etdiyimiz dörd pəhləvan və tarixdə adları mə’lum olmayan digər on nəfər Əli
əleyhissəlamın qılıncı ilə yerə sərildilər.
Cəbrail Peyğəmbərə dedi: “Əli (əleyhissəlam) doğrudan da sənə çox kömək edir.
Mələklər bu cavanın sənə etdiyi köməkdən (göstərdiyi şücaətdən) heyran qalmışlar.”
Peyğəmbər (səlləllahu əleyhi və alih) Cəbrailə buyurdu: “Nəyə görə də belə olmasın?
O məndən
mən də ondanam.” Cəbrail dedi: “Mən də sizdənəm.” Həmin gün
asimandan belə bir səs eşidilirdi: «La seyfə illa Zulfiqar və la fəta illa Əli.»
(Zülfiqardan başqa heç bir qılınc və Əli əleyhissəlamdan başqa heç bir cavan yoxdur.)
Bu cümlə dəfələrlə təkrar edilirdi. Səs eşidilir
ancaq deyən görünmürdü.
Peyğəmbərdən (səlləllahu əleyhi və alih) soruşdular ki
bunu deyən kimdir? Cavab
verdi ki
Cəbrail.
32
3) Əlİ (əleyhİssəlam) «Əhzab» (Xəndək) döyüşündə
Əhzab
33
döyüşü adından da mə’lum olduğu kimi İslamın müxtəlif düşmənlərinin
əl-ələ verib təzəcə çiçəklənmiş İslamı aradan aparmaq istədikləri döyüşdür.
Bə’zi tarixçilər bu döyüşdə iştirak edən kafirlərin sayının on mindən çox olduğunu
bildirmişlər. İslam ordusu isə cəmi üç min nəfər idi.
Bu döyüşün rəhbərliyini öhdələrinə götürmüş Qüreyş başçıları öz ordularının say
çoxluğunu və əllərində olan çoxlu döyüş avadanlıqlarını nəzərə alaraq belə güman
edirdilər ki
bu döyüşlə onlar müsəlmanları tamamilə məhv edəcək və Məhəmmədi
(səlləllahu əleyhi və alih) aradan götürməklə onun və silahdaşlarının əlindən bir
dəfəlik yaxa qurtaracaqlar.
Kafirlərin hərəkət xəbəri Peyğəmbərə (səlləllahu əleyhi və alih) çatdırıldıqda,
Peyğəmbər (səlləllahu əleyhi və alih) nizami şura təşkil etdi. Bu şurada Salman Farsi
belə təklif etdi ki
Mədinənin kənarında xəndək qazıb kafirlərin şəhərə girməsinə
mane olsunlar. İrəli sürülən bu təklif hamı tərəfindən razılıqla qarşılandı. Bir neçə gün
müddətində müsəlmanların göstərdiyi işgüzarlıq nəticəsində xəndək hazır oldu.
Xəndəyin eni elə idi ki
düşmən atlıları onu keçə bilməzdilər. Dərinliyi də elə idi ki
onun içinə düşən asanlıqla qırağa çıxa bilməzdi.
Kafirlər yəhudilərin köməyi ilə gəlib şəhərin kənarına çıxdılar. Onlar güman
edirdilər ki
əvvəlki (Bədr və Ühüd döyüşlərində olduğu) kimi yenə müsəlmanlarla
Mədinə şəhərinin kənarında üzləşəcəklər. Ancaq onlar bu dəfə şəhərin kənarında
müsəlmanlardan əsər-əlamət görməyib Mədinəyə tərəf irəliləməyə başladılar. Şəhərə
çatanda, şəhər kənarında qazılmış enli və dərin xəndək onları təəccübləndirdi. Çünki
onlar o vaxta qədər ərəb müharibələrində xəndəkdən istifadə etməyi görməmişdilər.
Məcbur olub xəndəyin kənarından Mədinə şəhərini mühasirəyə aldılar.
Bə’zi rəvayətlərə görə Mədinə şəhəri bir ay mühasirədə qaldı.
Qüreyş əsgərləri nə vaxt xəndəyi keçmək fikrinə düşürdülərsə, müsəlmanların
xəndəkdə qoyduqları yaxın fasiləli gözətçilərlə üzləşməli olurdular. Müsəlmanlar ox
və daş atmaqla onların ehtimal olunan bütün hücumlarının qarşısını alırdılar. Hər iki
tərəfin ox atması gecə-gündüz davam edirdi. Ancaq tərəflərin heç biri digərinə üstün
gələ bilmirdi.
Digər tərəfdən Mədinənin belə bir ordunun mühasirəsində qalması müsəlmanların
bir çoxunun ruhiyyəsini zəiflətmişdi. Üstəlik Mədinənin daxilində yaşayan
yəhudilərin
Bəni–Qüreyzə tayfasının əhdinə vəfasız çıxması və kafirlər xəndəyi
aşdıqdan sonra düşmən ordusuna birləşərək arxadan müsəlmanlara hücum edəcəyi
planı mə’lum olduqdan sonra müsəlmanların ruhiyyəsi daha da zəiflədi.
32
Şərhi-Nəhcül-bəlağə, c.14
səh. 250-251; Mənaqibi Xarəzmi, səh. 223.
33
Əhzab hizb sözünün cəmi olub dəstələr
qruplar mə’nasını ifadə edir.
Həssas və böhranlı günlər
Qur’ani-Məcid müsəlmanların bu mühasirədəki çətin və böhranlı vəziyyətini
«Əhzab» surəsində çox gözəl şəkildə bəyan etmişdir:
«Ey iman gətirənlər! [Xəndək
yaxud Əhzab vuruşunda Qüreyş
Qətfan və
yəhudilərin Bəni-Nəzir qəbilələrindən təşkil olunmuş] ordular sizin üstünüzə
gəldiyi zaman Allahın sizə olan ne’mətini yada salın. O vaxt Biz onların üstünə
külək və sizin görmədiyiniz [mələklərdən ibarət] qoşun göndərmişdik. Allah o
zaman sizin nə etdiyinizi görürdü. O zaman onlar üstünüzə həm yuxarı
həm də
aşağı tərəfdən [vadinin üst və alt tərəfindən] hücum etmiş və [qorxudan] gözünüz
hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə
düşmüşdünüz. [Mö’minlər Allahın Öz və’dinə doğru olduğuna inanır
münafiqlər
və e’tiqadı zəif olanlar isə Məhəmmədin bu bəladan xilas ola bilməyəcəyini güman
edirdilər]. Məhz onda [Xəndək vuruşunda] mö’minlər imtahana çəkilmiş [kimin
həqiqi mö’min
kimin münafiq olduğu bəlli olmuş] və möhkəm sarsılmışdılar. O
zaman münafiqlər və qəlblərində mərəz [şəkk] olanlar: «Allah və Onun peyğəmbəri
bizə yalan və’d etmişdir. [Biz zəfər çala bilməyəcəyik]» –deyirdilər. O zaman
onlardan biri: «Ey Yəsrib [Mədinə] əhli! [Burada] sizin üçün duracaq bir yer
yoxdur
[evinizə] qayıdın!»-demişdi. Başqa bir dəstə isə: «Evlərimiz açıqdır
[kimsəsizdir
oğru girməsindən qorxuruq]»-deyə [geri qayıtmaq üçün]
Peyğəmbərdən izn istəyirdi. Həqiqətdə isə evləri açıq [kimsəsiz] deyildi. Onlar ancaq
[döyüşdən] qaçmaq istəyirdilər. Əgər [Mədinənin] hər tərəfindən üstlərinə
yüyürülüb [cumulub] onlardan fitnə törətmək [imandan dönmək
yenidən
müşrikliyə qayıtmaq] istənilsəydi
sözsüz ki
dərhal onu edər və bunda [bu işdə]
azacıq da olsa yubanmazdılar.»
34
Ancaq müsəlmanların bu çətinliyinə baxmayaraq xəndək, kafirlərin hücumunun
qarşısını alırdı və onlar (kafirlər) vəziyyətin bu cür davam etməsinə davam gətirə
bilmirdilər. Çünki hava üzü soyuğa gedirdi və digər tərəfdən də kafirlərin özləri və
heyvanları üçün gətirdikləri yemək qurtarmaq üzrə idi. Onlar Bədr
Ühüd kimi kiçik
müddətli döyüş üçün tədarük hazırlamışdılar. Ancaq mühasirə uzun çəkdiyindən və
müsəlmanların müqavimətini uzun müddət qıra bilmədiklərindən yeməkləri yavaş-
yavaş qurtarır və az qalırdı ki
vuruşmaq fikrindən daşınıb geri qayıtsınlar.
Ruhiyyələri get-gedə zəifləyirdi. Nəhayət ordu başçıları belə qərara gəlirlər ki
cəsur
və şücaətli pəhləvanlar nəyin bahasına olursa–olsun birtəhər xəndəyi aşıb o tərəfə
keçsinlər. Bəlkə bununla müsəlmanların müqavimətini qıra bilələr. Beləliklə
kafirlərin qəhrəmanlarından beşi atlarını xəndəyin kənarında oynadaraq xəndəyin
ensiz hissəsindən o biri tərəfə atılırlar. Xəndəyi aşdıqdan sonra təkbətək döyüşmək
üçün rəqib istədilər.
Bu pəhləvanlardan biri ərəblərin ən qüdrətli
ən şücaətli cəngavəri olan Əmr ibn
Əbdəvəd idi. Ərəblər onu min döyüşçüyə bərabər sanırdılar. O
Yəlyəl adlı bir yerdə
bir orduya təkbaşına qalib gəldiyi üçün onu «Yəlyəl atlısı» (Yəlyəl qəhrəmanı)
adlandırmışdılar. O
Bədr döyüşündə yaralandığı üçün Ühüd döyüşündə iştirak edə
bilməmişdi. İndi Xəndək vuruşuna gəlmişdi ki
öz şücaətini göstərsin.
Əmr ibn Əbdəvəd xəndəyi aşdıqdan sonra vuruşmağa rəqib tələb etdi. Onunla
vuruşmağa heç kimin çıxmadığını görüb bir az ürəkləndi və müsəlmanların
əqidələrinə istehza (rişxənd) məqsədilə toxunub dedi: «Siz ki
deyirsiniz sizin ölülər
Cənnətə
bizimkilər isə Cəhənnəmə gedir
onda sizdən biri gəlsin mən onu Cənnətə
göndərim
ya da o məni Cəhənnəmə göndərsin.» Sonra bir az rəcəz (nizami şe’r)
34
“Əhzab” surəsi, ayə 9-14.