Dekan: prof.N.T.Şəmilov
Ekologiya və torpaqşünaslıq fakültəsi
2011-ci
ildə
yaradılmışdır
.
Dekanlıq
Kafedralar
Ekoloji
kimya
Bioeko-
logiya
Coğrafi
ekologiya
Torpaq-
şünaslıq
Yerquru-
luşu və
kadastr
ETL
Ekologiya
və ətraf
mühitin
mühafizəsi
Fakültədə tədris əyani və qiyabi şöbədə
3 dildə
-
azərbaycan, rus və ingilis dillərində aparılır.
Bakalavr pilləsi üzrə təhsil
3
ixtisas üzrə aparılır:
*
Ekologiya
*
Torpaqşünaslıq və aqrokimya
*
Yerquruluşu, torpaq və şəhər kadastrı
Magistratura pilləsi üzrə təhsil 8 ixtisas üzrə aparılır
:
*
Ətraf mühit kimyası
*
Ekoloji kimya
*
Ekoloji kimyəvi monitorinq
*
Ekoloji biologiya
*
Ətraf mühitin mühafizə metodları və bərpası
*
Yerquruluşu və torpaq müfəttişliyi
*
Torpaqların ekoloji monitorinqi və qorunması
*
Torpaq kadastrı
2011-ci
təqvim
ilində
əldə
edilmiş
elmi-
tədqiqat
işlərinin
yüksək
nəticələrinə
görə
fakültəmiz
İlin fakültəsi
elan
edilmişdir
.
2012-ci
təqvim
ilində
elmi
işlərin
yüksək
nəticələrinə
görə
"Ekoloji
kimya
və
ətraf
mühitin
mühafizəsi
"
ETL Elmi-
tədqiqat
strukturları
arasında
I yeri
tutmuşdur
.
Beynəlxalq
elmi
əməkdaşlığın
inkişaf
etdirilməsindəki
roluna
və
yüksək
elmi
nailiyyətlərinə
görə
Mahmudov
Kamran
Talıb
oğlu
Fəxri
Fərmanla
və
pul
mükafatı
ilə
təltif
olunmuşdur
.
Professional fəaliyyət sahəsi:
ekologiya, ətraf mühitin mühafizəsi.
Professional fəaliyyət obyektləri:
Məzunlarımızın professional fəaaliyyət obyektləri aşağıdakılardır:
Ekologiya v
ə Təbii Sərvətlər Nazirliyi və onun müvafiq qurumları
ARDNŞ v
ə onun müvafiq qurumları
Ekoloji t
əhsil müəssisələri
Ətraf mühitin mühafizəsi ilə məşğul olan müəssisələr və s.
Professional fəaliyyətin predmetləri:
Ekosistemlər, orqanizmlər, populyasiyalar, insan və onun ətraf mühitlə
qarşılıqlı təsiri, ekoloji monitorinq, ekoloji ekspertiza və ətraf mühitə təsirin
qiymətləndirilməsi.
Professional fəaliyyətin növləri
Ekologiya ixtisasını bitirmiş bakalavrlar aşağıdakı sahələrdə professional
fəaliyyətlə məşğul ola bilərlər:
- Ekspert – müxtəlif sahələrdə ekoloji ekspertizalar aparan komissiyaların
işlərində iştirak;
- Proqnozlaşdırıcı – ekoloji proqnozlaşdırmanın həyata keçirilməsinin təşkili,
qəzaların nəticələrinin aradan qaldırılmasında iştirak;
- Nəzarət – nəzarət yoxlamalarının aparılmasının təşkili, ekoloji
qanunvericiliyin, təbiəti mühafizə üzrə proqramların həyata keçirilməsinə
nəzarət etmək;
- Mühəndis – təbiətin çirklənməsinə və bunun nəticələrinə dair hesablamaların
aparılması;
- Idarəetmə - təbiəti mühafizə təşkilatlarının fəaliyyətini idarə etmək,
kadrların professional səviyyəsinin müəyyən edilməsində v artırılmasında
iştirak etmək;
- Texniki – ekoloji məlumatların müxtəlif kompüter proqramları vasitəsilə
işlənməsi;
- Tədris-tərbiyə - ekoloji profilli tədris müəssisələrində pedaqoji fəaliyyət.
Ekologiya ixtisasına sahib olan bakalavr bunları bilməlidir:
- ekologiya ilə əlaqəli fənlərin (biologiya, coğrafiya, kimya və s.) əsaslarını;
- ekoloji qanunvericiliyin əsaslarını;
- regionda ətraf mühiti mühafizə sahəsinə aid hansı orqanların mövcud
olduğunu;
- təbiəti mühafizə tədbirlərini;
- ekoloji monitorinq metodlarını;
- müxtəlif müəssisələrin istehsalat prosesinin və təşkilinin qaydalarını;
- ekoloji standart və normativlər sistemini;
- müxtəlif materialların ekoloji ekspertizasının aparılma ardıcıllığını;
- hesablama texnikası, kommunikasiya və rabitə vasitələrini;
- iqtisadiyyatın əsaslarını;
- ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində yerli
və xarici ölkələrin təcrübəsini;
- ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə üzrə normativ
və metodik materialları;
- əməyin mühafizəsi qaydaları və normalarını.
Bunları bacarmalıdır:
- ekoloji ekspertizaların aparılmasında iştirak etməli, ekoloji komissiyaların işini
təşkil etməlidir;
- təbii və süni obyektlərin kimyəvi, fiziki və bioloji göstəricilərinin laborator
analizini həyata keçirməlidir;
- ekoloji qanunvericiliyin, təbiəti mühafizə üzrə proqramların və planların yerinə
yetirilməsinə nəzarət etməlidir;
- təbii mühitdə çirklənmənin yayılma dərəcəsinin hesablanmasını aparmalıdır;
- sənaye tullantılarının yerləşdirilməsi və istifadəsinin ekoloji-iqtisadi baxımdan
əsaslandırılmasında iştirak etməlidir;
- ekoloji
sistemlərin
modelləşdirilməsində
və
təbiətdən
istifadənin
optimallaşdırılması metodikalarının hazırlanmasında iştirak etməlidir;
- müəssisələrdə təbiəti mühafizə sxemlərinin təşkilində iştirak etməlidir;
- müasir kompüter texnikasından istifadə etməli, ekoloji informasiya bazalarının
yaradılmasında və istifadəsində iştirak etməli, təbiətə vurulan ziyanın,
tullantıların yol verilən maksimal miqdarının, buna uyğun cərimələrin və s.
müəyyənləşdirilməsində iştirak etməlidir.
- ekoloji biliklərin, ekoloji mədəniyyətin və ekoloji təfəkkürün artırılması üzrə
məşğələlərin, kütləvi və individual təbiəti mühafizə tədbirlərinin (ağacların
əkilməsi, ərazinin və akvatoriyaların təmizlənməsi, müxtəlif müsabiqələrin təşkili
və s.) təşkilində iştirak etməlidir.
Ekologiya ixtisası üzrə təhsil alan tələbələr
Xızı rayonunda çöl
-
tədris təcrübəsində
ARDNŞ
-
ın Ekoloji parkında
Professional fəaliyyət sahəsi:
kənd təsərrüfatı, bioloji sfera.
Professional fəaliyyət obyektləri:
Məzunlarımızın professional fəaaliyyət obyektləri aşağıdakılardır:
Dövl
ət Torpaq və Xəritəçəkmə Komitəsi və onun müvafiq qurumları
AMEA Torpaqşünaslıq v
ə aqrokimya institutu
Aqrar t
əhsil müəssisələri
K
ənd təsərrüfatı obyektləri və s.
Professional fəaliyyətin predmetləri:
Torpaq, bitkilər, gübrələr, kimyəvi meliorantlar, intensiv istifadə olunan kənd
təsərrüfatlı torpaqlarda gübrələrin tətbiqinin və kimyəvi meliorasiyanın
aparılmasının texnoloji üsulları.
Professional fəaliyyətin növləri
Torpaqşünaslıq və aqrokimya ixtissını bitirmiş bakalavrlar aşağıdakı sahələrdə
professional fəaliyyətlə məşğul ola bilərlər:
- təşkilati-texnoloji – rayon, bölgə, respublika miqyasında aqrokimyəvi
xidmətin və torpaq işlərinin təşkili;
- istehsalat-idarəetmə - kənd təsərrüfatı istehsalatına gübrələrin qabaqcıl
tətbiq texnologiyalarının daxil edilməsi və onların sınanması, aqrokimyəvi
xidmət sahələrinin təkmilləşdirilməsi;
- təcrübi-tədqiqat – gübrələrin və meliorantların müxtəlif növlərinin təsirinin
qiymətləndirilməsi məqsədilə vegetasion, çöl və istehsalat təcrübələrinin
aparılması; torpaqların müasir ekspress analiz metodlarının, torpaq
xəritələrinin və aqrokimyəvi kartoqramların tərtibi metodlarının işlənməsi;
- tədris (pedaqoji) – aqrar profilli təhsil müəssisələrində müəllim.
Torpaqşünaslıq və aqrokimya ixtisasına sahib olan bakalavrın aşağıdakı sahələrdə təsəvvürü
olmalıdır:
- torpağın tərkibi və xassələri;
- kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətləri və onların qidalanması;
- mineral və üzvi gübrələrin növləri;
- torpaqların bonitetinin işlənməsi və torpaqların aqroistehsalat qruplaşması;
- torpaq xəritələri və aqrokimyəvi kartoqramlar.
Bunları bilməlidir:
- Yerin quruluşu və tərkibi, ekzogen və endogen proseslər, yer qabığının inkişaf mərhələləri;
- əsas minerallar, onların xassələri, təsnifatı;
- əsas dağ süxurları, onların təsnifatı və xassələri;
- torpaqəmələgətirən süxurların əsas tipləri;
- torpaqların tərkibi, xassələri, təsnifatı, coğrafiyası və kənd təsərrüfatında istifadəsi;
- torpaqların qiymətləndirilməsi, torpaq xəritələrinin tərtibi prinsipləri və metodları;
- bitkilərin qidalanma xüsusiyyətləri;
- gübrələrin xassələri, təsnifatı, torpağa verilmə vaxtları və üsulları;
- torpaqlardan səmərəli istifadə üsulları;
- aqrokimyəvi analiz metodları, aqrokimyəvi xəritələrin tərtibi;
- əkinçiliyin qanunları, bitkilərin həyat faktorları və onların nizamlanması;
- kənd təsərrüfatı bitkilərinin biologiyasının, toxumçuluğun və bitkişünaslığın nəzəri əsasları;
- təcrübi nəticələrin statistik işlənməsi;
- əmək qanunvericiliyi.
Bunları bacarmalıdır:
- Torpaq kəsiminin götürülməsi, torpaq profilinin morfoloji əlamətlərinin
müəyyənləşdirilməsi;
- Torpaqların aqrokimyəvi tədqiqinin aparılması, torpaqların, bitkilərin və gübrələrin
kimyəvi analizinin aparılması;
- Torpaqların qida elementləri ilə təmin olunma kartoqramlarının qurulması;
- Tədqiq olunan torpaqların keyfiyyətcə qiymətləndirilməsi;
- Torpaqların gübrələrə olan ehtiyacını, gübrələrin verilmə vaxtının, üsullarının və
texnologiyasının müəyyən edilməsi;
- Torpaqların laborator tədqiqinin nəticələrinin analiz olunması;
- Bitkilərin, torpaqların, gübrələrin və meliorantların kimyəvi tərkibinin müəyyən edilməsi
üçün müasir cihazlarda işləməli;
- Müasir hesablama, rabitə və kommunikasiya texnikasında işləməli.
Fakültənin Torpaqşünaslıq ixtisası üzrə təhsil alan
tələbələri Quba, Şamaxı, Xızı və İsmayıllı rayonlarında
çöl-tədris təcrübələrində
Professional fəaliyyət sahəsi:
Torpaq-mülkiyyət münasibətləri; torpaq resursları və daşınmaz əmlak obyektlərinin
idarəolunması sistemi; torpaqdan istifadənin təşkili, planlaşdırılması və proqnoz-
laşdırılması; daşınmaz əmlak obyektlərinin uçotu, kadastr qiymətləndirilməsi,
qeydiyyatı, inventarlaşdırılması; yerquruluşunun və kadastrın topoqraf-geodezik və
kartoqrafik təminatı; daşınmaz əmlak obyektlərinin vergi təminatı; torpaq-mülkiyyət
kompleksi sferasında rielter, qiymətləndirmə və konsaltinq fəaliyyəti, torpaq hüququ.
Professional fəaliyyət obyektləri:
Məzunlarımızın professional fəaliyyət obyektləri aşağıdakılardır:
Dövl
ət Torpaq və Xəritəçəkmə Komitəsi və onun müvafiq qurumları
Əmlak Məsələləri Dövlət Komitəsi
Geodeziya v
ə topoqrafiya üzrə xidmət göstərən təşkilatlar
Müvafiq t
əhsil müəssisələri və s.
Professional fəaliyyətin predmetləri:
torpaq resursları və digər təbii resurslar, torpaq fondu, administrativ qurumların
əraziləri, Ərazi zonaları (ərazilərin xüsusi istifadə şəraitinə malik zonalar, xüsusi
hüquqi rejimli zonalar, torpaq uqodiyaları və s.), daşınmaz əmlakın informasiya
sistemləri və kadastr texnologiyaları.
Professional fəaliyyətin növləri
Yerquruluşu, torpaq və şəhər kadastrı ixtisasını bitirmiş bakalavrlar aşağıdakı
sahələrdə professional fəaliyyətlə məşğul ola bilərlər:
- istehsalat-texnoloji – torpaq kadastrı və yerquruluşu işlərinin məqsədləri
üçün araşdırma işlərinin təşkili və aparılması, torpaqların uçotu və
qeydiyyata alınması, torpaqların qiymətləndirilməsi, dövlət torpaq və şəhər
kadastrı işlərinin aparılması;
- təşkilati-idarəetmə - müxtəlif səviyyədə kadastr işlərinin təşkili, sənədləşmə
işlərinin idarəolunması, kadastr və yerquruluşu işləri ilə məşğul olan
müəssisələrin işinin təşkili;
- elmi-tədqiqat – yerquruluşu və kadastrın müxtəlif sahələrində elmi-tədqiqat
işlərinin aparılması;
- layihələndirmə - təsərrüfatdaxili, təsərrüfatlararası yerquruluşu işlərinin və
müxtəlif növ kadastr işlərinin layihələndirilməsi.
Yerquruluşu, torpaq və şəhər kadastrı ixtisasına sahib olan bakalavr bunları bilməlidir:
- müasir mülki, əmək və ekoloji hüquq;
- torpaqların monitorinqində torpaq kadastrının məqsədləri, prinsipləri və tərkibi;
- torpaq resurslarından səmərəli istifadənin təşkili üzrə mühəndis qərarlarıın qəbul
edilməsi metodları;
- üzərində tikililər olan ərazilərin mühəndis təchizatı, yolların, xarici mühəndis
şəbəkələrinin, rabitə sistemlərinin layihələndirilməsi prinsipləri;
- yaşayış məntəqələrinin planlaşdırılmasının əsasları;
- informasiyanın toplanması, sistemləşdirilməsi, işlənməsi və istifadəsi, kadastr
sənədlərinin hazırlanması;
- mühəndis-geodeziya və tədqiqat işlərinin aparılma metodları, geoinformasiya
sistemləri, sahələrin müəyyən olunması və layihələrin həyata keçirilməsi üsulları;
- aero və komsik obyektlərin deşifrə olunma texnologiyaları;
- mühəndis qrafikası və topoqrafik rəsmxəttin, müxtəlif mövzulu planların və xəritələrin
qurulmasının texnologiyaları və üsulları və s.
Bunları bacarmalıdır:
- daşınmaz əmlak obyektlərinin kadastrı üzrə işlərin təşkili və planlaşdırılmasının həyata
keçirməlidir;
- daşınmaz əmlakın qiymətləndirilməsini aparmalıdır;
- şəhərlərin və digər yaşayış məntəqələrinin sərhədlərinin müəyyən edilməsini, müxtəlif
təşkilatlara, müəssisələrə torpaq ayrılmasını texniki-iqtisadi baxımdan
əsaslandırmalıdır;
- iqtisadi, kadastr, geodeziya və digər məlumatların işlənməsi üçün kompüter
proqramlarından istifadə etməli, informasiya verilənlər bazalarını analizə etməli,
müasir geoinformasiya sistemləri ilə işləməlidir;
- topoqrafik-geodeziya işlərini həyata keçirməlidir;
- layihə-planlaşdırma sənədlərini və şəhərlərin və digər yaşayış məntəqələrinin inkişaf
istiqamətlərini analiz etməlidir;
- yaşayış məntəqələrinin ərazilərinin sosial-iqtisadi inkişaf proqramlarının ekspertizasını
aparmalıdır;
- ərazinin istifadəsinin effektivliyini artırmaq məqsədilə sənaye, aqrosənaye və digər
istehsalat obyektlərinin iqtisadiyyatını analiz etməlidir;
- şəhərlərin və digər yaşayış məntəqlərinin torpaqlarından istifadənin
optimallaşdırılması məsələlərini həll etməlidir.
DTXK-
nin nəzdində olan Aerogeodeziya
müəssisəsində təcrübə zamanı
Dostları ilə paylaş: |