2
Tərcümə və tərtib: Əlixan Musayev
İxtisasçı redaktor: Mübariz Qarayev
Bu kitabçada hər kəsi dünyadan köçdükdən sonra göz-
ləyəcək bəzi hadisələrə toxunulur və ilkin olaraq veriləcək üç
sual barəsində bəhs edilir.
Ön söz
Həqiqətən, həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz
Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və
bizi haqq yoluna yönəltməyi diləyirik, nəfslərimizin şərindən və
pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq.
Allah kimə hidayət versə o, haqq yolunda olar və kimi də azdırsa
onu haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki,
3
Allahdan başqa ilah (ibadətə haqqı olan məbud) yoxdur, Onun
şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və
elçisidir.
«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun və yalnız
müsəlman olduğunuz halda ölün!»
1
«Ey insanlar! Sizi tək bir şəxsdən [Adəmdən] xəlq edən,
ondan zövcəsini [Həvvanı]
yaradan və onlardan da bir çox
kişi və qadınlar törədən Rəbbinizdən qorxun! [Adı ilə]
bir-
birinizdən [cürbəcür şeylər]
istədiyiniz Allahdan, həmçinin
qohumluq əlaqələrini kəsməkdən qorxun! Şübhəsiz ki, Allah
sizin üzərinizdə nəzarətçidir!»
2
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söy-
ləyin! [Əgər belə etsəniz, Allah]
əməllərinizi islah edər və
günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə
itaət etsə, böyük bir səadətə [Cənnətə]
nail olar».
3
Əziz həmvətənlərim, müsəlman bacı və qardaşlarım! Biz yenə
də Uca Allahın köməyi ilə dini maarifləndirmə istiqamətində
fəaliyyətimizi davam etdiririk. Çünki bu çox şərəfli və həm də
məsuliyyətli bir işdir. Həm dini, həm də dünyəvi cəhətdən
savadlı insanların yaşadığı cəmiyyətdə problemlərin az olması
artıq sınaqdan keçmiş bir təcrübədir. Şükürlər olsun ki, bu gün
azad Azərbaycanımızda bu iki istiqamətdə uğurlu irəliləyişlər
artıq mövcuddur.
Diqqətinizə çatdıracağımız bu risalə çox mühüm bir məsələni
əhatə edir. Belə ki, hər birimiz yaşayır, inkişaf edir və sonunda
dəyişilməz nizama tabe olaraq hamı kimi dünyanı tərk edirik.
Lakin ölümdən sonrakı aləmdə bizi gözləyən hadisələr barəsində
heç də hamımız məlumatlı deyilik. Əlinizdə olan bu risaləyə ,,3
1
«Ali-İmran» surəsi, 102.
2
«ən-Nisa» surəsi, 1.
3
«əl-Əhzab» surəsi, 70-71.
4
sual” adı verilməsi sizə qəribə görünməsin. Bizim hər birimiz bu
3 sual barəsində soruşulacağıq. Peyğəmbərimiz Məhəmməd
-
səllallahu aleyhi və səlləm –
səhabələrdən hər hansı birini dəfn etdikdən
sonra qəbrinin yanında dayanıb belə deyərdi: «(Allahdan)
Qardaşınızın bağışlanmasını və onun sabitqədəm olmasını
diləyin! Çünki indi o sorğu-sual olunur».
4
Başqa bir hədisdə
5
isə
hər kəsin öldükdən sonra: «Rəbbin kimdir?», «Dinin nədir?» və
«Peyğəmbərin kimdir?» - deyə sorğu-sual olunacağı və həmin
suallara cavab verənin nicat tapacağı, cavab verə bilməyənin isə
əzaba düçar olacağı xəbər verilir.
Diqqət edin, bu sualların cavabını əslində çoxlarımız bilirik və
bu yazıları oxuyan şəxs onlara cavab verə biləcəyinin də asan
olacağını zənn edə bilər. Lakin bu heç də belə deyildir. Bu
suallara dünya həyatında cavab vermək asan olsa da öldükdən
sonra onlara yalnız Allahın razı qaldığı şəxslər cavab verə
biləcəkdir. Uca Allah isə bu üç sualın şərtlərindən irəli gələn
tələbləri yerinə yetirən bəndəsindən razı qalır və ona həmin
suallara cavab verməkdə köməklik edir.
Əziz həmvətənlərim, bu risalənin səhih məlumatlar əsasında
yazıldığını qeyd etmək istərdim. Risalədə Quran ayələrindən (Z.
Bünyadov və V. Məmmədəliyevin tərcüməsindən) və mötəbər
hədislərdən istifadə edilmişdir. Arzu edirik ki, Uca Allah bu
risaləni axıra qədər oxumaqda sizə kömək olsun, xalqımızı,
dövlətimizi və ümumən bütün müsəlman dünyasını xəta və
bəlalardan qorusun!
4
«Sünən Əbu Davud», 2/70; «Əhkamul-Cənaiz», səh. 198.
5
«Sünən Əbu Davud», 2/281; «Əhkamul-Cənaiz», səh. 198-202.