Executive Summary of the research



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix26.09.2017
ölçüsü0,71 Mb.
#1508
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

29 

 

 



Ekspertlər  komissiyaların  əsasnamələrində  və  fəaliyyətində  müəyyən  çatışmazlıqların  mövcud 

olduğunu qeyd etdilər. Həmin çatışmazlıqlar  müxtəlif məsələləri əhatə edir. Məsələn, əsasnaməyə 

uyğun olaraq, komissiya bir ƏU-ı müayinə etməyə 15-20 dəqiqə sərf etməli və əvvəlki diaqnozu ya 

təsdiq, ya da təkzib etməlidir. Lakin beynəlxalq təsnifata görə keyfiyyətli qiymətləndirmə üçün bu 

qısa  vaxt  kifayət  deyil.  Digər  əsas  zəif  cəhət  ondan  ibarətdir  ki,  hazırda  ölkədə  tətbiq  edilən  əqli 

əlillik dərəcələrinin təsnifatı Sovet dövründən miras qalmışdır və komissiyanın istifadə edə bildiyi 

yeganə təlimatdır. Ekspertlər hesab edirlər ki, bu təsnifat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 

tələblərinə cavab vermir və inkluziv təhsil qaydalarına ziddir.  

Komissiya  üzvlərinin  əlavə  məvacib  ala  bilməsi  (öz  məvaciblərinin  50%-i  qədər)  əsasnamədə  öz 

əksini  tapsa  da,  təcrübədə  yalnız  komissiya  sədrləri  həmin  məbləği  alırlar.  Bu  da  komissiya 

üzvlərinin  öz  işinə  məsuliyyətlə  yanaşmasına  mənfi  təsir  göstərir.  Bundan  əlavə,  rayonlarda 

komissiyaların işinə nəzarətin zəif olması da buna şərait yaradır. 

 

 

3.7. Qanunvericilik 

Azərbaycan Respublikası da BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına qoşulduğuna görə 

ƏU-ın  hüquqlarını daha yaxşı  müdafiə etmək üçün  qanunvericilikdə  müvafiq  dəyişikliklər etməyi 

öhdəsinə götürmüşdür. Aydındır ki, belə uşaqların bir çox problem və çətinlikləri vardır. Mövcud 

çətinlikləri aradan qaldırmaq üçün kompleks yanaşmalar lazımdır. Onu da qeyd etmək lazımdır ki,   

ƏU-ın təhsilə cəlb edilməsi mühüm məsələlərdən biridir. Hazırda Azərbaycanda bir çox beynəlxalq 

və  qeyri-hökumət  təşkilatları  əlilliyi  olan  uşaqların  təhsili  sistemində  islahat  aparmağı  tövsiyə 

edirlər. Islahatların aparılması üçün isə öncə mövcud qanunvericilik təhlil edilməlidir.  

 

Hesabatda  bu  bölmənin  əsasını  həm  milli  qanunların  müddəalarının,  həm  də  müvafiq  beynəlxalq 



sənədlərin (UHK, ƏŞHK və Salamanka Bəyannaməsi) müqayisəli təhlili təşkil edir. Eyni zamanda 

uşaq  hüquqları,  təşkilati  tədbirlərin,  təhsil  almaq  imkanlarının,  pedaqoji  və  peşəkar  heyətin 

ixtisasartırma  və  yenidən  hazırlanmasının,  əlavə  yardım  xidmətlərinin  və  ictimai  baxışların 

müqayisəli təhlili aparılmışdır.   



 

3.7.1. Uşaq Hüquqları 

Bərabərliyin  təmin  edilməsi,  ayrıseçkiliyin  aradan  qaldırılması  və  bərabər  imkanların  yaradılması 

qaydaları  bir  çox  sahədə  dövlət  strategiyasının  əsasını  təşkil  edə  bilər.  Uşaqlar  haqqında  milli 

qanunvericiliyi  tərtib  edərkən  rəhbər  qaydaların  toplusundan  ibarət  olan  UHK  mütləq  istifadə 

edilməlidir. Azərbaycan 1992-ci ildə bu beynəlxalq sənədi imzalamış və təsdiq etmiş, bu və digər 

müvafiq  sənədlər  əsasında  Azərbaycan  Respublikasının  Uşaq  hüquqları  haqqında  qanunu  tərtib 

edilmişdir

37

  (bundan  sonra  bu  sənəddə  Milli  qanun  adlandırılacaqdır).  Bütövlükdə  UHK  və  milli 



qanunlar, o cümlədən ƏU-ın hüquqları ilə bağlı müddəalar uyğunlaşdırılmalıdır 

 

UHK-na  qoşulan  dövlət  “uşağın  və  ya  onun  valideyninin  və  ya  qanuni  qəyyumunun  irqindən, 



cinsindən, dilindən, dinindən, siyasi və ya digər fikirlərindən, milli, etnik və ya sosial mənşəyindən, 

əmlakından,  əlilliyindən  və  digər  statusundan  asılı  olmayaraq,  ayrı-seçkiliyin  heç  bir  növünə  yol 

vermədən,  hər  bir  uşağın  hüquqlarına  hörmətlə  yanaşmalı  və  həmin  hüquqları  təmin  etməlidir. 

ƏŞHK-nda da bu müddəa təkrar olunur, belə ki,  əlillik əsasında hər hansı ayrı-seçkiliyə yol vermək 

qadağan  olunur  və  əlil  şəxslərin  istənilən  dəlil  əsasında  ayrı-seçkiliyə  məruz  qalmaqdan  hüquqi 

üsullarla,  bərabər  və  səmərəli  şəkildə  müdafiə  olunmalarının  təmin  edilməsi  bu  konvensiyaya 

qoşulan ölkələrin qarşısına öhdəlik kimi qoyulur.   

 

Milli  qanun  bütün  uşaqların  bərabər  hüquqlara  malik  olduqlarını  təsdiq  edir.  Onu  da  qeyd  etmək 



lazımdır  ki,  milli  qanunda  təsbit  olunan  uşaq  hüquqları  və  azadlıqlarının  digər  hüquqi  sənədlərlə 

                                                 

37

 Azərbaycan Respublikasının Nazirlər Kabineti (18 may 1998-ci il), Azərbaycan Respublikasının Uşaq hüquqları haqqında qanunu 



(Milli qanun)   

 



30 

 

məhdudlaşdırılmasına icazə verilmir



38

.  Buna  görə  də,  nə  uşaqlar,  nə  də  onların  valideynləri  və  ya 

qanuni qəyyumları əlilliyə görə ayrı-seçkiliyə məruz qala bilməzlər. ƏŞHK-nın giriş hissəsində və 

7-ci  maddəsində  qeyd  edildiyi  kimi,  “konvensiyanı  imzalayan  dövlətlər  ƏU-ın  digər  uşaqlarla 

yanaşı  bütün  insan  haqlarından  və  əsas  azadlıqlardan  bərabər  qaydada  və  tam  istifadə  etmələrini 

təmin  etmək  üçün  lazım  olan  bütün  tədbirləri  həyata  keçirməlidirlər”  və  “ƏU-a  aid  olan  bütün 

tədbirləri  həyata  keçirərkən  ilk  növbədə  və  ən  çox  uşağın  maraqları  nəzərə  alınmalıdır”.  Milli 

qanunvericilikdə  buna  ən  çox  bənzəyən  müddəa  kimi  milli  qanunun  11-ci  maddəsini  göstərmək 

olar:  həmin  maddədə  “hər  bir  uşağın  hərtərəfli  inkişaf  etmək,  milli  və  beynəlxalq  dəyərlər, 

humanizm və etika qaydaları əsasında tərbiyə edilmək hüququ” tanınır.  

 

UHK-da uşağın seçim edə bilmək hüququ vardır. UHK-da bəyan edilir ki, “konvensiyanı imzalayan 



dövlətlər  özünə  aid  olan  məsələlərə  dair  öz  şəxsi  fikirlərini  formalaşdırmağı  bacaran  uşağın 

fikirlərini  azad  şəkildə  ifadə  edə  bilmək  hüququnu  təmin  etməlidirlər”

39

.  Bu,  ƏŞHK-nın  7(3) 



maddəsində də qeyd edilmişdir. Milli qanun bu qaydaya qismən uyğun gəlir, çünki o, bəyan edir ki, 

“Hər  bir  uşaq  idrak,  təfəkkür  və  nitq  azadlığına  malikdir.  Valideynlər,  digər  şəxslər  və  dövlət 

orqanları  uşağın  idrak,  təfəkkür  və  nitq  azadlığına  hörmətlə  yanaşmalıdırlar…”

40

.  Lakin  bu 



müddəada  uşağın  “ona  aid  olan  bütün  məsələlərin”  həllində  fikirlərinin  nəzərə  alınması  məsələsi 

dəqiqləşdirilməmişdir. 

    

UHK-nın, ƏŞHK-nın və Milli qanunun ayrı-ayrı müddəalarında ƏU-ın tələbatları və haqları təsvir 



olunur. Milli qanunda bəyan edilir ki,:  

 

“Əlilliyi olan uşaqlar və əqli və ya fiziki çatışmazlığa malik olan uşaqlar tibbi, psixoloji və 



digər yardımlardan bəhrələnmək hüququna malikdirlər. Həmin xidmətlər dərhal, pulsuz və 

imtiyazsız göstərilir. Dövlət həmin uşaqlar üçün sosial və psixoloji bərpa tədbirləri, onların 

qabiliyyətlərinə  uyğun  gələn  təhsil  xidmətləri  təşkil  edir,  habelə  peşə  seçməkdə  və  işə 

düzəlməkdə onlara kömək edir. Dövlət uşaqların əlil olmasının qarşısını almaq üçün lazımi 

tədbirlər görür.” 

41

 

Qeyd etmək lazımdır ki, UHK-da yalnız “əqli və ya fiziki cəhətdən əlil olan uşaqlar” ifadəsi istifadə 



olunur,  Milli  qanunda  isə  “əlilliyi  olan  uşaqlar”  və  “əqli  və  ya  fiziki  çatışmazlığa  malik  olan 

uşaqlar”  bir-birindən  fərqləndirilirlər.  Aydındır  ki,  Milli  qanunda  bu  cür  təsnifat  beynəlxalq 

terminologiyaya uyğun gəlmir. Bu məqsədlə də  sağlamlıqlarında problemlər olan uşaqlar iki tipə 

bölünməlidir: “sağlamlıq imkanları məhdud olan” və  “əlilliyi olan uşaqlar”. UHK-da və ƏŞHK-da 

bərqərar edilən əsas qaydalar Milli qanunda əks olunmamışdır. UHK-da qeyd olunur ki, “əqli və ya 

fiziki cəhətdən əlil olan uşaq onun şərəfini təmin edən, onun özünə inamını artıran və onun ictimai 

həyatda fəal iştirakına kömək edən şəraitdə tam və layiqli ömür sürməlidir”

42

. Əslində ƏŞHK-nın 3-



cü  maddəsində  bəyan  edilən  qaydalar  hər  ölkənin  ƏU-a  dair  qanunvericiliyinin  əsasını  təşkil 

etməlidir:  şəxsi  ləyaqət,  müstəqillik,  o  cümlədən  seçim  etmək  azadlığı,  ayrı-seçkiliyə  yol 

verilməməsi,  ictimai  həyatda  sərbəst  iştirak,  cəmiyyətə  inteqrasiya,  əlil  şəxslərin  cəmiyyətin  tam 

üzvü  kimi  qəbul  edilməsi,  bərabər  imkanların  yaradılması,  rahat  istifadə  imkanlarının  təmin 

edilməsi  və  s.  Lakin  ƏU-ın  təhsilinin  əsasını  təşkil  etməli  olan  bu  qaydalar  Milli  qanunda  əks 

olunmamışdır.  



 

3.7.2. Strategiya və təşkilati tədbirlər  

                                                 

38

 

2-ci maddə, Milli qanun (18 may 1998-ci il)



 

39

 



12 (1) maddəsi, Uşaq hüquqları konvensiyası (1998)

 

40



 

14-cü maddə, Milli qanun (18 may 1998-ci il)

 

41

 



35-ci maddə, Milli qanun (18 may 1998-ci il)

 

42



 

23 (1) maddəsi, Uşaq hüquqları konvensiyası (1998)

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə