdırıcı maddəyə əhəng-putsolan sementi deyilir. Belə sementin
tərkibi 10-30% əhəngdən və 70-90% əlavədən ibarət olur. Tutma vaxtını
tənzimləmək üçün üyütmə və qarışdırma zamanı ona 5%-ə qədər gips və ya
portlandsement əlavə olunur. Əhəngi sönmüş və ya sönməmiş halda götürmək olar.
Əhəng-putsolan sementi hazırlamaq üçün trepel, diatomit, süngər, opoka,
tras və tuflardan istifadə oluna bilər. Qlinit işlədildikdə sementə əhəng-qlinit
sementi, yanacaq külləri istifadə olunduqda əhəng-kül sementi deyilir.
Əhəng-putsolan və ya əhəng-qlinit sementlərinin markaları 50, 100 və 150,
əhəng-kül sementininki 25 və 50 olur. Bu sementlərin markası, 1:3 nisbətli bərk
konsistensiyalı məhluldan hazırlanan nümunələri 28 gündən sonra sıxılmada
möhkəmlik həddini tapmaqla müəyyən edilir. Nümunələri 7 gün nəm şəraitdə və
21 gün suda saxlayırlar.
Dostları ilə paylaş: |