|
F. Köçərli adına Respublika Uşaq Kitabxanası
25
Bir-bir ayağa durdu.
Coşdu körpə ürəklər,
Min bir sevinclə vurdu.
Arxadakı partaya,
Elə ki, çatdı növbə,
Bantına əl gəzdirib.
Qalxdı balaca Töhfə.
O, “Kukla” mahnısını,
Oxudu incə səslə.
Hamı susub bu qıza,
Qulaq asdı həvəslə.
Bu anda ön cərgədən
Gəldi ağlamaq səsi.
Dondu dodaqlarında
Qızcığazın nəğməsi.
Hamı boylanıb baxdı.
Gülərin partasına,
Pıçıldaşdı uşaqlar:
Görən nə olmuş ona?
Qıvrımsaçlı bu qızın
Başına çəkib əlin.
Onu bir ata kimi,
Oxşadı gənc müəllim.
O, mehriban-mehriban
Soruşdu: - Qəşəng qızım,
Hamı danışıb, gülür
Ağlamaq nəyə lazım?
Gülərin gözyaşları,
Yanağına sürüşdü...
Dedi: - Nə edim axı,
26
Kuklam yadıma düşdü.
Mir Sabir
Görüşünə gəlmişəm
İlk ustadım- müəllimim!
Yenə sənin görüşünə gəlmişəm mən,
Gəlmişəm ki, yenə sənin
Qabağında şagird olum, boynu bükük,
Gəlmişəm ki, yenə səndən xəbər alım
Şeir nədir! Şair kimdir!
Deyəsən ki, niyə şair müqəddəsdir,
Niyə şeir bir tilsimdir.
Gəlmişəm ki, o müqəddəs
İlkinliyə uyum bir də.
Uzaq illər arxasından gözəlliyin
Gül ətrini duyum bir də.
Gözüm yazı lövhəsində,
Könlüm şeir həvəsində
Mən xəyala dalım yenə.
O uşaqlıq günlərindən
Bu ahıllıq illərinə
Bir cığır da salım yenə.
Gəlmişəm ki,
Təbaşirli əllərindən
Toz ələnən saçlarına
Baxım bir də.
“Qığılcımdan alov doğar!”- dedikcə sən
Zülmətlərin ağuşunda
Şimşək olub çaxım bir də.
27
Yadımdadır pəncərəsi
Günə baxan bapbalaca sinifimiz...
O sinifdən başlamışıq
Bu dünyanı sevməyə biz.
Həqiqətdən danışdıqca
Həqiqətin şöləsinə
Bənzəyirdin sən özün də,
Yüz günəşin nuru vardı hər sözündə.
Danışardın haqqın yolu
Niyə belə çətin olur.
Haq-həqiqət əsgərləri
Dönməz olur, mətin olur!
Öyrət mənə!
Öyrət yenə!
Həqiqətə gedən yolun hər sirrini!..
Bütün dünya şairləri bundan yazır
İlk şeirini son şeirini.
Öyrət mənə! Qoy ilhamım
Məni heç vaxt xar etməsin el yanında.
Həqiqətdən söz düşəndə
Haq sözümü deyim mən də
Bu aşkarlıq zamanında.
Gəray Fəzli
İlk müəllimim
Hara getsəm mənim ilk müəllimim,
Əziz adın bir an düşməz dilimdəm.
“Ana”, “Vətən” – kəlməsini ilk dəfə
Yazdırmısan sən tutaraq əlimdən.
Nəqərat:
28
Dərs deyərək, çəkmisən
Zəhmətimi bahar, qış.
O gümüşü saçların
Bəlkə ondan ağarmış?!.
Xəyalımdan çıxmaz bir an nəzərin,
Üstümdədir sanki yenə gözlərin.
Geniş həyat yollarında hər dəfə
Qollarıma qüvvət vermiş sözlərin.
Nəqərat:
Neçə məktəb qurtarsam da əgər mən,
İlk müəllim – yenə sənsən, yenə sən!
Mən hörmətlə çəkəcəyəm adını,
Yaşım ötsə, saçıma da düşsə dən...
Musiqisi Rəşid Şəfəqin, sözləri Aslan Aslanovundur
Ağıllı oğlum, oyan!
Ağıllı oğlum, oyan!
Qiymətlidir hər zaman.
Tez ol, dur, get məktəbə,
Sarıl elmə, ədəbə.
Səhər ziyandır yuxu.
Məktəbə get, dərs oxu.
Al şəfəqli günəş var,
Pəncərədən parıldar.
Qalx ki, hamı oyanmış,
Dünya nura boyanmış.
Səhər ziyandır yuxu,
Məktəbə get, dərs oxu.
Abdulla Şaiq
Məktəbə çağırış
29
Mənim bağım, baharım
Fikri işıqlı oğlum!
Məktəb zamanı gəldi ,
Dur, yaraşıqlı oğlum!
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım !
Gün çıxdı,sübh açıldı,
Qaranlıqlar qaçıldı,
Pəncərədən gün düşdü,
Otaqlara saçıldı.
(nəqərat)
Oğul,oğul, amandır,
Çox yuxlamaq yamandır,
Çox yuxlamaq -şeytandan,
Tez durmaq -Allahdandır.
(nəqərat)
Nəsihət al,nəsihət,
Qıl kəsbi-elmə qeyrət!
Elmsizlik bəlası,
Müşkül olur,həqiqət.
(nəqərat)
Məktəbdə var şərafət,
Dəftərdə var lətafət.
Cari olur qələmdən
Şirin-şirin hekayət.
(nəqərat)
Allah olsun sədiqin,
Məktəb sənin şəfiqin;
Dur ,məktəbə get ,oğlum,
Dəftər sənin rəfiqin.
30
(nəqərat)
Müəllimin kəlamın
Al, saxla ehtiramın;
Həqdən edər təmənna
Məktəbinin dəvamın.
(nəqərat)
Elm öyrən, imtahan ver,
Öz fəzlini nişan ver;
Qədrini bil elmü fəzlin,
Elmin yolunda can ver.
(nəqərat)
M.Ə.Sabir
Həmçinin kitabxanada yuxarı sinif şagirdləri arasında Bilik Günü
ilə bağlı inşa müsabiqəsi də təşkil etmək olar. Hazırlaşmaq üçün
uşaqlara 1 həftə vaxt verilir. İnşaların yoxlanılması üçün
kitabxanada müsiflər heyyəti təşkil olunur. Bu mövzuda ən yaxşı
inşa yazan məktəbli müdriyyət tərəfindən mükafatlandırılır.
Ədəbi - bədii gecə
15 sentyabr - Bilik Günü ilə əlaqadar olaraq kitabxanada
keçirilən tədbirlərdən biri də əbədi-bədii gecədir. Ədəbi-bədii
gecə oxuculara həmin günün mahiyyətini daha da yaxından
tanıtmaq üçün nəzərdə tutulur. Tədbirə təhsil işçiləri, məktəb və
bağça müəllimləri, mədəniyyət işçiləri, məktəblilər dəvət
olunurlar. Ö ncə tədbir iştirakçılarına 15 sentyabr Bilik günü ilə
bağlı kitabxana tərəfindən hazırlanmış “Məktəb zamanı gəldi...”
adlı slayd təqdim olunur.
Sonra aparıcılar Azərbaycan himninin sədaları altında səhnəyə
yaxınlaşırlar.
Dostları ilə paylaş: |
|
|