T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov
11
termindən daha çox istifadə olunur: “ətraf mühitin böhranı”və
“ekoloji böhran”. Zənnimizcə, ikinci termin daha uğurludur.
Ekoloji böhran – cəmiyyət ilə təbiət arasındakı qarşılıqlı
münasibətlərin gərgin vəziyyətidir ki, bu da cəmiyyətdə istehsalçı
qüvvələr və istehsalat münasibətlərinin, biosferin ekoloji
imkanlara uyğun olmayan inkişafı ilə səciyyələnir.
Ətraf mühitin təbii və ictimai komponentlərinin
vəhdətinin pozulması həm biosferin, həm də cəmiyyətin stabil
fəaliyyəti üçün təhlükə səviyyəsini göstərir, təbii- ictimai varlıq
olan insanın öz mövcudluğunu sual altına alır.
Ekoloji böhranın müəyyən təzahürləri vardır. Çox zaman
üç təzahür formasından bəhs edirlər:
1. Çirklənmə ekoloji müvazinətin pozulmasının aşağı
pilləsidir.
2. Müvazinətin pozulması ekosistemin və biosferin özünü
tənzimləmə qabiliyyətinin əhəmiyyətli dərəcədə azalmasıdır. Bu
halda təbii şəraitlə ona göstərilən təsir arasında müvazinət
yaratmaq üçün insanın müdaxiləsinə ehtiyac vardır.
3. Destruksiya ekosistemin pozulmasının elə mərhələsini
ifadə edir ki, onun funksiyalarının bərpası demək olar ki,
mümkün deyildir və yaxud uzun müddət ərzində əhəmiyyətli
səylər tələb edir.
Ekoloji böhranın qeyd olunan bu formaları ayrı – ayrı
ölkələrdə, coğrafi regionlarda müxtəlif cür təzahür edir.
Təzahürlərin müxtəlifliyinə baxmayaraq, ətraf mühitin müasir
vəziyyətini ümumi şəkildə qiymətləndirmək olar. Müasir dünyada
ekoloji müvazinətin pozulması elə miqyas almışdır ki, həyatın
mühafizəsi üçün zəruri təbii sistemlərlə bəşəriyyətin sənaye –
texnoloji və demoqrafik təlabatları arasında tarazlıq pozulmuşdur.
Ekoloji böhranın mötəbər əlamətləri sırasına ərzaq problemlərini,
demoqrafik partlayışı, təbii ehtiyatların azalmasını, suyun və
havanın çirklənməsini və s. aid etmək olar. Əslində müasir insan
öz inkişafının bütün tarixi ərzində ən ağır sınaqlar qarşısında
qalmışdır: məhdud təbii ehtiyatlarla şərtlənmiş böhranı necə
aradan qaldırmalı?
Ekoloji təhlükəsizlik
12
Ekoloji böhranın xarakteri barəsində rəylər birmənalı
deyildir. Bəziləri belə hesab edirlər ki, ekoloji böhran qlobal
xarakter daşımır, çünki biosferin əsas prinsipləri fəaliyyətdədir: o,
özünütənzimləmə
və
dinamik
müvazinət
qabiliyyətini
itirməmişdir. Deməli, ekoloji problemlər, ekoloji tarazlığın
pozulması lokal xarakter daşıyır. Başqa sözlə, kritik lokal ekoloji
situasiyalardan bəhs etmək olar. Zənnimizcə, məsələnin belə
qoyulması dəqiq mövqe deyildir, ətraf mühit ünsürlərinin dürüst
başa düşülməsinə əsaslanmır. Halbuki ekoloji böhran bir bütöv
olan ətraf mühitin stabilliyi üçün təhlükədir, ona görə də qlobal
xarakterə malikdir.
Canlı aləmdə insanın meydana gəlməsinə və onun təbiətə
fəal müdaxiləsinə qədər ahəngdarlıq münasibətləri üstünlük təşkil
etmişdir. Onun meydana gəlməsi ilə ekoloji ahəngdarlığın,
dayanıqlılığın pozulması prosesi başlanmışdır. İnsan düşünən
varlıq kimi əmək alətləri yaratmağa, yaşayış vasitələri istehsal
etməyə başlamış, lakin biosferə xas olan qanunauyğunluqları ya
ümumiyyətlə, ya da kifayət qədər nəzərə almamışdır. Ən qədim
dövrlərdə əhalinin azsaylı olması, yeni ərazilərə köçməsi,əvvəlki
ərazilərdə təbiətin tez bərpası sayəsində təbii mühitdə pozulma o
qədər də əhəmiyyətli olmamışdır. Məhsuldar qüvvələr inkişaf
etdikcə, təbiətə müdaxilə daha böyük miqyaslar aldıqca, əhalinin
sayı artdıqca təbii mühitin deqradasiyası da güclənir, bəşəri
mövcudluq üçün təhlükəli xarakter kəsb edir. Bu prosesdə
sənayenin inkişafı xüsusilə fəal rol oynayır. Ətraf mühitin
çirklənməsi və deqradasiyası getdikcə intensivləşir, ona görə də
həm bərpa olunan təbii ehtiyatlara (meşələr, bitkilər, heyvanlar və
s.), həm də bərpa olunmayan təbii ehtiyatlara (yanacaq, metal və
s.) daha ciddi qayğı göstərilməlidir.
İnsanla təbiət arasındakı qarşılıqlı münasibətlər – ekoloji
böhranın müxtəlif formalarında təzahür edən bu münasibətlər
bəşəriyyətin qlobal probleminə çevrilmişdir. Bu problem ayrı –
ayrı ölkələrdə spesifik xüsusiyyətlərə malik olsa da, beynəlxalq
əməkdaşlığı zəruri edir. Təbiət və ictimai elmlərdə ekoloji
tarazlığın pozulması səbəblərinin araşdırılması XIX əsrin
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov
13
ortalarından başlanmışdır. Ümumi qlobal ekoloji təhlükə
barəsində biliklər tədricən inkişaf etmişdir.
Ekoloji böhranın səbəbləri həm qlobal, həm də lokal
səviyyələrdə araşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, qlobal və
lokal səviyyələrdə ekoloji müvazinətin pozulması bir – biri ilə sıx
bağlıdır və çox tez – tez bir – birinə nüfuz edir. Məsləhət görülür
ki, aşağıdakı məqamlar ayrıca təhlil olunsun:
1. Əhali artımı. Konkret faktlar bu problemin kifayət qədər
ciddi olduğunu təsdiqləyir. 8 min il bundan əvvəl Yer üzərində
cəmi 5 milyon adam yaşayırdı. B.e.-nın ancaq 1650 – ci ilində bu
rəqəm təxminən 500mln. nəfərə çatmışdı. 1850 – ci ildə bütün
dünyada əhalinin sayı 1 milyard nəfər olmuş, yəni əhalinin sayının
iki dəfə artması üçün 200 il vaxt lazım gəlmişdi. 1930 – cu ildə
bütün dünyada 2 milyard əhali yaşayırdı, yəni əhalinin sayca
yenidən 2 dəfə artması üçün 80 il vaxt keçmişdi. 1970 – ci ildə
Yer kürəsi əhalisinin sayı 3,5 milyard nəfər idi. Ümumdünya
Bankının proqnozlarına görə 2050 – ci ildə əhalinin sayı 8,3
milyard nəfər olacaqdır. İqtisadi cəhətdən inkişaf etmiş və zəif
inkişaf etmiş ölkələrdə əhalinin təbii artım sürətində əhəmiyyətli
fərqlər özünü göstərir. Məsələn, Avropada əhalinin orta illik təbii
artımı 0,8 %, Latın Amerikası ölkələrində və Asiyada 2,3%,
Afrikada isə 3% təşkil edir. Əsasən inkişaf etməkdə olan ölkələrin
yerləşdiyi bu üç qitədə Yer kürəsi əhalisinin təxminən 4/5 hissəsi
yaşayır. Yeri gəlmişkən qeyd edək ki, əhalinin sayı, sıxlığı və
insanın böyük sıxlığa adaptasiyası probleminin ekoloji və sosial-
iqtisadi tərəfləri vardır. İnsanların Yer üzündə yaşaya bilməsi
müəyyən fiziki hüdudları keçməməlidir. Hazırda bəşəriyyət artıq
ərzaq problemi ilə qarşılaşmışdır. Hər il bütün dünyada aclıqdan
təxminən 20 milyon nəfər dünyasını dəyişir. Əhalinin sayının və
sıxlığının artması başqa problemlərin də (məsələn, insan
münasibətlərinin deqradasiyası, münasibətlərdə dözümsüzlüyün
artması və s.) meydana gəlməsinə səbəb olur. Deməli, demoqrafik
artım ətraf mühitin həm təbii, həm də ictimai komponentinin
deqradasiyasını gücləndirir.
2. İnsanın öz mövcudluğunun təbii əsasını, deməli, həm də
təbii potensialını dəyişdirməsi. Bu, yeni xammal növlərinin
Dostları ilə paylaş: |