5
obrazlanma obyektin əlamətlərinin aşkarlanma və siqnal ötürmə
xassələrindən, kəmiyyətindən asılıdır. Bu şaxələnmə sayəsində
müəyyən düşüncə müstəvisinin, obyektin məkanı genişlənir və
tərkiblər açılır. Tərkiblər açılarkən tələb olunan istənilən obyekt
öz məkanını müəyyən edir. Kəşflər və ixtiralar məhz məkanda
aşkarlanma sayəsində meydana gəlir. Aşkarlanma prosesi bu
yöndə tərkibcə müəyyən müstəvini üzərə çıxarmaqdan ibarət
olur. Hər bir elementin mövcud məkanı həqiqətin əsaslarını
formalaşdırmış olur. Aşkarlanma həqiqi məlumatların ifadəsini
müəyyən edir. Sistemin tərkib elementləri açılanda, strukturların
məzmunu genişlənəndə elementlərin funksiya və mahiyyəti də
genişlənir. Daha doğrusu həm də insanlar üçün funksiyası
böyüyür. Aşkarlıq, açıqlıq üzərə çıxır. Genişlənmə düşüncələrdə
həqiqətin və ədalətin, düzgünlüyün, bərabərliyin əsaslarını
müəyyən etmiş olur. Genişlənmə dərketmənin əhatəliyini bir
qədər də artırır. Genişlənmə düşüncə siqnallarını böyüdür. Çox
genişlənmə siqnal qəbuletmə mərkəzini genişləndirir. Bu anda
mərkəzin elementləri, zərrəcikləri artır. Bu nöqteyi-nəzərdən də
çox, fasiləsiz siqnal qəbul etmək beyin mərkəzində problemlər
yarada bilər. Siqnalları bu baxımdan müxtəlif əsaslarda, çox
istiqamətlərdə və fasilələrlə, yəni dəyişən fikirlər əsasında qəbul
etmək lazımdır. Ardıcıl düşüncə siqnalları çox qəbul edir.
Ardıcıl düşüncədən meydana gələn siqnal axını məhz düşünmə
məkanının, yəni obyektin mahiyyətini çox aşkarlayır. Getdikcə
aşkarlamanın kəmiyyəti böyüyür. Düşüncə obyekti genişlənir.
Məzmun açılır, forma geniş şəkildə dərk olunur. Məzmun elmi-
fəlsəfi mahiyyət kəsb edir. Elmin əmələ gətirdiyi tərkib fəlsəfəyə
xidmət edir. Fəlsəfi aspektlər ardıcıllığın və bağlayıcılığın
bazasında dayanır. Genişlənmə sayəsində paralelliklər və
kəsişmələr meydana gəlir, təfəkkürdə aşkarlanır. İnsan hüquqları
anlayışına geniş yanaşma, hüququn tərkib elementlərinin daha
çox qəbulu hüququn eyni və müxtəlif bucaqlarda həm pozitiv,
həm də neqativ əsaslarını ortaya çıxarmış olur. Neqativlik
müəyyən bucaqlarda olan “enerjisizliyin” özü demək olur.
6
Dövlətin pozitiv hüquq normaları neqativ (təbii) hüquqların
genişlənməsini təmin edir. Burada hüquqi məsələlərdə forma,
struktur və dövlətin hüquq təmin edən tərəf kimi fəaliyyətinin
əsasları dərk olunmuş olur. Dövlət hüquq subyekti kimi fəlsəfi
məzmunda dərk olunur. Onun mürəkkəb strukturu və tərkib
zənginliyi fəlsəfi prinsipləri formalaşdırır.
Fəlsəfə təkmilləşmiş idrakın, ali təfəkkürün, pozitiv
düşüncələrin və müdrikliyin məzmunundan və vəhdətindən
ibarətdir. Hüquq fəlsəfənin obyektidir. Hüquq fəlsəfəsi özü ilə
daima faydalı və səmərəli məzmunu daşıyır. Burada müdriklik
hüququn əhatəli məzmunundan meydana gəlir. Müdriklik
hüquqla əxlaqı vəhdətdə görür. İnsan hüquqlarına ali yanaşmaq
hüquqların daha çox pozitiv mənalarını aşkar etmək deməkdir.
Hüquq insan maraqlarına bağlı olduğundan təkmilləşmiş mənanı
ifadə edir, universallaşdırıcı və məxsusiləşdirici əhəmiyyət kəsb
edir. Hüququn bu kimi xarakteri hüquq düşüncələri müstəvisini
meydana gətirir. Hüquq düşüncələri müstəvisinin böyüklüyü
kəmiyyətin çoxluğundan ortaya çıxır. Subyektin çoxluğu hüquq
müstəvisini genişləndirir, çünki hüququn subyekti və obyekti
artmış olur. Bu anda vahid hüquq prinsipi obyektiv əsaslarla
formalaşmış olur. Fərdin hüquqları cəmi subyektiv məna ilə
yanaşı, obyektiv hüquq müstəvisini də formalaşdırır.
Fəlsəfənin obyekti bütün anlayış istiqamətlərində dərin
düşüncənin, həm də daha çox faydalı düşüncənin obyektidir.
Ümumiləşmiş anlayışlar isə daha çox müdriklik üzərində
qurulur. Müdriklik qeyri-müəyyən və müəyyən həqiqətin
vəhdətində və tarazlığında meydana gəlir. Lakin mənfini də
dərinə düşünmək olur. Məsələn, hüquq normalarının bir çox
tərəflərə münasibətdə (tətbiqində) mənfi cəhətləri var. Bu yöndə
azadlığın məhdudlaşdırılması normaları hamı tərəfindən
(xüsusilə, cinayət törətmiş şəxslər tərəfindən) birmənalı olaraq
heç də qəbul edilən deyil. Lakin pozitivliyin və hüququn
qorunması üçün bu, mütləq lazımdır. Digər bir misal kimi
prezident seçkilərinin normativ-hüquqi əsaslarını göstərmək
7
olar. Burada normaların tətbiqi heç də prezident olmaq istəyən
şəxslərin çoxunun mənafeyinə xidmət etmir. Hər kəs (iddialı
olan hər kəs) asan yolla və birbaşa qaydada bu postu tutmaq
istəyər. Lakin hüquq normalarının sərhədlər və ölçülər
müəyyənedici əsasları tənzimləməni və mərhələləri tələb edir.
Bu tələblər də hər kəs tərəfindən qəbul edilən olmur, iddiaçıların
subyektiv istəklərinə cavab vermir. Bu baxımdan da tənzimedici
normalarvə qaydalar obyektiv dəyər olmaqla subyektiv dəyərləri
çox zaman ödəmir. Ayrı-ayrı şəxslər bu normaları özləri üçün
səmərəsiz hesab edirlər.
Müvafiq cəhətlər öz-özlüyündə sistem xarakteri kəsb edir.
Bu mənfiliklərin də universal pozitivliyə xidmət etməsini nəzərə
alsaq, onda belə qənaətə gəlmək olar ki, hüquq əksər hallarda
pozitivlikdən ibarətdir və hüququn yükü əsasən müsbət
məsələlərdə cəmləşir. Hüquq sanki “işıqfor” rolunu oynayır.
Hüququn faydalılıq prinsipi ondan ibarətdir ki, hüquq dəyər
olaraq (hüquq normalarının tətbiqi zamanı) onu daşıyan tərəfə
xidmət göstərməlidir. Hüquqi müdafiə üçün məhdudlaşdırıcı
normaların mövcudluğu ümumi müdafiə strategiyasına xidmət
edir. Məsələn, meşəliklərin və yaşıllıq zolaqlarının qorunması və
mühafizəsi haqqında dövlətin qayda və qanunları məhz ümumi
halda insanlara, təbiətə xidmət edir. Qaydalar faydalı olan
resursları qorumağa yönəlir. Burada qaydalar obyektiv dəyərləri
qoruyan dəyərlər kimi əhəmiyyət kəsb edir. Eləcə də
cinayətkarlıq haqqında qanunvericilik insanların və cəmiyyətin,
dövlətin maddi-mənəvi dəyərlərinin qorunmasına yönəlir. Siyasi
sabitlik,
ictimai-asayiş
dəyərləri
qoruyan
vəziyyətlər
olduğundan, bu kimi dəyərlərin qorunması üçün hüquq
normaları da dəyərlərə çevrilir. Hüquq normaları dəyərləri
qoruyan dəyərlər kimi ifadə olunur. Bu baxımdan da əlaqələr,
münasibətlər və fəaliyyət müstəvisi daxilən tənzim olunan
normalardan ibarət olur. Normalar və qaydalar dəyərlərin
qorunmasını və inkişafını özlərində əks etdirir. Buradan da
pozitivlik meydana gəlir. Hüququn mənfi tərəflərini fikir obyekti
Dostları ilə paylaş: |