www.vivo-book.com
15
Ovcumu isti alnıma qoydum. Xose mənə niyə zəng
vurmayıb? Və ümumiyyətlə, niyə mənə heç kim zəng
vurmur? Hisslərimin qatma-qarıĢıqlığında, hətta mobil
telefonumun susmasına da diqqət etməmiĢdim.
Lənət Ģeytana! Lap axmağam! Mobil telefonumda
zənglərin ―Blekberi‖ smartfonuna ötürülməsi rejimi hələ də
iĢləyirdi, smartfonu isə Kristianın yanında unutmuĢdum.
Bütün bu müddətdə Qrey mənə ünvanlanmıĢ zəngləri qəbul
edirmiĢ, əlbəttə, əgər smartfonu tullamamıĢdısa. Bəs
Kristian e-mailimi necə öyrənmiĢdi? Təəccüblü deyil,
ayaqqabımın ölçüsünü bilirdisə, elektron poçtumu öyrənmək
də onunçün problem olmayacaqdı. Onunla yenidən görüĢə
biləcəkdimmi?
Dözə
biləcəkdimmi?
Onu
görmək
istəyirdimmi? Gözlərimi bağlayıb baĢımı geriyə atdım,
xiffət və üzüntü dalğasının hərarətindən boğulurdum az qala.
Əlbəttə, istəyirdim.
Yəqin ki… yəqin ki, ona xəbər göndərəcəkdim ki,
fikrimi dəyiĢmiĢəm… Yox, yox, yox, mənə ağrı verməklə
həzz alan, məni sevə bilməyən bir adamla bir yerdə ola
bilməzdim.
www.vivo-book.com
16
Əzablı xatirələr Ģüurumda oyanırdı: vanna, qüvvətli,
nəvaziĢli əllər, öpüĢlər, onun yumoru və onun dumanlı,
həyəcanlandırıcı baxıĢı – həddindən artıq seksual. Onsuz
darıxırdım. BeĢ gün, beĢ əzablı gün əbədiyyət qədər uzanıb
gedirdi. Göz yaĢları içində yuxuya gedirdim, heyfsilənirdim
ki, onunla qarĢılaĢmıĢam və heyfsilənirdim ki, o, baĢqalaĢa
bilmədi... baĢqalaĢa bilmədi ki, mənimlə birgə olsun. Bu
dözülməz, adamı yandırıb külə çevirən hissdən hələ nə
qədər əzab çəkəcəkdim? Mən cəhənnəmin astanasında
yaĢayırdım.
Əllərimlə bərk-bərk çiyinlərimdən yapıĢdım, elə bil
qorxurdum ki, budur, elə bu dəqiqə param-parça olacağam.
Onsuz darıxırdım. Darıxırdım… Onu sevirdim. Bax belə,
sevirdim, vəssalam.
АnasteyĢa Stil, sən indi iĢdəsən!.. Mən güclü
olmalıyam, amma mən Xosenin vernisajına getmək
istəyirəm, amma içimdə gizlənmiĢ mazoxist qadınsa hələ
Kristianla da görüĢmək istəyir. Ciyərlərimi dərindən havayla
doldurub var gücümlə nəfəsimi buraxdım və iĢ masama
doğru yeridim.
www.vivo-book.com
17
Kimdən: АnasteyĢa Stil
Mövzu: Sabah
Tarix: 8 iyun 2011-ci il. 14.25
Kimə: Kristian Qrey
―Salam, Kristian.
Güllər üçün çox sağ ol, onlar gözəl idi.
Hə, getmək istərdim.
Minnətdaram”.
Anasteyşa Stil,
Cek Haydın katibi, redaktorun, SİP
Mobil telefonuma göz gəzdirdim: hə, zənglərin
ünvanını dəyiĢmə rejimi iĢə salınıbmıĢ. Cek danıĢıqlara
getmiĢdi və mən dərhal Xoseyə zəng vurdum.
– Salam, Xose. Bu mənəm, Ana.
– Salam, avara – onun səsində o qədər hərarət və Ģəfqət
vardı ki, yenidən ağlamaq istəyirdim.
www.vivo-book.com
18
– Uzun-uzadı danıĢa bilmirəm. Vernisaj neçədə
baĢlayır?
– Deməli, gələcəksən? – səsində sevinc duyulurdu.
– Hə, əlbəttə – fikrən onun simasını görürdüm,
özündənrazı təbəssümünü. BeĢ gün ərzində mən də ilk dəfə
səmimi gülümsəyirdim.
– Səkkizin yarısında.
– Onda görüĢənədək. Hələlik, Xose.
– Hələlik, Аnа.
Kimdən: Kristian Qrey
Mövzu: Sabah
Tarix: 8 iyun 2011-ci il. 14.27
Kimə: АnasteyĢa Stil
―Əziz Anasteyşa
Saat neçədə ardınca gəlim?”
Kristian Qrey,
“Qrey enterprayzes” holdinqinin baş direktoru
www.vivo-book.com
19
Kimdən:Аnasteyşa Stil
Mövzu: Sabah
Tarix: 8 iyun 2011-ci il. 14.32
Kimə: Kristian Qrey
“Xosenin vernisajı 7:30-da başlayacaq. Necə
fikirləşirsən, haçan gəlməlisən?”
Anasteyşa Stil,
Cek Haydın katibi, redaktorun, SİP
Kimdən:Kristian Qrey
Mövzu: Sabah
Tarix: 8 iyun 2011-ci il. 14.34
Kimə: АnasteyĢa Stil
―Əziz Anasteyşa
Portlendə qədər olan məsafə çox uzaqdır. Ardınca
5:45-də gələcəm.
www.vivo-book.com
20
Görüşümüzü gözləyirəm”.
Kristian Qrey,
“Qrey enterprayzes” holdinqinin baş direktoru
Kimdən: АnasteyĢa Stil
Mövzu: Sabah
Tarix: 8 iyun 2011-ci il. 14.38
Kimə: Kristian Qrey
―Onda görüşənədək”.
Anasteyşa Stil,
Cek Haydın katibi, redaktorun, SİP
Ġlahi, tezliklə Kristianı görəcəkdim! Bu beĢ gündə ilk
dəfə əhvalım azacıq yaxĢılaĢırdı. Özümə onun barəsində
açıq düĢünmək izni vermiĢdim.