43
xəyanətindən əzab çəkdi və nəhayət, güllələndi. Meggi ilə Ralf atanın oğlu Den əsl
atasının kim olduğunu bilmədiyi halda, onun nümunəsi əsasında keşiş olmaq istədi
və gənc yaşlarında iki qadını ölümün pəncəsindən xilas etdikdə öldü.
Bu sevgi macəralarının iştirakçıları olan qadınlar öz eşqlərinə görə ağır
surətdə cəzalandılar. Eloiza Abelyardan ayrılmağa və rahibəyə çevrilməyə məcbur
oldu. Arturun anası oğlu hələ kiçik olanda həyatdan getdi. Meggi isə öz dünyası
hesab etdiyi gənc və nəcib insan olan oğlunu itirməli oldu. Yevripidin «Məhəbbət
– ağır yükdür» sözləri bu misallarda tamamilə öz əksini tapır.
Eloiza və Meggi başlarına gələn fəlakət üçün dini, xristian kilsəsini,
müqəddəs varlığı ittiham etməyə başladılar. Allahın onlara qarşı ədalətsizliyinə
dözməyib, ona itaət etməmək qərarına gəldilər. Eloiza öz səhvlərini etiraf etməklə
yanaşı, birbaşa Allahı da onun səhvlərinə və niyyətinə görə ittiham etməkdən də
çəkinmədi. Abelyarın onu Allaha, İisusa itaətə səsləməsinə baxmayaraq, Eloiza
özünə qarşı edilən qəddarlıqla barışmadığını bildirdi.
Montanelli ingilis ərli qadından olan oğlu Arturu çox sevirdi, Ralfdan
fərqli olaraq, belə oğlu olması ona əvvəldən məlum idi və
onu təhlükədən qorumaq
istəyirdi. Lakin bu istək tam diametral əks nəticə verdi. Artur atası olan sevimli
müəlliminə – çünki onun özünün atası olduğunu hələ bilmirdi, – gizli mübarizə
təşkilatında olduğunu demişdi. Montanellinin təklifi ilə o, kilsədə tövbə edərkən,
ehtiyatsızlıq edib təşkilatın rəhbərinin adını çəkmişdi. Az keçməmiş Artur Berton
və Covanni Bolla həbs edildilər. Həbsdən buraxılan Artur öz günahını anladı və
həm də əsl atasının Montanelli olduğu ona məlum oldu. Artur xəcalətdən özünü
intihar etməsi səhnəsi düzəltdi və Cənubi Amerikaya qaçdı. Min cür əzablarla
üzləşdikdən sonra o, yenidən İtaliyaya qayıtdı və mübarizəyə qoşuldu. O, atasına
və onun arxalandığı kilsəyə nifrət etməyə başladı. Son anda o, atası qarşısında ya
dini, ya da doğma oğlunu seçmək tələbini qoydu. Keşiş oğlunun ölüm variantını
seçdi. Artur güllələndi. Bir neçə gün sonra dəli olan Montanelli də həyatdan getdi.
Məhəbbətlərinə görə bədbəxtliyə düçar olmuş divanələrin taleyinə,
qədimdə və indi yaşamalarından asılı olmayaraq, həqiqətən də adamın yazığı
gəlməyə bilmir. Axı onlar öz saf hissləri ilə kimə pisllik etmişlər və ya öz
hərəkətləri ilə cəmiyyətə hansə xətər toxundurmuşlar? Din niyə sevənlərin
xoşbəxtliyini də öz zəfəri kimi qəbul etmək əvəzinə, sevginin özünü az qala
cinayət qiyafəsinə geyindirir və bu bədbəxtlərə əzab vermək, zülm etmək yolunu
tutur? Axı xristian dini onun banilərinin əsərlərində məhəbbəti heç də yasaq kimi
deyil, Allaha da xoş olan bir davranış növü kimi qəbul edir. Biz buna “İncil”dəki
İisusun apostolları olan Pavelin və İoannın məktublarında rast gəlirik. İoannın
birinci məktubunda (4:7-8) buna geniş yol verilir: “Əziz dostlar, gəlin bir- birimizi
sevək, çünki sevgi Allahdan gəlir. Kim sevirsə, o, Allahın uşağıdır və Allahı
tanıyır, çünki Allah – məhəbbətdir... Heç kəs Allahı görməmişdir, lakin əgər bir-
birimizi sevsək, Allah bizimlə ittifaqda yaşayacaqdır...
Allah məhəbbətdir və kim məhəbbətdə yaşayırsa, Allahla ittifaqda
yaşayır.”
44
Pavelin korinflilərə birinci məktubunda isə (13:8) “Məhəbbət əbədidir”
sözləri yazılmışdır. Əgər məhəbbət Allahın da gözündə belə qiymətlidirsə, niyə
hissiyat sevgisi ostrakizmə məruz qalmalı, lənətlənməlidir? Niyə xristian dini onun
beşiyi başında dayananların kamil məsləhətlərinə insafsızcasına belə laqeydlik
göstərir.
Bu hadisələr reallıqdan və bədii təxəyyülün məhsulu olmalarından asılı
olmayaraq, ibrətamiz xarakter daşıyır və əyani şəkildə göstərir ki, din insanın şəxsi
həyatını bütünlüklə nəzarət etmək iddiasına düşdükdə, əslində, özünə qarşı
loyallıqdan çox uzaq olan münasibət formalaşdırmağa başlayır. Axı Allaha sevgi
heç də insanlar arasındakı sevginin xarabalığı, məhvi üzərində qurulmamalıdır.
Təbiətin yaratdığı iki cins arasındakı dərin hisslər və yaxınlığa aparan məhəbbət
olmasaydı, insan həyatı öz mahiyyətini müəyyən ölçüdə itirmiş olardı, belə
bünövrədən məhrum olan ailə, nikah institutları da öz qiymətini aşağı salmaqla,
yalnız inkubator tipli fabrikanı yada salardı. Sevgi kimi ülvi hissi danmaq, inkar
etmək isə insanın mənəviyyatına vurulan ən ağır zərbə olardı.
SON
Telman Orucov
Paris – könülü və xəyalı fəth edən şəhər
Dünyada elə şəhərlər vardır ki, onları yenidən görmək, gözəlliklərini
daha diqqətlə, heyranlıqla müşahidə etmək həvəsi adamı zaman keçdikcə tərk
etmir. Nyu-Yorkda, Amsterdamda iki dəfə olduğumdan, əvvəlki təəssüratlarım
xeyli genişlənmiş və zənginləşmişdi. Üç onillik fasilədən sonra
Parislə bir həftəliyə
yeni görüşüm Yer kürəsinin bu ən gözəl şəhəri barədəki köhnə xatirələrimi
canlandırmaqla, ona daha möhkəm məftun olmaq imkanı yaratdı. Londonda
yaşayan və işləyən həkim dostumuz gənc ailəsi ilə birlikdə Fransaya səfərdən həzz
aldığına görə, bizim də Parisə səfər etməyimizi israrlı qaydada təkid etdiyindən,
onun alicənab müraciətini cavabsız qoya bilmədik və səfər baş tutdu.
Üç dost birlikdə ABŞ-da Şükran bayramı qeyd edilən noyabrın dördüncü
həftəsində Fransa paytaxtının tarixi abidələri, muzeyləri ilə bir daha tanış olmağa
can atdıq, bu şəhərin meydanları və küçələri isə bizi ağuşuna almaqla
heyranlığımzı davam etdirirdi.
Paris nə Viktoriya, nə Niaqara şəlalələri, yaxud da nə Yunanıstanın
Kerkira, İtaliyanın Kapri, Sakit okeandakı Taiti adaları kimi təbiətin möcüzəsi
deyildir. Parisi yaradanlar, onu inşa edənlər, yenidən planlaşdırıb, ona
mükəmməllik və cazibə haləsi verənlər, yəqin ki, qeyri-adi zövqə, istedada,
gözəllik hissinə malik olan insanlar olmuşlar. Uzun əsrlər ərzində şəhər təkcə