Əsəd Əliyev
46
“baldız”, qardaşı arvadına isə “elti” deyirdi. Qızın valideynləri
oğlana “kürəkən”, qardaşı isə “yeznə” deyə müraciət edirdi.
Maddi durumu babat olan ail
ələr bəlgədən bir ay, bir ay
yarım sonra “nişan” mərasimi keçirərdilər. Nişan mərasimində
“oğlan evi qohum-qardaşı, qonşuları, qismən də daha yaxın
h
əmkəndliləri evə dəvət edib, müəyyən edilmiş bir gündə qız
evin
ə nişan aparılmasını agah edərdi. Bu o demək idi ki,
qohumlar, qonşular da nişana hazırlıq görməli, daha yaxınlar
is
ə hətta “xonça” bəzəməli idilər” (12,92). Adı çəkilən
m
ərasimdə hər iki tərəfdən 60-70 nəfərə yaxın adam iştirak
ed
ərdi. Nişan günü qıza “qaşlı üzük”, “sırğa”, “bilərzik”,
“boyunbağı”, “pal-paltar”, eləcə də mer-meyvə və şirniyyat
dolu xonçalar g
ətirirdilər. Ayaqqabı “darlıq”, “sıxıntılıq”
nişanəsi kimi yozulduğundan, qıza ayaqqabı və ya çəkmə
aparmazdılar. Yuxuda ayaqqabı, çəkmə geyinməyi də yaxşı
əlamət saymırdılar.
Qeyd ed
ək ki, qıza aparılan üzüklər içərisində nişan
üzüyü öz formasına görə fərqlənirdi. Belə ki, “nişan üzüyünün
altı düz, üstü isə qabarıq formada, həm də nisbətən qalın və ağır
olurdu. El arasında nişan üzüyü məhəbbət rəmzi, mənəvi mehr
v
ə bağlılıq simvolu kimi qiymətləndirilirdi. Nişan üzüyü sol
əlin “gəlin barmağı”na taxılırdı” (59,98). Buna bəzən “nişan”,
yaxud “x
əzinə barmağı” da deyilirdi.
Üzük bar
ədə belə bir rəvayət mövcuddur: “Deyilənə
gör
ə ilk dəfə barmağa üzük taxan Cəmşid olmuşdu (Cəmşid-
q
ədim İran tarixində Pişdadilər sülaləsinin dördüncü padşahı
XIX-XX
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti
47
sayılır). Bir dəfə ondan soruşurlar: -Nə üçün zinəti sola
veribsiniz, halbuki f
əzilətdə sağ ondan üstündür. O, deyir: -
Sağa sağlığın özü böyük zinətdir” (75,269).
Nişan günü qız evində kəsiləcək 3-4 baş erkəyi (və ya
qoçu), istifad
ə ediləcək ərzaq və tərəvəz (acılıq hesab edilən
soğandan başqa) məhsulunu oğlan evi verərdi. Qız evinə
gönd
ərilən erkəklərin buynuzuna qırmızı kəlağayı bağlayar,
boynundan is
ə ipə düzülmüş şirniyyatlar asardılar. Bunları qız
evin
ə aparan oğlan adamına qızgilin ailəsi pul, yun corab və ya
cib d
əsmalı hədiyyə edirdi.
Nişandan bir müddət sonra qız evi “nişan qabı”nı geri-
oğlan evinə qaytarırdı. Buna xalq arasında “qabaqqaytarma”
deyirdil
ər. Nişan qablarının biri kürəkən, biri ailədə olan digər
kişilər, o birisi isə qız və qadınlar üçün bəzədilərdi. Kürəkənin
adına bəzədilən xonçaya ona məxsus cürbəcür hədiyyələr,
kişilərə köynək, corab, yaylıq, qadınlara isə müxtəlif rəngli
donluq parçalar v
ə baş şalı qoyurdular. Boş qalan qablara isə
“qatdama” v
ə şirniyyat məmulatları yığırdılar. Qabaqqaytar-
ma
da yalnız qadınlar iştirak edirdi.
M
əqamı düşmüşkən bir məsələni də açıqlamağı vacib
sayırıq. Belə ki, 50-60 il bundan öncə oğlanın və qızın öz
b
əlgə-nişan-toy mərasimində iştirakı yasaq sayılsa da, artıq bu
qadağalar əhəmiyyətini itirmişdir. İndi bəy və gəlin onlarla
bağlı bütün tədbirlərdə iştirak edirlər. Hazırda əksər kəndlərdə
nişan mərasimindən sonra oğlanı dost-tanışlarıyla birgə qonaq
Əsəd Əliyev
48
çağırmaq adəti mövcuddur. Xalq arasında bu, “bəyin qayınata
evin
ə ayaqaçdı” mərasimi adlanır.
T
ədqiq etdiyimiz bölgələrdə qızları 15-16, bəzən isə 13-
14
yaşlarında nişanlayırdılar (məs: Qarayazı bölgəsinin
Muğanlı kəndindən olan Minəxanım (1925-ci il) ağtəhləli
Xan
əhməd Əlləz oğluna nişanlananda 13 yaşı varmış).
N
işandan sonra qız 1-2 il öz atası evində qalırdı. Bu, hər şeydən
əvvəl, oğlan evinin maddi durumunun məhdudluğu ilə bağlı
olurdu. H
ətta nişanlılıq dövrü 3-4 il çəkənlər də az deyildi.
H
əmin ərəfədə hər bayram günü oğlan evindən qızgilə müxtəlif
çeşidli şirniyyat, qoz-fındıq, qatdama dolu xonçalar və
buynuzuna q
ırmızı lent bağlanmış quzu göndərilərdi. Şübhəsiz
ki, burada qıza məxsus digər hədiyyələr də olurdu. H.Sarabski
yazırdı ki, yay, bahar, payız dönüşü, Novruz bayramında qız
üçün bayram x
ələti, nübar meyvə, yemiş, habelə, Qurban
bayramında qoyun alıb göndərərdilər. Oğlan evinin borcu idi
ki, qız nə qədər atası evindədir, onun paltarlarını alıb göndərsin
(69,100).
Topladığımız etnoqrafik-çöl materialları göstərir ki,
oğlanın nişanlısı ilə görüşü nişandan sonra mümkün idi. Bu
görüş həm oğlan tərəfdən bir qadının, həm də qızın xalasının və
ya anasının vasitəçiliyi ilə baş tutardı. Təşkil edilən gizli görüş-
d
ən qızın atasının, qardaşının, eləcə də digər kişi qohumlarının
x
əbəri olmazdı.
Nişanlılıq müddətində oğlanın böyük bacısı, bibisi və ya
xa
lası qızın anasının razılığı ilə onu yaxın qohumların nişanına,
XIX-XX
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti
49
toyu
na aparardı. Oğlanın qardaşı, yaxud digər qohumu qızın
könlü ç
əkən havanı çaldıraraq onu oynadar və əlinə çoxlu şabaş
ver
ərdi. Bu cür hallar gəlinə olan hörmətin, onu qiymətlən-
dirm
ənin əlaməti kimi dəyərləndirilirdi. Qohum-əqrəbanın
toyunda
oğlan adamları tərəfindən çıxarılıb oynadılmayan
nişanlı qıza el içərisində “indidən bunu saymırlar, gəlin
köç
əndən sonra nə qiymət qoyacaqlar”- deyərdilər.
Yuxarıda qeyd etdiyimiz kimi, nişandan xeyli müddət
ötdükd
ən sonra toya hazırlıq
m
ərhələsi başlanardı.
Dostları ilə paylaş: |