Poetika, izm
Əlizadə ƏSGƏRLİ
Filologiya üzrə elmlər doktoru, professor
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
alizade.aseerli@gmail.com
MODERN İZM VƏ POSTMODERNİZMƏ
MÜNASİBƏT HAQQINDA
Açar sözlər: modemizm, postmodernizm, modemizm ədəbi cərəyanı, Şərq və
Qərb modemizmi
Key words: modernism, postmodernism, modernism literary movement, East and
West modernism
Ключевые слова: модернизм, постмодернизм, литературное течение мо
дернизм, восточный и западный модернизм
Milli dövlət müstəqilliyindən sonra ədəbiyyat və incəsənətdə, elm
və fəlsəfədə, psixologiya və mənəviyyatda modemizm və postmodernizm
“söhbətləri” intensiv olub.
Modernizmin müəyyən təzahür xüsusiyyətləri: realizmə etiraz; ku-
bizm, sürrealizm, abstraksionizm, avanqardizm, impressionizm, imaji-
nizm və s. axınlara rəğbət; fərdiyyətçilik; mövcud ənənə və gələnəklərin
dağıdılması və ya onlara yeni dəyər verilməsi - dekonstruksiya; poziti-
vizmə meyil; rasionalizmə, “qəliblərə”, maarifçiliyə etiraz; irrasionallığa
meyil; dinlə təmas; ehkamlann dəyişdirilməsi, klassik dəyərlərin bərpası;
eybəcərlik, disqarmoniyadan imtina; gözəllik, harmoniya kimi klassik
kateqoriyalara qayıdış; internet, sosial şəbəkə imkanları və sairdir.
Postmodernizmin müəyyən təzahür xüsusiyyətləri: modernizmin
bətnində doğulması; klassik ənənə, insan və hadisəyə modernist baxışlann
birliyi; psixoanaliz; semiotika, fəlsəfə kimi çağdaş konsepsiyalann əsas
olması; mübarizədən imtina; böhranla barışıq; estetik fikrin paradiqma-
lannın dəyişməsi; ezoterik dillə danışma; fraqmentlərə parçalanma, se-
mantik dairənin genişlənməsi; ekstensiv inkişafın özəlliyi, dünyanın elmi
dərk yolunun inkan; sinergetika; təbiət elmləri; cəmiyyətlə, bədii-estetik
fikirlə bağlı olan bütün elmlərin humanitar düşüncədə yeri; postmodernist
fəlsəfə, postmodernist kulturologiya, postmodernist sosiologiya, postmo
dernist dilçilik, postmodernist estetikanın yaranması; mərkəzdənqaçma
meyilləri; tarixə etinasızlıq və tarixin əsasında mifin, əlaqəsiz, yayğın ha
disələrin dayanması, onlann bir araya gətirilməsi və m if kimi dəyərlən
dirilməsi; tarixin, zamanın parçalanması, fraqmentallıq; tarixi hadisələrin
insan iradəsindən asılı olmaması - dünya iradəsi, futurologiya; vaxtilə
Poetika. ızm
deyilmişlərin təkrarı; istehza - hadisələrə ikili münasibət; sənətkarın əsər
yox, MƏTN yaratması, dekonstruksiya; mətnin əvvəlki mətnlərlə və
dövrünün mətnləri ilə dialoqu; hermenevtika; təsdiq və inkar anları; məna
baxımından yazı və oxunun insanın yox, dilin həqiqəti olması faktı və i.a.
Modernizmin və postmodernizmin əsasında, təşəkkülündə müharibə
(I və II Dünya müharibələri) amili dayanıb. Müharibə yeni fikir, düşüncə
yaradıb. Eynşteynin nisbilik nəzəriyyəsi də müharibə amilinin nəticəsi
olub. Postmodernizm də modemizm kimi Dünya müharibəsindən sonrakı
tarixi şəraitin, elm və mədəniyyətin yetirməsi idi. Kainata yozum verdi
yimiz “MƏTN” - xaos, oyun da əslində bir simmetriyaya - qanun və
Konstitusiyalara tabedir. Qanun hakim və hakimiyyətin adıdır. Harmo
niya olan yerdə insan ağlı və dünya vardır. Necə ki, böyük kosmos sis
temi və Yer də onun tərkib hissəsi olmaqla mükəmməl simmetriyaya ta
bedir. Nəticə: Bizə postmodern mədəniyyət yox, multikultural mədəniyyət
gərəkdir.
Postmodernizm qaydasız oyun adlandırılır. Simmetriyasız, qanun-
qaydasız heç nə yoxdur. Varsa, nəyisə pozur, dağıdır. Kainatın özü,
cəmiyyətin özü qayda üzərində qurulub, mükəmməl qurulub. Və Allah-
taala tərəfindən qutsal kitablarla, qanunlarla qorunur. Professor Yaşar Qa
rayev demişkən: Qərb, Avropa “mənəm meymun” deyir. (İnsanın mey
mundan yaranması/?!/), Şərq isə mənəm Allah deyir. (İnsanı Allahın xəlq
etməsi, onun Adəmdən yaranması). Meymunda qaydasız oyun, insanda
isə mükəmməl simmetriya, toxuma vardır. Nəticə: Kosmos, kainat, həyat
xaos olsa yaxşıdır, yoxsa ahəngdar olsa?!
Postmodernizm Qərb (Avropa) sivilizasiyası və mədəniyyətlərinin
dərindən dərk olunduğu universal, tarixi və çağdaş qavrayışdır: kiber
netika, hermenevtika, semiotika, sinergetika, qeyri-səlis məntiq, meta
fizika, fizika, kimya, cəbr, həndəsə, bir sözlə, “cəmiyyətlə, bədii-estetik
fikirlə bağlı olan bütün elmləri əhatə edən humanitar düşüncədə hakim
mövqe” [1, s. 177] sahibidir. Postmodernizm belə bilgilərin yüksək bədii
liklə zəmin olunduğu yerdə qazana bilib ki, bu da artıq Avropa və Qərb
üçün səngiyən kimidir. Bizim elmi-nəzəri, ədəbi-estetik fikirdə isə post
modernizmin yamsılanması, onun zahiri effektindən yarınma baş alıb
getməkdədir. Postmodernizm türk və islam müəyyənliyini aşındırıb müəl
lifinə Orxan Pamuk kimi Nobel mükafatı da qazandıra bilər, bilərəkdən
və ya bilməyərəkdən milli-tarixi şüur yaddaşımızı aşındırıb müəllifinə
Əkrəm Əylisli uğursuzluğu da gətirə bilər.
Bir var, ümumiyyətlə, modemizm ədəbi cərəyanı, onun konkret
dövr olaraq mövcudluğu (1910-cu illərdən 1930-ci illərə qədər), bir var
Şərq və Qərb modemizmləri, bir də var modemizm ədəbiyyatı, incəsənəti.
Bunlar ayn-ayrı məsələlərdir.
31
Poetika.izm
Şərq və Qərb modernizmi ədəbi cərəyan deyildir. Adlanmadır. Bir
anlıq Şərq və ya Qərb intibahlarım xatırlayaq. Şərq və Qərb intibahları da
modemizmdir. İntibahın özü modernist qavrayışdır. Bu terminlərin fər
qində olmaq gərəkdir.
Qərb (Avropa) intibahı Qərbə, Avropaya orta əsr intibahını, klassi-
sizmi, romantizm və realizmi, maarifçiliyi, şəhərlərin inkişafı, iqtisadi-
burjua münasibətləri, millət, milli dil, dövlətlərin əmələ gəlməsi, coğrafi
kəşflər, günəş sisteminin kəşfi, milli ədəbiyyatların formalaşması və s.
verib. Bütün bıınlar Qərb modernizminin uğurları olub.
Şərq modernizmi Şərqə intibahın dahi şəxsiyyəti Nizami Gəncəvini,
Şərq romantizmini, klassik feodal ölkələrini... və s. verib. Bütün bunlar
Şərq modernizminin əsasları və uğurları olub.
İntibah modernizm göstəricisidir. Modernist ədəbiyyat isə Şərq və
Qərbə mənsub olan intibahın təzahürü deməkdir. Bu ədəbiyyat hər bir
milli dövlətə, xalqa mənsubdur. Müasir modernist ədəbiyyat dedikdə ədə
biyyatda siyasi quruluşdan asılı olaraq meydana gələn yenilik, intibah nə
zərdə tutulur. Bu mənada XIX və XX əsrlər Azərbaycan ədəbiyyatında
modernist mədəniyyət xüsusiyyətləri mövcuddur. Nəticə: Bu modernist
ədəbiyyat milli ədəbiyyatın tərkib hissəsi kimi çıxış edib.
Tutaq ki, deyirik: modernistik və y a postmodernislik - yenidən qu
ruluruq, - bunlar bizə nə verir? Bunlar bizə yeni ədəbiyyatını, mənəviy
yatını verir? Məna və mahiyyət kökdə, islam dərkində, islam şəxsiy-
yətlərindədir. Biz isə bu özəyi, nüvəni atıb Avropa modermizminə meyil
edirik. Mərkəzdə nə dayanır - mücərrədlik, anlaşılmazlıq. Bizə texnogen
yox, İnsan, ədalət və həqiqət, ölçü, dəyər, əxlaq və mənəviyyat lazımdır.
Əslində Qərbin özü: Dante, Hegel, Höte, Bayron və başqaları islam
modemizminə meyillənməklə bəşəriyyətə böyük incilər bəxş ediblər.
Onlar Qərbin oğurlamaq istədiyi Şərqi özünə qaytarmayıblarmı? Post
modernist əsər bizə nə verir? Şərqi, Azərbaycanı Qərbə qovuşdurmaqmı?
Ədəbiyyatı - Avropaya, Qərbə qovuşdururmu? Və ya Qərbi Şərqə gəti
rirmi? Qurani-Kərimdə Aralıq dənizi ilə Atlantik okeanın sulan bir-birinə
qovuşmur, dünyalann ayncıdır. Şərq Qərbə, Qərb Şərqə qovuşa bilərmi?
Bunlann sivilizasiyalan, mədəniyyətləri, dinləri və həyat tərzləri ayn-
ayndır. Kökündən təhrif edilmiş dünyanı ədalət və həqiqətinə qovuşdu
rurmu modernizm və ya postmodernizm? Nəticə: Onların Azərbaycana
təsiri kifayət qədər azdır. Və belə də olmalıdır.
Böyük dövlət, böyük siyasət, böyük güc söhbəti var. Bu “böyüklük”
“xırdalığı” həmişə udmaq, həzm etmək əzmində olub. Bu “böyüklük”
bizim mənəviyyatımızı, əxlaqımızı, dinimizi və dilimizi - mənliyimizi ud
maq istəyindədir. Necə ki, Qərbin bütün islam dünyasına təpkilərini,
islamafobiyasını görürük! Qərb bizim, Şərqin deyildir və olmayacaq da!
32
Poetika.izm
Dünyanın müvazinəti və müvaziliyi bu ikilikdədir. Qərb həmişə Şərqin
elm və fəlsəfəsini oğurlamaq cəhdində olub. Bu gün də belədir. Nəticə:
Ona Azərbaycan, islam əxlaqı və mədəniyyəti gərək deyil...
Modernizmə və ya postmodernizmə aludəliyimiz məzmuna görədir,
yoxsa form aya görə? Bəlkə hər ikisinə görə? Məzmun Şərq, Azərbaycan
gerçəkliyi, psixologiyası, təfəkkürü, dini və dilidir. Azərbaycan həyatı,
milli ruh, kolorit və psixologiya - milliliyin bütün atributlarıdır. Qərb
məzmunu bütün bunlarda əriyə bilərmi? Təsəvvür edək, Avropa gəlib
Azərbaycanda yaşayır, azərbaycanlılaşırmı, türkləşirmi? Ən əsası dini,
milli aynntılar bunların qovuşmasına heç vaxt imkan verməz. Yaxud
Qərb Azərbaycan həyatını, islam insanını özündə əridə bilərmi?
Bir anlıq qəbul edək Avropanın həyat tərzini, düşüncəsini, - yad
həyatı, yad dini, yad adətləri, yad psixologiya və mənəviyyatı, - millilik
yox olmurmu? Klonluğu da unutmayaq! Növlərdən alman süni cinsləri də
xatırlayaq! Biz Avropa mövcudluğuna köklənə bilərikmi? Belə çıxır ki,
biz öz kökümüzü itirməyə hazırıq. Bəlkə torpağımızı, tariximizi, dinimizi,
dilimizi və mədəniyyətimizi Avropaya verək? Gəldimi, bizdə mənlik qo-
yacaqmı? Nədənsə Əkrəm Əylislini xatırladım... Yadlaşma siyasəti budur.
Beyin manqurtlaşır, milli kök, şüur, coğrafi ərazi, tarix və mədəniyyət
basılır. Nəticə: Bizə bumu lazımdır?
M əgər H.Caviddə dekonstruksiya yoxdurmu? H.Cavid modernizmə
meyil etməyibmi? O, Qərb, yoxsa Şərq modemizmi ilə hərəkət edib? Biz
H.Cavid modemist şairdir desək də, bu, o demək deyil ki, mütəfəkkir
sənətkar Qərb yönlü modemistdir. Yox. O, Şərq modemizmindən bəhrə
lənmiş islam filosofudur. Baxın, məgər H.Cavidin tarixi şəxsiyyətləri
ironiya (istehza) və ya təftişlə hərəkət edibmi? Nəticə: Əksinə, tarixən
mövcud olmuş türkçülüyü islamı milli mənlik şüuruna ötürüb, ’’ittihad,
işdə ən böyük ideal’’ - deyib.
Bu günün çağdaş “modernistləri” və ya “postmodernistləri” Şərq və
Qərb təfəkkürünü Caviddən artıq dərk edirlərmi? Bu suala müsbət cavab
vermək çətindir. Ən azı ona görə ki, Cavid öz kökü üstündədir. İslam
təfəkkürü ilə gəlib və kifayət qədər ciddi planda İslamı, onun qanunlarını,
normalarını gözləyib. Bu günün mütəfəkkirləri isə islam dünyagörüşünə
yetməkdə yetərli deyil və demək olar ki, əməli olaraq islam dininə riayət
etmirlər. Onlar dini mühütdən də gəlməyiblər, Sovet stixiyasından, ide
ologiyasından gəlib və milli dəyərlərimizi aşındırıblar. Bu günün təkəb
bürlü gəncliyi (müdrik gəncliyi yox) Dədə Qorqudu, Şah İsmayılı, Füzu
lini, Vaqifi, M.F.Axundzadəni, A.Bakıxanovu, Sabiri, Mirzə Cəlili,
S.Vurğunu kökdən ayırır, onlan islam müəyyənliyindən uzaqlaşdırıb, ba
yağılıq edir. Biz nə qədər kökdən uzaqlaşırıqsa, bir o qədər Avropanın
yabançı dəyərlərinə meyil edirik, qloballaşır, milliliyi itiririk. Nəticə:
33
Poetika, izm
Qeyri-müəyyən bəşəridənsə, milli müəyyənlik caiz deyilmi?
Xatırlayaq Avropanın islamafobiyasım, ərəb dünyasındakı fəlakət
ləri, faciələri. Bunları Qərb törədib, nəticələrindən özləri də xilas ola
bilmir. Siyasi və mənəvi aşınmalar onların özünə qayıdıb. Bir vaxt gender
bərabərliyini ortaya atmışdılar, - Şərqin, Azərbaycanın ailə institutlarını
dağıtmaq üçün. Avropada ailə amili əsasdırmı? Qurani-Kərim insan hü
quqları, azadlıqları və bərabərliyinin ideal nümunəsini göstərib.
Şərq mifologiyası, folkloru, etnoqrafiyası, tarixi, coğrafiyası üstün
dədir. Bunlar kitabələrimizdə, Dədə Qorqudumuzdadır. Forma, süjet,
kompozisiya xüsusiyyətləri Şərqin sənət ənənələrində olmayıbım? Sənət
karlıq, bədii üslub yenilikləri olmayıbmı? Məgər Markesi, Borxesi, Kam-
yunu və yüzlərlə başqalarını bilməklə orijinal oluruqmu, modemist və ya
postmodemist oluruqmu? Doğrudanmı onlar bizim Şərqin sənətkarla
rından daha üstündür? Biz bunları əsərlərimizdə yamsılayanda modemist
və ya postmodemist oluruqmu? Yenilik budurmu? Mən Qərbi tanımaq və
bilməyin əleyhinə deyiləm, təsirlərin də əleyhinə deyiləm. Bəs 1960-80-ci
illərin Azərbaycan əsərlərində yenilik yox idimi? Onda gərək onların
hamısı modemist və ya postmodemist olaydı: İ.Hüseynov, İ.Şıxlı, M.İb-
rahimov, İ.Əfəndiyev, Anar, Elçin, Y.Səmədoğlu, M.Süleymanlı, İ.Məlik-
zadə və başqaları. Görün B.Vahabzadə nə deyirdi: “Avropanın yaxşı və
müsbət cəhətlərini zahirən deyil, daxilən, mənən dərk etmək lazımdır...
Avropalılar - ingilislər, fransızlar, almanlar, ruslar adlarını dəfələrlə çək
dikləri öz babalarının - Bethovenin, Baxın, Şekspırin, Tolstoyun, Bal-
zakın, Hüqonun yubileylərini keçirir, heykəllərini ucaldır, adlarını əbədi
ləşdirir, əsərlərini sevə-sevə oxuyurlar... [1, s. 247]. Başqa torpaqdan,
başqa iqlim şəraitindən gətirilən ağaclar başqa bir bar vermədiyi kimi,
import fikir və ideyaların da sənin torpağında, sənin iqlim şəraitində
istədiyin kimi bar verməyəcəyini bilməmisən. İdeya təkcə kitab səhifələri
arasında gəlmir. O da torpağın özündən cücərməlidir... Ən mütərəqqi
ideyaları belə kökə-torpağa basdırmaq, torpağın suyu və qidası ilə
yetişdirmək lazımdır (kursiv - Ə.Ə.). Bar verən ağacın kənardan gətirilmə
torpaqla dibçəkdə yetişdirilməsi mümkün olmadığı kimi, kənardan gəlmə
ideyaların da xalqsız, tarixsiz bəhər verməsi mümkün deyil” [2, s. 252-
253]. Bir sözlə, Şərqin öz suyu var, biz onu içirik. Qərbin də öz suyu var,
onlar da onu içirlər. Nəticə: Şərqlə Qərbin suları qarışmır.
Biz təbii ki, təsirə, əlaqəyə inkarçı deyilik. Dünya yürüşdədir, ölkə
lər, xalqlar iqtisadi-siyasi və mədəni olaraq bir-birinə yaxınlaşır. Hibrid-
ləşirmi? Bizə hibrid lazımdırım? Hibridin, cinsin verdiyi məhsul məlum
dur: yadlaşma və eybəcərlik! Dünya üçün, həyat üçün təhlükə. Belə hib
ridlərə Haqqın və təbabətin izni olsa, Dünya yeyilər, həyat tükənər,
xəstəliklər dünyanı götürər. Gəlin özümüzü, ədəbiyyatımızı korlamayaq!
34
Poetika, izm
Gəlin bir anlıq düşünək. Nümunəsiz dünya varmı? Allah-taala yer
üzünə özünün nümunə olaraq dörd səma kitabını göndərib — məqsəd də
budur: özünü dərk et, özünü təmizlə, mənə doğru gəl, məni dərk elə! Belə
olan surətdə nümunəsiz, ideyasız ədəbiyyatdan danışmaq olarmı? Bəs
mövcud “Dədə Qorqudumuz”? Bəs tarixi planda M.C.Həqiqi, Qara Yusif,
Uzun Həsən, Şah İsmayıl, Qacar, Nadir?.. Kimlər, kimlər, kimlər?.. Gəlin
bir-bir tariximizi, tarixi və çağdaş milli insanımızı, Azərbaycan insanının
libaslarını, mənəvi simasını dəyişdirək, “dekonstruksiya” edək, hər gün
bir yeni postmodernist əsər yazaq. Casus, fahişə, satqın, buqələmun,
obıvatel surəti axtaraq, yaradaq. Ümumiyyətlə qəhrəman, əsgər, insan
obrazı yaradaq, sərhəd, əqidə, qeyrət, mənlik, qəlb, ruh yox, xaos yaradaq,
bunlar bizə nə verir? Nəticə: Biz hara gedirik? Hara gedir bu dünya?
Mirzə Fətəli Axundzadə Qərbə üz tutanda belə Şərqlə Qərbin fər
qini göstərirdi. Qərb həyatının pozucu təsirini göstərirdi. Hüseyn Cavid
Qərbi göstərəndə tamamilə Şərq həyatının “içində” ona yer verirdi -
müqayisə və məqsədi üçün. “İblis”, “Səyavuş”, “Topal Teymur”, “İblisin
intiqamı”nda belə deyildimi? Məgər Cəfər Cabbarlı Avropanı oxumur
dumu? Tərcümə etmirdimi? Öyrənmirdimi? Şekspiri də, Şilleri də, Mol-
yeri də, Danteni də, Bayronu da, Höteni də, Hüqonu da oxuyurdu. Onun
da əsərlərində Avropa vardı. İsmayıl Şıxlı, İsa Hüseynov, Mirzə İbrahi
mov, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Anar, Elçin də Qərbi, Avropanı
öyrənirdi, xarici ədəbiyyatı tərcümə edirdi. Avropaya meyillilik XX əsrin
60-cı illərindən artmışdı. Belə müəlliflərdə (əsərlərdə) Şərq aşılmayıb.
Bütün olanlar onların qəhrəmanlarına, müəllif mövqeyinə, məqsədinə
xidmət qədərdir. Milli ruhu heç nə aşmayıb. Bu gün də milli ruh, tarix,
dil, din, əxlaq və mənəviyyat Qərbin, Avropanın Şərqi yenməsinə imkan
vermir. Nəticə: Tərəflər qarışmır. Qarışsaydı, bəşəri insan olardı, daha
milli insan y o x ! Hətta dünyanın etnik mədəniyyətləri belə qarışmır,
multikultural mədəniyyətlər və münasibətlər qarşılıqlı təmasda yaşayır.
Müstəqillik dövrümüzün çox şairləri, nasir və dramaturqları “mo-
dernist olub. Bəs müstəqillik dövrünün özü və XXI əsrin yaşlı sənət
karları necə, modemistdirmi? Modemist deyilsə, kimdir?
Ənənəvi milli ədəbiyyat irəliyə doğru inkişafdadır, yoxsa modemist
və ya postmodernist ədəbiyyat? Biz modemist ədəbiyyatı öncül, aparıcı
hesab elməliyik, yoxsa ənənəvi ədəbiyyatı?
Poeziyada Bəxtiyar Vahabzadə, nəsrdə Kamal Abdulla, dramatur
giyada Firuz Mustafa, tənqid və ədəbiyyatşünaslıqda Yaşar Qarayev filo
sofdurlar. İstərdik ki, onlar ədəbiyyatımızda və yaddaşımızda modemist
və ya posmodemist kimi yox, ədəbiyyatımızın filosofları, müdrikləri kimi
qalsınlar. Mətn və ya müəllif mövqeyinin bizim üçün heç bir məna və
başlanğıcı yoxdur. Bizdə təfəkkür və idrak başlanğıcı vardır. Bizdə Şərq
35
Poetika.izm
müdrikliyi var, Qərb başıpozuqluğu yox! Nəticə: Bizdə İslam və onun
Əxlaqı vardır!
D üşüm lə bilər: bu modernizm, postmodernizm qaçılmazdır. Yadda
saxlayaq ki, Qərbin, Avropanın ədəbi-fəlsəfi cərəyanlarını, - fikir axın
larını Şərq nəzərə alıb, fəqət qəbul etməyib. Əslində modernizm Avropa
üçün ötüb. Postmodernizmi də ötürmək cəhdindədir. Şərq itirmişdirmi?
Modernizm və postmodernizm - bunlar keçicidir. Mövcud ədəbiyyat mo-
demizminin bizdə xüsusiyyətləri, əlamətləri olub. Bunu H.Cavid, M.Hadi,
Ə.Hüseynzadə, A.Şaiq, A.Səhhət, Ə.Cavad, M.Müşfiq, S.Vurğun, R.Rza,
S.Rüstəmin yaradıcılığına, 1920-30-cu illərə aid edirik [3, s. 466-486]
Professor Səlahəddin Xəlilov böyük H.Cavidi nə panteist, nə də ob
yektiv idealist kimi səciyyələndirib [4, s. 39]. Alim “mistika ilə rasiona-
lizmin sintezindən çıxış edib” [4, s. 60], təsəw üfə çox üstünlük versə də,
onu ictimai amillərlə birlikdə daha realist təqdim edib. O, Cavidi “qəlb
dünyası ilə ictimai həyatın bir küll halında qarşılıqlı əlaqə və vəhdətində
nəzərdən keçirib’ [4, s. 60]. Professor S.Xəlilov H.Cavidi fəlsəfi cərəyan
lardan təcrid etməyib, fəqət onu müxtəlifliyin vəhdətinə daha çox yaxın
laşdırıb. “Cavid əvvəlcədən filosof idi. O, yüksək təhsil görmüş, bir sıra
fəlsəfi təlimlərdən xəbərdar olan və öz fəlsəfi konsepsiyası, ideyaları olan
və bu ideyaları bədii yolla, sənət vasitəsilə çatdırmaq istəyən bir sənətkar
idi. Cavid birdən-birə yüksək mərtəbədən başlayır. İdeyalardan başlayıb
həyatın özünə doğru gəlir” [4, s. 94].
S.Xəlilov H.Cavidi Avropa və Qərblə bağlamaqla bərabər, onu
N.Gəncəvi, F.Əttar, İbn Ərəbi, C.X.Cübran, M.İqbal, C.Əfqani, M.Ə.Sa
bir və C.Cabbarlı ilə müqayisədə təqdim edib. Filosof H.Cavidə müna
sibətdə hökm vermir, orta xəttə, münkəsirliyə üstünlük verir. Çünki
modemist təfəkkür bir xətli, bir məcralı, bir sistemli deyildi. Bu gün bizdə
modernizm və postmodernizmin özü yox, izləri vardır və bu gün onlara
etiraz artmaqdadır.
Mən hər bir Azərbaycan müəllifinin modernizm və postmodernizm
haqqında fikirlərinə, siyasi, ədəbi-fəlsəfi təhlillərinə, onların fikir və dü
şüncə mövqeyinə hörmətlə yanaşıram [6; 7; 8; 9; 10; 11; 12; 13; 14; 15;
16, 17, 18...]. Söhbət təzahürdən yox, mahiyyətdən gedir. Mahiyyət isə
budur ki, Azərbaycanın ailə institutlarının birliyi, əxlaq və gözəllik ruhu,
din və ayin mübəlliğliyi, patriarxallıq yaddaşı var. Biz Odan qopmaqla,
ayrılmaqla itirik, kiçilir və böyük güclərin qarşısında daha çox əzilirik.
Necə ki, ney əslindən ayrıldığından həmişə nalə çəkir. Əxlaq və şüuru
muz aşındıqca ayaqlanmız altındakı torpaqlarımız da kiçilir. Dahi Hüseyn
Cavid, Əli bəy Hüseynzadə, Cəmaləddin Əfqani, Ziya Göyalp, Zəki Vəli-
di Toğan, Namiq Kamal isə Turan, ittihad və mədəniyyət deyib.
Biz istəsək də, istəməsək də postmodernizm hələ təbliğ olunmaqda,
36
Poetika, izm
dəyərləndirilməkdə, haqqında tədqiqat əsərləri yazılmaqdadır. Lakin bun
lar müvəqqəti başlanğıcdır. Müəyyən vaxtdan sonra sıradan çıxacaq. Bu,
labüddür.
Bizim milli, demokratik ədəbiyyatımız vardır. Tarix boyu kökii
üstündədir. Bu ədəbiyyat milli və demokratik ruhu dağıtmağa, postmo
dernist şüur axınlarına yer verməyəcəkdir. Hələ ki, “qonağı hörmətlə”
qarşılayır. Amma etirazların da kökü 1970-ci illərdədir. Professor Yaşar
Qarayev süni modemizmə toxunmuşdu. “Qərbin bir sıra ölkələrində p o e
ziya öz oxucusunu ona görə sürətlə itirir ki, o öz mahiyyətinə - mənəvi
vəzifəsinə sədaqəti itirməyə (kursiv - Ə. Ə.) başlayır. Daha doğrusu, öz
oxucusunu itirən poeziya yox, antipoeziya olur, saxta, ifrat, süni mo
dernist meyillər (kursiv - Ə.Ə.) olur” [5, s. 46-47]. Anar, N.Cəfərov və
bir çox başqaları da bu barədə fikir və mövqe nümayiş etdiriblər. Pro
fessor N.Cəfərov müsahibələrinin birində: “Postmodernizm, modernizm...
Son vaxtlar bu anlayışlar tez-tez işlədilir. Sizcə, onları Azərbaycan ədə
biyyatına tətbiq etmək düzgündür? ” sualına haqlı olaraq belə cavab verib:
“Olmaz. Bu, bizə nə verir? Məmməd Cəfər Cəfərov, Mehdi Hüseyn nə
deyirdisə, aydın idi və bizim yadımızda qalırdı. İndikilər nə deyir, onu
mən bilmirəm. Bir var dərk olunmuş anlayışdan, hansısa ədəbiyyatın tex
nologiyasından çıxmış qəliblərdən danışasan... Bir də var, kənarda y a
rananı öz ədəbiyyatına tətbiq edəsən (kursiv — Ə.Ə.). Bu zaman material
varsa da, yoxsa da tapıb gətirəcəksən. Deyəcəksən ki, Anar modemistdir,
Elçin postmodemistdir... Bir də var ədəbiyyatın təhlili. Son dövr tən
qidçilərimiz elə içi mən qarışıq ədəbiyyatı təhlil edib hansı anlayışı
çıxarıblar ki, onu təhlilin nəticəsi hesab eləmək olsun? Biz nəticəni qoyub
nəticəyə qədərki şeyi təhlil edirik. Bəzən formanı qoyub yazıçıdan ona
uyğun yazmağı tələb edirlər. Yazıçı bədbəxt də bilmir ki, bu, nədir. Yəni
tənqid nəyisə izah etmək, açmaq, sfera müəyyənləşdirmək əvəzinə, pən
cərə qoyur və yaradıcı adamı gic vəziyyətə salır. Tənqidin funksiyası han
sısa model yox, ədəbiyyat üçün fəza müəyyənləşdirməkdir” [6, s. 322-
323]. Daha ciddi etiraz bir qədər vaxt istəyəcək. Çünki hələ dünya, Av
ropa durulmayıb. Şərq durulmayıb. Qonşu ölkələr və Azərbaycan durul
mayıb. Xaos ədəbiyyat və incəsənətə hökm edir! Xaos ədəbiyyat və incə
sənətə xaos ötürür!
Bizim yazıçılarımız Qərb (Avropa) modemizmi və Şərq (Asiya)
modemizmini, tarixən mövcud ədəbi cərəyan olmuş modernizm və post
modernizmi, dünyəvi, dini-mənəvi və əxlaqi bilikləri əxz edib modernist
və ya postmodernist əsər təqdim edə bilərmi? Fikrimizcə, cəmiyyət və
təbiət elmləri, islam dini və təfəkküründən qidalana bilən əsərlərin post
modern təsirlərindən danışmaq olar. İsa Hüseynov nəsri kökü üzərindədir,
Kamal Abdulla nəsri isə kökdən ayrılmadır. Kamal Abdullanın əsərlərinin
37
Poetika, izm
elmi, tarixi, fəlsəfəsi, semasiologiyası və etnoqrafiyası vardır... Mən istə
məzdim, onun özü də yəqin istəməz ki, onu postmodernist yazıçı adlan
dırsınlar. Onun geniş dünyagörüşü, xarici ölkə ədəbiyyatları ilə təmasları
vardır. Lakin fıkrimizcə, Şərq poetikası, klassika onun üçün “sıxılır”.
K.Abdulla XX və XXI əsr Azərbaycan ədəbiyyatının yenilikçi sənətka
rıdır. Ədəbiyyatımıza Qərb modemizmi və postmodernizminin təsirini
gətirib. Lakin nə Rəsul Rza modernist şairdir, nə də Kamal Abdulla post
modernist yazıçı-dramaturq. İlqar Fəhmi də postmodernist deyil, daha çox
Şərq təfəkkürü üstündədir, - fəlsəfi, əxlaqi, psixoloji, dini. Fəqət daha çox
psixolojı-mənəvi və gizlinləri ilə! Onlar XX və XXI əsr Azərbaycan
milli-demokratik ədəbiyyatımızın istedadlı nümayəndələri, əsərləri isə
ədəbiyyatımızın yeni səviyyə göstəricisidir. O meyillər ki, bizim islam
dini üzərində gələn təfəkkürümüzə qida vermir, Şərq və islam düşüncəsini
qapsayır. Qeyri-müəyyənlik şüurumuzu azdıran əlamətlərdir. Filankəsin
filan bədii əsəri postmodernist əsərdir. Rafiq Tağı, Orxan Fikrətoğlu,
Fəxri Uğurlu və başqaları yeni bədii təfəkkürün, forma-məzmunun yazıçı
larıdır. Fleç onlarda “postmodernizm” axtaran yoxdur. Bəlkə postrealizm
axtaraq?! Bizim Qərbdəki postmodernizmin nəzəri əsasları və ya
əhəmiyyəti ilə işimiz yoxdur. Nəticə: Söhbət bizdə onun özünü nə qədər
doğrultmasından gedir.
Avropada, Qərbdə ərazi genişliyi, tarixin əlvanlığı, dini-etnik müx
təliflik, sivilizasiya və mədəniyyət panoramı vardır. Şərq isə nisbətdə
daha çox konservativdir, Yaxın və Orta Şərq əxlaqı ailə, adət-ənənə sabit-
liyindədir. Avropa ailəyə yox, elmi-texniki vərdişlərə, fərdə açıqdır. Bu
baxımdan Qərb daha çox başa düşüləndir. Şərq isə kökü üstündədir,
kökdən ayrılmalara hacət yoxdur. Nəticə: Beləliklə, Azərbaycanda moder-
nizm və ya postmodernizmin özündən yox, onun təsir xüsusiyyətlərindən
danışmaq olar ki, bu da milli ədəbiyyatlara açıqdır...
Milli-məfkurəvi və dini şüur yaddaşım, elmi və bədii müzakirələr,
məqalə, monoqrafiya və dissertasiyalarda şahidi olduğum postmoderniz
mə çağdaş süni meyillər məni bu yazını yazmağa vadar etdi. Qoy bu ya
zının davamı nəticə: şüurlarımızda gedən mühakimələrin davamı olsun...
ƏDƏBİYYAT
1. Vahabzadə B. “Yel qayadan nə aparar? ”, “Sənətkar və zaman” . Bakı, 1976.
2. Qarayev Y. Poeziyanın illəri və yolları. Poeziya və nəsr. Bakı, “Elm”, 1976.
3. Cəfərov N. Seçilmiş əsərləri. 5 cilddə, II cild. B ak ı, “Elm”, 2007.
4. Xəlilov S. Cavid fəlsəfəsi. Bakı, “Nurlar”, 2009.
5. Quliyev Q. Postmodernizm. “Azərbaycan”, 2005, № 9.
6
. İlya İlin. Postmodernizm XX əsrin sonunun ruhi konsepsiyası kıimi.
“Azərbaycan”, 2005, № 6.
38
Poetika, izm
I. Hacıyev T. Yarımçıq əlyazma və ya tamamlanmamış süjet, yaxud davamı
gözlənən roman haqqında. “525-ci qəzet”, 14 sentyabr 2004.
8
. Niyazi Mehdi. Kamal Abdullanın dekonstruksıyasından açılan izlər... “525-ci
qəzet”, 24 oktyabr 2004.
9. Rüstəm Kamal. “Yarımçıq əlyazma” : postmodemist oyun fəlsəfəsi. “Ədalət”,
17 sentyabr 2005.
10. Nərmin Kamal. Umberto Eko və postmodernizm fəlsəfəsi. Bakı, “Qanun”, 2008.
II. Hacılı A. Modernizm haqqında bir neçə söz. “Tənqıd.net”, № 2012.
12. Hacılı A. “Yarımçıq əlyazma”: cəhd və hüquq. “Ekspres”, 5 oktyabr 2004.
13. Əlışanoğlu T. Çağdaş Azərbaycan ədəbiyyatında modemizmin gəlisməsi.
Oktyabr, 2004, “Tənqid.net”, 2012, № 9.
14. Əlişanoğlu T. “Tənqid.net”. №1 , 3 , 4 , 5, 7.
15. Cahangir Ə. Dəmırbaşlar. “Körpü”, 2005, № 1.
16. Əsədova A. Ədəbiyyatlaşan dünya. Bakı, “Elm”, 2014.
17. Akimova E. Azərbaycan poeziyasında yeni təfəkkür kultu - modernizm.
“Ədəbiyyat qəzeti”, 24 oktyabr 2015.
18. Şərifova S. Çağdaş Azərbaycan postmodern romam. Bakı, “Elm və təhsil”, 2015.
19. Əsgərli Ə. XX əsr Azərbaycan şeirinin bədii-estetik qaynaqları. Humanitar
elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji məsələləri.
Beynəlxalq elmi konfransın materialları. Bakı, dekabr 2010-cu il Bakı “Elm”
2010
.
20. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, 2 cilddə. Bakı, “Elm və təhsil”, 2016.
Alizade Asgerli
ON THE ATTITUDE TO THE
MODERNISM AND POSTMODERNISM
SUMMARY
In Europe the literature called modernism occurred during the World War I, the
postmodernism after the World War II, and then passed to Russia. There were signs of
modernism in Azerbaijani literature at the beginning of XX century (mainly 1910-
1930s), from the years of independence period the attitude to the modernism and
postmodernism was strengthened and the “conversations” about this were taken
intensively.
In the articles, monographs and dissertation, artistic tendencies to the modernism
and postmodernism have emerged. For this reason the article about modernism and
postmodernism was written.
In the article the reasons of the emergence of modernism and postmodernism, its
manifestation features and essence have been enlightened, many questions have been
answered in the article. The essence is that neither modernism nor postmodernism have
not been in Azerbaijani literature. But their manifestation properties are not denied. In
this respect, important scientific provisions are mentioned in the article.
39
Poetika.izm
Ализаде Аскерли
ОБ ОТНОШЕНИИ К МОДЕРНИЗМУ
И ПОСТМОДЕРНИЗМУ
РЕЗЮМЕ
Возникшее в годы Первой мировой войны литературное течение модер
низм, а после Второй мировой войны постмодернизм получили становление в
Европе, откуда перенеслись в Россию. В азербайджанской литературе начала XX
века (в основном в 1910-1913 гг.) наблюдались следы модернизма, а с началом
периода Независимости стремление к модернизму и постмодернизму усилилось,
благодаря чему их интенсивное обсуждение приняло широкий размах. В наше
время в статьях, монографиях и диссертационных работах наблюдается искус
ственное стремление к модернизму и постмодернизму, что и явилось причиной
написания этой статьи.
В статье определены предпосылки возникновения модернизма и пост
модернизма, выяснены особенности их проявления, сущность и даны ответы на
многие вопросы. Суть в том, что в азербайджанской литературе ни модернизма, ни
постмодернизма не наблюдалось. Но наличие формирования их признаков
бесспорно. По этой точке зрения в статье изложены основательные научные по
ложения.
40
Dostları ilə paylaş: |