Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə61/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   66

görünən bu layihə qəbul olunmadı və beləliklə ölkənin geniş bir 
regionunda 
təbiəti  mühafizəni  aradan  qaldırdı.  Təbiəti 
mühafizənin bir çox məsələlərini hələ layihə mərhələsində həll 
etmək  üçün  hazırda  respublikamızda  belə  layihələrin  həyata 
keçirilməsi nəticəsində yarana biləcək bütün coğrafi və ekoloji 
vəziyyətin  aradan  qaldırılması  üçün  müəyyən  işlər  görülür. 
Bunun  nəticəsində  su  ambarının,  kanalların  və  suvarılan 
ərazilərin  tikilməsi  üçün  nəinki  mühəndisi,  həm  də 
landşaft-ckoloji nöqteyi-nəzərdən optimal yeri və parametrlərini 
təyin etmək mümkün ola bilər. 
Azərbaycan  Respublikasının  hidro  resurslarından 
səmərəli  istifadə  etmək  məqsədilə  aparılan  nəzəri  və  clmi - 
tətbiqi  məsələləri  bir  çox  elmi  təşkilatlarda  -  Coğroafıya 
İnstitutu, Su Problemləri  İnstitutu, Hidrotexnika və Melorasiya 
İnstitutu,  Sulayihə  İnstitutu  və  bir  çox  təşkilatlarda  həyata 
keçirilir. Su tutarların təmiz saxlanılması ilə hövzə polisi, sanitar 
idarələri  məşğul  olurlar.  Hazırda  həmin  təşkilatlarda 
respublikanın  su  ehtiyatlarından  səmərəli  istifadə  etməklə 
qorunması üçün Baş planın hazırlanması işləri aparılır . 
Nizamlayıcı sutarlar, kanal və suvarma sistemləri daxil 
olan  suvarma  şəbəkələri  elə  qurğulardır  ki,  onlar  uzun  illər 
istismar  nəticəsində  hidrogeoloji  şəraitə,  suvarılan  ərazilərə  və 
onun  ətrafındakı  ərazilərdə  torpaqların  xassələrinə,  su 
hövzələrinin  hidrogeoloji  rejimlərində  müəyyən  dəyişikliklərin 
baş  verməsi  nəzərə  alınmış  olsun.  Ekoloji  cəhətdən  əsaslı 
pozuntuları  (tarzhğm  pozulması)  aradan  qaldırmaq  üçün  bu 
məsələlər kompleks şəraitdə həll olunmalıdır və bunlar texnoloji 
və  təbiəti  mühafizə  xarakterli  vahid  tikinti  kompleksində 
əlaqələndirilmiş olunmalıdır. 
Meliorativ  tədbirlər. 
Meliorativ  tədbirlər  sistemləş- 
dirilərkən və həyata keçirilərkən, onların ətraf mühitə ola biləcək 
təsiri  nəzərə  alınmalı  və  elmi  tədqiqatlara  əsaslanan  tədbirlər 
hazırlanmalıdır. 
Meliorativ sistemlərin layihəsi bir-biri ilə qarşılıqlı 
203 


əlaqəli üç hissədən ibarətlir: 
-
 
konstruktiv  məsələləri həll edən meliorativ- təsərrüfat 
hissəsi-tikinti, idarə və istismardır; 
-
 
ətraf mühitin mühafizəsi üçün əsaslandırılmış tədbirlər 
hazniayan-ekoloji hissə; 
-
 
torpaqlardan  səmərəli  istifadəni  və  kənd  təsərrüfatı 
istehsalını təmin edən, işıqlandıran-iqtisadi hissəsidir. 
Kənd  təsərrüfatının  meliorasiyası  insanın  təsərrüfat 
fəaliyyətinin  formalarından  biridir.  Bu  yerüstü  və  yeraltı 
a.xımlann  depresiya  zonasında  düz-rütubət  aparılmasına,  bitki 
köklərinin 
inkişaf 
etdiyi 
zonada, 
su-hava 
rejiminin 
tənzimlənməsinə aktiv təsir göstərir. 
Meliorasiya  işlərinin  elmi  əsaslandırılmış  proqnoz 
olmadan kifayət qədər kompleksdə aparılmaması bütünlükdə təbii 
əlaqələrin olmaması, suvarma texnologiyasının kifayət dərəcədə 
olmaması  su  basmasına  və  bataqlaşmaya,  təkrar  şorlaşmaya, 
torpağın su eroziyasına, su mənbələrinin və drenaj -tullantı suları 
ilə  çirklənməsinə  səbəb  olur.  Bunun  nəticəsində  əkin 
dövriyyəsindən xeyli şumlanmış sahələr çıxarıla bilər, müəyyən 
miqdar  kənd  təsərrüfatı  məhsulu  alınmayacaq,  qiymətli  təbii 
sərvətinə-suya olan tələbat ola bilər və bütün bunların nəticəsində 
ətraf  mühitin  tarazlığı  pozula  bilər  və  böhran  vəziyyəti  yarana 
bilər.  İntensiv  suvarma  aparılan  ərazilərdə  bu  pozuntular  lokal 
vəziyyətdən rejional (məhəlli) həddə qədər çatır. Bütün bu hallar 
meliorasiya və su (əsərrüfat təşkilatlarının məsuliyyətini daha da 
artırır  və  bu  işlərdə  suvarma  sistemlərinin  ekoloji  etibarlılığına 
xüsusi fikir verilməsini tələb edir. 
Ətraf  mühitə  təsir  edən  amillərdən  biri  də  baş  və 
bölüşdürücü  kanallardan  filtrasiya  vasitəsilə  olan  su  itgisidir. 
Müasir dövrdə kollektor-drenay və suvarma şəbəkələrinin örtülü 
şəklə  keçirilməsi  və  bu  üsullarla  tikilməsi,  beton  kanallardan 
istifadə  olunması,  iri  yağış  yağdıran  maşınlardan,  damcı  ilə, 
aerozol, yeraltı və s. üsullardan istifadə 
204 


olunması, çoxlu torpaq  və su itkisnin qarşısını almaqla həm də 
böyük təbiəti mühafizə əhəmiyyəti daşıyan tədbirlərdir. 
Təbiəti mühafizə tədbiri kimi qabaqcıl ölkələrdə və az da 
olsa bizdə drenaj sularından təkrar suvarmada istifadə olunur. Bu 
tədbirlərlə arid zonalarda suya qənaət etmək olur. 
Ekoloji 
mühitin 
qorunmasında 
qoruyucu 
meşə 
zolaqlarının  salınması  eroziyaya  qarşı  və  s.  məsələlərə  kömək 
edər. 
Azərbaycan  Respublikası  ərazisinin  suvarılmasında 
50‘V()-dən çoxu Kür çayı üzərindəki su anbarının payına düşür. 
Bu  su  anbarları  yaradılarkən  ətraf  ərazilərdə  hiss  olunacaq 
dəyişikliklər  olmuşdur.  Bu  ərazilərdə  fiorada  da  müəyyən 
dəyişiklik  baş  verib.  Həm  də  su  heyvanlarının  yaşayışında  da 
dəyişiklik olub. Xüsusilə yüksək bənddən xəstə və zəif balıqlar 
yuxarı  keçə  bilmir  və  onların  kürü-  tökmə  yerlərinii  təmiz 
saxlaya  bilmirlər.  Balıqların  növləri  də  dəyişərək  yeni  növlər 
yaranır. 
Suvarma  meliorasiyasının  mənfi  təzahürü  ərazilərin  su 
basması,  torpaqların  şorlaşması,  şorakətləşməsi,  bataq  laşması 
və  s.  hadisələr  suvarma  sistemlərinin  konstruksiyalarının  və 
proqnozlaşdırmanın  yaxşı  aparılmamasından  irəli  gəlir.  Kənd 
təsərrüfatının intensiv inkişafı nəinki drenaj fonunda suvarılma 
aparılmasını  yox,  həmdə  gübrələrin,  herbisidlərin,  pestisidlərin 
və  başqa  kimyəvi  maddələrin  lazımi  qaydada  istifadəsini  tələb 
edir. Xeyli miqdar qida elementləri, pestisidlər, mikroelementlər 
və  bərk  cisimlər,  suqəbuledicisi,  drenaj-tullantı  suları  onların 
ekoloji şəraitinə mənfi təsir göstərir. 
Meliorasiya 
kompleks 
tədbirlər 
tətbiq 
etməklə 
torpaqların məhsuldarlığının artırılması və bərpasını təmin edən 
prosesdir. 
Torpaqların  meliorasiyasına  geniş  mənada  coğrafi 
mühitin  xüsusiyyətlərinin  kompleks  yaxşılaşdırılması  kimi 
yanaşmaq lazımdır. Meliorasiya tədbirləri coğrafi mühitin 
205 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə