“Dövlət qeydiyyatına alınmışdır”
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat N 2657
“08 ” fevral 2001-ci il
Nazir _____________ F.F.Məmmədov
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikası
Mərkəzi Bankının İdarə Heyəti
Protokol N 03
“ 31 ” yanvar 2001-ci il
İdarə Heyətinin Sədri __________ E.S.Rüstəmov
AZƏRBAYCAN RESPUBLİKASI MÜVƏKKİL BANKLARININ AÇIQ
VALYUTA MÖVQEYİ LİMİTLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ
TƏNZİMLƏNMƏSİ
Q A Y D A L A R I
(23 yanvar 2007-ci il, 17 dekabr 2008-ci il və 15 aprel 2010-cu il tarixli əlavə
və dəyişikliklərlə)
BAKI - 2001
I. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”,
“Banklar haqqında” və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası
qanunlarına müvafiq surətdə işlənib hazırlanmışdır. Qaydalar müvəkkil banklar
tərəfindən aparılan xarici valyuta əməliyyatları üzrə məzənnə risklərinin
tənzimlənməsinə xidmət edir.
1.2. Bu Qaydaların məqsədləri üçün “kredit təşkilatı” və “bank” anlayışları
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, “rezidentlər”, “qeyri-
rezidentlər”, “xarici valyuta”, “valyuta əməliyyatları” və “müvəkkil bank”
anlayışları “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu,
“bank metalları” anlayışı isə “Qiymətli metallar və qiymətli daşlar haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə şərh edilmiş mənada istifadə edilir.
1.3. Azərbaycan Respublikasının qanunvericulik aktları ilə təfsir edilmiş
anlayışlardan əlavə, bu Qaydaların mətnində istifadə olunmuş digər termnlər
aşağıdakı kimi anlaşılmalıdır:
1.3.1. Valyuta mövqeyi – müvəkkil bankların bu və ya digər valyutada (o
cümlədən, bank metallarında) tələbləri və öhdəlikləridir.
1.3.2. Açıq valyuta mövqeyi – müvəkkil bankların ayrı-ayrı xarici
valyutalarda tələblərinin və öhdəliklərinin (o cümlədən, hesablaşmaları
tamamlanmamış
əməliyyatlar
üzrə
balansdankənar
tələblərin
və
öhdəliklərin) məbləğləri arasında, mübadilə məzənnəsinin əlverişsiz
dəyişməsi şəraitində itkilər riski yaradan fərqdir.
1.3.3. Qısa açıq valyuta mövqeyi – hər hansı xarici valyutada balans və
balansdankənar öhdəliklərin məbləğinin balans və balansdankənar tələlərin
məbləğindən çox olduğu açıq valyuta mövqeyidir.
1.3.4. Uzun açıq valyuta mövqeyi - hər hansı xarici valyutada balans və
balansdankənar
tələblərin
məbləğinin
balans
və
balansdankənar
öhdəliklərin məbləğindən çox olduğu açıq valyuta mövqeyidir.
1.3.5. Məcmu açıq valyuta mövqeyi - bütün uzun açıq valyuta mövqelərinin
manat ekvivalentində məbləğlərinin cəmi ilə bütün qısa açıq valyuta
mövqelərinin manat ekvivalentində məbləğlərinin cəmi arasında mütləq
kəmiyyətcə böyük olan göstəricidir. Məcmu açıq valyuta mövqeyi sərbəst
dönərli valyutalar və qapalı valyutalar üzrə ayrılıqda hesablanır. Bu zaman
açıq valyuta mövqeləri “plyus”, qısa açıq valyuta mövqeləri isə “minus”
işarəsi ilə işarələnir.
1.3.6. Qapalı valyuta mövqeyi - hər hansı xarici valyutada balans və
balansdankənar tələblərinin məbləğinin balans və balansdankənar
öhdəliklərin məbləğinə bərabər olduğu valyuta mövqeyidir.
1.3.7. Açıq valyuta mövqeyi limiti - açıq valyuta mövqeyinin manat
ekvivalentinin bankın kapitalına nisbətinə Azərbaycan Respublikası
Mərkəzi Bankı (bundan sonra mətn üzrə “Mərkəzi Bank”) tərəfindən təyin
edilən kəmiyyət məhdudiyyətidir.
1.3.8. Bankın kapitalı - Mərkəzi Bankın müəyyən etdiyi qaydada hesablanan
məcmu kapitaldır.
1.3.9. Sərbəst dönərli valyutalar – bu Qaydalara 2 N-li əlavədə göstərilmiş
valyutalardır.
1.3.10. Qapalı valyutalar - bu Qaydalara 2 N-li əlavədə göstərilmiş
valyutalar istisna olmaqla yerdə qalan bütün xarici valyutalardır.
1.3.11. Günün yekun məzənnəsi - açıq valyuta mpvqeyinin hesablandığı
tarixdə iş gününün yekununa Mərkəzi Bankın elan etmiş olduğu rəsmi
məzənnə və ya rəsmi məzənnə üzrə hesablanmış çarpaz (kross) məzənnədir.
1.3.12. Struktur valyuta mövqeyi – inflyasiyanın və valyuta risklərinin
bankın kapitalına təsirini minimallaşdırmaq məqsədilə qəbul edilmiş
uzunmüddətli valyuta mövqeləridir. Bu cür mpvqeyə bankların xaricdə
törəmə müəssisələr təsis etməsi, səhmlərini xarici valyutada emissiya
edərək yerləşdirməsi və möhtəkirlik xarakterinə malik olmayan digər
əməliyyatlar üzrə açılmış mövqeləri aid edilə bilər.
1.4. Açıq valyuta mövqeyinin hesablanması məqsədilə nəzərə alınan xarici
valyutada, bank metallarında tələblər və öhdəliklər, eləcə də balansdankənar
tələblər və öhdəliklər Mərkəzi Bank tərəfindən müəyyən edilir.
1.5.
Açıq valyuta mövqeyinin hesablanması məqsədilə balansdankənar
öhdəliklər xalis məbləğdə, yəni həmin valyutada hesab qalıqları və ya müddətli
depozitlərlə təmin edilmiş hissəsi çıxılmaqla nəzərə alınır. Bu zaman depozit bank
tərəfindən xüsusi hesabda bloklaşdırılmalıdır.
Bank tərəfindən verilmiş qarantiyalar üçüncü tərəf qismində çıxış edən
banklardan alınmış qarantiyalarla təmin olunduqda, xalis məbləğdə (yəni həmin
valyutada alınmış qarantiyalar çıxılmaqla) nəzərə alınır, bu şərtlə ki, üçünçü tərəf
bank uzunmüddətli öhdəlikləri üzrə “Standard and Poors” beynəlxalq reytinq
agentliyinin BBB-dən aşağı olmayan və ya digər beynəlxalq agentliklərinin
(məsələn, Moody’s, BankWatch və ya Fitch) həmin reytinqə uyğun reytinqinə
malikdir.
1.6. çıxarılmışdır.
1.7. Açıq valyuta mövqeyi müvəkkil banklar tərəfindən icmal balans
məlumatlarına əsasən günün yekun məzənnəsi üzrə gündəlik hesablanmalıdır.
II. Açıq valyuta mövqeyi limitlərinin təyin edilməsi
2.1. Müvəkkil bankların valyuta-məzənnə risklərinin məhdudlaşdırılması
məqsədilə Mərkəzi Bank aşağıda göstərilən mövqelər üzrə açıq valyuta mövqeyi
limitlərini müəyyən edir:
2.1.1. Sərbəst dönərli valyutalar üzrə uzun açıq valyuta mövqeyi limiti;
2.1.2. Sərbəst dönərli valyutalar üzrə qısa açıq valyuta mövqeyi limiti;
2.1.3. Sərbəst dönərli valyutalar üzrə uzun məcmu açıq valyuta mövqeyi
limiti;
2.1.4. Sərbəst dönərli valyutalar üzrə qısa məcmu açıq valyuta mövqeyi
limiti
2.1.5. Qapalı valyutalar üzrə uzun açıq valyuta mövqeyi limiti;
2.1.6. Qapalı valyutalar üzrə qısa açıq valyuta mövqeyi limiti;
2.1.7. Qapalı valyutalar üzrə uzun məcmu açıq valyuta mövqeyi limiti;
2.1.8. Qapalı valyutalar üzrə qısa məcmu açıq valyuta mövqeyi limiti;
2.1.9. Bank metalları üzrə uzun məcmu açıq valyuta mövqeyi limiti;
2.1.10. Bank metalları üzrə qısa məcmu açıq valyuta mövqeyi limiti.
2.2. Müvəkkil bankların açıq valyuta mövqeyi limitlərinin həddi Mərkəzi
Bankın İdarə Heyəti tərəfindən müəyyən olunur.
2.3. Mərkəzi Bank tərəfindən müəyyən edilmiş açıq valyuta mövqeyi
limitləri yalnız əməliyyat gününün yekun icmal balansının nəticələrinə şamil
edilir. Bankların əməliyyat günü ərzində açdıqları valyuta mövqeləri Mərkəzi
Bank tərəfindən tənzimlənmir.
III. Struktur valyuta mövqeyinin idarə olunması
3.1. Açıq valyuta mövqeyi hesablanarkən banklar, Mərkəzi Bankla
qabaqcadan razılaşdırma şərtilə, struktur valyuta mövqelərini nəzərə almaya bilər.
3.2. Struktur valyuta mövqeyinin açıq valyuta mövqeyinin hesablamalarında
nəzərə alınmaması üçün aşağıdakı şərtlərə əməl edilməlidir:
i.
valyuta mövqeyinin uzun müddətə və möhtəkirlik məqsədləri
olmadan qəbul edilməsi əsaslandırılmalıdır;
ii.
valyuta mövqeyi bank kapitalının qorunması məqsədilə qəbul
edilməlidir;
iii.
struktur valyuta mövqeyi üzrə müstəsna hallar (onun hesablamalarda
nəzərə alınmaması nəzərdə tutulur) ardıcıl tətbiq edilməli və bu
mövqenin mövcud oilduğu bütün müddət ərzində dəyişilməz
qalmalıdır.
3.3. Struktur valyuta mövqeyi üzrə müstəsna halların razılaşdırılması üçün
banklar Mərkəzi Banka rəsmi əsaslandırılmış vəsatət təqdim etməlidir.
3.4. Mərkəzi Bank 10 iş günü ərzində vəsatətləri təhlil edərək struktur
valyuta mövqeyinə dair qərarı barədə banklara rəsmi cavab verməlidir.
İV. Müvəkkil bankların açıq valyuta mövqeyinə dair hesabatı
4.1. Müvəkkil banklar bu Qaydalara 1 N-li əlavədə göstərilmiş formada açıq
valyuta mövqeyinə dair hesabatlar tərtib edərək Mərkəzi Banka təqdim
etməlidirlər.
4.2. Hesabatlara həm ölkə daxilində, həm də xaricdə yerləşən filiallar üzrə
icmal məlumatlar daxil edilməlidir. Azərbaycan Respublikası ərazisindən kənarda
filiala malik olan banklar, paralel olaraq yalnız ölkə daxilində fəaliyyət göstərən
struktur vahidləri üzrə məlumatları əks etdirən identik hesabat formaları da tərtib
edərək Mərkəzi Banka təqdim etməlidir.
4.3. Açıq valyuta mövqeyinə dair günlər üzrə tərtib olunmuş həftəlik
hesabatlar hesabat həftəsindən sonrakı ilk iş günü Mərkəzi Banka təqdim
edilməlidir.
V. Açıq valyuta mövqeyi limitlərinin və hesabatların təqdim olıunması
qaydalarının pozulmasına görə müvəkkil bankların məsuliyyəti
5.1. Bu Qaydaların tələblərini pozan banklar və bank inzibatçıları
qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyırlar.
5.2. çıxarılmışdır.
5.3. çıxarılmışdır.
6. Yekun müddəalar
6.1. Bu Qaydalar qüvvəyə mindiyi vaxtdan Mərkəzi Bankın 28 oktyabr
1996-cı il tarixli 64 N-li “Azərbaycan Respublikası ərazisində müvəkkil bankların
açıq valyuta mövqeyi üzrə limitlərin müəyyən edilməsi Qaydaları”, 28 noyabar
1998-ci il tarixli 116 N-li “Azərbaycan Respublikası ərazisində müvəkkil
bankların açıq valyuta mövqeyi üzrə limitlərin müəyyən edilməsi Qaydalarına
əlavə və dəyişikliklər haqqında” təlimat göstərişləri, habelə 29 dekabr 1998-ci il
tarixli 05/05-1319 N-li və 22 noyabr 1999-cu il tarixli 05/05-1358 N-li məktubları
qüvvəsini itirmiş hesab edilir.
6.2. Bu Qaydalar 22 fevral 2001-ci il tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası müvəkkil banklarının
açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və
tənzimlənməsi Qaydalarına Əlavə 1
Açıq valyuta mövqeyinə dair
H E S A B A T
(“___” ___________ 20 -ci il)
Bankın adı _______________________ Məsul şəxs: ___
_________________________ Telefon: __________________________
Valyuta
AMB
məzən
nəsi
Tələblər
(valyutada)
Öhdəliklər
(valyutada)
Manat
ekvivalentində
Açıq valyuta mövqeyi (AVM)
AVM
əmsalı
%
Balans
üzrə
Balans
dan
kənar
Cəmi
Balans
üzrə
Balans
dan
kənar
Cəmi
Cəmi
tələblər
Cəmi
öhdəliklər
Uzun
Qısa
Valyuta AZN
Valyuta
AZN
USD
EURO
GBR
JPY
RUR
CƏMİ
SDV-lər üzrə
Man.
Man.
-
Digər valyutalar
Man.
Man.
-
Qiymətli metallar
Man.
Man.
-
Hesabat tarixinə bankın kapitalı ________________________ manat
təşkil edir.
SDV üzrə məcmu
AVM
Qeyd: (Struktur valyuta mövqeyi barədə məlumat)
Qapalı valyuta üzrə
məcmu AVM
Azərbaycan
Respublikası
müvəkkil
banklarının
açıq
valyuta
mövqeyi
limitlərinin
müəyyən
edilməsi
və
tənzimlənməsi Qaydalarına
Əlavə 2
“Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi
limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”nın məqsədləri
üçün istifadə olunan sərbəst dönərli valyutalar
“Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi
limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları”nın məqsədləri üçün
sərbəst dönərli valyutalar dedikdə, aşağıdakı ölkələrin valyutaları nəzərdə tutulur:
S/N
Emitent
Valyutanın adı
İSO kodu
1.
Amerika Birləşmiş Ştataları
ABŞ dolları
USD
2.
Avropa İttifaqı
Avro və ona fiks olunmuş
məzənnə ilə bağlı valyutalar
EUR
3.
Avstraliya
Avstraliya dolları
AUD
4.
Kanada
Kanada dolları
CAD
5.
Danimarka
Danimarka kronu
DKK
6.
çıxarılmışdır
çıxarılmışdır
çıxarılmışdır
7.
İslandiya
İslandiya kronu
ISK
8.
Yaponiya
Yen
JPY
9.
Yeni Zenlandiya
Yeni Zenlandiya dolları
NZD
10.
Norveç
Norveç kronu
NOK
11.
İsveç
İsveç kronu
SEK
12.
İsveçrə
İsveçrə frankı
CHF
13.
Böyük Britaniya
Birləşmiş Krallığı
Funt-sterlinq
GBP
14.
Beynəlxal Valyuta Fondu
Xüsusi borcalma Hüquqları
XDR
Dostları ilə paylaş: |