Eşq dənizləri qovuşanda
19
ti aldıqdan dərhal sonra kəndin bitişik olduğu Bəlx şəhərinə
doğru qaçmağa başlayıb. Bahaəddin Vələd arif adam oldu-
ğundan muştuluqçunun onun qayınatası Rüknəddinin ya-
nına tələsdiyini anlayıbmış. Əlbəttə ki, Möminə Xatunun
atası Rüknəddin, Bəlx şəhərinin əmiri olduğu üçün, muştu-
luqçu ondan daha çox ənam alacaqdı...
Atasının bu dediklərini yadına saldıqdan sonra Mövla-
na Cəlaləddin Rumi oturmaq üçün həyətin o biri başındakı,
mişarla hər iki tərəfdən səliqəylə doğranmış iri palıd kötü-
yünə yaxınlaşdı. Onlar bu kötüyün üstündə sobada yandır-
maq üçün odun yarardılar. Həmin kötük doğranmaq vaxtı
çatmış çox odunlar görmüşdü, ona görə də qıraqları hamar
olsa da, ortası bir qədər çökmüş idi. Təbii ki, özündə çox də-
rin mənalar ifadə edən bu görüntü Mövlananın diqqətindən
yayınmadı, eyni zamanda, bu düşüncə onun beynindən il-
dırım sürətilə keçib unuduldu. Çünki indi onu bütünlüklə
qapsayan, özünə çəkən daha vacib olan uşaqlıq illəri və
gənclik xatirələriydi.
Mövlana Cəlaləddin əvvəlcə istədi ki, həyətdəki taxtın
üstündən balaca keçəni götürüb altına sərsin. Lakin buna
hövsələsi çatmadığından o, az qala buza dönmüş həmin kö-
tüyün üstünə düşmüş qırovu əllərilə o yan-bu yana dağıtdı.
Sonra da qırovun qalıqlarını üfürüb sovuraraq, ehmalca
orada oturub ətrafına nəzər saldı. Bu arada heç kimsə onun
gözünə dəymədi. İndi xəyallarla baş-başa qalan Mövlana
ata-baba yurdunu çox erkən tərk etdiyini və buna səbəb
olan hadisələri atasının nağıl etdiyi kimi xatırlamağa başla-
dı. Onun bu qeyri-adi tarixçəsi iztirablarla yüklənmişdi, la-
kin bu əzablı ömür yolu onun təcrübəli alim, böyük mütə-
fəkkir kimi yetişməsində yüksək əhəmiyyət kəsb etmişdi.
Bundan başqa, Mövlananın doğulduğu məkan dövrün
diqqət mərkəzində olan bölgələrindən idi. O zaman sərhəd-
ləri indiki Özbəkistan, Tacikistan, Türkmənistan, Əfqanıs-
tan və İranı əhatə edən Xorasan vilayətinin Bəlx şəhəri bö-
yük əhəmiyyətə malik olan bir ticarət qovşağı idi. Hindis-
tandan çeşidli mallar gətirən karvanlar Səmərqəndə, Buxa-
Elbəyi CƏLALOĞLU
20
raya, Ürgəncə və daha şimalda yerləşən digər şəhərlərə get-
mək üçün məhz Bəlxdən keçməli idi. Ona görə də “şəhərlər
anası” adlandırılan Bəlx həm də fərqli mədəniyyətlərin,
fərqli dünyaların qovşağı idi. Cəlaləddin də hər cəhətdən
daim inkişaf yolu keçməkdə səngiməyən həmin bu şəhərdə
dünyaya göz açmışdı.
Mövlana Cəlaləddin Ruminin atası, ilahiyyat alimi Hü-
seyn Xətibinin oğlu Bahaəddin Vələd hələ sağlığındaykən
“Alimlər sultanı” – Sultani-üləma kimi tanınmışdı. Bahaəd-
din Vələdin digər “Sultan Vələd” adı da elə buradan gəlirdi.
Sultan Bahaəddin Vələd Hacı Golaq kəndində kərpicdən ti-
kilmiş köhnə mədrəsədə müdərrislik edirdi. Mədrəsə çox
da böyük olmayan zaldan və səkkiz kiçik hücrədən ibarət
idi. Sağ tərəfində pəhləvan kimi dayanmış yoğun tut ağacı
böyük budaqlarından birini mədrəsənin qübbəsi üzərinə elə
gərmişdi ki, sanki bu varlığı cəhalətdən qoruyurdu. Mədrə-
sənin Bəlxin mərkəzində yox, məhz ucqarında yerləşdiyinə
baxmayaraq, buraya kimlər gəlmirdi ki: Bahaəddin Vələdin
alim dostları, onun söhbətlərini dinləmək arzusunda olan
bilim adamları, o dövrün sufiləri, onun biliyinə yiyələnmək
istəyənlər, eləcə də, məsləhət almaq məqsədilə təşrif buyu-
ran saray əşrəf-əyanları. Sultan Bahaəddin Vələd hər bazar
ertəsi və cümə günləri mədrəsədə xalqa moizələr oxuyur,
onlara ilahi bilgilər söyləyirdi. Bir sözlə, o, dərin biliyi,
müdrikliyi və təcrübəsi ilə bütün fikir adamlarının diqqətini
cəlb etmişdi...
Bir gün Bahaəddin Vələd yuxuda görür ki, döyüş mey-
danında ehtişamlı bir çadır qurulub. O, çadıra daxil olarkən
orada Həzrəti Məhəmməd ( s.ə.s) peyğəmbəri görür. Ən ya-
xın dostlarını başına yığıb söhbət edən Peyğəmbər, iltifat
göstərərək sağ tərəfində oturması üçün ona yer göstərir.
Sonra da, – bizim yanımızda Bahaəddin Vələdin dəyər və
hörməti çox böyükdür, bundan sonra onu “Alimlər sultanı”
deyə çağırın! – O, ətrafında olanlara bu cür müraciət edir...
Yuxudan oyanan Bahaəddin Vələd bunun uydurma ol-
ması zənn edilər deyə, yuxusunu gizli saxlamaq istəyir. La-
Eşq dənizləri qovuşanda
21
kin ertəsi gün eyni yuxunu görən alimlər Bahaəddin Vələ-
din mədrəsəsinə gəlib həmin gecə gördükləri yuxunu da-
nışmaq üçün ondan icazə alırlar. Alimlər yuxunu danışar-
kən Bahaəddin Vələd onları saxlayıb davamını özü danışır.
Bununla da, ətrafaındakılar ona “Alimlər sultanı” deyə mü-
raciət edirlər...
Sultan Bahaəddin Vələd dini-elmi bilikləri, fitri istedadı
və müdrikliyi sayəsində ucsuz-bucaqsız, ləngərli bir dənizi
xatırlatması ilə yanaşı, əxlaqi-mənəvi dəyərləri ilə də Xora-
san vilayətinin ən mötəbər şəxslərindən biri idi.
Xarəzmşah Əlaəddin Məhəmmədlə aralarında baş verən
ixtilafların və qarşıdurmanın nəticəsi olaraq, 1212-ci il no-
yabr ayının sonuncu günlərindən biri, həftənin şənbə günü
Bahaəddin Vələd ailəsi və bir qrup yaxın dostları ilə birgə
Bəlxdən ayrılıb ticarət yolu ilə Nişapur şəhərinə yola düşdü.
Səfər zamanı qiymətli kitablar, yol azuqəsi, ev əşyaları və
karvanın üzvləri 343 dəvəyə yüklənmişdi. Dəstəyə 40 nəfər
müfti və zahid də qatılmışdı ki, bunlar əsasən Bahaəddin
Vələdin müridləri idi. Sarvanı Alimlər sultanı olan bu kar-
vanın yolu Şibirgan, Əl Yəhudiyyə (Maymana), Murgap,
Mərv, Serahs və Tusdan keçəcəkdi. Karvan günə təxminən
5-6 fərsəh yol qət edirdi, axşam düşdükdə isə onlar gecələ-
mək üçün bir karvansarada dayanırdılar.
Bu səfarət zamanı Cəlaləddinin 5 yaşı var idi. Hadisələri
o qədər də anlaya bilmədiyi üçün Cəlaləddin atasından baş-
verənləri təfsilatı ilə danışmasını xahiş etdi. Sultan Vələd
olub-keçənləri oğluna və ailəsinə nağıl etməyə başlayarkən
əvvəlcə onun “Alimlər sultanı” deyə çağırılmasını Əlaəddin
Məhəmməd Xarəzmşahın qısqanclıqla qarşıladığını qeyd et-
di. Eyni zamanda Sultan Vələdin günü-gündən artan şöhrə-
ti və xalqın ona olan sevgisi də Xarəzmşah Məhəmmədi ger-
çəkdən narahat edirdi. O biri tərəfdən, təkəbbürlü və həd-
dən-ziyadə iddialı olan Xarəzmşah Məhəmmədin Bağdadda
xəlifəni devirib bütün müsəlmanların yalnız şahı deyil, həm
də dini rəhbəri olmağa çəhd etməsi, hətta Bağdada öz adına
xütbə oxunması tələbini göndərməsi onu Alimlər Sultanının
Dostları ilə paylaş: |