3
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2016, № 6 (76)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2016, № 6 (76)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2016, № 6 (76)
BİOLOGİYA
SALEH MƏHƏRRƏMOV
AMEA-nın müxbir üzvü
Naxçıvan Dövlət Universiteti
salehmaharramov@mail.ru
UOT: 581.6
ÇAŞIR-ACILIQ BİTKİLƏRİNİN HEYVANLARIN BƏDƏN TEMPERATURUNA TƏSİRİ
Açar sözlər: çaşır, acılıq, bədən temperaturu, antihelmint təsir, otlaq bitkiləri
Key words: ferula, bitterness, body temperature, antihelmint affect, plants
Ключевые слова: ферула, хвойник, температур тело, антигельминтая действия,
пастбищные растения
Yüksək müalicə təsirinə malik dərman preparatları ilə zəhərlənmələr zamanı heyvanların
ürək-damar, tənəffüs, həzm, sinir sistemində, maddələr mübadiləsində, humoral sistemdə disfunk-
siyalar əmələ gəlməklə, temperatur aşağı düşür, ümumi halsızlıq yaranır, immunitet zəifləyir, diri
çəkiləri azalır. Bu vəziyyətdə olan heyvanların qanını analiz etdikdə formalı elementlərin sayında,
leykositlər formulunda, qanın fiziki-kimyəvi xassələrində normadan kənara çıxmalar müşahidə edi-
lir. Sidiyin fiziki-kimyəvi xassələri dəyişilərək tərkibindəki üzvü və qeyri-üzvü maddələrin miqdarı
artır, hətta normada olmayan maddələrin ixracına təsadüf edilir.
Otlaqlarda yayılan bəzi zəhərli bitkilər həm də müalicəvi əhəmiyyətə malikdir. Buna görə də
hətta yüksək səmərəliliyə malik bitkilər praktik olaraq tətbiq edilməmişdən əvvəl toksiki cəhətdən
qiymətləndirilməlidir. Müalicəvi əhəmiyyətə malik bitkilərin toksiki təsir göstərməsi onun
dozasından da asılıdır. Az miqdarda müalicə səmərəsi göstərən bitkilər heyvan tərəfindən artıq
yeyildikdə toksiki təsir yaradır. Otlaq sahələrində yayılan və insanlar tərəfindən becərilən bəzi
bitkilər helmintosid təsirə malik olmalarına baxmayaraq artıq miqdarda qəbul edildikdə funksional
sistemə mənfi təsir göstərir.
Zəhərli bitkilər toksiki maddələri həyat fəaliyyətləri dövründə hazırlayaraq yarpaqlarında,
köklərində və b. vegetativ, generativ orqanlarında saxlayırlar. Bitkilərin tərkibindəki alkaloidlərin,
qlikozidlərin, efir yağlarının, fitonsidlərin, fotosensibilizasiya edici maddələrin müalicəvi əhəmiy-
yətə malik olmaları ilə yanaşı zərərli təsirləri də qeydə alınır.
Tərkibində zəhərli maddələr olan belə bitkilərin heyvan orqanizminə təsirinin öyrənilməsi
istiqamətində bir çox tədqiqat işləri aparılıb. Yüksək dərəcədə antihelmint səmərəyə malik
baldırğanın ağ siçanlar üzərində çiçəkləmə və meyvələrin yetişmə fazasında iti toksiki parametrin
maksimal keçid həddi müvafiq olaraq 5200 mq/kq, 5050 mq/kq, orta öldürücü dozası hər iki fazada
7390 mq/kq, 100% öldürücü dozası isə 10030 və 10050 mq/kq həddində olmuşdur. Onun çiçəkləmə
və meyvələrin yetişmə mərhələsindən hazırlanan preparat verilən qrupda ölən ağ siçanların sayını
nəzarətdə olan qrupda ölən heyvanların sayı ilə müqayisə etdikdə baldırğanın uzun müddət verilmə-
sinə baxmayaraq heyvan orqanizmində toplanmadığına görə kumulyativ təsir alınmamışdır. Baldır-
ğanın boğaz siçovullara müalicə, müalicə dozasının 3, 5 dəfə artırılmış miqdarları verilən tədqiqat-
larda embrion materiallarının xarici və daxili orqanlarında anomaliyalar görünməməklə, skelet
sümüklərinin ölçüləri normal həddə olmuşdur [6, 8].
Baldırğanın müalicə (0,9 q/kq), müalicə dozasının 3 və 5 dəfə artırılmış miqdarları yedizdiril-
miş heyvanların bədən temperaturu normal həddə olmuş, hərəkət koordinasiyasında, davranışında,
selikli qişaların rəngində patoloji dəyişikliklər görünməmiş, ürək vurğularının taxikardiya və