Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə23/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   19   20   21   22   23   24   25   26   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

73 


çəkilən  mümkün  birləşmələrinə  gəldikdə,  onu  qeyd  etmək 

lazımdır  ki,  onları  müxtəlif  şəkildə  biri-biri  ilə  də  birləşdirmək 

olar,  məsələn,  dördüncü  fiquru  ikinci  ilə.  Hərgah  başqa  bir 

sferanı  bütünlüklə  və  ya  qismən  öz  tərkibinə  qatan  sfera,  öz 

növbəsində,  bütünlüklə  üçüncü  sferadadırsa,  o  zaman  hamısı 

birlikdə  birinci  fiqur  üzrə  mülahizədir,  yəni  o  fikirlərin 

birləşməsidir  ki,  məhz  onun  sayəsində  dərk  edilir  ki,  büsbütün 

və  ya qismən  başqasında  olan  anlayış  eynilə  bu cür  üçüncüdür 

və  o  da  öz  növbəsində bu başqanı,  ya da bunun  tam  əksi  olan 

inkarı  özündə  birləşdirir:  onun  qrafik  təsviri,  təbii  ki,  yalnız 

ondan  ibarət  ola  bilər  ki,  iki  birləşmiş  sfera  hansısa  üçüncüdə 

deyildir.  Əgər  çox  sayda  sfera  beləliklə  biri  digərində  olarsa,  o 

zaman hökmlərin uzun zənciri yaranır. 

Anlayışların  bir  neçə  dərslikdə  artıq  kifayət  qədər  yaxşı 

ifadə  olunduğu  bu  sxematikliyini  mühakimələr  haqqında 

təlimin,  eləcə  də  bütün  sillogistikanın  əsasına  qoymaq  olar, 

bununla  da  onların tədrisi  xeyli  asanlaşar  və  sadələşərdi,  çünki 

göstərilən 

sxematizmdən 

onların 


bütün 

qaydalarını 

mənbələrindəcə  görmək,  nəticə  çıxarmaq  və  izah  etmək  olar. 

Lakin  yaddaşı  bunlarla  yükləməyə  lüzum  yoxdur,  ona  görə  ki, 

məntiq heç vaxt praktiki faydaya malik ola bilməz, yalnız fəlsəfə 

üçün  nəzəri  maraq  kəsb  edir.  Hərçənd  deyə bilərik  ki,  general-

bas

21

 musiqiyə, yaxud daha az dəqiqliklə desək, etika – fəzilətə, 



estetika– incəsənətə aid olduğu kimi, məntiq də əqli təfəkkürə 

aiddir,  amma  nəzərdən  qaçırmaq  olmaz  ki,  heç  kəs  estetika 

sayəsində  rəssam  olmamış,  heç  kimin  xasiyyəti  etikanı 

öyrənməkdən  nəcib  olmamış,  hələ  Ramodan

22

 çox-çox  əvvəl 



düzgün  və  gözəl  kompozisiyalar  yaranmış,  disharmoniyanı 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

74 


görməkdən ötrü isə general-bası bilməyə ehtiyac yoxdur; eynilə 

bu  cür  özünü    yanlış  fikirlərə  salmamaq  üçün  məntiqi  bilmək 

lazım  deyil.  Lakin  etiraf  etmək  lazımdır  ki,  qiymətləndirmədən 

ötrü  yox,  hər  halda  musiqi  kompozisiyasını  ifa  etmək  üçün 

general-bas  çox  faydalıdır;  hərçənd  ifaya  az  da  olsa–  və 

doğrudur,  əsas  etibarilə  mənfi–  estetika  və  hətta  etika  da 

müəyyən fayda gətirə bilər, odur ki, onları da praktiki dəyərlilik 

baxımından  rədd  etmək  olmaz;  lakin  məntiqi  müdafiə  naminə 

heç  bunları  da  demək  olmaz.  O,  sadəcə  hər  kəsin  in  concreto 

bildiyini  in  abstracto  dur.  Yanlış  fikri  rədd  etməkdən  ötrü  ona 

ehtiyac  olmadığı  kimi,  düzgün  fikir  tərtib  etməkdən  ötrü  də 

onun qaydalarını  köməyə çağırmırlar və hətta ən elmli məntiqçi 

belə  real  düşünmə  prosesində  onu  kənara  qoyur.  Bu, 

aşağıdakılarla  izah  olunur.  Hər  bir  elm  müəyyən  predmetlərə 

tətbiq edilərkən ümumi və deməli, mücərrəd həqiqət, qanun və 

qaydalar sistemindən ibarətdir. Hər bir xüsusi hal sonuncularla 

bağlı  bütün  hallar  üçün  qüvvədə  olan  bu  ümumi  biliklə 

müəyyən  edilir,  çünki  ümumi  prinsipi  sonsuz  dərəcədə  tətbiq 

etmək hər bir xüsusi halı yenidən tədqiq etməkdən asandır: axı 

bir dəfə əldə edilmiş ümumi, mücərrəd idrak bizə xüsusi halların 

empirik tədqiqindən olduqca yaxın və əlçatandır. Məntiqlə bağlı 

isə  işlər  tam  əksinədir.  O,  hər  növ  məzmundan  təcrid  olunma 

vasitəsilə zəkanın özünümüşahidə ilə nail olduğu fəaliyyət üsulu 

haqqında  qaydalar  formasında  ifadə  olunmuş  ümumi  bilikdir. 

Zəka  üçün  bu  üsul  zəruri  və  əhəmiyyətlidir,  öz  öhdəsinə 

buraxılmış  zəka  heç  bir  halda  ondan  yayınmayacaqdır.  Buna 

görə  hər  bir  əlahiddə  halda  ona  yad,  kənardan  təyin  edilmiş 

qanun formasında bu təsir barədə həmin təsirin özündən təcrid 

edilmiş  biliyi  nişan  verməkdənsə,  təbiətinə  uyğun  hərəkət 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

75 


etmək  imkanı  vermək  daha  asan  və  daha  düzgündür.  Bu  - 

asandır,  çünki  bütün  digər  elmlərdə  ümumi  qaydalar  xüsusi 

halları  əlahiddə  tədqiq  etməkdən  bizə  daha  yaxın  olsa  da, 

zəkanın  fəaliyyətində  isə,  əksinə,  onun  hər  bir  verilən  halda 

zəruri  olan təcrübəsi  həmişə  bizə  yaxındır,  nəinki  ondan təcrid 

olunmuş  qaydalar:  axı  bizdə  düşünən  elə  həmin  zəkadır  ki, 

vardır.  Bu  daha  düzdür,  çünki  zəkanın  onun  təbiətinə,  onun 

mahiyyətinə  zidd  hər  hansı  fəaliyyəti  baş  verməkdənsə, 

abstrakt  bilikdə  və  ya  onun  tətbiqində  yanılma  baş  verər. 

Maraqlı  bir  fakt  bununla  izah  olunur  ki,  digər  elmlərdə  xüsusi 

halın  həqiqiliyi  təcrübədə  yoxlanıldığı  halda,  məntiqdə  əksinə, 

qaydalar  xüsusi  halda  yoxlanılmalıdır:  ən  mahir  məntiqçi 

görəndə  ki,  o,  xüsusi  halda  qaydaların  tələb  etdiyi  nəticəni 

çıxarmır,  həmişə  özünün  həqiqi  nəticəsindəsə,  qaydalarda 

səhvlər  axtarmağa  başlayacaqdır.  Beləliklə,  məntiqdən  praktiki 

istifadə  arzusu,  bizə  hər  bir  ayrıca  halda  bilavasitə  və  tam 

dürüst 

məlum 


olanları 

görünməmiş 

səylərlə 

ümumi 


qaydalardan çıxarmaq arzusuna bərabərdir. Bu, ona bənzəyir ki, 

biz  öz  hərəkətimiz  üçün  bir  növ  məsləhət  alaq  deyə 

mexanikaya, həzm üçün isə fiziologiyaya müraciət etmiş oluruq: 

və  məntiqi  praktiki  məqsədlər  naminə  tədqiq  edən  şəxs, 

qunduzu  özünə  bənd  tikməyə  öyrətməyə  çalışan  adama 

bənzəyir. 

Beləliklə,  məntiq  əslində  faydasız  olsa  da,  o 

saxlanılmalıdır,  çünki  zəkanın  təşkili  və  fəaliyyəti  haqqında 

xüsusi bilik kimi fəlsəfi maraq doğurur. Xüsusi, müstəqil, bitkin, 

tərtib olunmuş və tamamilə dürüst fənn kimi o layiqdir ki, bütün 

yerdə  qalanlardan  ayrıca  və  müstəqil  şəkildə  elmi  şərh  edilsin 



Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə