Səhih Dua Və Zikirlər Kitabı
589
Cabir rəvayət edir ki, Ummu Sələmə
Peyğəmbərdən hicamə etmək
üçün izin istədi. Peyğəmbər Əbu Taybəyə onu hicamə etməsini əmr etdi”.
Mən onun belə dediyini hesab edirəm: “O onun (Ummu Sələmənin) süd
qardaşı və ya həddi-büluğa çatmamış uşaq idi”
1775
.
Cabir İbn Abdullah xəstə olan Mucanəni ziyarət etdi və dedi: “Sən qan
aldırmadıqca mən buradan getmərəm. Çünki mən Peyğəmbərin belə
dediyini eşitmişəm: “Bunda şəfa vardır”
1776
.
İbn Ömər demişdir: “Ey Nafi, qanım qaynayır, mənim üçün qan alan
tap və imkan varsa, onu mənim üçün yoldaş seç. Onu nə yaşlı qoca, nə də
balaca uşaq arasından seçmə, çünki mən Allah Elçisinin (salləllahu aleyhi və
səlləm) belə dediyini eşitdim: “Acqarına qan aldırmaq çox faydalıdır, onda
şəfa və bərəkət vardır. Ağlı və hafizəni gücləndirir. Allahın bərəkəti üzrə
Cümə axşamı qan aldırın, çərşənbə, Cümə, şənbə və bazar günləri qan aldır-
maqdan çəkinin. Bazar ertəsi və çərşənbə axşamı qan aldırın, çünki həmin gün
Allah Əyyubu xəstəlikdən sağaltmış, çərşənbə günü isə ona bəla vermişdir.
Çünki, cüzam və albinos xəstəlikləri çərşənbə günü və ya onun gecəsi gəlir”
1777
.
نمست ام
NƏ KÖKƏLDIR
1775
Müslim 2206, 5874, Əbu Davud 4107, 4105, İbn Məcə 3480.
1776
Müslim 5872.
1777
İbn Məcə 3487, 3616, əl-Albani “Sahih Tərğib” 3466.
Səhih Dua Və Zikirlər Kitabı
590
Aişə rəvayət edir ki, Peyğəmbər ilə ailə qurmaq üçün anam mənim
bir neçə kilo artırmağımı istəyirdi. (Çalışmalara rəğmən onun istədiyi kilonu)
almadım. Nəhayət mənə yaş xurma və xiyar yedizdirdi. Ən gözəl şəkildə
kökəldim”
1778
.
مارحلاب يوادتلا
HARAM İLƏ MÜALİCƏ
Tariq İbn Suveyd (və ya: Suveyd İbn Tariq) rəvayət edir ki,
Peyğəmbərdən (müalicə) üçün içki barəsində soruşdum. O, mənə qadağan
etdi. Mən yenə də soruşdum, o qadağan etdi. Mən: “Yə Rəsulullah! Həqiqətən
onda şəfa vardır” dedim. O: “Xeyr, (o, şəfa deyil) xəstəlikdir” deyə
buyurdu
1779
.
Əbu Dərda rəvayət edir ki, Peyğəmbər buyurdu: “Həqiqətən Allah
xəstəlik və şəfasını da nazil etmişdir (yaratmışdır). Hər xəstəlik üçün də bir
dərman yaratdı. Bunlarla müalicə olunun, lakin haramla müalicə
olunmayın”
1780
.
:
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər pisliklərlə müalicə olunmağı
qadağan etdi, yəni: Zəhər”
1781
.
1778
Əbu Davud 3903, 3905, əl-Albani “Səhih”.
1779
Tirmizi 2046, İbn Məcə 3500, Əbu Davud 3873, 3875, əl-Albani “Səhih”.
1780
Əbu Davud 3874, 3876, əl-Albani “Zəif”.
1781
İbn Məcə 2045, 3459, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
591
Cabir rəvayət edir ki, Peyğəmbərdən Nuşrə (adlanan müalicə üsulu) ilə
müalicə olunmaqdan soruşuldu. O: “Şeytan işidir” deyə buyurdu
1782
.
باوبلأا قلاغا
,.
و ءانلإا ريمخت
ا
حابصملا ئافط
QAPILARI KİLİDLƏMƏK, LAMPANI SÖNDÜRMƏK,
QAB-QACAĞIN AĞZIN BAĞLAMAQ
.
Cabir İbn Abdullah rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qapıları
kilidləyin, su tuluqlarının ağzını bağlayın, qabların ağzını bağlayın, qab-
qacağın üstünü örtün və çıraqları söndürün. Çünki şeytan kilidli qapını, bağlı
tuluğu və ağzı bağlı qabını aça bilməz. Həm də, siçan insanların evlərini
yandıra bilər”
1783
.
İbn Abbas rəvayət edir ki, bir siçan gəlib çırağın fitilini dartmağa başladı.
Xidmətçi kəniz onu qovmaq istədikdə Peyğəmbər dedi: “Burax onu”. Sonra
siçan lampa fitilini gətirib Peyğəmbərin oturduğu döşəkçənin üstünə atdı.
Döşəkçədə bir dirhəm boyda yer yandı. Peyğəmbər: “Yatmaq istədikdə
çıraqlarınızı söndürün. Çünki şeytan bu cür siçanı belə bir iş görməyə yönəldir
və o, sizi yandırır”
1784
.
1782
İbn Məcə 3532, Əbu Davud 3868, 3870, əl-Albani “Səhih”.
1783
Buxari “Ədəbul Mufrad” 1221, əl-Albani “Səhih”.
1784
Buxari “Ədəbul Mufrad” 1222, Əbu Davud 5247, 5249, əl-Albani “Səhih”.
Səhih Dua Və Zikirlər Kitabı
592
Cabir İbn Abdullah rəvayət edir ki, Peyğəmbər buyurdu: “Gecə
sakitləşdikdən
sonra
səfərə
çıxmaqdan
vaz
keçin.
Çünki
Allah
yaratdıqlarından nəyi ətrafa yayacağını sizlərdən heç biriniz bilə bilməz.
Qapıları kilidləyin, su tuluqlarının ağzını bağlayın, qab-qacağın üstünü örtün
və çıraqları söndürün”
1785
.
Səlim atasından rəvayət edir ki, Peyğəmbər yanından ötdüyüm zaman
buyurdu: “Yatarkən evlərinizdə atəşi yanar halda qoymayın”
1786
.
ليللا ةملظ يف نايبص اوفك
GECƏNİN ZÜLMƏTİNDƏ UŞAQLARI BAYIRA
BURAXMAMAQ
.
Cabir rəvayət edir ki, Peyğəmbər buyurdu: “Gecənin zülməti, yaxud
şiddəti keçincəyə qədər uşaqlarınızı (evdən bayıra) buraxmayın. Bu elə bir
vaxtdır ki, (bu vaxt) şeytanlar (hər tərəfə) yayılırlar”
1787
.
Cabir rəvayət edir ki, Peyğəmbər buyurdu: “Qaş qaraldığı zaman
uşaqlarınızı (bayıra) buraxmayın. (Çünki bu vaxt) şeytanlar (hər tərəfə)
yayılırlar. Gecədən bir müddət keçdikdən sonra isə onları buraxa bilərsiniz.
(Gecələr) “
Bismillah
” deyərək (evinin) qapısını bağla! “
Bismillah
” deyərək
lampanı söndür! “
Bismillah
” deyərək su tuluqlarının ağzını bağla!”
“
Bismillah
” deyərək hər nə ilə olursa, olsun qab-qacağın ağzını ört!”
1788
1785
Buxari “Ədəbul Mufrad” 1230, əl-Albani “Həsən”.
1786
Əbu Davud 5246, 5248, əl-Albani “Səhih”.
1787
Buxari “Ədəbul Mufrad” 1231, əl-Albani “Səhih”.
1788
Buxari 3280, Müslim 5368.
Dostları ilə paylaş: |