Ətraf mühitin mühafizəsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən
edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji
təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin
zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və
təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir.
Bu Qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli
istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq
qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini
tənzimləyir.
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Əsas terminlər və anlayışlar
Bu qanunda aşağıdakı əsas termin və anlayışlardan istifadə edilir:
ətraf mühit - insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin
məcmusu;
ekologiya - ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amillər
və antropogen (insan fəaliyyəti) və fiziki proseslər öyrənən elm;
təbii resurslar (ehtiyatlar) - insanların ehtiyaclarını ödəmək üçün ətraf mühitdə mövcud
olan torpaq, faydalı qazıntılar, bitki örtüyü, flora, fauna, su və enerji mənbələri;
ətraf mühitin mühafizəsi - ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin
kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanması;
təbiətdən istifadə - gələcək nəsillərin ehtiyacını nəzərə almaqla, cəmiyyətin sosial-iqtisadi
tələblərini ödəmək məqsədilə ətraf mühitin ekoloji razılığının pozulmasına yol verilmədən
təbii resurslardan səmərəli və qənaətlə istifadə edilməsi;
ətraf mühitin monitorinqi - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan
zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi
əsaslarla həyata keçirilməsi;
ekoloji sistem - qarşılıqlı təsirdə olan ətraf mühitin tərkib hissəsini təşkil edən: bitki
örtüyü, flora, heyvanlar aləmi, fauna, torpaq, su hövzələri və çaylar, mineral sərvətlər, hava
və enerji mənbələrinin vəhdətidir;
ətraf mühitin ekoloji tarazlığının normallaşdırılması - insan yaşayışı üçün ətraf mühitin
yararlı olmasını müəyyən edən və bioloji müxtəlifliyin qorunub saxlanmasının, ekoloji
sistemlərin sabit istifadəsini təmin edən ətraf mühitin keyfiyyət göstəricilərinin müəyyən
edilməsi;
ətraf mühitə zərərli təsir - ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və
keyfiyyətcə dəyişməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olan kimyəvi və bioloji, zərərli
fiziki, texniki, dağ-mədən işlərində texnologiyanın pozulması, təbii resurslardan israfçılıqla
istifadə edilməsi ilə müşayiət olunan fəaliyyət;
ətraf mühitin keyfiyyət göstəriciləri - səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq
edilmiş insan sağlamlığını və ətraf mühitin mühafizəsini təmin edən normativ texniki
sənədlərin və standartların tələblərinə cavab verən məhsullar və ətraf mühitin tarazlığının
ilkin göstəriciləri.
M a d d ə 2 . Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının
qanunvericiliyi
Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanun və digər normativ hüquqi
aktlardan ibarətdir.
M a d d ə 3 . Ətraf mühitin mühafizəsinin əsas prinsipləri
Ətraf mühitin mühafizəsi aşağıdakı prinsiplərə əsaslanır:
sosial-iqtisadi, mənəvi-estetik problemlərin qarşılıqlı həlli;
ərazilərdə ekoloji tarazlığın təmin edilməsi və pozulmuş təbii ekoloji sistemlərin bərpası;
təbii ehtiyatların səmərəli istifadə olunması və bərpası, təbiətdən istifadənin və ətraf
mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi;
ətraf mühitin bioloji müxtəlifliyinin qorunmasının təmin edilməsi;
dövlət nəzarəti, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə
məsuliyyət;
ətraf
mühitə
zərər
vurulmasının
qarşısının
alınması
və
vurulan
zərərin
qiymətləndirilməsi;
ətraf mühitin mühafizəsi sahəsində əhalinin və ictimai birliklərin iştirakı;
ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq.
I I f ə s i l
ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SAHƏSİNDƏ HÜQUQLAR VƏ VƏZİFƏLƏR
M a d d ə 4 . Ətraf mühitin mühafizəsi sahəsində dövlətin hüquqları və vəzifələri
1. Ətraf mühitin mühafizəsi sahəsində dövlətin hüquqları:
1.1. dövlət siyasətinin əsas istiqamətlərini, onun həyata keçirilməsi üçün strateji tədbirləri
hazırlamaq;
1.2. ətraf mühitin mühafizəsi sahəsində təsərrüfat və başqa fəaliyyətin ekoloji tarazlığa
olan keyfiyyət normativlərini işləmək və təsdiq edilməsi qaydalarını müəyyən etmək;
1.3. ətraf mühitin mühafizəsinin dövlət fondları haqqında əsasnamələri təsdiq etmək;
1.4. qanunvericiliyə müvafiq olaraq təbii resursların istifadəyə verilməsi haqqında
qərarları qəbul etmək, təbiətdən istifadəyə görə limitləri və kvotaları müəyyən etmək,
müqavilələri (kontraktları) bağlamaq;
1.5. təbiətdən istifadəçilərə (sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki
şəxslərə) lazımi xüsusi icazənin verilməsi üçün təbiətdən istifadə formalarının siyahısını və
bu xüsusi icazələrin verilməsi qaydalarını təsdiq etmək;
1.6. təbiətin mühafizəsinin müxtəlif hallarına dair konsepsiyaları, təbii
resursların istifadəsi, mühafizəsi və bərpasına dair kompleks proqramları təsdiq etmək
və həyata keçirilmək, təbii ehtiyatların dövlət kadastrının və dövlət uçotunun aparılması
qaydalarını müəyyən etmək;
1.7. ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydalarını
müəyyən etmək;