-
İrəli, irəli! - Tristan israr edirdi, - deşik genişdir. Pontuaz dəliyi
kimi buradan üç nəfər birdən keçə bilər. Artıq bu işi bitirməliyik! Bir
addım geriyə çəkiləni qılıncla parçalayacağam.
Əsgərlər vəhşiləşmiş qarıyla qəddar rəisin arasında qaldıqla-
rından bir dəqiqə daha tərəddüd edib, nəhayət, Siçan yuvasına hücum
etdilər.
Zavallı qadın bunu görüb diz üstə yıxıldı, saçlarını üzündən yığa-
raq zəif və arıq əllərini aciz şəkildə yanlarına salladı. Gözlərindən iri
yaş damcıları axaraq çay kimi yanaqlarının dərin qırışlarıyla aşağı
süzüldü. O, yalvarıcı, müti, mülayim, insan ürəyini parçalayan səslə
danışmağa başladı. Tristanın ətrafında dayanmış və bir çox dəhşətli
səhnələr görmüş əsgərlər xəlvətcə göz yaşlarını silirdilər.
-
Möhtərəm cənablar! Cənab serjantlar, bir sözüm var, yalnız
bircə söz! Mən sizə bir şey danışmaq istəyirəm! Bu, mənim qızımdır,
eşidirsiniz, mənim əziz qızımdır, uzun zamandan bəri üzünü gör-
mədiyim qızımdır. Bu, böyük bir tarixçədir. Mən cənab serjantları
çox yaxşı tanıyıram. Mən əxlaqsız həyat tərzi keçirərkən küçə uşaq-
ları üzərimə daş atdıqları zaman onlar həmişə mənə qarşı mərhəmətli
idilər. Siz hər şeyi bilsəniz, qızımı buraxacağınıza əminəm. Keçmişdə
əxlaqsız bir qadın idim, bir gün qaraçılar qızımı məndən oğurladılar.
Lakin mən düz on beş il qızımın ayaqqabısını saxladım, budur,
görürsünüzmü! Qızımın incə ayaqları vardı. Mən Reyms
şəhərindənəm, Fol-Ren küçəsində olurdum. Adım da Şantfleridir!
Bəlkə, içinizdə tanıyanlar tapıldı? Şantfleri mən idim, o zaman siz də
çox gənc idiniz! Gözəl günlər idi! Biz çox gözəl və şən saatlar keçi-
rərdik! Ağalar, mənə rəhm edəcəksiniz, deyilmi? Qaraçılar mənim
qızımı oğurlayıb düz on beş il öz yanlarında saxlayıblar, mən onun
öldüyünə əmin idim, dostlarım, mən elə bilirdim ki, qızım ölmüşdür!
Mən bu deşikdə tam on beş il yaşadım! Bu asan iş deyil! O qədər
ağlayırdım ki, nəhayət, Tanrının mənə rəhmi gəldi; bu gecə qızımı
mənə qaytardı. Bu möcüzədir! Qızım ölməyibmiş! Siz onu məndən
almayacaqsınız. Mən buna əminəm. Əgər məni aparmaq istəsəydiniz,
bu, başqa məsələ. Amma o, uşaqdır. Cəmisi on altı yaşı var! Qoyun o,
günəşin işığını seyr etsin. O, sizə nə edib ki? Heç bir şey, mən də heç
bir şey etməmişəm! Düşünün, mənim yer üzündə ondan başqa
kimsəm yoxdur. Mən artıq qoca bir qarıyam, həzrəti- Məryəm
qocalığımda təsəlli olaraq onu mənə qaytarmışdır. Siz də
793
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
çox mərhəmətlisiniz, deyilmi? Siz bu qızın mənim qızım olduğunu
əwəlcə bilmirdiniz, indi isə bilirsiniz. Ah, mən onu nə qədər sevirəm!
Cənab rəis, ona toxunmayın, məni parça-parça edin! Siz çox mərhə-
mətli bir ağaya bənzəyirsiniz. Mənim bu söylədiklərim kifayət edər,
deyilmi? Cənablar, ananızı yadınıza salın, mənim balamı aparmayın!
Baxın, mən diz çöküb sizə yalvarıram, həzrəti-İsaya yalvardığım
kimi! Mənə heç kəsin heç bir şeyi lazım deyil! Ağalar, mən Reyms
şəhərindənəm, əmim Magiyeta Pradondan mənə balaca bir mülk
qalmışdır. Mən dilənçi deyiləm! Mənə sizin heç bir şeyiniz lazım
deyil, yalnız qızımı məndən almayın! Cənab Allah onu nahaq yerə
mənə qaytarmayıb! Kral! Siz kral deyirsiniz! Məgər kral mənim
balamı öldürməklə kral olacaq? Həm də kral mərhəmətlidir! Bu,
mənim qızımdır, mənim qızımdır, kralın qızı deyil! Bizi buraxın,
çıxıb gedək! Biz getmək istəyirik. Baxın, iki qadın gəlir, onlardan biri
ana, o biri onun qızıdır, nə olar ki, qoy özləri üçün getsinlər. Bizi də
buraxın. Biz Reyms şəhərindənik, ah, cənab serjantlar, siz, hər halda,
mərhəmətlisiniz, mən sizin hamınızı sevirəm! Siz qızcığazımı
məndən ayırmayacaqsınız! Yox, bu ola bilməz! Bu, qətiyyən ola
bilməz, deyilmi? Yavrum, balam...
Biz onun jestlərini, səsini, udduğu göz yaşlarını, gah yalvararaq
köksündə çarpazlaşdırdığı, gah da əzişdirdiyi əllərini, üzündəki
kədərli təbəssümünü və ümidsiz nəzərlərini, yazıq və zavallı
fəryadlarını, inilti və bağırtılarını təsvir etməkdə gücsüzük. O
qurtardıqda Tristan göz yaşlarını gizlətmək üçün qaşlarını çatdı.
Lakin zəifliyinə üstün gələrək qısa cavab verdi: “Bu, kralın əmridir!”
Sonra Anrie Kuzenə müraciət edərək onun qulağına pıçıldadı:
“Tez qurtar!” Bəlkə də, Tristan ürəyinin tab gətirməyəcəyindən qor-
xurdu.
Cəllad və əsgərlər daxmaya daxil oldular. Qadın heç bir müqa-
vimət göstərmirdi, yalnız sürünə-sürünə qızının yanına gəldi və huş-
suz halda onu qucaqlayaraq ağuşuna aldı.
Qaraçı qız yaxınlaşan əsgərləri gördü. Ölüm qorxusu onu
oyatmışdı.
-
Anacan! - o, dillə ifadə olunmayacaq ümidsizliklə çığırdı, -
onlar yaxınlaşırlar, məni xilas et!
Qoca qarı boğuq bir səslə:
-
Hə, yavrum, mən səni xilas edəcəyəm, - ana boğuq səsiylə
cavab verdi və qızını bərk-bərk qucaqlayaraq öpməyə başladı. Bu
mənzərə daşı da rəhmə gətirərdi.
794
downloaded from KitabYurdu.org
Anrie Kuzen gənc qızın belindən yapışdı. Qız bu qaba əlin vücu-
duna toxunduğunu hiss edib qışqırdı və özündən getdi. Gözlərindən
zavallı qızın üstünə iri yaş damcıları düşən cəllad onu qucağına
götürmək istəyirdi. O, Qudulanın gənc qızın belindən bərk-bərk
yapışaraq, sanki, düyünlənmiş qollarını açmaq istədi, ancaq bu
mümkün deyildi. Onda Anrie Kuzen qaraçı qızı gözləri qapalı olan
qarıyla birlikdə bayıra sürüdü.
Artıq günəş doğmuşdu. Meydana toplaşmış xeyli avara, əsgər-
lərin kimisə dar ağacına tərəf sürüdüyünü uzaqdan müşahidə edirdi.
Tristanın adəti beləydi; edam vaxtı meydana yığışan maraqlılan yaxı-
na buraxmırdı.
Yaxındakı evlərin pəncərələrində kimsə görünmürdü. Yalnız
uzaqda, Notr-Dam kilsəsinin zəng qülləsinin təpəsində iki adam
dayanıb Qrev meydanına baxırdı. Aydın səhər səmasında onların qara
siluetləri görünürdü.
Anrie Kuzen yükünü sürüyə-sürüyə nərdivanın yanına çatdı, bu
səhnə onun üçün ağır və ağrılı olduğundan ağır-ağır nəfəs alaraq,
kəndiri gənc qızın gözəl boynuna keçirdi. Zavallı qız kəndirin boğa-
zına toxunduğunu hiss edib gözlərini açdı və başı üzərində dar ağacını
gördü. Qız titrədi və ürəkləri parçalayan fəryad qopararaq bağırdı:
- Yox, yox! Mən istəmirəm.
Başı qızının paltarının altına girən qarı heç bir söz söyləmədi;
onun bütün vücudu tir-tir əsir, acgözlüklə və tələsə-tələsə qızını
öpürdü. Cəllad fürsətdən istifadə edərək onun qızına sarılmış qollarını
açdı; yorğunluqdan və ümidsizlikdən o, müqavimət göstərmədi. Sonra
cəllad qaraçı qızı çiyninə atdı; qız ortasından qırılmış kimi əyildi;
cəllad dar ağacına çıxmaq üçün ayağını nərdivana qoydu.
Bu halda yerə uzanmış zavallı ana gözlərini açdı. Bir səs belə
çıxarmadan üzündə dəhşətli ifadə ayağa sıçradı, vəhşi heyvan kimi
cəlladın üzərinə atıldı və onun əlini dişlədi. Bu hadisə ildırım sürətilə
baş verdi. Cəllad ağrının şiddətindən bağırdı. Əsgərlər yaxınlaşıb
cəlladın qanlı əlini Qudulanın kəlbətin kimi sıxılmış dişlərindən bir-
təhər azad etdilər. Qadın israrla susurdu. Onu qaba hərəkətlə itələ-
dilər; başı zərblə daşa dəydi. Onu qaldırdılar, lakin o, yenə yıxıldı. O
ölmüşdü.
Gənc qızı əlindən buraxmayan cəllad yenidən nərdivanla yuxarı
çıxmağa başladı.
795
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |