47
nı da yoldan çıxara biləcək şirin dili. Tay buna kim vurulmaz
deyə – öz daxili hisslərinin hansı məqsədə xidmət etdiyini heç
özü də hiss etmədən büruzə verərək dilləndi.
Müxtəlif xarakterli insanlarla dəfələrlə üzləşmiş Klara
onun fikrini o dəqiqə tutdu, lakin özü də o məqsədə xidmət
etdiyi üçün heç bir şey hiss etdirmədən nəzakətlə gülümsədi
və dedi:
– Senti heç də pis oğlana oxşamır. Düzdür, onda yüksək
dairəyə yaraşan o qədər layiqli hərəkət və əda olmasa da, za
hiri görkəmi onu vüqarlı göstərir. Bəzən elə də ola bilir ki, in
sanın zahiri əlamətləriylə onun daxilən necə adam olmasını
aydınlaşdırmaq olar. Mən az da olsa, əldə etdiyim öz həyati
təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Senti körpə uşaq kimi
sadə və saf qəlbə malik olmaqla yanaşı, həm də çox möhkəm
xarakterli bir insandır. Searanın ona vurulmağına gəlincə
isə, bu bəlkə də təbii bir haldır. Mən azçox öz bacımın da
xasiyyətinə bələdəm. İnsan xarakterini mürəkkəbləşdirən
bəzi cəhətlər hələ onun qəlbində özünə yer tapmamışdır. O,
bəlkə də sevə bilər. Özü də məhz Sentini. Bəli, Qrant bu, ola
bilər.
Qrant valsın oynaq sədaları altında, rəqs qaydalarına əməl
edəedə sadədilliklə dedi:
– Klara, Sentinin hərəkətlərindən və danışığından asanlıqla
hiss etmək olar ki, həyatda yalnız ölməmək üçün yaşayanlar
dan fərqli olaraq o, o qədər də ağılsız və kütbeyin deyildir.
Mən onunla bir neçə aylıq yaxınlıqdan əldə etdiyim təcrübəyə
əsaslanaraq deyə bilərəm ki, Senti lazım gəlsə həyatda öz
lazımi yaşayış tərzini qura bilər və o buna qadirdir. Lakin
məni düşündürən başqa məsələdir. Sentinin Searaya bağla
yan hansı hisslərdir? Məgər o görmür ki, Seara ondan yaş
ca xeyli böyükdür və özü də artıq qız deyil, yalnız cəlbedici
48
və cazibədar görünən bir qadındır. Mən anlaya bilmirəm, o
özözlüyündə hansı onun üçün daha əlverişli şərtlərlə xeyir
gətirə biləcək məqsədə istinad edib Searaya bu cür hisslərlə
yanaşır? Mən onun xarakterində cəmiyyətimiz üçün tamamilə
yad bir məxluq görürəm. Lakin unutmamalıyıq ki, bəlkə də öz
safqəlbliliyi və səmimiliyilə çoxlarına nümunə ola bilər. An
caq hər halda mən onun Searaya hansı məqsədlə vurulduğu
nu izah etməkdə çətinlik çəkirəm.
Klara bir qədər düşüncəli görünürdü. Görünür, bu fikirlər
onu da maraqlandırırdı. Görəsən, Senti Searaya yaxınlaş
maqda hansı məqsədi güdür? Ancaq onun da qarşısına məhz
Senti kimi bir kavaler çıxsaydı, o, heç də heyfsilənməzdi.
Əksinə, buna daha da şad olardı.
Onu bu fikirlərdən ayıran artıq Qrantın onun üçün bir
qədər şirinliyini itirən səsi oldu:
– Hə, Klara, bu məsələyə sən necə baxırsan? İzah edə bilər
sənmi, Sentinin Searaya vurulması hansı sərfəli bir məqsədə
xidmət edir. Hə… izah edə bilərsənmi? Mən öz varlığım kimi
inanıram ki, lap şeytanın özü də gəlsə, onun fikirlərindən baş
çıxara bilməz. Bəlkə də o öz rolunu daha məharətlə oynadığı
na görə bizim üçün belə sadə və safqəlbli görünür.
Klara rəqs edəedə fikirləşirdi. Xeyir Senti heç də mənim
bu kübar aləmdə rast gəldiyim tanışlardan heç birinə oxşa
mır. Onda nə isə cəmiyyətimizdən yad bir havanın nəfəsi
duyulur, hiss olunur. O mənim bütün tanışlarımdan öz
səmimiliyiylə fərqlənir və mən onun səmimiliyinə inanıram.
Seara xoşbəxtdir. O, Senti kimi bir şəxsiyyətə rast gəlmiş və
onun etimadını qazana bilmişdir. Mən Searaya qibtə edirəm.
Qrant da öz düşüncələrinə dalmışdı. Onu maraqlandıran
isə tamamilə başqa fikirlər idi. O, aydınlaşdırmağa çalışırdı ki,
Senti Searaya vurulmaqla onun müəyyən qədər sərvətə ma
49
lik olmasınamı tamah salır. Yoxsa Sentini onun gözəgəlimli
bədən quruluşumu valeh edir, onu özünə cəlb edir? Yaxud da
mənim aydınlaşdıra bilmədiyim hansı bir məqsədsə var və
Senti bir sözlə Searadan yəqin ki, öz məqsədləri üçün istifadə
edəcəkdir. Lakin mən bu məqsədin nədən ibarət olduğunu
aydınlaşdırmaqda acizəm.
Vals davam edirdi. Qrantla Klara isə hər ikisi ayrıayrılıqda
öz düşüncələrinə dalmışdılar. Onlar yalnız mexaniki olaraq
rəqs edirdilər. Elə bu zaman vals qurtarır və yeni bir fransız
valsı səslənir. Hələ də tək qalmış Senti ilə Seara öz söhbətlərini
davam etdirirlər. Onlar bir qədər həyəcanlı görünürlər. Öz za
hiri əlamətləri və danışıq tərzi ilə heç özü də hiss etmədən
Searanın qəlbinə hakim kəsilməyə başlayan Senti mülayim və
xoşqılıq səslə sözə başladı:
– Madam, musiqi sizin xoşunuza gəlirmi? Bu fransızların
qədim valslarından biri olsa da insana mübarizlik, şən əhvali
ruhiyyə və saflıq bəxş edə bilir.
Onların baxışları toqquşdu. Searanın mavi gözlərindən
doğan eşq və ehtiras Sentinin əlavə düşüncələrini məğlub
etməyə bilməzdi. Onun daxili həyəcandan titrəyirdi.
Seara da bir qədər pörtmüşdü. O, yalnız qarşısında əylə
şənin indi, hələ haqqında məlumatı olmadığı bir kişi oldu
ğunu duydu və birinci dəfə olaraq özözlüyündə yəqin etdi
ki, indi Sentinin varlı və yoxsul olmasını bilmədən onu sevir.
Demək yoxsulu da sevmək mümkün imiş, indiyə qədər onun
çoxlarına ehtirasdan yanayana sevirəm deməsi, tamamilə
onun indiki hisslərinə yad bir hiss imiş. Artıq Seara üçün ay
dınlaşdı ki, insan heç bir təmənnası və məqsədi olmadan bir
adamı sevə bilərmiş və onunla bir neçə saatlıq keçirdiyi bir
vaxtı sevmədiyi bir varlı kəslə keçirdiyi bir ömürdən üstün
Dostları ilə paylaş: |