3.
“Dədə Qorqud kitabı”nın şeir texnologiyası lazımınca öyrənilmoyib.
“Kitab”ı müxtəlif dövrlərdə tərtib və nəşr edənlər onun mətnində müxtəlif
miqdarda şeir nümunəlori vennişlər. Uedantutma şeir olan dastanın içində
ara-sıra şeir görən bu şəxslərdən horəsi bir-iki nümunə artıq verməkiə əsərin
boynuna, bir növ, minnət qoymuşlar. Bu barədə çox deyilib, çox yazılıb. İndi
Dədə Qorqud şeirinin misra texnikası məsələsinə toxunmaq istəyirəm. Das-
tanda şeir nümunələri verənlərin hamısı misraların həcmi ilə bağlı bir möv-
qedə durur - hamısında uzun-uzun sətirlər misra təyinatı ilə alt-alta düzülür.
Halbuki “Dədə Qorqud kitabı”nda türk şeirinin çox qodim dövrlərinin, hətta
başlanğıc mərhələsinin nümunələri görünür. “Kitab”da üçhecalı misralar var.
Ustünə düşmən ordusu yeridiyini eşidən Bəkil bir xalq məsəlini düşünür:
Gög iraq,
Yer qatı.
Bu məsəl “neylim. necə eliyim” məqamında, insan özünü köməksiz hiss
etdikdə, heç nəyə əli yetmədiyi zaman söylənər. Bu gün xalqda çıxılmazlıq
vəziyyətində eyni məzmunda, eyni misra ölçüsü ilə belə məsəl-şeir işlənir:
Yer qar,
GÖy boran.
Bu şeir ölçüsü
Az getdi,
Uz getdi,
Dəra, təpə
Düz getdi.
- şeirinin yarandığı dövrün, türkcədə ancaq birhecalı sözlorin mövcud olduğu
zamanın məhsuludur, an qədim türk şeirində qafıyə könüllüdür, işlonər də,
işlənməz də, heca qafıyədən vacib faktordur.
Bu mərhələnin daha işlək nümunəsi dördhecalı misralardır. “Kitab” belo
misralarla doludur. Bütün nəşrlordə nəsr nümunəsi kimi verilən bu misralar
həmin qəbildəndir:
Baqsa-görsə,
Bir dərənin içinə
Qarğa-quzğun
Enər-çıqar,
Qonar-qalqar.
Bədəvi alın
Öncələdi.
01 tərəfə yüridi.
Birinci mərhələnin ən uzun misrası beşhecalıdır. Bu həm də ikihecalı söz
dövrünün başlanğıc misrasıdır. İkinci mərhələnin son misra həcmi 8-9
hecadır. “Dedə Qorqud kitabı”nda hər iki mərhələnin şeiri birloşir.
Maraqlıdır ki, “Kitab”da üçhecah söz dövrünün şeiri - on bir ve ondan yuxarı
hecalı misralar yoxdur. Deməli, Dədə Qorqud süjetlərinin yaşı həmin tarixə
qəder uzanır, yaxud oradan başlanır.
4.
“Kitab”ın dili nə qədər günümüzle səsleşsə də, onda məlum yazılı dil
nümunələrimizde rast gəlmədiyimiz xüsusiyyetlər də miişahidə olunur.
Məsələn, utanmaq felinin kökü olan ut- hissəsi müstəqil söz kimi ancaq
burada işlənir: ut+suz (heyasız, utanmaz). Yaxud uzun, uzaq, uzat (maq)
sözlərinin uz kökünə yenə bu abidənin dilində rast gelinir: qara polad uz qılıc
(“az getdi, uz getdi” misralarındakı “uz”la müqayisə edin). “Kitab”m dilindo
ən tipik arxaik fakt l<ş hadisesidir. Bu evəzlənmə Azərbaycan türkcəsi üçün
çox qədim olub. Müasir dilimizdə iki sözdo qalır: b ələk - beşik, dəlik - deşik
(“bələk” və “beşik” sözlərinin ilkin kökü bəl, “dəlik” və “deşik” sözününkü
dəl morfemidir). “Dedə Qorqud kitabı”nın dilində başlı (yaralı) məqamında
balkır sözü işiənir. Burada -kır şəkilçisi də -lı şəkilçisinin qədim qarşılığıdır
(miiasir dilimizdə donqar və ddqır sözlərində daşlaşıb: don “şiş”+qar
“dil”+qır “dilli, boş-boşuna damşan”). Yegnək boyunda bele bir cümlo
gedir: Altı-başı balkır bir ər gördüm - “alnı-başı yaralı bir ər gördüm”
(etimologiya Vahid Zahidoğlunundur). Buradakı t-n uyğunluğu da arxaik
faktdır. “Baş” sözünün “yara” mənasında işlənməsi orta əsr oğuzcalarında,
məsələn, Azerbaycan vo Türkiyo türkcolərindo müşahidə olunur: Bağrı başlı,
gözü yaşlı (Yunus Əmro). “Kitab” ın dilində, ümumiyyotlo, orta osr
Azərbaycan ve Türkiyo oğuzcalarına meyl gücliidür. Hadisəlor Azorbaycan
coğrafıyasında cəroyan etdiyi üçün, görünür, qədim dastanın dilinin
Azorbaycan türkcəsino uyğunlaşdırılması ciddi məqsed kimi izlonmişdir.
Hesab etmek olar ki, “alnı-başı” ifadəsi ilo yanaşı bir “baş” (yara) sözünün
işlənmesi də üslub baxımından münasib bilinməmiş vo onun arxaik sinonimi
“balkır” götürülmüşdür. Vo homin arxaizm alnı mənasında altı arxaizmini do
öne çəkmişdir. Her halda “Kitab”ın dilinin norma sayıldığı tarixi morholodo
bu arxaizmlər ünsiyyət üçün tam unudulmayıbmış. Tobii ki, bu,
dünonimizdon əvvolki tarixin izidir.
Öyronildikcə, todqiq olunduqca hom “Dədo Qorqud kitabı”nm öz sirlori
zaman-zaman açılır, hom do dünya dastanşünaslıq modoniyyəti daha da
zənginloşir, dünya dastançılıq nəzoriyyosi daha da dolğunlaşır.
Bu öyrənilmo işinə Azorbaycan Rcspublikasımn morhum prezidcnti
H.Əliyevin 20 apre) 1997-ci il fərmanı xüsusi sürəklilik verdi. Homin
fermanla keçən möhtəşom 1300 illik yubileyi milli atmosferimizdə bir Dədo
Qorqud havası yaratdı. Ancaq Dodo Qorqud ən çox radio-televiziya ilə
evlərimizə girdi. Hələ Azərbaycanda elə evlər var ki, Dədə Qorqud onların
qapılarını açmayıb, onların kitab rəflərindö “Dədə Qorqud kitabı” yoxdur.
Biz o zaman babalarımızm, tiirk əcdadımızın əsil övladlan olmağa layiq
olacağıq ki, “Dədə Qorqub kitabı” həm həqiqi, həm də məcazi mənada bütün
azərbaycanlı evlərinin sakini olsun, ailə üzvü olsun. Yeni: bu “Kitab” hər
evde olsun, hər ailədə onu oxusunlar və hər ailə öz yetirmələrini onunla
tərbiyə etsin. Bu arzu Azərbaycan Respublikası prezidenti İ.Əliyevin “Azər-
baycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haq-
qında” sərəncamı ilə gerçəkləşəcəkdir. Həmin sərəncama görə Dədə Qor-
qudla bağlı hazırlanmış bu kitab, inanırıq ki, on ildən çox kitab üzü görməyən
bütün kitabxanalanmızda, evlərimizdə məskunlaşacaqdır.
Tofıq H ACIYEV
Dostları ilə paylaş: |