MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 199 ____________________________
İNFORMASİYA TEXNOLOGİYALARININ
İNKİŞAFI LAYİHƏLƏRİ VƏ
TƏŞKİLATLARIN YENİDƏN QURULMASI
İNFORMASİYA TEXNOLOGİYALARININ İNKİŞAF
LAYİHƏSİ ANLAYIŞI VƏ LAYİHƏLƏRİN NÖVLƏRİ
Həm layihə, həm də proses (Biznes-proses nəzərdə
tutulur) anlayışının təməlində işlər ardıcıllığı təsəvvürü
dayanır. Layihə ilə proses arasında fərq ondadır ki, prosesdə
işlər ardıcıllığı təkrarlanır, layihədə isə işlər ardıcıllığı unikaldır.
Layihə unikal məhsulların və ya xidmətlərin yaradılması üçün
nəzərdə tutulan müvəqqəti təşkilatdır. Məhsulların və ya
xidmətlərin unikallığı layihənin icrası gedişində ardıcıl
dəqiqləşdirmələri şərtləndirir. Məhsul və ya xidmətin unikallığı
heç də o demək deyil ki, o, yoxdan (sıfırdan) yaradılır.
Mövcud məhsul və ya xidmət də unikal ola bilir. Lakin bu
unikallıq məhsulun və ya xidmətin layihələşdirilməsini nəzərdə
tutur. Beləliklə, layihə ya mövcud olmayanın yaradılması, ya
da mövcud olandan imtina edilməsi ilə bağlı işlərin unikal
ardıcıllığıdır.
Layihə çərçivəsində yaradılan məhsul və ya xidmət
təşkilatın müştərilərinin istehlakı üçün (xarici məhsul və ya
xidmət), yaxud təşkilatın öz bölmələrinin və ya əməkdaşlarının
istehlakı üçün (daxili məhsul və ya xidmət) nəzərdə tutula
bilər. Bu fikir qarşılıqlı əlaqəli məhsullar və ya xidmətlər
sistemi üçün də doğrudur. Layihə çərçivəsində yaradılan
məhsullar (xidmətlər) sisteminə layihənin
məqsədi deyilir.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 200 ____________________________
Əgər layihənin məqsədi informasiya texnologiyaları
servisidirsə, bu halda söhbət informasiya texnologiyalarının
inkişafı layihəsindən gedir. Məsələn, korporaiv informasiya
sisteminin tətbiqi informasiya texnologiyalarının inkişaf
layihəsi hesab edilir. Bir və ya bir-neçə proses üçün tətbiq
edilən
ITIL/ITSM layihəsi bu qəbildəndir. Mövcud proqram
əlavələrinin yeni serverə köçürülməsi də informasiya
texnologiyalarının inkişaf layihəsidir.
Beləliklə, layihənin məqsədi də unikaldır. Layihənin digər
xüsusiyyəti başlanma və başaçatma tarixlərinin müəyyən
olmasıdır. Başaçatma dedikdə, həm layihənin məqsədinə
uğurla nail olunması, həm də müxtəlif səbəblərdən layihənin
bağlanması nəzərdə tutulur. Layihədən fərqli olaraq prosesin
başaçatması planlı tarixə malik olmur.
Layihə prosesdən fərqli olaraq xüsusi ayrılmış resurslara
malik olur. Layihə resursu dedikdə, insanlar, büdcə, material
resursları – binalar, informasiya texnologiyaları vasitələri,
nəqliyyat, rabitə və s. nəzərdə tutulur. Resurslar müəssisə
rəhbərliyinin müvafiq qərarlarına əsasən ayrılır. Bu qərarlar
resursları “xüsusi ayrılmış” edir.
Bütün bu qeyd edilənlər layihənin ikili xarakterli
olduğunu göstərir. Belə ki, layihə, bir tərəfdən, müəyyən
məqsədli, müddətli və resurslu müvəqqəti təşkilatdır, digər
tərəfdən isə məqsədi, müddəti və resursu təyin edən
müəssisənin bir hissəsidir. Bu ikili xarakter layihənin təsvirini
də ikili edir. Yəni layihə, bir onun reallaşmasına təsir edən
mühit əhatəsində mövcud olan struktur kimi, bir də iqtisadi
məzmunu olan proses kimi təsvir edilir.
Layihənin icrasına təsir edən müəssisədaxili proseslər
layihəyə nəzarət prosesləri adlanır. Layihənin daxili təşkili ilə
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 201 ____________________________
bağlı prosedurlar isə
layihənin idarə edilməsi prosedurları
adlanır.
İNFORMASİYA TEXNOLOGİYALARININ İNKİŞAF
LAYİHƏLƏRİNİN NÖVLƏRİ
İnformasiya texnologiyalarının inkişaf layihələri olduqca
cürbəcürdür. Layihələrin və proseslərin idarə edilməsi
prosedurlarının əksəriyyəti layihənin hansı sinfə aid
olmasından asılıdır. Buna görə də layihə mühitini və layihənin
idarə
edilməsini
təsvir
etməzdən
əvvəl
layihələri
təsnifləşdirmək lazımdır.
İlk növbədə layihələr təşkilatda törətdiyi dəyişikliklərin
miqyasına görə təsnifləşdirilir. Bu əlamətə görə:
1.Biznes-proses əməliyyatlarının avtomatlaşdırılması
layihələri;
2.Biznes-prosesin təkmilləşdirilməsi layihələri;
3.Biznes-prosesin reinjinirinqi layihələri;
4.Biznesin restrukturlaşdırılması layihələri fərqləndirilir.
Biznes-proses
əməliyyatlarının
avtomatlaşdırılması
layihələri biznes-prosesini dəyişdirmir. Bu layihələr adətən
ERP-sistemin bir və ya bir-neçə cədvəli ilə reallaşdırılır.
Biznes-prosesin təkmilləşdirilməsi layihələri prosrsləri
avtomatlaşdırmaqla yanaşı, yeni sənədlər, yeni qaydalar daxil
etməklə prosesləri müəyyən qədər dəyişdirir.
Biznes-prosesin reinjinirinqi layihələri biznes-prosesin
aparılması üçün tamamilə yeni əməliyyatlar yığımı təklif edir.
Bu layihələr adətən bir və ya bir-neçə korporativ informasiya
sistemləri vasitlələri ilə, ilk növbədə isə ERP-sistemlərlə
reallaşdırılır. Bu halda bir əməkdaş qat-qat çox informasiya
Dostları ilə paylaş: |