OZAN DÜNYASI № 4(7), 2011
2
Ozan dünyası №4 (7), 2011
Təsisçi:
AZƏRBAYCAN AġIQLAR BĠRLĠYĠ
Məsləhətçilər:
Zəlimxan YAQUB
Xalq şairi
Məhərrəm QASIMLI
professor
Baş redaktor:
Musa NƏBĠOĞLU
REDAKSİYA HEYƏTİ:
Həsən Mirzə
Nizami Cəfərov
Qənirə Paşayeva
Qəzənfər Paşayev
Qara Namazov
Sədnik Paşayev
İsmayıl Məmmədli
Seyfəddin Qəniyev
Elxan Məmmədli
İlyas Tapdıq
Məmməd Aslan
Ədalət Nəsibov
İsfəndiyar Rüstəmov
Seyfəddin Altaylı (Türkiyə)
Nizaməddin Onk (Almaniya)
Çingiz Mehdioğlu (İran)
İrfan Nəsrəddinoğlu (Türkiyə)
Məhərrəm Сəfərli (Naxçıvan)
Osman Əhmədoğlu (Gürcüstan)
Ünvan: Bakı, Zərifə Əliyeva küç. 21
Əlaqə telefonları:
( + 994 12) 493 86 61
(+994 50) 345 36 52
Dərgidə gedən hər yazıdan sorumlu müəllifin özüdür.
OZAN DÜNYASI № 4(7), 2011
3
AġIQ ƏLƏSGƏR – 190
DƏDƏ ƏLƏSGƏRĠN
SAZ BAYRAMI, SÖZ BAYRAMI
Dekabrın 14-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm
Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Azərbay-
can aşıq poeziyasının görkəmli nümayəndəsi, haqq aşığı Aşıq Ələsgərin
anadan olmasının 190 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.
Tədbiri Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev açaraq Aşıq
Ələsgərin 190 illik yubileyinə Türkiyə, İran, Gürcüstan və Dağıstandan
(Rusiya) təşrif buyurmuş aşıqları və bütün təbdir iştirakçılarını salamladı.
Azərbaycan aşıq sənətinin təbliği və inkişafına dövlətin diqqət və qayğı-
sından danışan nazir bu sahədə Heydər Əliyev Fondunun prezidenti,
UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva-
nın müstəsna rolu olduğunu vurğuladı.
Qeyd olundu ki, 2009-cu ildə
Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahı-
sına daxil edilməsi xalqımızın bu ölməz sənətinin haqlı olaraq dünya
mədəniyyət inciləri sırasında özünə layiq yer tutduğunu göstərir: “Milli-
mənəvi dəyərlərin təbliğində və inkişafında müstəsna xidmətləri olmuş
xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələs-
gərin 150 və 175 illik yubileyləri dövlət səviyyəsində qeyd edilmişdir. Bu
sahəyə həmişə dövlət qayğısı olmuş, aşıqlarımız, bu sahədə çalışan digər
ifaçılar fəxri adlara layiq görülmüş, onların konsertləri üçün şərait
OZAN DÜNYASI № 4(7), 2011
5
Qeyd olundu ki, ustad sənətkarın
yaradıcılığı haqqında elmi-tədqiqat iş-
ləri yazılmış, aşığın şeirlərinə mahnılar
bəstələnmiş, rəssamlar tərəfindən port-
retləri işlənmişdir. Aşıq Ələsgər yara-
dıcılığının vurğunu olan Hüseyn Həsə-
nov öz şəxsi mənzilində ustadın muze-
yini yaratmışdır.
Yubiley gecəsində Xalq artisti
Afaq Məlikovanın rəhbərlik etdiyi
Azərbaycan Dövlət Rəqs ansamblı, Silahlı Qüvvələrin Mahnı və Rəqs
ansamblı, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Aşıq
İsfəndiyar Rüstəmovun rəhbərlik etdiyi Gədəbəy aşıqlar ansamblı,
Ağstafa, Qazax və Tovuz aşıqları, Aşıq Əhliman
Kəlbəcərlinin rəhbərlik
etdiyi Kəlbəcər aşıqları, “Aşıq Pəri” məclisinin üzvləri Gülarə Azaflı,
Telli Borçalı və Zülfiyyə İbadova, Borçalı
aşıqları Ramin Qarayev və Əşrəf Təmirov,
eləcə də Cahangir Quliyev və Avdı Musayev
də rəngarəng çıxışları ilə yadda qaldılar. Dədə
Ələsgərin yubiley gecəsinə Cənubi Azərbay-
candan təşrif buyurmuş aşıq Səlcuq Şahbazinin
rəhbərlik etdiyi “Dədə Qorqud” aşıqlar an-
samblının, Təbriz və Qaradağ aşıqları Aşıq
Məhbub Xəlili, Çingiz Biriya, Abbas Məhəm-
mədi, Zakir Rabi, Məhəmməd və Əli Nəbati
qardaşlarının möhtəşəm çıxışları alqışlarla qarşılandı. Anadoludan
Bakıyacan yol gələn Aşıq Fuad Çərkəzoğlu və Aşıq Qul Nurinin Aşıq
Ələsgəri bədahətən vəsf etmələri gecəyə xüsusi rəng qatdı. Dərbənddən