6
9.4.
Qaraçay-Çerkez Respublikasının dağlıq turizm
rayonlarında macəra və ekoloji turizmin inkişaf şəraiti və
ehtiyatları ................................................................................... 223
9.4.1. Arxızsk turizm mezorayonu ................................... 223
9.4.2. Dombaysk turizm mezorayonu .............................. 227
9.4.3. Uzunkolskiy turizm mezorayonu ......
230
Onuncu fəsil. Azərbaycan Respublikasının turizm
bölgələrində ekoturizmin inkişafı ................................. 233
10.1. Bakı-Abşeron turizm bölgəsi .................................. 233
10.2. Quba-Xaçmaz turizm b ö lg ə si.................................. 236
10.3. Dağlıq Şirvan turizm bö lg əsi................................... 238
10.4. Şəki-Zaqatala turizm b ö lg əsi................................... 239
10.5. Kiçik Qafqaz turizm bölgəsi ................................... 241
10.6. Gəncə-Qazax turizm bölgəsi ......................................243
10.7. Kəlbəcər-Laçm turizm bölgəsi .................................. 245
10.8. Aran (Kür-Araz) turizm b ö lg ə si.............................. 246
10.9. Lənkəran-Astara turizm bölgəsi .............................. 252
10.10. Naxçıvan turizm b ö lg əsi........................................... 261
Nəticə .................................................................................. 267
Ə d əb iy y a t........................................................................... 269
7
Kitab Dağlıq Qarabağ ıığrunda döyiişhrda
şəhid olanların əziz xatirəsinə ith a f olunur!
Ön söz
Ekoloji turizm - dünya turizm sənayesinin ən sürətli inkişaf
edən sahələrindən biridir. Ekoloji turizm təbiətdən zövq almaq,
istirahət məqsədi ilə istifadənin yeni forması olmaqla yanaşı,
rekreasiya ehtiyatlarından düşünülmüş şəkildə istifadə etməyi,
bioloji müxtəlifliyin qorunmasını təbliğ etməklə, həm də turizm
fəaliyyətinin dayanıqlılığını təmin etmək üçün «qeyri-aşındırıcı»
təbiətdən istifadə rejiminin işlənib hazırlanması tələb edir.
Ekoloji turizmin inkişaf tendensiyası Birləşmiş Millətlər
Təşkilatının ixtisaslaşmış qolu olan Ümumdünya Turizm
Təşkilatı (BMÜTT) tərəfindən müəyyən olunmuşdur. Bu
təşkilatın proqnozlarına görə ekoloji turizm 2020-ci ilə qədər
olan dövrdə turizmin inkişafının.beş əsas strateji istiqamətləri
sırasına daxildir.
Ölkəmizə BMÜTT tərəfindən ekoloji turizmin inkişafı
nöqteyi nəzərdən ən perspektivli regionlardan biri kimi baxılır.
Ölkə prezidenti İ.Əliyev tərəfindən 2011-ci ilin turizm ili elan
olunması bu məsələyə respublikamızda necə önəm verildiyinin
göstəricisidir.
Ekoturizm ətraf mühitin mühafizəsi və yerli əhalinin rifah
halını yaxşılaşdırmaq, onun tələblərini qarşılamaq üçün
potensiala malik olan davamlı bir turizm növüdür. Odur ki,
ekoturizm belə müəyyən olunur: «İcmaların iqtisadi imkanlarını
genişləndirməklə qonaq qəbul edən sahibkarlar üçün iqtisadi və
sosial imkanlar təmin etmək, təbii interpretasiya və ekoloji təhsil
vasitəsi ilə təbii ehtiyatlann qorunmasına kömək edərək səfər
olunan ərazilərin təbiəti, tarixi və mədəniyyəti haqqında
öyrənməkdə maraqlı olan insanların ekoloji səyahətlərdən zövq
almasıdır».
Azərbaycan təbii ekoturizm sahəsində real potensial
imkanlara malikdir. Çox maraqlı və zəngin ölkə kimi onun
ərazisinin yandan çoxunu qum landşaftlan (yarımsəhralar,
dağətəyi və dağlıq çöllər) əhatə edir. Təbii və coğrafi şəraitin
unikallığı burada flora və faunanın növ müxtəlifliyinin
rəngarəngliyinə şərait yaratmışdır. Yer üzündə mövcud olan 11
iqlim tipinin 9-u Azərbaycanda təsadüf edilir. Bu amil
ölkəmizdə zəngin biomüxtəlifliyin formalaşmasında mühüm rol
oynayır. Azərbaycanda təxminən 4500 ali bitki növü yayılmışdır
ki, bu da Qafqazın zəngin bitki aləminin növ tərkibinin 64 %-ni
təşkil edir. Bunlardan 240-ı endemik və relikt növlərdir.
Azərbaycan Respublikasının «Qırmızı kitab»ına 140 nadir və
nəsli kəsilməkdə olan bitki növü daxil edilmişdir. Burada
yayılmış fauna növləri: 14000 həşaratkimilər, 123 balıq, 9 suda-
qumda yaşayanlar, 54 sürünənlər, 360 quş və 99 məməli
olmaqla, bunlardan 108 növ «Qırmızı kitab»a salınmışdır.
Hazırda
antropogen
təsirə
məruz
qalmayan
təbiət
kompleksləri tapmaq qeyri-mümkündür. Bu baxımdan vəhşi
təbiətin qorunması və öyrənilməsində xüsusi mühafizə olunan
təbiət ərazilərinin təşkili, inkişaf etdirilməsi çox mühüm rol
oynayır. Bu da ətraf mühitin, bioloji müxtəlifliyin və bütövlükdə
ekosistemin qomnması ilə yanaşı onun öyrənilməsinə xidmət
edir.
Azərbaycanın füsunkar təbiətinin qomnması məqsədilə XX
əsrin 20-ci ilin ortalarından başlayaraq ilk qomnan ərazilərdən -
Göy-göl, Zaqatala, Qızılağac və Hirkan dövlət təbiət qoruqları
yaradılmış, 1969-cu ildə «Təbiətin Mühafizəsi üzrə Qanun»un
qəbul olunması ilə qoruqların sayı artmış və daha 6 xüsusi
mühafizə olunan təbiət ərazisi - Şirvan, Bəsitçay, Qarayazı,
Ağgöl, İsmayıllı, İlisu və Altıağac dövlət təbiət qomqları
yaradılmışdır. 2000-ci ildə «Xüsusi mühafizə olunan təbiət
”
______________________ Ə.T.Əsgərov, В .Ə.Bilalov, Ç.G.Giilalıyev
9
əraziləri və obyektləri haqqında» Azərbaycan Respublikasının
Qanununun qəbul edilməsindən sonra bu sahədə yaranmış
hüquqi boşluğun aradan qaldırılması və qanunvericilik bazasının
möhkəmləndirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf
etdirilməsi, ekoloji şəbəkənin yaradılması istiqamətində həyata
keçirilər məqsədyönlü tədbirlərin davam etdirilməsinə səbəb
olmuşdur. İndi ölkəmizdə 8 milli park, 11 dövlət təbiət qomğu
və 24 dövlət təbiət yasaqlığı mövcuddur ki, bu da ölkəmizin
ümumi ərazisinin 8,1 %-ni təşkil edir.
Həmçinin Almaniya Federal Hökumətinin dəstəyi ilə
«Qafqaz təşəbbüsü» proqramı çərçivəsində, Samur-Yalama»
milli parkının layihəsi hazırlanmış və yaxın vaxtlarda icrasına
başlanılacaqdır.
Qeyd etmək lazımdır ki, ölkə tarixində ilk milli parkların
yaradılması
digər
məqsədlərlə
yanaşı,
turizmin
əsas
bölmələrindən biri olan ekoturizm üçün daha münasib şərait
yaratmaq, təbii-coğrafi mühiti qorumaq və yaxşılaşdırmaq
məqsədi daşımaqla öz növbəsində təbiət komplekslərinin
qorunmasında mühüm amil kimi çıxış edir. Bu baxımdan Milli
Parkların infrastrukturunun ən müasir standartlara uyğun təşkili,
kadr potensialının gücləndirilməsi, ərazidə ekoturizmin inkişafı
üçün zəruri şəraitin yaradılması mühüm əhəmiyyət kəsb edir.
Ekoloji turizmin əsaslandığı və həyata keçirdiyi əsas
prinsiplər əbədi dəyərlər sırasındadır. Bunlar: istirahət; təbiət
ərazilərinin bioloji müxtəlifliyinin qorunması; regionların
iqtisadi davamlılıq səviyyəsinin yüksəldilməsi və onların ekoloji
turizm sahəsinə cəlb olunması; ekoloji turizm fəaliyyətinin
bütün iştirakçılarının ekoloji mədəniyyətinin artırılması; istirahət
ərazilərinin etnoqrafik statusunun saxlanması.
Azərbaycan dünyanın çox az ölkələrindəndir ki, öz təbii
sərvətlərini bu günə qədər qoruyub saxlaya bilmişdir. Hazırda
ölkə qarşısında duran əsas vəzifələrdən biri bu sərvətlərin
Ə.T.Əsgərov, B.Ə.Bilalov, Ç.G.Giilalıyev
Dostları ilə paylaş: |