2. Ana dili tədrisi 1921-2000-ci illərdə
XX əsrin 20-ci illərindən B.Çobanzadə, A.Axundov, Ə.Qafarlı,
Q.Ələkbərli, A.Şaiq və başqaları ana dilinin təlimi və tədrisi ilə əla-
qədar maraqlı və faydalı mülahizələr söyləmişlər.
Araşdırmalar göstərir ki, Azərbaycanda 1920-ci ilə qədər çap-
dan çıxmış bir qrup ana dili dərsliklərində cüzi dəyişikliklər edilə-
rək yenidən məktəblərin istifadəsinə verilmişdir. Buraya M.Mah-
mudbəyovun ―Türk əlifbası və ilk qiraət‖, M.Mahmudbəyov, S.Əb-
dürrəhmanzadə, S.Axundzadə, F.Ağazadə, R.Əfəndizadənin ―Əlif-
ba‖ təlimindən sonra oxunan ―İkinci il‖, M.Mahmudbəyov və
A.Səhhətin ―Üçüncü ilə məxsus qiraət‖ kitabı və s. daxildir. Həmin
əsərlər 1921-1924-cü illərdə təkrar nəşr olunmuşdur.
Azərbaycan dilində metodik ədəbiyyat nəşrinə 1926-cı ildən
başlanmışdır. Belə ki, ilk addım olaraq 1926-cı ildə M.Sadıqzadə-
nin ―Türk dilinin üsuli-tədrisi‖, professor B.Çobanzadənin ―Türk
dili və ədəbiyyat üsuli-tədrisi‖, 1932-ci ildə professor B.Çobanzadə
və C.Məmmədzadənin ―Türk dilinin metodikası‖ əsərləri çap olun-
muşdur. Bundan sonra birbaşa ―Azərbaycan dili‖ adı altında dil
dərslikləri və onlara rəhbərliklər hazırlanmışdır. 1933-cü ildə Vey-
səl Mustafazadənin ―Əlifba‖ kitabı nəşr olunmuşdur. Həmin il
ümumtəhsil məktəbləri üçün nəşr olunan kitablardan yalnız ―Əlif-
|