edilməsi üçün kontr-tsiklik kapital buferi
tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik
buferinin iqtisadi artımın sürətindən asılı
olaraq maksimal 3%, minimal isə 0%
səviyyəsində tətbiqi məqsədəuyğun hesab
edilmişdir.
1. Siyasət faydalılığı
Alınmış nəticələr bankların makro-tsiklik
proseslərə həssaslığının idarə edilməsi, o
cümlədən sistem əhəmiyyətli bankların
müəyyən olunması və onlara dair nəzarət
və tənzimləmə rejiminin formalaşdırılması
məqsədilə istifadə edilə bilər.
1
Azərbaycan Respublikası Mərkəzi Bankı
Mərkəzi Bank və İqtisadiyyat
JURNALI
məqalələr və tədqiqat işləri silsiləsi
©
AMB, I rüb, 2013-cü il
1
MÜNDƏRİCAT
Ön soz
E.Rüstəmov.
İnstitutlar və iqtisadi artım: qlobal faktlar . ......................................8
A.Babayev.
Valyuta ehtiyatlarının idarə olunması: yeni yanaşmalar ................... 18
X.Abdullayev. Oyun nəzəriyyəsi: monetar və fiskal siyasətlərin davranış modelləri..30
A.Ələsgərov, N. Ramazanov. Pul siyasəti və qlobal çağırışlar ..................................45
Ş.
Adıgözəlov, V.Əhmədov. İnflyasiyanın optimal həddinin qiymətləndirilməsi .........57
F.İsmayılov. Resursla zəngin iqtisadiyyatlarda optimal fiskal qaydalar ....................69
A.Zülfüqarov, O.İsmayılov. Bank böhranları: qiymətləndirmə
metodologiyaları............................................................................................................81
V.Əhmədov, G.Tahirova. İqtisadi artımın empirik modelləri ..................................96
Ş.
Adıgözəlov, X.Kərimov, H.Əliyeva. Daşınmaz əmlak bazarında qiymət səviyyəsinin
qiymətləndirilməsi.....................................................................................................106
X.Kərimov. Manatın məzənnəsinin inflyasiyaya ötürücülük qabiliyyəti ................. 119
A.Qasımov, X.Kərimov. Mübadilə məzənnəsinin real sektorun sahələrinə təsiri.....133
X.Abdullayev, S.Hüseynov. İqtisadi modellərin pul siyasətində rolu ..................... 144
2
Ön söz
Hörmətli oxucular,
Azərbaycan Mərkəzi Bankı “Mərkəzi
Bank və İqtisadiyyat” adlı yeni elektron
jurnalı diqqətinizə təqdim edir. Bu nəşr
iqisadiyyatın və iqtisadi inkişafın müxtəlif
aspektlərini özündə əks etdirən məqalələri və
tədqiqatları əhatə edir. Əsas məqsədimiz geniş
oxucu kütləsini və professional auditoriyanı
müasir ekonomiks-lə daha dərindən tanış
etmək, dünya iqtisadiyyatı, iqtisadi nəzəriyyə,
empirik
iqtisadi
tədqiqatların
metodoloji
məsələləri və ölkə iqtisadiyyatının inkişafı ilə
baglı aparılan tədqiqatların nəticələrini təqdim
etməkdir. Yeni nəşr Mərkəzi Bankın iqtisadi və
maliyyə maarifləndirilməsi sahəsində apardığı
fəaliyyətinin
mühüm
intellektual
məhsullarından biri kimi çıxış edir.
İqtisadiyyat insan həyatına və hər bir
insanın gələcəyinə təsir edən strateji fəaliyyət
sahələrindən biridir. Bəşər tarixində iqisadi
resurslar
həmişə
məhdud
olmuşdur.
Bu
resurslardan bəhrələnmək istəyən insanların
sayı isə daim artır. İnsanlar öz maddi
durumlarını yaxşılaşdırmağa çalışırlar. Lakin,
təbii ki, istəklər ilə imkanlar həmişə üst-üstə
düşmür. Məhz buna görə də müasir ekonomiks
daim resursların optimal bölgüsünü təmin edən
effektiv iqtisadi siyasətin axtarışındadır. Bu
mənada nəzəri əsasları rasional olan iqtisadi
siyasətin formalaşması akademik dairələrin və
siyasət
quruculularının
həmişə
diqqət
mərkəzindədir.
İqtisad elmi çox unikal münasibətləri
özündə əks etdirir və bir çox elmlər burada
kəsişir. İnkişaf prosesləri mürəkkəbləşdikcə,
burada
yalnız
makroiqtisadiyyat
və
mikroiqtisadiyyat deyil, həm də sosiologiya,
psixologiya, riyaziyyat, o cümlədən səlist və
qeyri-səlist məntiq kimi elitar sahələr getdikcə
aktiv rol oynamağa başlayırlar. Bütün bu
məsələlərin öyrənilməsi üçün dərin intellektual
və tədqiqat bazasının mövcud olması başlıca
şərtdir.
Bunu nəzərə alaraq, Azərbaycan
Mərkəzi Bankı son illər makroiqtisadi siyasətin
empirik əsaslarının qurulması istiqamətində
məqsədyönlü iş aparır. Bankın müvafiq tədqiqat
və analitik strukturları pul siyasəti və onun
təsirlərinin ekonometrik təhlili, makroiqtisadi
simulyasiya və proqnozlaşdırma modellərinin
qurulması,
bank
sektorunda
maliyyə
dayanıqlığının tədqiqi, qlobal iqtisadiyyatın
öyrənilməsi, müxtəlif sosial-iqtisadi inkişaf
məsələlərinin araşdırılması istiqamətində zəruri
iş aparırlar. Məqsədimiz – strateji iqtisadi
tənzimləmə institutu olaraq fəaliyyətimizin
bütün istiqamətlərində güclü elmi əsasların
formalaşdırılmasıdır.
Son qlobal iqtisadi böhrandan sonra
dünya iqtisad elmində və qlobal beyin
mərkəzlərində iqtisadi siyasətlərin dizaynı və
gələcəyi
ilə
baglı
intensiv
debatlar
aparılmaqdadır. Böhranların qarşısını almaq
üçün iqtisadi siyasətin platforması nədən ibarət
olmalıdır? Bu siyasətin məqsədləri,
istiqamətləri və alətləri arasında harmoniya
necə qurulmalıdır? Bu kimi suallar ətrafında
aparılan “beyin yarışlarının” mahiyyətini dərk
etmək üçün zənnimcə, ilk növbədə iqtisadi
inkişafla bağlı qlobal proseslərin tarixi
təkamülünə,
qanunauyğunluqlarına,
cari
vəziyyətinə və perspektivlərinə qısa nəzər
yetirmək lazımdır.
Dostları ilə paylaş: |