Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

 
129 
81,8 faiz, 2000-
ci  ildə  102,6  faiz,  2005-ci  ildə  isə  416,6  faiz 
olmuşdur: 
2005–
ci ildə yanacaq –enerji ehtiyyatları 59,7 milyon ton 
şərti  yanacaq  olmuşdur.  Ölkə  daxilində  yanacaq  enerji 
ehtiyyatlarının 53,2 faizi istehlak olunmuş, 40,2 faizi ixrac, 2,2 
faizini itkilər, 4,4 faizini isə ilin sonuna qalıq təşkil etmişdir. 
2005–
ci  ildə  dövlət  büdcəsinin  bütün  mənbələrindən 
daxil olan gəlirləri 2000-ci ilə nisbətən 2,9 dəfə artaraq 2055,2 
milyon  manata  çatmış,  xərcləri  isə  2,8  dəfə  artaraq  2140,7 
milyon  manat  olmuşdur.Büdcə  kəsirinin  ÜDM  –də  xüsusi 
çəkisi  2000-ci  ildəki  1,0  faizdən  2005  –ci  ildə  0,7  faizə 
enmişdir.1994-cü  ildən  başlayaraq  Azərbaycana  xarici 
sərmayələrin axını ildən-ilə artmış və 2005-ci ildə iqtisadiyyata 
4893,
2  milyon  ABŞ  dolları  həcmində    investisiya 
qoyulmuşdur. 
2005-
ci  ildə ümumi daxili  məhsul 12553,5  milyon  ABŞ 
dolları  olmaqla,  adambaşına  düşən  ümumdaxili  məhsulun 
ümumi çəkisi 1517,7 ABŞ dolları olmuşdur. 
2005-
ci  ildə  2000-ci  ilə  nisbətən  sənaye  məhsulunun 
həcmi  63%,  kapital  qoyuluşları  6,1  dəfə,  kənd  təsərrüfatının 
həcmi  40,3%,  nəqliyyatda  yük  daşımaların  həcmi  isə  16  dəfə  
artmışdır. 


 
130 
2000-
ci  ilə  nisbətən  2005-ci  ildə  əhalinin  əmək  haqqı 
üzrə gəlirləri də 2,8 dəfəyə yaxın artmışdır.  
2005-
ci ildə ətraf mühitin mühafizəsi və təbii resurslardan 
səmərəli  istifadə  edilməsinə  30,9  milyon  manat  sərf  edilmiş, 
ümumdaxili  məhsulda  onun  xüsusi  çəkisi  0,3  faiz  təşkil 
etmişdir.                  
Neftin  Azərbaycan  iqtisadiyyatının  inkişafında  rolu. 
Azərbaycan ərazisi təbii sərvətlərlə, o cümlədən  neftlə zəngin 
olan  bir  ölkədir.Ölkəmiz  öz  coğrafi  mövqeyinə  görə  qərblə 
şərqin  kəsişdiyi  ərazidə  yerləşməklə  mühüm  geosiyasi 
mövqeyə malikdir. Həm coğrafi ərazisinə, həm də zəngin təbii 
sərvətlərinə  görə  regionda  nüfuz  qazanmaq  istəyən  ölkələrin 
iqtisadi və siyasi maraqları burada toqquşur.Bu baxımdan neft 
amili  ölkənin  sosial  iqtisadi  və  siyasi  problemlərin  həllində 
özünəməxsus yer tutur. 
Azərbaycan regionda ən qədim neft istehsal edən ölkədir. 
Neft  çıxarmaq  üçün  yerli  əhali  su  quyusuna  oxşar  quyular 
qazırdilar1654-cü  ildə  Allahyar  Məmmədnuru  oğlu  35  metr 
dərinliyində ilk neft quyusunu qazmışdır.Neftin bu üsulla hasil 
edilməsi Abşeronda 1872-ci ilə kimi davam etmişdir.Neftə olan 
tələbatın  daim  artması  neftin  sənaye  üsulu  ilə  hasilatının 
meydana  çıxmasını  zəruri  etmişdir  və  1874-cü  ildə  Bakının 
yaxınlığında  sənaye  üsulu  ilə  ilk  quyu  qazılmışdır.  1870-ci 


 
131 
illərin əvvəllərində sənaye üsulu ilə neft quyularının qazılması 
geniş  vüsət  almışdır.Azərbaycanın  Avropanı  Asiya  ilə 
birləşdirən böyük tarixi yollar üzərində yerləşməsi bu qiymətli 
malın tezliklə qərb dünyasına yayılmasna səbəb olmuşdur. 
Neftin sənaye üsulu ilə hasil edilməsi bir tərəfdən texnika 
və  texnologiyanın  təkmilləşməsi,  digər  tərəfdən  1872-ci  ildə 
neft  sənayesinin  inkişafına  mane  olan  iltizam  sisteminin  ləğv 
edilməsi  ilə  bağlı  idi.  Artıq  neft  istehsalı  ilə  bağlı  şirkətlər 
yaranmağa başladı.1873-cü ildə bu sahə üzrə Bakı ətrafında 12 
şirkət  fəaliyyət  göstərdiyi  halda  XX-ci  əsrin  əvvəllərində 
onların  sayı  140-a  çatmışdır.  1884-cü  ildə  Romana,  Sabunçu, 
Balaxanı və Bibiheybət kimi dünyanın ən böyük neft yataqları 
6,2 milyon ton neft vermişdi. 1901-ci ildə bütün dünyada hasil 
edilən 2,5 milyon ton neftin 10,979 milyon tonu Azərbaycanın 
payına düşürdü. 
Neft hasilatı ilə yanaşı Azərbaycanda neft emalı sənayesi 
də inkişaf edirdi. Bakıda ilk neft emalı müəssisəsi 1859-cu ildə 
Suraxanıda tikilmişdir. 
1896-
cı  ildə  başlayan  Bakı-Batumi  kəmərinin  tikintisi 
1906-
cı  ildə  başa  çatmışdır.  Bu  kəmərin  uzunluğu  833  km, 
borunun diametri 200 mm. idi. 
Kəmərlə  ildə  900  min  ton 
kerosin daşınması nəzərdə tutulurdu. 


 
132 
Neftin  sayəsində  XIX  əsrin  sonlarında  Bakı  dünya 
maliyyəsinin  axın  mərkəzlərindən  birinə  çevrilməyə  başladı. 
80-
cı  illərin  axırında  Rotşild  bank  evi  Azərbaycana  gəldi. 
1910-
cu  ilə  kimi  neft  mədənlərinin  60%-dən  çoxu  3  böyük 
trestin  əlində  cəmləşmişdi:  “Royal  Daç-Şell”  şirkəti,  “Nobel 
qardaşlarının  neft  istehsalı  tresti”  və  “Rusiya  Baş  Neft 
Cəmiyyəti” (bu sonuncu fransız ingilis kapitalına əsaslanırdı və 
mərkəzi  ofisi  Londonda  yerləşirdi).  Bunlardan baçqa, 
Rusiyanın  aprıcı  banklarının  demək  olar  hamısı  Bakıda 
özlərinin filiallarını açmışdılar. Milli kapitala əsaslanan banklar 
da  meydana  çıxmağa  başlamışdı  (məsələn,H.Z.Tağıyev  və 
M.Nağıyevin birgə neft bankı). 
1874-1899-
cu  illərdə  Azərbaycan  neft  sənayesində  29 
səhmdar(o cümlədən, xarici kapitallı) şirkət yaradıldı. 1916-cı 
ilə  kimi  belə  səhmdar  şirkətlərin  sayı  104-a  çatdı.  Onların 
bəzilərinin  səhmləri  hətta  London,  Paris,  və  Berlin  fond 
birjalarında xüsusi tələbata məlik idi. 
1940-
cı  ildə  Azərbaycan  Respublikası  SSRİ  üzrə  bütün 
neft hasilatının 71,5 faizini verirdi. 1941-45-ci illərdə SSRİ-də 
istehsal  edilmiş  bütün  neftin  63,2%-i  Azərbaycanın  payına 
düşürdü.  Məhz  Bakı  nefti  Almaniya  üzərində  qələbənin 
qazanılmasında həlledici rol oynadı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə