13
rekonstrüksiyon
1
unun yapılması üçün iki metod təklif etmişdir.
İlk metoda görə, maddəbaşı olaraq ana şəkil seçiləcək və
muxtəlif dillərdəki tək‐tək şəkillər alfabetik sırayla bu
maddəbaşı içində sıralanacaqdır. Fəqət bu durumda oxucunun
axtardığı kələməni tapması, məsələn yedi “7” kələməsini Ana
Türkcə dêtē şəkli altında tapması son dərəcə zor olardı. Daha
pratik olduğunu düşünən ikinci metodda Türkcə tək‐tək şəkillər
kronolojik sırayla verilir və sonunda da rekonstrüksiyonu
qurulmuş Ana Türkcə şəkli əlavə edilir. Doerfer’ə görə, Bir
tərəfdən bir Ana Türkcə maddəbaşına görə bir sıralama, digər
tərəfdən də Türkcə yedi, Çuvaşça siççě vb. kimi şəkillərin tək‐tək
alfabetik yerlərində yer almaları və bunların hamısında Ana
Türkcə dêtē’yə göndərmə yapılması ideal bir şey olardı ki, bu da
sözlüyün çox həcimli olmasına səbəb olar. G. Doerfer, Ana
Türkcənin rekonstrüksiyonunda Çuvaşca və Xələccə’nin son
dərəcə önəmli olduğunu söyləməkdədir. Ona görə, Lambdaizm‐
Rotasizm (l’ləşmə‐r’ləşmə) problemi çözülməz bir problemdir.
Fəqət
yapılması
gərəkən
şey
sadəcə
fonemlərin
rekonstrüksiyonudur. Çuvaşca’nın Ana Türkcədəki –m: ‐n: ‐
mA’nın rekonstrüksionu üçün son dərəcə önəmli olduğunu
söyləyən Doerfer, bu ünsürlərdən –m:’nin Gənəl Türkcədə –n,
Çuvaşca ilə Macar və Moğol dillərindəki əski tarixli alınma
kələmələrdə –m, ikincisinin hər yerdə –n, sonuncusunun da
Ortaq Türkcə və Çuvaşcada –m, Moğolcada isə –mA olduğunu
söyləyir. Ayrıca Ana Türkcənin rekonstrüksiyonu üçün –iâ‐ kimi
diftonqların da önəmli olduğu və *ə və *ë səsləri üçün
Çuvaşca’ya ehtiyac duyulduğu söylənməkdədir. Ana Türkcə *‐ē,
‐ē səslərinin rekonstrüksiyonunda, Ana Türkcə
h‐<‐p’nin
qorunmuş olmasında, bizi bə’zi yanlışlıqlardan qorumasında
(Räsänen’in eki “2” kələməsiylə Korecə pegim “ən yaxındaki,
sıradaki, ikinci” kələməsini eyni kökdən izah ətməsi kimi. Fəqət
Xələccə äkki) və Ana Türkcədəki necəliyin (Quantitat) qorunmuş
olmasında (məsələn qısa və normal a; bəsit uzun ā; dəyişkən
uzun â) Xələccə’nin önəmi vurğulanmışdır. Ana Türkcə
şəkillərin ortaya qoyulmasında Türkcə, Çuvaşca və Xələccə ilə
yanaşı Moğolca, Tunquzca, Türkmən Türkcəsi və Yakutca’nın
çox önəmli olduğunu söyləyən Doerfer, tarixî çalışmanı
asanlaşdırmaq üçün qaynaqların kronolojik olaraq zikr
edilməsini uyğun görür. Ona görə, Əski Türkcə şəkilləri
1 - Yeniden Qurma
14
günümüzə gətirən Rus kroniklərinin və səyyahların verdiyi dil
örnəkləri də ehmal edilməməlidir. Ayrıca Ərəb əlifbası dışındaki
əlifbalarla yazılmış mətinlərə daha çox muraciət edilməli,
Türkcədəki alınma kələmələrin hamısının haradan gəldikləri və
haralara getdikləri göstərilməlidir. Kələmənin kəçdiyi ən əski
qaynaqların zikr edilməsi, kələmələrin mənalandırılmasında
kəskinliyin şərt olması, Türkcə sözlüklərin hamısının zikr
edilməsi, əklər dizininin (fehrestinin) verilməsi, kələmə sınıfları
ayırd edilərək ən azından fə’l köklərinin bir ʺ–ʺ işarətiylə
bəlirtilməsi, tərcümələrin bir dildə dəyil, Alman, İngiliz, Fransız,
Rus və Türk dillərində olması və bütün Türk dilləri üçün ortaq
bir transkripsiyon işlədilməsi ideal Türkcə etimilojik sözlük
üçün Doerfer’in təklif etdiyi maddələr içində yer alır.(G. Doerfer,
1984: 365‐374).
Gerard Clauson’un 10.000 maddədən ibarət An Etymological
Dictionary of Pre‐Thirteenth‐Century Turkish (13. yüzil Öncəsi Türk
Dilinin Etimoloji Sözlüyü) əsəri bu xususda yazılmış olan digər
qiymətli əsərlərdən biridir. Sözlükdə öncə səslilərə, sonra da
səssizlərə yer verilmiş, kələmələr də həca düzəniylə
sıralanmışdır. Hər kələmə qarşılaşıldığı ən əski kitabəyə, mətnə
görə maddəbaşı yapılmış, onların gərçək və bə’zən də məcazî
anlamları verilmiş, çağdaş Türk ləhçələrinin hankısında
yaşamaqda olduğu bəlirtilmişdir. T. Tekin (1975‐76: 275)
sözlüyün başlıca qusurlarını belə açıqlayır:
1) Sözlük alfabetik deyildir. 2) Sözlükdə bir kökdən çıxmış
törəmə gövdələr, gərçək etimoloji sözlüklərindən fərqli olaraq
ayrı maddələr halında verilmişdir (Məsələn, ekki “2”
maddəsində toplanmış olması gərəkən ekkinç “ikinci”, ekinti ey.
1
,
ekkiz “ikiz” və ikirçqü “ikircim, şübhə” kimi sözlər ayrı‐ayrı
yerlərdə bulunmaqda və açıqlanmaqdadır). 3) Ehtiva etdiyi
sözlərin daha əski şəkillərini verməkdə yetərsizdir (məsələn öl
“nəmli, rutubətli” kələməsi açıqlanırkən daha əski şəkilləri olan
Az. höl ilə Trkm. hö:l / ö:l ( şəkillərinin anılması
gərəkirdi). 4) Kökəni tartışmalı bə’zi sözlər üçün kəskin etimoloji
hökmlər verilmişdir. 5) Bir çox yerdə yenidən qurma yanlışı
vardır. Məsələn, art “ard” (s.200) sözü ârt, art‐ “yükləmək” fe’li
(s. 201) ârt‐, ēv ismi (s.3) eb, āv sözü (s. 3) āb, öpkē ismi (s. 9) öbkə,
uçā sözü (s. 20)
ūça, açı‐ fe’li (s. 21)
āçı‐, oçok / oçak ismi (s. 22)
ōçuk
1 - ey.= eyni m
ənada