XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
VASİLİ KANDİNSKİ:
ABSTRAKT SƏNƏTDƏ AXTARIŞLAR
24
Verilmiş abstrakt əsərlərin adları yuxarıda haqqında danışılan üç qrupa uy-
ğun gəlirmi? Öz cavabınızı əsaslandırın.
Düşünün və izah edin
“Kazaklar” əsəri detallarda
1910. Dövlət Tretyakov Qalereyası. Moskva, Rusiya
Vasili Kandinskinin “Kazaklar” tablosu rəssamın ən maraqlı əsərlə-
rindən sayılır. Təpələrin görüntüsü, üfüq xətti, at çapan kazakların silu-
etləri tablonun ümumi dinamikası, ayrı-ayrı forma,
xətt və rəng parça-
ları ilə vəhdət təşkil edir.
Kandinski rəngin məxsusi simvolizmini həmişə incəliklə duyurdu.
Onun bütün əsərlərində rənglər xüsusi rəmzi məna (ağ rəng – dirçəliş,
yeni başlanğıc; qara – ölüm, həyatın sönməsi; qırmızı – cəsurluq və özü-
nü qurban vermək) daşıyır. Onun əsərlərində sadəcə rənglər deyil, xətlər
də xüsusi rəmzlərə çevrilir.
1.
2.
4.
5.
6.
3.
1. Atəş açan silahlar və ya maneələr. Sol tərəfdəki paralel xətlər qırmızı
tüstüyə bürünmüş atəş saçan silahlar da, maneələr də ola bilər.
2. Döyüşən süvarilər. Ağ atların belində döyüşən kazakları qırmızı papaq-
larından, sarı
əlcəklərindən və uzun, iti qılınclarından tanımaq mümkündür.
XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
25
VASİLİ KANDİNSKİ: ABSTRAKT SƏNƏTDƏ AXTARIŞLAR
Kandinski “Amazonka” və “Amazon-
ka dağlarda” adlı şüşə üzərində dekora-
tiv kompozisiyalar da yaradıb. Bu kom-
pozisiyalardan biri Azərbaycan Milli
İncəsənət Muzeyində saxlanılır.
Bilirsinizmi?
“Amazonka”. 1911. Şüşə üzərində təsvir,
16x13 sm. Milli İncəsənət Muzeyi.
Bakı, Azərbaycan
Kandinski
və digər abstrakt sənə-
tin rəssamları öz zəmanələrinin – dəyi-
şikliklər, in qi lablar, elmdə kəşfl ər, eks-
perimentlər dövrünün övladları idi lər.
İncəsənət də dünyada baş verənlər dən
kənarda qala bilməzdi.
Kandinski aydın xətlərin, ala-bə-
zək rəng par çalarının
dili ilə insan
şüuruna toxunmadan birbaşa onun qəlbinə təsir göstərmək istəyirdi. O,
təsviri sənəti daha çox abstrakt olan musiqiyə yaxınlaşdırmaq istəyirdi.
Bu incəsənət insanın fi kirlərini parçalamır, əksinə, onu qeyri-standart
fəlsəfi düşüncə obrazına alışdırırdı.
Abstrakt sənət hər kəs tərəfi ndən qavranıla bilməz. Bunun üçün
müəyyən hazırlıq olmalıdır. Lakin bunu incəsənətin inkişafının artıq
başa çatmış axtarışlar, təcrübələr dövrütək qəbul etmək və qiymətlən-
dirmək lazımdır. Bədii cərəyan kimi abstraksionizm müasir memarlıq
üslubunun, dizaynın, sənaye, tətbiqi və dekorativ-tətbiqi sənətin təşək-
külünə və inkişafına böyük təsir göstərmişdir.
Tarix milyonlarla insan yaradır, amma tarixin axarını dəyişməyə
tək-tək insanların kifayət qədər gücü və istedadı çatır.
Vasili Kandinski
də incəsənətin inkişaf tarixində aparıcı şəxsiyyətlərdən biri olmaq üçün
kifayət edəcək keyfi yyətlərə malik insan idi.
İllər sonra, artıq dahi sənətkar kimi tanınanda rəssam çoxsaylı səya-
hətlərə çıxır, sənət adamları və tənqidçilər tərəfi ndən yüksək qiymətlən-
dirilən sərgilər nümayiş etdirir. II Dünya müharibəsi başlayan zaman abs-
traksionizm faşistlər tərəfi ndən ümidsizlik sənəti kimi elan edilir.
3. Göyqurşağı-körpü. Göyqurşağı əsərin sol tərəfi nin arxa planındakı məkanı
sarayın ucaldığı mavi təpə ilə birləşdirir. Göyqurşağı burada körpünün rəmzidir.
4. Quşlar. Ziqzaqlar və V-şəkilli xətlər uçan quş dəstəsini təsvir edir.
5. Kazaklar və şiş təpələr. Qırmızı papaqlı üç kazak mavi təpənin fonunda
təsvir edilib.
6. Təpədəki saray. Alçaq qalanı xatırladan qəsrin cizgiləri bir neçə xətt va-
sitəsilə göstərilib.
XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
VASİLİ KANDİNSKİ: ABSTRAKT SƏNƏTDƏ AXTARIŞLAR
26
Təchizat: rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, quaş, tuş
Sərbəst iş üçün tapşırıqlar
Müəyyən edin
1.
Kandinskinin rəngin psixoloji təsiri haqqında fikrini necə başa dü-
şürsünüz?
“Rəng – insan ruhuna bilavasitə təsir edə biləcək vasitədir. Rəng –
pianonun klavişidir; göz – kiçik çəkicdir; qəlb – çoxsimli royaldır.
Rəssamın əli məqsədyönlü şəkildə bu və ya digər klaviş vasitəsilə in-
san qəlbini titrədir”.
Yaradıcı fəaliyyət
2.
“Bizim küçə (park, bulvar)” mövzusunda abstrakt mənzərə çəkin.
Xətt, forma və rənglər vasitəsilə abstrakt
üslubun əsas xüsusiyyət-
lərini göstərməyə çalışın.
Sənətkar məsləhəti
Abstrakt sənətdə fırçadan əlavə, barmaqlar və süngər də rəsmə maraqlı ef-
fekt verir. Abstraksionistlər arasında əllə çəkmək ona görə məqbul hesab olu-
nurdu ki, rəssam fırça ilə yox, qəlbiylə işləyir. Bu üslubda işləyərkən karan-
daşla ilkin qaralamalar etmək məqbul sayılmır.
Mücərrəd rəsmi necə çəkməli
İncəsənətdə abstraksionizm forma və əşyaların dəqiq deyil, təqribi təsviri ilə
xarakterizə olunur. Abstrakt rəsm vasitəsilə siz məhz özünüzün görə bildiyi-
nizi, ya da, sadəcə, əhvali-ruhiyyənizi nümayiş etdirə bilərsiniz.
Abstrakt rəngkarlıq çoxları üçün sadə görünür, lakin o, klassik rəngkarlıq-
dan daha çətin ola bilər. Bu, abstrakt sənətin qayda və normalarına riayət
etməməkdən irəli gəlir.
2007-ci ildən Rusiyada rəssamın xatirəsinə ehtiram əlaməti kimi hər
il təqdim edilən Kandinski mükafatı təsis olunub. Yaradıcılığı bu və ya
digər tərzdə müasir incəsənətin inkişafına təsir göstərən rəssamlar bu
mükafata iddiaçı ola bilərlər.
3.
V.Kandinskinin yaradıcılığı haqqında əlavə məlumat toplayın
və təq-
dim edin.
3
V.Kandinski təsviri sənətin inkişafına hansı töhfəni verib?
3
Abstrakt incəsənətin meydana gəlməsinə nə təkan verdi?
Özünüzü yoxlayın