OZAN DÜNYASI № 2(5), 2011
2
Ozan dünyası
№2(05),
2010
Təsisçi:
AZƏRBAYCAN AġIQLAR BĠRLĠYĠ
Məsləhətçilər:
Zəlimxan YAQUB
Xalq Ģairi
Məhərrəm QASIMLI
professor
BaĢ redaktor:
Musa NƏBĠOĞLU
REDAKSĠYA HEYƏTĠ:
Həsən Mirzə
Nizami Cəfərov
Qənirə PaĢayeva
Qəzənfər PaĢayev
Qara Namazov
Sədnik PaĢayev
Ġsmayıl Məmmədli
Elxan Məmmədli
Ġlyas Tapdıq
Məmməd Aslan
Ədalət Nəsibov
Ġsfəndiyar Rüstəmov
Seyfəddin Altaylı (Türkiyə)
Nizaməddin Onk (Almaniya)
Çingiz Mehdioğlu (Ġran)
Ġrfan Nəsrəddinoğlu (Türkiyə)
Məhərrəm Сəfərli (Naxçıvan)
Osman Əhmədoğlu (Gürcüstan)
Ünvan: Bakı, Zərifə Əliyeva küç. 21
Əlaqə telefonları:
( + 994 12) 493 86 61
(+994 50) 345 36 52
Dərgidə gedən hər yazıdan sorumlu müəllifin özüdür.
OZAN DÜNYASI № 2(5), 2011
3
Zəlimxan YAQUB
Xalq Ģairi
GÖYÇƏDƏN
GƏLƏN SƏSLƏR
(poema)
TƏBĠƏTIN NƏFƏSĠ
Şeh düşdü göy çəmənə,
Göz vurdu göy çəmənə,
Ələsgəri çağırdım,
Səs verdi Göyçə mənə!
Açılıb
Göyçənin gülü-çiçəyi,
Həmdəmi nəğmədi, sirdaĢı sazdı.
Öpür duyğuları bahar küləyi,
Gələn yaz fəslidi, gedən ayazdı.
Bu yer həqiqətdi, yoxsa bir nağıl?
Hara boylanırsan yaĢıl xalıdır.
Görən göz istəyir, götürən ağıl,
Güllər ləçək-ləçək oxunmalıdır.
Gözəllik
fikrimi min yerə çəkdi,
Duyulan heç nədir, duyan olmasa.
OZAN DÜNYASI № 2(5), 2011
4
Bülbülün cəhcəhi kimə gərəkdi,
Səsinə səs verən, həyan olmasa!
Vaxt olub, çapılıb,
vaxt olub, çapıb,
Qeyrətə heykəldi burda qayalar.
Ucalıb göylərə, ölməzlik tapıb,
Çimib ömrü boyu nurda qayalar!
Oxuyan bülbüllər, ötən qumrular,
Ġlkin ozanıdır bu təbiətin.
Havacat üstündə çağlayır sular,
Kökü torpaqdadır Ģeirin, hikmətin.
Nəğmələr yaĢadıb
bulaq səsində,
EĢidən – ilahi Ģeiriyyət tapıb.
ġeh ilə yarpağın öpüĢməsində
Hər duyan bir məna, bir hikmət tapıb.
Yoxdur bulanmağı nə payız, nə qıĢ,
Varlığı heç zaman götürməz ləkə.
Saflığa çağırıĢ, xeyrə çağırıĢ,
Bulağın gözündən baĢlanır bəlkə?!
YağıĢın damlası, buludun nəmi,
Hər gün varlığına hopur adamın.
GünəĢ
dolansa da bütün aləmi,
Yurdunu qəlbində tapır adamın.
Dərələr boyunca coĢur, çağlayır,
Sellər deyiĢməyə adam axtarır.
Təbiət insanla ülfət bağlayır,
Sirrini açmağa məqam axtarır!
Küləyin ahəngi, mehin dalğası,
Ruha layla çalır bizdən xəbərsiz.
Hisslərin təmizi, sözlərin xası,
Axır ürəklərə gözdən xəbərsiz.
Duyğunu, ilhamı mayalandırır,
Torpaq sünbül kimi, sünbül dən kimi.
OZAN DÜNYASI № 2(5), 2011
5
Ümid çırağını həyat yandırır,
Göyərir arzular göy çəmən kimi.
Bu qoca dağlarla əyləĢ diz-dizə,
Gör nələr danıĢır, insana nələr.
Zili də, bəmi də tanıdır bizə,
Asta pıçıltılar, dəli nərələr!
Ətrini qoxladım, barını dərdim,
HəmiĢə ömrümə qol-qanad olub.
Bu
dağlar olmasa elə bilərdim,
Nə Kərəm yaĢayıb, nə Fərhad olub.
Bu beĢik dərələr, bələk cığırlar,
Ana tək qol açır, hər doğulana.
Təbiət hər dəfə yetirəndə bar,
Keçib təravəti iliyə, qana.
ġəlalə qoĢmalar, çay bayatılar,
Dinəndə daĢa da dil verə bilir.
Bahar nəfəsində tanrı
hökmü var,
Qayalar köksündə gül verə bilir.
Ġlhama güvənir hər təmiz dilək,
Ġlhamdan doğulur könüllərdə nur.
Enir bəxtimizə dövlət quĢu tək,
Ruhu olanların çiyninə qonur.
Vergi dediyimiz müqəddəs payı,
Yerə də, göyə də təbiət verir.
Tikilir, sökülür ömrün sarayı,
Zaman hər əmələ bir qiymət verir.
DüĢüb təbiətin ən xoĢ vaxtına,
Verəndə Göyçəyə eĢqi, ilhamı.
Yerin qismətinə, göyün baxtına,
DoluymuĢ ürəyi, doluymuĢ camı.
Bu
torpaq beləydi, oturan, duran,
ġeirin əsiriydi, sözün acıydı.
Sözdə sehrləyən, səsdə xal vuran,
Gözün iĢığıydı, baĢın tacıydı.