Dilin Törətdiyi Bəlalar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix15.04.2018
ölçüsü0,56 Mb.
#38540
1   ...   15   16   17   18   19   20   21   22   23

 

70 


dirilərə əziyyət verməyəsiniz!” (Tirmizi 4/353 Bax; “Səhih ət-

Tirmizi” 2/190 Bu hədisi Əhməd də rəvayət etmişdir.)  

 

ALLAH VƏ FILANKƏS ĐSTƏSƏ və ya ALLAH VƏ 



FILANKƏS OLMASAYDI demək 

 

 



Huzeyfə (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə 

buyurduğunu rəvayət edir: “Allah və fılankəs istəsə - deməyin! 

Lakin,  Allah  istəsə,  sonra  fılankəs  istəsə  -  deyin!”  (Əbu 

Davud 4980, 4/295 Əhməd “Müsnəd” 5/384 və başqaları)  

 

Yalnız  “Allah  istəsə”  və  ya  “Allah  istəməsəydi”  demək 



ən  gözəl  deyiliş  formasıdır.  “Allah  istəsə  sonra  fılankəs  istəsə” 

və ya “Allah istəməsəydi, sonra fılankəs olmasaydı” deməkdə də 

heç bir qəbahət  yoxdur. Lakin, “Allah və fılankəs istəsə” və  ya 

“Allah və fılankəs olmasaydı” demək qadağandır.  

 

OLMUŞ HADISƏLƏRI ALLAHIN QƏDƏRINƏ 



BURAXMAMAQ 

 

 



Əbu  Hureyrə  (Allah  ondan  razı  olsun!)  rəsulullahın  (s) 

belə buyurduğunu rəvayət edir: “Güclü mömin zəif mömindən 

xeyirlidir.  Bütün  xeyir  işlərdə  sənə  nə  fayda  verir,  ona  can 

at!  Allahdan  kömək  dilə!  Aciz  olma!  Sənə  bir  bəla  üz 

verdikdə,  “belə  etsəydim,  bu  cür  olardı”  demə!  Lakin, 

“Allahın  qədəridir,  istədiyini  edər”  de!”  (Müslim  2664, 

4/2052) 

 

ĐNSANLAR MƏHV OLUB demək 



 

 

Əbu  Hureyrədən  (Allah  ondan  razı  olsun!)  rəvayət 



olunan  hədisdə  peyğəmbər  (s)  buyurur:  “Əgər  insan  “camaat 

məhv  olub”  deyərsə,  (bilsin  ki)  o,  insanların  ən  çox  məhv 

olanıdır”.  (Müslim  2623,  4/2024)  Hədisin  mənasına  görə,  belə 



 

71 


deyən insan məhvə məhv olmuşların ən pisidir. Alimlərin yekdil 

fikirlərinə  əsasən,  peyğəmbərin  (s)  bu  kəlamı  insanlara  xor 

baxan,  onları  pisləməklə  alçaldıb  özünü  yüksəltmək  istəyənlər 

barəsindədir.  Heç  bir  insan  Allahın  öz  məxluqatı  barəsindəki 

sirlərini bilə bilməz. Lakin, özünün və camaatın vəziyyətinin pis 

olduğunu  görüb  onların  halına  acıyan  kimsələrin  belə  ifadələr 

işlətməsi  qəbahət  sayılmaz.  (Bax;  Nəvəvi  “Səhih  Müslimin 

şərhi” 16/175) Məhv olanların ən pisi kimi vəsf edilən insanlara, 

bu  sözü  deməklə  başqalarını  eyibləyən,  insanların  qüsurlarını 

biabır etmək məqsədi ilə  yayanlar aid edilir. Həmin insanlar ən 

pis  vəziyyətdə  olanlardır.  Bu  cür  ifadələrlə  insan  özünü 

yüksəlmək  istədiyi  halda,  Allah  qatında  kiçilir  və  hörmətsiz 

olur.  

 

MUSĐQĐ VƏ QADAĞAN OLUNMUŞ ŞER 



 

 

Allah  taala  Qurani-Kərimdə  buyurur:  “



İnsanlar 

içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu 

işin  günahını  anlamadan  xalqı)  Allah  yolundan  (islam 

dinindən)  döndərmək  və  bu  minvalla  onu  məsxərəyə 

qoymaq  üçün  mə’nasız  (oyun-oyuncaq)  sözləri  satın 

alarlar.  Məhz  belələrini  alçaldıcı  bir  əzab  gözləyir.  Və 

ayələrimiz  ona  oxunduğu  zaman  onları  eşitmirmiş, 

qulaqlarında  ağırlıq  (karlıq)  varmış  kimi  təkəbbürlə 

arxasını  çevirər.  (Ya  Rəsulum!)  Sən  də  ona  şiddətli  bir 

əzabla  (axirətdə  cəhənnəm  odunda  yanacağı  ilə)  müjdə 

ver!”.  (Loğman,  6-7)  Səhabələr  (Allah  onlardan  razı  olsun!) 

Allahın kitabını ən gözəl bilənlərdir. Đbn Məsud bu ayənin təfsiri 

barəsində üç dəfə bu sözləri deyir: “Ondan başqa ibadətə layiq 

ilah olmayan Allaha and olsun ki, bu musiqidir. (Đbn Cərir bunu 

öz təfsirində qeyd etmişdir. Bax; “Təfsir Đbn Kəsir” 3/442)  



 

72 


 

Peyğəmbər  (s)  buyurur:  “Ümmətimdən  elə  bir  qövm 

olacaq  ki,  onlar  ipəyi,  içkini  və  çalğını  halal  hesab 

edəcəklər”.  (Buxari  “Fəthul  Bari”  5590,  10/51)  Allah  taala 

buyurur:  “

İndi  siz  bu  kəlama  (Qur’ana)  təəccübmü 

edirsiniz?  Həm  də  gülürsünüz,  heç  ağlamırsınız!  Siz 

(qəflət içində) oynayır-əylənirsiniz”. (ən-Nəcm, 59-61)  

 

Şer isə iki cürdür:  



 

Birincisi,  Đslamı,  müsəlmanları,  haqqı  və  onun 

tərəfdarların  mədh  etməkdir  ki,  bu  da  icazə  veriləndir.  Ikincisi 

isə  batil  fikri  və  onu  təstəkləyənləri  mədh  etməkdən  və  ya 

başqalarını  haqsız  olaraq  təhqir  və  məzəmmət  etməkdən 

ibarətdir. Bu isə haram və dilin törətdiyi ən böyük bəlalardandır.  

 

Allah  taala  buyurur:  “(Müşrik  və  kafir)  şairlərə 



gəlincə, onlara yalnız azğınlar uyar. Məgər görmürsənmi ki, 

onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? (Hər tərəfə 

meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv 

edirlər!)  Və  onlar  etmədikləri  şeyləri  deyirlər!  (Onların 

dediklərinin əksəriyyəti yalandır!) Ancaq iman gətirib yaxşı 

işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra 

intiqamını  alanlardan  başqa!  Zülm  edənlər  isə  (öləndən 

sonra)  hansı  dönüşə  dönəcəklərini  (hara  qayıdacaqlarını, 

aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) 

mütləq biləcəklər”. (əş-Şuara, 224-227) 

 

YALANÇI VƏD 



 

 

Peyğəmbər  (s)  buyurur:  “Münafiqin  əlaməti  üçdür: 



Danışanda yalan danışar, vəd edəndə vədinə xilaf çıxar, ona 

bir  şey  əmanət  olunduqda  əmanətə  xəyanət  edər”.  (Buxari 

“Fəthul  Bari”  1/89  Müslim  1/78)  Başqa  bir  hədisdə  rəsulullah 

(s)  buyurur:  “Kimdə  bu  dörd  şey  olsa,  o,  əsl  münafiqdir. 

Kimdə  bu  dörd  şeydən  əlamət  varsa,  onu  tərk  edənə  kimi 

onda nifaqın əlamətləri qalar: Ona bir şey əmanət ediləndə, 




 

73 


əmanətə xəyanət edər, danışanda yalan danışar, vəd edərkən 

vədini  yerinə  yetirməz,  münaqişə  etdikdə  çirkin  əmələ  əl 

atar”. (Buxari “Fəthul Bari” 1/89 Müslim 1/18)  

 

YAXŞI ĐŞLƏRĐ ƏMR ETDĐYĐ HALDA ƏMƏL 



ETMƏMƏK, PĐS ĐŞLƏRDƏN ÇƏKĐNDĐRDĐYĐ  

HALDA ÇƏKĐNMƏMƏK 

 

 

Usəmə  bin  Zeyddən  (Allah  ondan  razı  olsun!)  rəvayət 



olunur  ki,  peyğəmbər  (s)  buyurur:  “Qiyamət  günü  bir  kişi 

gətiriləcək  və  oda  atılacaq.  Od  əhli  onun  başının  üstünə 

yığışacaq  və  ona  deyəcəklər:  Ey  fılankəs,  sən  nə  etmisən  ki, 

bura  düşmüsən?  Sən  deyilmiydin  ki,  bizə  yaxşılıqları  əmr 

edib,  pisliklərdən  çəkindirən?  Deyəcək:  Mən  sizə  yaxşılığı 

əmr  edirdim,  amma  özüm  əməl  etmirdim.  Pisliklərdən 

çəkindirirdim,  amma  özüm  onları  edirdim”.  (Buxari  4/90 

Müslim 4/2290 Bax; “əl-Lulu val Mərcan” 3/325)  

 

Burada  hədisin  mənası  o  demək  deyil  ki,  insan  yalnız 



kamil  səviyyəyə  çatdıqdan  sonra,  yaxşı  işləri  əmr  edib  pis 

işlərdən  çəkindirməlidir.  Müsəlmanın  üzərinə  düçən  iki  vacib 

əməl var. Birincisi,  yaxşı işləri özünə əmr  etməli və nəfsini pis 

işlərdən çəkindirməlidir. Edilməsini vacib bildiyi əməlləri yerinə 

yetirməlidir.  Ikincisi  isə  başqalarını  bildiyi  şeylər  barəsində 

yaxşı  işlərə  çağırmalı,  pis  işlərdən  çəkindirməlidir.  Əgər  insan 

xalis  niyyət  olmaq  şərti  ilə  bu  iki  vacib  əməldən  birini  yerinə 

yetirib, digərini tərk etsə, yerinə yetirdiyi qalar, tərk etdiyi ilə isə 

mühakimə olunar. Allah ən gözəl biləndir. 

 

ƏRLƏ ARVADIN SĐRRĐNĐ AÇMAQ 



 

 

Peyğəmbər (s) buyurur: “Qiyamət  günü  Allah  qatında 



insanların  ən  şərlisi  qadını  ilə  yaxınlıq  etdikdən  sonra, 


 

74 


sirrini  başqasının  yanında  danışandır”.  (Müslim  2/1060)  Bu 

əmanətə ən böyük xəyanətdir. (Bax; “Səhih Müslim” 2/1061)  

 

ĐSLAMDAN QEYRĐ BĐR MĐLLƏTƏ AND ĐÇMƏK 



 

 

Sabit  bin  Dahhak  peyğəmbərin  (s)  belə  buyurduğunu 



rəvayət  edir: “Kim  yalandan  Đslamdan  qeyri  bir  millətə  and 

içərsə,  o,  dediyi  kimidir.  Adəm  övladına  bacarmadığı 

şeylərdə  nəzir  yoxdur.  Kim  bir  şeylə  özünü  öldürsə,  onunla 

da  Cəhənnəm  odunda  ona  əzab  olunar.  Möminə  lənət 

oxuyan  onu  öldürmüş  kimidir.  Məminə  küfr  etmək  onu 

öldürmək  kimidir”.  (Buxari  “Fəthul  Bari”  10/464,  10/514 

Müslim 1/105)  

 

GÜNAHKARI ƏZĐZLƏMƏK 



 

 

Bureydədən  (Allah  ondan  razı  olsun!)  rəvayət  olunan 



hədisdə peyğəmbə (s) buyurur: “Münafiqə ağa deməyin! Əgər 

o,  rəhbər  olsa,  Rəbbiniz  Azzə  və  Cəllanı  qəzəbləndirmiş 

olarsınız!”  (Əbu  Davud  4/295  ən-Nəsai,  Əhməd  “Müsnəd” 

3/346-347 Bax; “Səhih əl-Cami” 6/170)  

 

QIZDIRMANI SÖYMƏK 



 

 

Cabir bin Abdullah rəvayət edir ki, rəsulullah (s) Ummu 



Saibin (və  ya Museyyib)  yanına  gəlir və deyir: “Sənə  nə  olub, 

niyə  titriyirsən,  ey  Ummu  Saib?  (və  ya  Museyyib)  Qadın 

cavab  verdi:  Qızdırmadır,  Allah  onu  bitirsin!  Peyğəmbər  (s) 

buyurdu:  “Qızdırmanı  söymə!  O,  adəm  övladının  xətalarını 

aparır”. (Müslim 4/1993) 

 

 




 

75 


DĐLĐ QORUMAĞIN VACĐBLĐYĐ 

 

 



Imam Nəvəvi (Allah ona rəhmət etsin!) buyurur: “Bil ki, 

hər  kəs  dilini  lazım  olan  şeylər  danışmaqdan  başqa  bütün 

danışıqlardan qorumalıdır. Fayda və xeyir olan söhbətlər etmək, 

faydasız  və  xeyri  olmayan  söhbətləri  tərk  etmək  peyğəmbərin 

(s)  sünnətindəndir.  Dili  hər  danışıq  üçün  istifadə  etmək  olmaz. 

Hətta,  günah  olmayan  danışıq  hərdən  harama  və  ya  xoşa 

gəlməyən bir hadisəyə  gətirib çıxarır. Bu hamımızın eşitdiyi və 

şahidi  olduğu  bir  məsələdir”.  (Nəvəvi  “Zikrlər”  səh  284) 

peyğəmbər  (s)  buyurur  ki,  Insana  aid  olmayan  bir  şeyi  tərk 

etmək  onun  islamının  gözəlliyindəndir”.  (Tirmizi  4/558  Đbn 

Macə 2/1316 Bax; “Səhih Tirmizi” 2/269)  

 

Şair deyir ki, ey insan dilini qoru ki, səni sancmasın! O, 



bir  ilandır.  Qəbirlərdə  dili  onun  qatili  olduğu  nə  qədər  insan 

yatır. Cavan dilinin büdrəməsi ilə ölür, ayağının büdrəməsindən 

ölmür. Dili ucbatından başını itirənlər gördüm, ayağı ilə canını 

qurtaranlar.  

 

Müsəlman  gərək,  onun  dininə  xeyir  və  fayda  olan 



şeylərdən  başqa  dilindən  boş  və  faydasız  sözlər  çıxartmasın! 

Danışmaq  istəsə,  baxsın  ki,  bunda  xeyir  var,  yoxsa  yox!  Görsə 

ki,  xeyir  və  fayda  yoxdur,  dilini  danışmaqdan  saxlasın!  Dil 

qəlbinin  aynasıdır.  Insan  istəsə  də,  istəməsə  də  qəlbini 

dediklərində  əks  etdirir.  Yəhya  bin  Muaz  deyir  ki,  qəlb  dolub 

daşan  qazan  kimidir.  Insan  danışarkən  ona  fikir  versən  onun 

qəlbinin  nə  olduğunu  biləcəksən.  Onun  dili  qəlbindən  xəbər 

verir. (“Hilyətul Övliya” 10/63)  

 

Təəccüblüdür  ki,  insan  haram  yemək,  zülm,  zina, 



oğurluq, içki içmək, harama baxmaq və bu kimi əməllərə biganə 

yanaşır.  Buna  görə  də  dilini  pis  danışıqlardan  çəkindirməkdə 

acizlik çəkir. Hətta, bu hal dindar və ibadət əhlində də müşayət 

olunur. Insan Allahın ona olan qəzəbindən elə sözlər danışır ki, 

ağlına  gəlmədiyi  halda  bir  sözə  görə  Cəhənnəmin  məşriqlə 



 

76 


məğribin arasındakı məsafədən də uzaq bir yerinə daxil olur. Nə 

qədər  insan  var  ki,  dilləri  yalanla,  zülmlə,  çirkinliklərlə, 

söyüşlərlə,  lənətlərlə  doluduğu  halda  özlərindən  xəbərləri 

yoxdur.  Bilmirlər  ki,  Allah  taala  onları  dedikləri  bir  sözə  görə 

əməllərini  puç  edər  və  Cəhənnəmə  daxil  edər.  Müslimdə 

Cundubdan  (Allah  ondan  razı  olsun!)  rəvayət  olunan  hədisdə 

peyğəmbər  (s)  buyurur:  “Bir  kişi  “vallahi,  Allah  fılankəsi 

bağışlamayacaq” dedikdə, Allah Azzə və Cəlla buyurar: “O 

kimdir  ki,  mənim  adımdan  fılankəsi  bağışlamayacağımı 

söylədi.  Mən  onu  bağışladım,  ancaq  sənin  əməlini  puç 

etdim”.  (Müslim  4/2023)  Bunu  deyən  Allaha  ibadət  edən  biri 

idi. Allah isə onun bircə sözünə görə bütün əməllərini zay etdi.  

 

Bir  dəfə  dünyasını  dəyişmiş  elm  adamlarından  birini 



yuxuda görürlər. Onun halı barəsində soruşanda deyir: Mən hələ 

bir  vaxtı  “Đnsanların  yağışa  necə  də  ehtiyacı  var!”  dediyimə 

görə  sorğu-sual  edilirəm.  Məndən  soruşuldu:  “Sən  nə  bilirsən 

ki, qullarıma nə xeyirdir? Onu yalnız mən Mən bilirəm”.  

 

Səhabələrdən  biri  cariyəsinə  deyir:  “Süfrə  aç,  vaxtımızı 



keçirək!”  sonra  isə  səhv  etdiyini  başa  düşərək  deyir:  “Allah 

məni  bağışlasın!  Bu  nə  sözdür  mən  işlədirəm?  Bu  mənim 

iradəsizliyimdən irəli gəldi”. (Bax; Đbn Qeyyim “Tutarlı cavab” 

səh 276/281) 

 

Đbn Bureydə rəvayət edir ki, Đbn Abbas (Allah ondan və 



atasından  razı  olsun!)  dilini  tutaraq  belə  deyir:  “Vay  sənin 

halına! Ya xeyir söylə ki, mükafatlanasan, ya da sus ki, salamat 

qalasan! Əks təqdirdə bil ki, peşman olacaqsan!” Đbn Abbasdan 

niyə  belə  dediyi  barəsində  soruşulanda  belə  cavab  verdi: 

“Qiyamət  günü  bədənin  əzaları  içərisində  insana  ən  çox  əzab 

gətirəcək olanı dildir. Dilindən yalnız xeyir üçün istifadə edənlər 

isə istisnadır”. (Đbn Rəcəb əl-Hənbəli “Camiul ulum vəl hikəm” 

səh 241)  




 

77 


 

Đbn  Məsud  (Allah  ondan  razı  olsun!)  Allaha  and  içərək 

bildirir ki, yer üzərində ən çox həbsə möhtac bildiyim şey dildir. 

(Đbn Rəcəb əl-Hənbəli “Camiul ulum vəl hikəm” səh 242)  

 

Yunis  bin  Ubeyd  deyir:  Elə  bir  insan  görmədim  ki,  dili 



güclü  iradəyə  malik  olsun.  Güclü  iradəni  yalnız  başqa 

əməllərində  gördüm.  (Đbn  Rəcəb  əl-Hənbəli  “Camiul  ulum  vəl 

hikəm” səh 242)  

 

Bilmək  lazımdır  ki,  əzaların  ən  yüngül  hərəkət  edəni 



dildir.  Eyni  zamanda  dil  insana  ən  zərərli  əzadır.  Alimlər 

ağızdan  çıxan  hər  sözün,  yoxsa  təkcə  savabın  və  günahın 

yazıldığı  barəsində  ixtilaf  etmişlər.  Daha  doğru  olan  fikir 

birincisidir.  

 

Dilin törətdiyi iki böyük bəla var. Onların birindən xilas 



olsan,  digərindən  xilas  ola  bilməyəcəksən:  birincisi,  batil 

danışmaq, ikincisi isə haqqı danışmamaqdır. Ayrı-ayrı vaxtlarda 

biri digərindən daha böyük günah olur. Haqqı danışmayıb onun 

barəsində susan adam lal şeytan kimi təsəvvür olunur. O, Allaha 

asi,  riyakar,  yaltaq  və  qorxaq  olar.  Batil  fikirlər  söyləyən  isə 

danışan  şeytandır.  O,  Allaha  üsyankar  olar.  Insanlar  onun 

dilindən  zərər  çəkərlər.  Bu  dində  sabit  olanlar  isə  dillərini  batil 

sözlərdən qorumuşlar. Onu yalnız axirətləri üçün faydalı işlərdə 

sərf  etmişlər.  Onlar  boş  yerə  və  mənasız  danışmazlar.  Qiyamət 

günü  dağlar  boyda  yaxşılıqlarla  gələn  insanlar  olacaq.  Lakin, 

baxıb  görəcək  ki,  dili  onun  bu  yaxşılıqlarının  hamısını  aparıb. 

Həmçinin,  Qiyamət  günü  dağlar  boyda  günahla  gələn  insan 

olacaq  ki,  onları  dili  Allahı  çoxlu  zikr  etdiyinə  görə  yuyub 

aparacaq. (Đbn Qeyyim “Tutarlı cavab” 276-281) 

 

Həqiqətən də qul qeyd olunan bu tövsiyyələrə qulaq asıb 



əməl  etsə,  nicat  tapacaq.  Uqbə  bin  Amir  (Allah  ondan  razı 

olsun!)  soruşur:  Ya  rəsulullah,  nicat  nədir?  Rəsulullah  (s) 

buyurur:  “Dilini  möhkəm  tut,  günahların  üçün  ağla!  (Tirmizi 

4/605 Bax; “Səhih əl-Cami” 1388) 

 



 

78 


NƏTICƏ 

 

 



Allaha  həmd  olsun  ki,  haqqında  danışdığımız  mövzu 

sona  çatdı.  Bacardığımız  qədər  dəqiq  və  diqqətli  olmağa 

çalışdıq.  Mövzu  çox  əhəmiyyətə  malikdir.  Gərək  ki, 

tədqiqatçıların marağını cəlb etsin. Əgər dil ümməti cəm etmək 

və  haqqı  yaymaq  üçün  istifadə  olunsa,  onda  bu  müsəlmanların 

xeyrinədir,  onunla  yaxşı  işlər  əmr  olunar,  pis  işlərdən 

çəkindirilər.  Əgər  dil  Đslam  ümmətini  parçalamaq  üçün  istifadə 

olunursa,  onda  bu  cəmiyyət  və  fərd  üçün  zərərlidir.  Dilin 

törətdiyi  bəlalar  özünü  müsəlman  cəmiyyətlərində  və  ailələrdə 

təhlükəli  şəkildə  birüzə  verir.  Dilin  vasitəsi  ilə  ərlə  arvad, 

qaldaşlar,  dostlar,  hətta  dövlətlər  arasında  münaqişə  yarana 

bilər.  


 

Bu  mövzunu  yazarkən  elmi  əmanəti  qoruyub  saxladıq. 

Belə  ki,  rəy  sahiblərini  adları  ilə  qeyd  etdik,  hədislərin 

mənbələrini  göstərdik,  bacardığımız  qədər  zəif  hədisə  yer 

verməməyə  çalışdıq.  Imam  Şafi  (Allah  ona  rəhmət  etsin!) 

buyurur ki, Qurandan başqa bütün elmlər bir məşğələdir. Hədis 

və  dini  fiqh  elmi  isə  istisnadır.  Əsl  elmə  nail  olmaq  “fəlankəs 

rəvayət  edir  ki”  deməklə  mümkündür.  Qalanları  isə  şeytan 

vəsvəsəsindən başqa bir şey deyil.  

 

Allahdan  gözəl  ad  və  sifətləri  ilə  bizim  əməllərimizi 



ixlaslı  etməsini,  bizə  faydalı  elm,  saleh  əməl  bəxş  etməsini 

diləyirəm.  O,  hər  şeyə  qadirdir,  dualari  cavablandırandır.  Đzzət 

və  Cəlal  sahibi  olan  rəbbimiz  vəsf  olunanlardan  ucadır, 

nöqsansızdır.  Göndərilmiş  bütün  elçilərə  salam  olsun!  Həmd 

aləmlərin  rəbbi  olan  Allaha  məxsusdur.  Qulu,  rəsulu  və 

yaratdıqlarının  ən  xeyirlisi  olan  Məhəmmədə,  onun  ailəsinə, 

səhabələrinə və Qiyamət gününə kimi onlara gözəl şəkildə tabe 

olanların üzərinə Allahın salavatı, salamı və bərəkəti olsun!  



 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə