Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
1   ...   5   6   7   8   9   10   11   12   ...   69

gəlirdi.  Hava  qaralan  zaman  o, valideynlərində söhbət  edirdi. 
Anam  maqal  hidhidin  səmada  göründüyünü  görüb  qoyunları 
gətirmək  vaxtı  olduğunu  dedi.  Quban  dedi:  “Qoy  bunu  mən 
edim. Varis də mənə kömək edər”. 
Atamın  dostuna  kömək  etmək  üçün  oğlanlann  arasından 
mən  seçildiyim  üçün  sevindim.  O,  əlimdən  tutdu,  biz 
alaçığımızdan uzaqlaşdıq və sürünü bir yerə yığmağa başladıq. 
Adətən,  hər  yerə  vəhşi  heyvan  kimi  qaçırdım,  amma  indi 
qaranlıq olduğundan qorxurdum deyə Quban əminin böyrü ilə 
gedirdim. Birdən o dayandı, pencəyini çıxardıb qumun üstünə 
sərdi  və  oturdu.  Çaşbaş  halda  ona  baxıb  etiraz  etdim:  “Niyə 
oturdun?  Hava  qaralır,  heyvanları  aparmalıyıq”.  “Vaxtımız 
var. Bunu bir dəqiqəyə edə bilərik”. O, bir tərəfi üstə pencəyin 
üstündə  uzandı  və  yanında  oturmaq  üçün  mənə  yer  göstərdi: 
“Gəl  otur”.  Könülsüz  ona  yaxınlaşdım.  Uşaq  kimi  nağılları 
sevdiyimdən  fikirləşirdim  ki,  yaxşı  fürsətdir.  “Mənə  nağıl 
danışacaqsan?” - soruşdum. 
Quban yenə də yanındakı yeri göstərib dedi: “Əgər otursan, 
danışaram”.  Oturan  kimi  o,  məni  pencəyin  üstündə 
uzandırmağa  çalışdı.  “Mən  uzanmaq  istəmirəm.  İstəyirəm 
mənə nağıl danışasan”, - inadkarcasına təkid edir və qalxmağa 
çalışırdım.  “Gəl,  gəl”.  O,  əli  ilə  çiynimdən  möhkəm  basırdı. 
“Uzan, ulduzlara bax, mən də sənə nağıl danışım”. Ayaqlarım 
soyuq  qumda,  başım  pencəyin  üstündə  uzanaraq  işıldayan 
kəhkəşanı  seyr  etməyə  başladım.  Hava  artıq  qaraldığından 
qoyunlar ətrafımızda toplaşıb mələşməyə başlamışdı, mən isə 
həsrətlə  nağılın  başlamasını  gözləyirdim.  Gözlənilmədən 
Qubanın  üzü  kəhkəşanla  mənim  arama  girdi  və  qıçlarımın 
üstünə çömbələrək belimə dolanmış balaca şərfi dartışdırmağa 
downloaded from KitabYurdu.org


31 
 
başladı. Sonra vaginama nəsə nəm və bərk bir şeyin sıxıldığını 
hiss  etdim.  Nə  baş  verdiyini  başa  düşməyərək  donub- 
qalmışdım, amma bilirdim ki, bu, nəsə çox pis şeydir. Təzyiq 
şiddətli bir ağrı oluncayadək davam etdi. 
“Mən Mamanı istəyirəm!”  Qəfildən üstümə  havaya  kəskin 
qoxusu yayılmış ilıq maye axdı. “Sən mənim üstümə işədin!” - 
dəhşətə  gələrək  qışqırdım.  Cəld  ayağa  duraraq  şərfimlə 
qıçlarımın  arasındakı  murdar  iyli  mayeni  sildim.  “Yox,  yox, 
hər  şey  qaydasındadır,  -  o,  sakitcə  pıçıldadı  və  qolumdan 
yapışdı, 
-  mən,  sadəcə,  sənə  nağıl  danışmağa  çalışırdım”.  Ondan 
dartınaraq  anamın  yanma  qaçdım.  Məni  tutmağa  çalışan 
Qubansa dalımca qaçırdı. Alovun narıncı işığı üzünə düşmüş 
anamı  tonqalın  yanında  görəndə  onun  üstünə  qaçıb  qıçlarını 
qucaqladım.  “Nə  olub,  Varis?”  -  Mama  həyəcanla  soruşdu. 
Quban tövşüyə-tövşüyə gəlib çatdı, anam ona  baxaraq: “Ona 
nə  olub?”  -  soruşdu.  O,  heç  nə  olmayıbmış  kimi  əlini 
yellədərək  dedi:  “Eh,  ona  nağıl  danışmaq  istəyirdim,  o  da 
qorxdu”. Anama möhkəm sarılmışdım, ona Papanın dostunun 
mənə  nə  etdiyini  danışmaq  istəyirdim,  lakin  o  hərəkətin  nə 
olduğunu 
bilmədiyimdən deməyə  söz tapmırdım. Alovun işığında onun 
hələ  neçə  illər  təkrarən  görəcəyim  və  həyatım  boyu  nifrət 
edəcəyim  o  irişən  sifətinə  baxdım.  Başımı  anamın  qıçlarına 
qısdım,  anamsa  başımı  sığallayırdı:  “Varis,  yaxşı,  qorxma. 
Balacam, o, sadəcə, nağıl idi, gerçək deyildi”. Sonra Qubandan 
soruşdu: “Qoyunlar haradadır?” 
11 fut = 0.3048 m 

Beşdaş oyununa bənzər ingilis oyunu 
downloaded from KitabYurdu.org



1 mil = 1.609 km 
3. 
KÖÇƏRİ HƏYATI 
Afrikada  boya-başa  çatdığımdan  məndə  dünyanın  başqa 
yerlərində  yaşayan  insanlardan  fərqli  olaraq,  tarix  anlayışı 
olmayıb.  Dilimiz  -  Somali  dilinin  1973-cü  ilədək  əlifbası 
olmadığından yazıb-oxumağı da öyrənməmişik. Bildiklərimiz 
bizlərə  ağızdan-ağıza  keçən  şeirlərlə,  nağıllarla  və  ən  əsası, 
valideynlərimizin bizə aşıladığı bacanqlarla ötürülüb. Məsələn, 
anam mənə quru otdan süd saxlamaq üçün qab hörməyi, atam 
heyvanlara baxmağı və onların sağlamlığına necə əmin olmağı 
öyrədib. Biz heç vaxt keçmişdən danışmırdıq - buna heç kimin 
vaxtı yox idi. Hər şey bu gün üçün idi, bu gün nə edəcəyimiz 
idi.  Bütün  uşaqlar  yerindədirmi?  Bütün  heyvanlar 
salamatdırmı?  Bu  gün  nə  yeyəcəyik?  Suyu  haradan  tapa 
bilərik? 
Somalidə  biz  dədə-babalarımızın  min  illər  əvvəl  yaşadığı 
həyatı elə bir ciddi dəyişiklik olmadan yaşayırdıq. Köçəri kimi 
bizim  nə  elektrikimiz,  nə  telefonumuz,  nə  maşınımız,  nə 
kompüterimiz, nə də televizorumuz var idi. Bütün bunlara görə 
həyatımız  Qərbdə  yaşayanların  həyatından  fərqli  olaraq,  vaxt 
və tarix anlayışından asılı deyildi. 
Ailəmin digər üzvləri kimi neçə yaşım olduğunu bilmirdim, 
sadəcə, təxmin edə bilirdim. Somalidə doğulmuş uşaqlann bir 
il  sonraya  sağqalma  ehtimalı  az  olduğundan  doğum  gününü 
yadda  saxlamağın  elə  də  bir  əhəmiyyəti  yoxdur.  Mən  uşaq 
olanda  biz  saat,  təqvim  və  ya  cədvəl  kimi  süni  zaman 
anlayışları  ilə  yaşamırdıq.  Bunların  əvəzində  fəsillər  və 
günəşlə  yaşayırdıq,  yağışa  görə  köç  vaxtımızı  təyin  edir, 
günümüzü  günün  işıqlı  vaxtına  görə  planlaşdırırdıq.  Vaxtı 
downloaded from KitabYurdu.org


33 
 
günəşə baxmaqla təyin edirdik. Kölgəm qərbə düşürsə, deməli, 
səhərdir,  düz  altıma  düşürsə,  günortadır,  qarşıma  keçirsə, 
deməli, günortadan keçib. Axşama doğru kölgəm də uzanırdı - 
bu, qaranlıq düşməmiş evə qayıtmalı olduğuma işarə idi. 
Səhər  yerimizdən  qalxandan  həmin  gün  nə  edəcəyimizi 
qərara  alır  və  işimizi  qurtarana,  ya  da  hava  qaralanadək 
əlimizdən  gələni  edirdik.  Əvvəlcədən  planlaşdırılmış  gün 
anlayışı yox idi. Nyu-Yorkda insanlar çox vaxt gündəliklərinə 
baxıb soruşurlar: “On dördü nahar vaxtı görüşmək üçün vaxtın 
var? Bəs on beşi necə?” “Niyə görüşmək istədiyiniz gündən bir 
gün  əvvəl  zəng  vurmursunuz?”  -  deyə  suala  sualla  cavab 
verirəm. Neçə dəfə təyin olunmuş vaxtları qeyd etsəm də, buna 
öyrəşə  bilmirəm.  Birinci  dəfə  Londona  gələndə  adamların 
qollanna  baxıb  “Mən  tələsməliyəm”  demələrini  qətiyyən 
anlaya  bilmirdim.  Adama  elə  gəlirdi  ki,  hər  kəs  harasa  qaçır, 
harasa  tələsir,  hər  hərəkətləri  vaxtdan  asılıdır.  Afrikada  belə 
şey yoxdur, nə tələsmək var, nə də ki belə gərginlik... Afrikada 
vaxt olduqca ləng keçir, çox ləng və sakit. Əgər “Sabah günorta 
görüşərik”  deyirsənsə,  bu,  saat  dörd-beş  arası  deməkdir.  Bu 
gün də mən saat taxmaqdan imtina edirəm. 
Somalidəki  uşaqlıq  illərimdə  heç  vaxt  gələcək  haqqında 
fikirləşməmişəm,  yaxud  da  keçmişə  qayıdıb  anamdan 
soruşmamışam:  “Mama,  sən  necə  böyümüsən?”  Bunun 
nəticəsi  olaraq,  xüsusən  də  evdən  çox  erkən  yaşımda 
ayrıldığıma  görə  ailəm  haqqında  lap  az  şey  bilirəm.  Həmişə 
evə qayıdıb anama o balaca qız olarkən həyatının necə olması, 
anasının  kimliyi,  atasının  necə  vəfat  etməsi  barədə  suallar 
vermək istəyirəm. Ola 
bilsin  ki,  bütün  bunları  mən  heç  vaxt  bilməyəcəyəm  və  bu, 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə