64323
Ə N V Ə R М Е Т Е H Ə M İD O V
Z Ə R N U R Ə H Ə M İD O V A
İNTELLEKTUAL
EKOLOGİYA
- M İ 6 1 -
|A „,b ,» ə.n
' ' “ “ Г “ '"
jşlsr İdarasi
PREZİDENT KİTABXANASI
<-----
B a k ı-2 0 1 2
Rəyçi:
Əlizadə Elbrus
coğrafiya elmləri doktoru
Məsləhətçi və ixtisas redaktoru:
Səfalı Nəzərli
«Qızıl qələm» mükafatı laureatı
Nəşriyyat redaktoru:
Həqiqət Eldarova
Ənvər M ete Həmidov, Zərnurə Həmidova. İntellektual eko
logiya. Bakı, «Elm və təhsil», 2012, 584 səh.
Kitabda insan intellektinin təkamülü ilə əlaqədar yeni bir məqsədin, daha
doğrusu, əqillə necə yaşamağın mübarizə prinsiplərindən bəhs edilir ki, bunu da
müəlliflər «intellektual ekologiya» adlandırmışdırlar. «İntellektual ekologiya»
ilk dəfə Ənvər Metenin 2008-ci ildə çapdan çıxmış «Loğmanlar» kitabında irəli
sürülmüş elmi termindir.
İnsan intellekti həyatın istər iqtisadi və istərsə də siyasi məsələlərinin həllinə
ehtiyac duyulduğu yerlərdə təzahür edir. Müəllillor araşdırmalarla sübut etməyə
çalışırlar ki, müasir dövrdə istər iqtisadi-siyasi vəziyyət, istərsə do ümumi ekolog
iya insan zəkasından, onun müdrikliyindən, əsl mənada, insan intellektindən
asılıdır və öz fikirlərini əsaslandırmaq üçün Ön və Orta Şərq dahilərinin fəlsəfi fi
kirlərinə, inanclara, İslam fəlsəfəsinə müraciət edir, bu haqda ətraflı məlumat
verirlər.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab filosoflar, ekoloqlar, ta
rixçilər, ziyalılar üçün do əhəmiyyətlidir.
4702000000
-------------- qrıflı nəşr
j
V098 - 2012
© «Elm və təhsil», 2012
İntellektual ekologiya
H əyat bağçasından hikm ətli danılalar
BİSMİLLAIIİR-RƏHMANİ-RƏHİM !
Mərhəmətli,
rəhimli Allahın adı ilə! Həmd olsun Allaha - aləmlərin Rəbbinə,
mərhəmətli, rəhmli olana, Haqq-hesab (qiyamət) gününün
sahibinə! Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək
diləyirik! Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna!
Qəzəbə düçar olmuşların və (haqdan) azmışlann (yoluna) yox!
Qurani-Kərim,
əl-Fatihə surəsi.
M əhəmməd peyğəmbərdən (s.) «Ya Rəsulullah! H ər
peyğəmbərin bir möcüzəsi var. Bəs sizin möcüzəniz nədir?» -
deyə, saruşanda: «Kəlamətullah» demişdir.
***
Cəhalətdən çətin yoxsulluq, ağıldan üstün var-dövlət,
xudpəsəndlikdən qorxulu tənhalıq, xoş xasiyyətdən uca şərafət
vo təfəkkürdən böyük ibadət yoxdur.
Məhəmməd peyğəmbər(s.).
Bütün yaradılana, hər şeydən əvvəl, sülh və əmniyyət diləy
irəm.
Zərdüşt.
Yalnız sözdə deyil, həm də işdə hikm ət sahibi ol, sözdəki
hikmət bu dünyada qalar, işdəki hikmət isə o dünyaya çatar,
əbədi yaşar.
Əflatun - Platon,
qədim yunan filosofu.
Qəlb insanın intellektual keyfiyyətidir. Qəlbin atributları
ağıl, zəka, təfəkkür, hikmət və fikirdir.
manilik.
3
Ənvər M ete Həmidov, Zəmurə Həmidova
Əxlaq və intizamsız birlik də ola bilməz.
=■
;
Atilla,
hun hökmdarı.
' Bu dünyada yaxşılıq və ədalət «təqdim edənlər»in, pislik
haqsızlıq isə «alanlar»m hesabırtä mövcuddur.
1
!
• *
BlezPaskal.
Həyatı qiymətləndirməyən adam yaşamağa layiq deyil.
Leonardo da Vinçi.
Dünya yaranandan hər bir aqil insan
sözünü «Allah» kəlamı ilə başlayıb.
Vaqif Abbasov,
AMEA-nın müxbir üzvü,
professor.
Mədəniyyət - əqli mədəniyyətlə mənəvi mədəniyyətin qov
şağıdır. İntellektual mədəniyyət aparıcı olduğu zam an şər və
kasıblıq azalır. İntellektual mədəniyyət haqqında qanun qəbul
olunmalıdır.
Fuad Məmmədov,
professor.
Elmin səmərəsi- rahatlıq, dünya malının səmərəsi əzabdır.
Ərəb atalar sözü.
İstər din (İslam) və istərsə də elm cəmiyyətin mənəvi-
mədəni həyatında, m üsbət' intellektual sferanın (ab-havanm)
yaranm asında - mütləq amildir: 'Din fəzilət və əmanətdir, elm-
təhsil onun açarıdır.
' Millətin daV'ami həssas, duyğulu və səviyyə qazanmış bir
qəlbə sahib olan nəsillər yetişdirməklə mümkündür.
Ənvər Mete,
tibb elmləri namizədi
4
İnteUektual ekologiya
O n
SÖZ
ф
nsan yaranan gündən qarşısında bir sual olmuş-
/
dur: «Necə yaxşı yaşamalı?» İnsan intellektinin
təkamülü ilə əlaqədar yeni sual qarşıya çıxdı:
«Əqillə necə yaşamalı?» Cəmiyyətin təbəqələşmə
si, istismarın meydana gəlməsi ləyaqətlə, xoşbəxt
yaşamağın insan intellektindən asılı olmasım aş
k ar etdi.
İntellekt - ağıl, idrak, zehni inkişaf səviyyəsi, intellektual -
əqli, zehni, fikri m ənasında işlənir. Professor Qoşqar Əliyevin
təbirincə desək: «Əgər yaxşı görmə qabiliyyəti çoxlu görmək və
uzaqlara baxmağa im kan verirsə, onda müdriklik - əqli baxış
isə gözlə görülməsi və qulaqla eşidilməsi mümkün olmayanları
«görür», hadisəni qulaqla eşitmək m ümkün olm ayanları «eşi
dir», yəni hadisəni dərk etm ək imkanı yaradır.»
D aha doğrusu, insan intellekti həyatın istər iqtisadi və is
tərsə də siyasi məsələlərinin həllinə ehtiyac duyulduğu yerdə tə
zahür edir. M üasir dövrdə istər iqtisadi-siyasi vəziyyət və istər
sə də ümumi ekologiya insan zəkasından, onun müdrikliyin
dən, əsl mənada, insam n intellektindən asıbdır. K itabın
müəlliflərindən biri olan Ə nvər M ete ədəbiyyatda ilk dəfə onu
«İntellektual ekologiya» adlandırm ışdır. («Loğmanlar», Б аю ,
2008
)
Müəlliflərin fikrincə, söz intellektual ekologiyanın (istər
müsbət və istərsə də mənfi) yaradıcı amilidir. D ahi, müdrik ta
5
Dostları ilə paylaş: |