16.6.16. malların və digər əmlakın satışına görə;
100 ABŞ dolları
16.6.17. Konsulluqda sənədlərin (vəsiyyətnamə istisna
olmaqla) saxlanmasına görə;
20 ABŞ dolları
16.6.18. pulun, qiymətli kağızların və sair qiymətli
əşyaların (miras istisna olmaqla) saxlanmasına görə (hər
ay üçün);
50 ABŞ dolları
16.6.19. əmlakın və pul məbləğlərinin aidiyyatı üzrə
çatdırılması üçün 6 aylıq müddətədək ümumi depozitə
qəbul edilməsinə görə (hər ay üçün);
50 ABŞ dolları
16.6.20. icra qeydlərinin aparılmasına görə;
30 ABŞ dolları
16.6.21. sənədlərin diplomatik poçtla hüquqi şəxslərin
ünvanına göndərilməsinə görə;
100 ABŞ dolları
16.6.22. xarici dövlətin bayrağı altında üzən gəminin
yüklənməsi və ya boşaldılmasına dair şəhadətnamənin,
digər arayışların və bəyannamələrin verilməsinə görə.
50 ABŞ dolları
16.7. Digər konsul əməliyyatlarına görə.
20 ABŞ dolları
M a d d ə 1 7 .
Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının
xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan
konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən
azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
17.1. Aşağıdakı hallarda bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumu
alınmır:
17.1.1. diplomatik pasport almaq üçün;
17.1.2. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında mülki, ailə və cinayət işlərində
hüquqi yardım haqqında, alimentlər haqqında, pensiya haqqında və övladlığa götürmə
məsələləri haqqında müqavilələrə uyğun olaraq bu ölkənin səlahiyyətli orqanlarının və ayrı -
ayrı vətəndaşlarının sorğusuna əsasən sənədlərin tələb olunub alınmasına görə;
17.1.3. Dövlət nümayəndə heyətinin tərkibində xarici ölkələrə ezam olunan şəxslərin
pasport və digər gediş sənədləri rəsmiləşdirildikdə;
17.1.4. Azərbaycan Respublikasının xeyrinə əmlakın bağışlanmasına dair müqavilələrin və
vəsiyyətnamələrin təsdiq edilməsinə görə;
17.1.5. Azərbaycan Respublikasının gəmi, hava və digər nəqliyyat vasitələrinin heyət
üzvlərinin, habelə vətəndaşlarının ölümündən sonra qalmış əmlakının mühafizəsinə görə.
17.2. Bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumları Azərbaycan
Respublikasına gələn aşağıdakı əcnəbilərdən alınmır:
17.2.1. Dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslərdən;
17.2.2. Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edənlərdən;
17.2.3. Dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlərdən;
17.2.4. Müdafiə xətti ilə səfər edənlərdən.
17.3. Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin hər birindən vizanın
rəsmiləşdirilməsinə və ya onun etibar müddətinin artırılmasına görə dövlət rüsumu tutulur.
17.4. Bu Qanunun 16.6-cı maddəsində göstərilən dövlət rüsumundan əlavə vərəsələr və
miras qoyanlar daşınmaz vərəsəlik əmlakının mühafizəsi üçün, otaq icarəsi, mühafizəsi,
nəqliyyat, ezamiyyət, poçt, dəftərxana və sair faktiki xərcləri ödəyirlər.
17.5. Sənədlərin saxlanılması və qəbulu zamanı ehtimal olunan saxlama müddətinə görə
dövlət rüsumu əvvəlcədən ödənilir və tamamlanmamış ay tamamlanmış ay kimi nəzərə alınır.
17.6. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində
aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində dövlət büdcəsinə
köçürülür.
cxxiv[124]
17.7. Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan, pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin
cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan və ya xarici ölkələrdən deportasiya edilən
Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış
şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur;
17.8. xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının
vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu Qanunla
eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi
müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının
vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq edilir.
cxxv[125]
Maddə 18.
İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının,
coğrafi göstəricinin
, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması,
müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi
hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və
onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin
göstərilməsi üçün dövlət rüsumunun dərəcələri
cxxvi[126]
18.1. İxtira, faydalı model və sənaye nümunəsinə iddia sənədinin verilməsi üçün (iddia
sənədinin ilkin ekspertizası və ekspertizası daxil olmaqla):
18.1.1. bir ixtira, bir faydalı model və bir sənaye nümunəsi üçün – 10 manat.
18.1.2. əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün - 7
manat.
18.1.3. əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün - 7 manat.
18.1.4. sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün – 5 manat.
18.1.5. iddia sənədinin mətninin 30-dan artıq hər səhifəsi üçün - 1 manat.
18.2. İddia sənədi üzrə ilkinliyin xahiş edilməsi üçün (bir ədəd ilkinlik üçün) – 7 manat.
18.3. İddia sənədinin verildiyi tarixdən 1 ay keçdikdən sonra iddia sənədi materiallarında
düzəliş və əlavələrin aparılması üçün – 6 manat.
18.4. Ekspertizanın sorğusuna cavabın verilmə müddətinin uzadılması üçün (12 aydan
artıq olmamaq şərti ilə, hər bir ay üçün) – 5 manat.
18.3-1. İddiaçının vəsatəti əsasında “Patent haqqında” Azərbaycan Respublikası
Qanununun 28-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq, müddətin əlavə 2 ay
uzadılması üçün - 20 manat;
cxxvii[127]
18.5. İddia sənədinə dair məlumatın müəyyən edilmiş müddətdən tez dərci üçün – 20
manat.
18.6. İddia sənədi barəsində məlumatın dərci üçün – 6 manat.
18.7. İxtira, faydalı model və sənaye nümunəsi barəsində məlumat axtarışı aparılması
üçün vəsatət verilməsinə görə – 7 manat.
18.8. Vəsatət əsasında ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin
mahiyyətcə ekspertizasının aparılması:
18.8.1. bir ədəd ixtira üçün – 50 manat;
18.8.2. bir ədəd faydalı model üçün – 40 manat;
18.8.3. bir ədəd sənaye nümunəsi üçün - 40 manat;
18.8.4. əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün - 25
manat;
18.8.5. əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün - 10 manat;
18.8.6. sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün - 10 manat.
18.9. İxtira barəsində iddia sənədinin faydalı model barəsində iddia sənədinə çevrilməsi
üçün - 5 manat.