Ekoloji təhlükəsizlik
6
1.1. Ekoloji təhlükəsizlik anlayışının formalaşması
Xalq təsərrüfatının bütün sahələrinin intensiv inkişafı
dövründə ətraf mühitin mühafizəsi mühüm əhəmiyyət kəsb edir.
Maddi nemətlər istehsalı prosesində təbii mühitin müxtəlif zərərli
və zəhərli maddələrlə çirklənməsi baş verir. Bu isə öz növbəsində
insanların
sağlamlığının
qorunması
tədbirlərinin
həyata
keçirilməsini,
tələb
olunan
sanitar-gigiyena
şəraitinin
yaradılmasını və ətraf mühitin qorunmasını tələb edir.
Elm və texnikanın inkişafı ilə bağlı olaraq XX əsrdə
cəmiyyətin təlabatı ilə təbiətin imkanları arasında təzadlar daha
güclü xarakter almışdır. Elm və texnikanın sürətli inkişafı, sənaye
istehsalatının güclənməsi, avtomobil nəqliyyatının sayının artması,
əhalinin
şəhərlərdə
cəmləşməsi
və
kənd
təsərrüfatının
kimyalaşdırılması təbii sərvətlərin istismarını artırmaqla təbii
mühitə mənfi təsirlər göstərir. Nəticədə elmi-texniki tərəqqi
dövründə insanın təbiətə təsiri qlobal miqyas alır və bütünlükdə
cəmiyyət üçün təhlükə yaradır. İnsan fəaliyyətinin ətraf mühitə
mənfi təsirlərini təsəvvürümüzdə canlandırmaq üçün bəzi
misallara müraciət edək. Məsələn, sututarların çirkab suları ilə
çirklənməsi suyun sənayenin müxtəlif sahələrində istifadəsinin
artması ilə sıx bağlıdır. Texnoloji proseslərdə istifadə olunmuş su
müxtəlif zərərli maddələrlə (neft məhsulları, turşular, fenollar,
sintetik yuyucu maddələr, yağlar, üzvi birləşmələr və s.)
çirklənərək, sonradan sututarlara daxil olur. Orta gücə (növbədə
50t süd) malik süd emalı zavodunun çirkləndirdiyi suyun miqdarı
əhalisi 15min nəfər olan qəsəbənin çirkləndirdiyi suya
ekvivalentdir.
Dostları ilə paylaş: